Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı



Yüklə 213,7 Kb.
Pdf görüntüsü
səhifə4/8
tarix16.11.2018
ölçüsü213,7 Kb.
#79873
növüQaydalar
1   2   3   4   5   6   7   8

İddiaçı tərəfindən patent müvəkkilinin adına verilən etibarnamə aşağıdakı şərtlərə cavab 

verməlidir: 

etibarnamə əmtəə nişanı barəsində bir və ya bir neçə iddia sənədi üzrə işlərin aparılması üçün 

verilir; 

etibarnamədə patent müvəkkilinə verilən səlahiyyətin həcmi göstərilir;  

etibarnamə onu verən şəxs tərəfindən imzalanır. 

Patent müvəkkilinin adına verilən baş etibarnamə bir neçə iddia sənədinə və mülahizə  

sənədinə aid olmaqla, bu sahədə hüquqi əhəmiyyətli işlərin yerinə yetirilməsi üçün patent 

müvəkkilinə verilən səlahiyyətlərin hamısını özündə əks etdirməlidir. 

Etibarnamənin qüvvədə olma müddəti 3 ildən artıq ola bilməz. etibarnamədə onun qüvvədə  

olma müddəti göstərilmədikdə, etibarnamə onun verildiyi tarixdən 1 il müddətində qüvvədə  

olur. 


Azərbaycanın hüquqlarından kənarda yaşayan şəxslər və xarici hüquqi şəxslər etibarnaməni

onun tərtib olunduğu ölkənin qanunvericiliyinə uyğun hazırlayaraq təqdim edirlər. 

13.4. Rüsumun ödənildiyini təsdiqləyən sənəd 

Ərizəyə qanunvericiliklə müəyyən edilən müddətə rüsumun ödənilməsi barədə sənədin əsli və 

ya surəti əlavə olunur. 

14. Əlavə sənədlər 

14.1. İddia olunan nişan bu Qaydaların 4-cü bəndinin «f», «d» yarımbəndlərində göstərilən 

elementləri özünə daxil edərsə, onların istifadəsi üçün Azərbaycan Respublikası Nazirlər 

Kabinetinin razılığı barədə sənəd əlavə olunur. 

14.2. İddia olunan nişanda, iddiaçının istehsal etdiyi əmtəə ilə və ya göstərdiyi xidmətlə bağlı 

istehsalatın və ya göstərilən xidmətin əsasının qoyulma tarixi, təltiflərin şəkli əks olunduğu 

təqdirdə, ərizəyə istehsalatın və ya xidmətin əsasının qoyulduğunu, təltifə görə iddiaçının 

hüququnu təsdiqləyən sənəd əlavə olunur. 

14.3. İddia olunan nişana bu Qaydaların 5-ci bəndinin 2-ci hissəsinin «a», «b», «c» 

yarımbəndlərində göstərilən elementlər (işarələr) daxil olarsa, zəruri hallarda ərizəyə 

aşağıdakılar qoşulur: 

soyadların, adların, təxəllüslərin və onlardan törəmələrin, portretlərin və bu cür şəxslərin 

faksimilesini əks etdirən işarələrin əmtəə nişanı kimi qeydə alınması üçün məşhur şəxslər və 

ya onların varisləri, Azərbaycan RespublikasınınMədəniyyət və Turizm Nazirliyi tərəfindən 

verilən razılıq; 

Azərbaycan Respublikasının elm, ədəbiyyat və incəsənət əsərlərində, onların fraqmentlərində 

sitatlarda və personajlarda uzun illər işlədilən adların əmtəə nişanı kimi qeydə alınması üçün 

onlara görə müəllif hüququna və ya varislik hüququna malik şəxslərin razılığı; 

iddia olunan nişan firma adlarından, onların hissələrindən ibarət olarsa və ya nişanda bu cür 

adlardan istifadə olunarsa, onların əmtəə nişanını qeydə almaq istəyən şəxsə məxsus olduğunu 

təsdiqləyən sənəd; 

iddia olunan əmtəə nişanında istifadə olunan sənaye nümunəsinin iddiaçıya məxsus olduğunu 

təsdiqləyən sənəd (məsələn, qeydiyyat barədə patentin surəti). 

III fəsil 

ƏMTƏƏ NİŞANINI QEYDƏ ALMAQ ÜÇÜN İDDİA SƏNƏDİ ÜZRƏ İŞLƏRİN SMPDK 

İLƏ APARILMASI 

15. Nümayəndənin təyini 

15.1. İddia sənədini SMPDK-ya verdikdən sonra iddiaçı onunla bağlı işləri aparmaq və iddia 

sənədinə baxılarkən maraqlarını təmin etmək məqsədilə, müvafiq etibarnamə verməklə 

özünün nümayəndəsini təyin edə bilər. 

15.2. Azərbaycan Respublikasının iddiaçıları əmtəə nişanlarının mühafizəsi sahəsində hüquqi 

əhəmiyyətli işləri şəxsən özü və ya SMPDK-da qeydə alınan patent müvəkkili vasitəsilə apara 

bilər. 



15.3. Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan fiziki şəxslərin 

nümayəndələri və ya xarici hüquqi şəxslər (xarici iddiaçılar), yaxud onların patent 

müvəkkilləri iddia sənədinin verilməsi, mühafizə sənədinin alınması, qüvvədə saxlanması və 

onlarla bağlı digər hüquqi əhəmiyyətli işləri yalnız SMPDK-da qeydə alınan patent 

müvəkkilləri vasitəsilə apara bilər. 

15.4. Nümayəndəliyə görə etibarnamə iddia sənədi təqdim olunan zaman və ya Qanunun 9-cu 

maddəsinə müvafiq olaraq, kargüzarlıq işlərinin aparılma prosesində verilə bilər. 

15.5. etibarnamə ərizəyə qoşulur. 

15.6. Nümayəndənin ona verilmiş səlahiyyət çərçivəsində SMPDK-ya qarşı istənilən hərəkəti 

və ya SMPDK-nin nümayəndəyə qarşı istənilən hərəkəti nəticə etibarilə iddiaçının SMPDK-

ya və ya SMPDK-nın iddiaçıya qarşı olan hərəkətlərinə bərabər tutulur. 

15.7. Nümayəndənin səlahiyyəti etibarnamədə göstərilən müddət çərçivəsindədir. 

Səlahiyyətin etibarnamədə göstərilən müddəti bitmədən dayandırılması, iddiaçı və ya onun 

hüquqi varisi tərəfindən SMPDK-ya verilən ərizə əsasında (etibarnamənin geri çağırılması), 

həmçinin vəkalət alan şəxsin ondan etiraz etməsi, hüquqi şəxsin ləğv olunması, fiziki şəxsin 

vəfat etdiyi və s. hallarında baş verə bilər. 

16. SMPDK ilə yazışmaların aparılması 

16.1. Yazışmalar hər bir iddia sənədi üzrə ayrılıqda iddiaçı və ya onun səlahiyyətli 

nümayəndəsi tərəfindən aparılır. 

İddia sənədi verildikdən sonra, həmin sənədlə bağlı iddiaçının SMPDK-ya göndərdiyi əlavə 

materiallarda, iddia sənədinin nömrəsi, onun verilmə tarixi, iddiaçının və ya onun 

nümayəndəsinin imzası öz əksini tapmalıdır. Göndərilən əlavə materiallarda yuxarıda qeyd 

edilənlər öz əksini tapmadıqda, materiallar geri qaytarılır. 

16.2. İddia sənədi üzrə kargüzarlıq işləri bu Qanunla müəyyən edilən müddətdə aparılır. Əgər 

kargüzarlıq işlərinin aparılma müddəti «____ müddət ərzində» söz birləşməsi ilə müəyyən 

edilirsə və müddətin axırıncı günü iş gününə düşmürsə, onda müddətin qurtarması həmin 

gündən sonra gələn növbəti iş günü üzrə müəyyən edilir. Əgər müddətin qurtardığını göstərən 

gün (tarix) onun düşdüyü ayın gününə uyğun gəlmirsə, yəni həmin ayda müddətin 

qurtardığını göstərən gün (tarix) yoxdursa, müddətin qurtarması günü həmin ayın axırıncı 

günü hesab edilir. 

16.3. Əgər yazışma iddiaçının nümayəndəsi ilə aparılarsa, SMPDK-ya daxil olan materialların 

müddəti, nümayəndə tərəfindən materialların SMPDK-ya verilmə tarixindən hesablanır. 

17. İddia sənədi materiallarına əlavələrin edilməsi, həmin materiallarda dəyişikliklərin və 

düzəlişlərin aparılması 

17.1. Qanunun 2-ci fəslinin 11-ci maddəsinə uyğun olaraq iddia sənədinin ekspertizasının 

aparıldığı dövrdə ona dair müvafiq qərar qəbul edilənədək iddiaçı müəyyənləşdirilmiş rüsumu 

ödəyərək, öz təşəbbüsü ilə iddia sənədinin materiallarını tamamlaya, dəqiqləşdirə və onlara 

düzəliş edə bilər. 

Ekspertizanın aparıldığı dövrdə SMPDK iddiaçıdan ekspertiza üçün zəruri olan əlavə sənəd 

tələb edə bilər. 

17.2. İddiaçı tərəfindən İddia sənədi materiallarında mövcud olan səhvlər üzrə düzəlişlərin

dəqiqləşdirmələrin aparılması, əlavələrin edilməsi müəyyən olunmuş formaya uyğun ərizə 

verməklə həyata keçirilir. Ərizənin SMPDK-ya daxil olması və ona baxılmanın nəticəsi 

barədə iddiaçıya bildiriş göndərilir. 

Ərizəyə iddia sənədi materiallarında düzəlişlərin, dəqiqləşdirmələrin aparılması, əlavələrin 

edilməsi üçün müəyyənləşdirilmiş rüsumun ödənildiyini təsdiq edən sənəd qoşulur. 

Rüsumun ödənildiyi barədə sənəd təqdim olunmadıqda və ya ödənilən məbləğ müəyyən 

edilən həcmə uyğun gəlmədikdə, materiallar baxılmaq üçün qəbul olunmur və bu barədə 

iddiaçıya bildiriş göndərilir. 

Əlavə materiallar qeydiyyata alınmaq üçün verilmiş nişanın mahiyyətini dəyişirsə və ya iddia 




Yüklə 213,7 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə