Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı



Yüklə 213,7 Kb.
Pdf görüntüsü
səhifə3/8
tarix16.11.2018
ölçüsü213,7 Kb.
#79873
növüQaydalar
1   2   3   4   5   6   7   8

sənədlərdən ibarət olmaqla bir əmtəə nişanına aid olmalıdır. 

Əmtəə nişanının qeydə alınmasına dair verilən ərizədə aşağıdakılar göstərilməlidir: 

iddiaçının adı, yerləşdiyi və ya yaşadığı yer, imzası (iddia sənədi patent müvəkkil vasitəsilə  

verildikdə, patent müvəkkilinin soyadı, adı, ünvanı və imzası); 

iddia edilən nişanın şəkli və ya üçölçülü forması (nişan üçölçülü olduğu təqdirdə); 

nişanların qeydiyyatı üçün əmtəələrin və xidmətlərin Nitsa təsnifatı üzrə qruplaşdırılmış  

siyahısı; 

əmtəə nişanının rəngi; 

nişanın və ya onun müəyyən hissəsinin transliterasiyası və tərcüməsi. 

Ərizəyə aşağıdakılar qoşulur: 

dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd; 

iddia sənədi patent müvəkkili vasitəsilə verildikdə onun səlahiyyətlərini təsdiq edən sənəd; 

kollektiv nişanın nizamnaməsi, kollektiv nişanı öz adına qeydə almağa vəkil edilmiş  

subyektin adı, kollektiv nişandan istifadə hüququ olan subyektin bütün üzvlərinin siyahısı, bu 

nişanın aid ediləcəyi əmtəələrin və ya xidmətlərin siyahısı, onların vahid keyfiyyət və digər 

xüsusiyyətləri; 

zəruri halda əmtəə nişanının ilkinliyini təsdiq edən sənəd (Qanunun 10-cu maddəsinə uyğun 

olaraq); 

zəruri halda əmtəə nişanının sərgi ilkinliyini təsdiq edən sənəd. 

8. İddia sənədinin dili 

Əmtəə nişanının qeydə alınmasına dair ərizə Azərbaycan dilində verilir. 

İddia sənədinə daxil olan digər sənədlər Azərbaycan dilində və ya başqa dillərdə verilə bilər. 

İddia sənədinin başqa dildə verilmiş materiallarının Azərbaycan dilinə tərcüməsi iddia 

sənədinin verildiyi gündən 2 ay ərzində təqdim olunmalıdır.  

SMPDK-ya verilmiş materialların Azərbaycan dilinə tərcüməsi müəyyənləşdirilmiş müddətdə  

verilmədikdə və bu müddət başa çatanadək onun uzadılmasına əsaslandırılmış vəsatət təqdim  

edilmədikdə, iddia sənədi verilməmiş sayılır. Əlavə dövlət rüsumu ödənilməklə  

müəyyənləşdirilmiş müddət əlavə olaraq 2 aya uzadılır. 

9. Nüsxələrin miqdarı  

Ərizə 2 nüsxədə təqdim olunur. Qeydə almaq üçün iddia olunan nişan istisna olmaqla, ərizəyə  

əlavə olunan sənədlər 1 nüsxədə təqdim olunur. 

Qeydə almaq üçün iddia olunan nişanın şəkli 12 nüsxədə təqdim olunur. 

Ərizə və ona qoşulan sənədlər çap olunmuş şəkildə təqdim olunur. 

10. İmza  

Ərizə iddiaçı və ya onun patent müvəkkili tərəfindən imzalanır. İddiaçı hüquqi şəxs olduqda 

ərizə təşkilatın rəhbəri və ya rəhbərin adından imzalamağa səlahiyyəti olan şəxs tərəfindən 

imzalanır. İmza edən şəxsin vəzifəsi, soyadı, adı göstərilir və imza möhürlə təsdiqlənir. 

Ərizəyə əlavə vərəq qoşularsa, həmin vərəq yuxarıda göstərilən qaydada imzalanır və  

təsdiqlənir. 

İddia sənədi patent müvəkkili tərəfindən verildikdə, sənədlər patent müvəkkili tərəfindən 

imzalanır. 

11. Ərizə  

Ərizə SMPDK-nın təsdiq etdiyi formaya uyğun tərtib olunur. Ərizə formasında zəruri olan 

məlumatların hamısı öz əksini tapmalıdır. 

Əgər hər hansı məlumat, formada göstərilən qrafaya yerləşmirsə, onda formada göstərilən 

qrafada «davamına əlavə vərəqdə bax» ifadəsini yazmaqla məlumat əlavə vərəqdə verilir. 

12. İddia olunan nişan 

12.1. İddia olunan nişanın şəkli 

İddia olunan nişanın şəkli 80x80 mm ölçüdə mətbəə ottiski və ya qrafik təsvir formasında 

təqdim olunur (nişfnın növündən asılı olaraq onun şəklinin bir tərəfinin ölçüsü 100 mm-ə  




qədər ola bilər). Əmtəə nişanı kimi qeydə almaq üçün etiket təqdim olunarsa, etiketin özü 

olduğu ölçüdə, iddia olunan nişanın şəkil kimi verilə bilər. 

Əmtəə nişanı kimi qeydiyyata almaq üçün verilən şəkil üçölçülü olarsa, zərurət olduğu 

təqdirdə, şəklin proyeksiyalarının bütün zəruri şəkilləri təqdim edilir. 

Fotoşəkillər, mətbəə ottiski və ya iddia olunan nişan (işarə), əmtəə nişanını qeydə almaq üçün 

xahiş olunan rəngdə və ya rənglərin uzlaşmasında (kombinasiyasında) verilir. 

Nişanın şəkli keyfiyyətli qrafik tərtibdə olmalıdır. Bir iddia sənədinə nişanın bir variantda 

tərtibi daxil edilir. 

12.2. Nişanın təsviri və onun rəngi (rənglərin uzlaşması) 

Yazılı ifada olan nişan və ya onun hissəsi məna vermədiyi təqdirdə, onun yaranması (tərtib 

olunması) açıqlanır. Məsələn, bir neçə sözün başlanğıc hecaları, abbreviatura, uydurulmuş söz 

və s. 


Sözdən ibarət nişan (işarə) dövlət dilində az işlənəndirsə (məsələn, tarixi adlar, keçmiş, 

köhnəlmiş sözlər, xüsusi terminlər və s.), onun mənası göstərilir. 

Sözdən ibarət nişan və ya onun hissəsi təsviri xarakter daşıdığı halda, onun mənası açıqlanır. 

Nişanın rəngli formada qeydə alınması xahiş olunarsa, onun rənginə və ya nişanın əsas 

hissələrinin rənginə, rənglərin uzlaşmasına (kombinasiyasına) aid göstəriş ərizədə qeyd edilir. 

Rənglərin təsviri nişanda istifadə olunan rənglərə uyğun olmalıdır. 

12.3. Əmtəələrin və xidmətlərin siyahısı  

Qeydə alınması üçün xahiş olunan əmtəə nişanının aid olduğu əmtəələrin və (və ya) 

xidmətlərin adı Nitsa təsnifatına uyğun qruplaşdırılmalıdır. Bu zaman əmtəənin və (və ya) 

xidmətin daxil olduğu sinifin nömrəsi həmin Təsnifata uyğun olaraq əvvəldə göstərilir. 

13. Ərizəyə qoşulan sənədlərə qoyulan tələblər 

13.1. Nişanın kollektiv nişan olduğunu təsdiqləyən sənəd 

İddia sənədi kollektiv nişan kimi qeydə alınmaq üçün verildiyi halda, ərizəyə kollektiv nişanın 

nizamnaməsinin surəti və ya həmin nizamnamədən (əsasnamədən) çıxarış qoşulur. Təqdim  

olunan sənəddə kollektiv nişanı öz adına qeydə almağa səlahiyyəti olan birliyin adı, kollektiv 

nişandan istifadə etməyə səlahiyyəti olan birliyin bütün üzvlərinin siyahısı, birliyin yerləşdiyi 

yer, nişanın qeydiyyatında məqsədi, əmtəələrin və ya xidmətlərin vahid keyfiyyətinin və  

başqa xassələrinin siyahısı, onun istifadə şərtləri, onun istifadəsinə nəzarətin həyata keçirilmə  

qaydası, kollektiv əmtəə nişanının nizamnaməsinin pozulması halında, ona görə məsuliyyət 

daşıyan şəxs barədə məlumat öz əksini tapmalıdır. 

13.2. İlkinliyi təsdiqləyən sənəd 

Qanunun 10-cu maddəsinə uyğun olaraq, iddia sənədində konvensiya ilkinliyi xahiş olunarsa, 

ərizəyə həmin iddia sənədinin xarici ölkənin patent idarəsinə verilmiş birinci iddia sənədinin 

təsdiqlənmiş surəti qoşulur. Birinci iddia sənədinin surəti, iddia sənədinin SMPDK-ya 

verildiyi tarixdən 3 ay ərzində verilə bilər. 

Sərgi ilkinliyindən istifadə olunması xahiş olunarsa, ərizəyə sərginin rəsmi olması və ya 

beynəlxalq statusla rəsmi qəbul olunması barədə sənəd qoşulur. Həmin sənəddə əmtəəni 

nümayiş etdirən şəxsin adı, nişanın təsviri, nişana aid olan əmtəələrin siyahısı, həmçinin onun 

sərgidə açıq nümayiş etdirilmə tarixi öz əksini tapmalıdır. Sənəd sərgini təşkil edən müvafiq 

təşkilat tərəfindən təsdiqlənməlidir. 

13.3. etibarnamə  

Patent müvəkkili tərəfindən verilən iddia sənədinə patent müvəkkilinin səlahiyyətini 

təsdiqləyən etibarnamə qoşulur. 

Etibarnamə sadə yazılı formada və ya müəyyən olunmuş formaya uyğun tərtib olunur və onun 

notarial təsdiqinə ehtiyac duyulmur. 

SMPDK-da qeydiyyata alınan patent müvəkkilinə etibarnamə bilavasitə xarici hüquqi və ya 

fiziki şəxs tərəfindən və ya iddiaçıdan müvafiq etibarnamə almış səlahiyyətli nümayəndə  

(patent müvəkkili) tərəfindən verilə bilər. 




Yüklə 213,7 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə