Epilepsiyanın diaqnostika və müalicəsi üzrə klinik protokol


Depressiv vəziyyətlərin müalicəsi



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə11/22
tarix17.09.2017
ölçüsü0,53 Mb.
#456
1   ...   7   8   9   10   11   12   13   14   ...   22

 33

Depressiv vəziyyətlərin müalicəsi 

Epilepsiya zamanı üzvi mənşəli affektiv pozuntu çərçivəsində 

depressiv vəziyyətlərin müalicəsini antidepressantların köməkliyi ilə 

aparırlar. Bu zaman aşağıdakı qaydalara əməl etmək lazımdır: 

1.

 

Depressiyanın müalicəsini EƏP-lərin qəbulunu 



dayandırmadan aparmaq lazımdır. 

2.

 



Epileptik tutma aktivliyi hüdudunu azaltmayan 

antidepressantlar təyin edilməlidir. 

3.

 

Serotoninin geriyə tutulmasının selektiv inhibitorlarına 



(SGTSİ) üstünlük verilməlidir.  

4.

 



Fenobarbital, primidon (heksamidin), viqabatrin, tiaqabin və 

qabapentin təyin edilməsindən çəkinmək lazımdır. 

Valproatlar da normotimik xüsusiyyətlərə malikdirlər. 

5.

 



Topiramat və lamotricin təyin edilməsi göstərişdir. 

6.

 



EƏP və antidepressantların farmakokinetik qarşılıqlı təsirini 

nəzərə almaq lazımdır. 

Konkret antidepressantın seçilməsi zamanı onun epileptik 

tutmaya hazır olma həddinə  təsirini və  EƏP-lə qarşılıqlı  təsirini 

nəzərə almaq lazımdır.  Ən yüksək epileptik tutmaya hazır olma 

(prokonvulsiv effekt) səviyyəsinə trisiklik (imipramin, klomipramin) 

və tetrasiklik (maprotilin) strukturlu antidepressantlar malikdir. Bu 

preparatlar xəstələrin 0,3-15%-də epileptik tutmalar əmələ gətirirlər. 

SGTSİ qrupundan olan antidepressantların xeyli az hallarda bu cür 

əlavə  təsirləri meydana gəlir (sitalopram istisna olmaqla, onunla 

bağlı ziddiyyətli məlumatlar mövcuddur). 

Preparatların aşağıdakı farmakokinetik xüsusiyyətlərini nəzərə 

almaq lazımdır: 

 



EƏP və antidepressantlar arasında farmakokinetik qarşılıqlı təsir 

CP450 qara ciyər fermentləri sistemində həyata keçir; 

 

Fenobarbital, fenitoin (difenin) və karbamazepin izoenzim 2O6-



nın induksiyası hesabına trisiklik strukturlu antidepressantların və 

SGTSİ-lərin konsentrasiyasının azalmasına gətirib çıxarır; 

 

SGTSİ-lər isə  əksinə, EƏP-lərin konsentrasiyasının artmasına 



səbəb olurlar; 

 



Karbamazepin və fenitoinin (difenin) konsentrasiyasını ən tez-tez 

fluoksetin artırır; 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.




 34

 



Fluoksetinlə kombinasiyada EƏP-lərin təyin edilməsindən 

çəkinmək lazımdır; 

 

SGTSİ-lər arasında ilkin seçim preparatları paroksetin, sertralin, 



fevarin, lerivon və sitalopramdır. 

Prokonvulsiv effektə malik sitalopramı ehtiyatla təyin etmək 

lazımdır. Depressiyaların müalicəsi üçün paroksetin 20-40 mq/sut, 

sertralin 50-100 mq/sut, fevarin 50-100 mq/sut, klomipramin 100-

150 mq/sut, lerivon 100 mq/sut tövsiyə etmək olar. Epilepsiya 

zamanı depressiv vəziyyətlərin strukturunda obsessiv-fobik hisslərin 

mövcud olması SGTSİ-lərin yaxşı effektinin göstəricisidir. 

Epileptik psixozlar 

Epilepsiyalı xəstələrdə meydana gələn psixozlar problemi öz qəti 

həllini tapmamışdır. Bu, psixozların patogenezi və təsnifatı ilə bağlı 

ümumi təsəvvürlərin olmamasından irəli gəlir. 

Epileptik psixozları, tutmalara münasibətdə əmələ gəlmə vaxtına 

görə fərqləndirmək qəbul olunmuşdur. İktal, o cümlədən periiktal və 

postiktal, həmçinin interiktal psixozlar ayırd edilir. İktal psixozlar 

çox nadir hallarda müşahidə olunur. Onlar hallüsinator fenomenli 

(həm görmə, həm də  eşitmə) paranoid strukturla xarakterizə edilir. 

Bu cür psixozların inkişafı nisbətən gec yaşda meydana çıxmış, 

absanslar formasında birincili yayılmış tutmalarla və ya mürəkkəb 

parsial tutmaların mövcudluğu ilə əlaqədardır. 

Postiktal psixozlar aydın ifadə olunmuş  şizoform və ya 

şizofreniyaya bənzər şəklə malikdir. 

Postiktal və interiktal epileptik psixozların strukturuna müxtəlif 

endoform simptomatika daxildir. Bu zaman reaksiyaların ekzogen 

tipi üçün xarakterik olan əlamətlər qeyd olunmur.  

Postiktal psixoz hallarında kəskin hissi sayıqlama hadisələri, o 

cümlədən illüzor-fantastik derealizasiya və depersonalizasiya 

(derealizasiya depersonalizasiyanın bir növü olaraq allopsixi 

depersonalizasiya adlandırılır)  əlamətləri ilə sayıqlama səhnələri, 

oxşarların görünməsi – ön plana çıxır. Tutmaların kəsilməsi və 

dəyişilmiş affekt fonunda şüurun aydınlaşmasından sonra bu 

pozuntular sürətlə (bir neçə saat ərzində) inkişaf edir. 

 Affektin  istiqaməti  əhəmiyyət daşımır: psixoz həm aydın ifadə 

olunmuş depressiya (çaşqınlıqla müşayiət edilən), həm də maniakal 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.




 35

affekt fonunda inkişaf edə bilər. Sayıqlama hisslərinin məzmunu 

üstünlük təşkil edən affektin xarakteri ilə müəyyən olunur. 

Depressiyanın üstün olduğu hallarda özünü təqsirləndirmə ideyaları 

ön plana çıxır, onlara tez bir zamanda münasibət, xəstənin həyatı 

üçün təhlükə, təqib və təsir ideyaları qoşulur. Təqib və təsir ideyaları 

davamlı, tamamlanmış xarakter daşımır; onlar ötəri, rabitəsizdir. 

Daha sonra, kəskin postiktal psixozun inkişafı ilə yanlış tanıma 

sayıqlama sindromları (Freqoli sindromu, intermetamorfoz 

sindromu), illüzor-fantastik derealizasiya və depersonalizasiya get-

gedə daha böyük əhəmiyyət kəsb edir, bunlar da hiss edilmədən 

oneyroid sindromla əvəzlənir. Belə hallarda psixozun 

transformasiyası  şizoaffektiv və sikloid psixozlarda baş verənlərlə 

(K.Şneyder bunları adlandırmaq üçün “aralıq hadisələr” terminindən 

istifadə etmişdir), demək olar ki, tamamilə üst-üstə düşür. 

Simptomatikanın inkişafının yüksək səviyyəsində epileptik psixozu 

fenomenoloji cəhətdən onunla oxşar olan endogen psixozlardan 

ayırmaq cəhdləri, adətən nəzərə çarpan nəticəyə gətirib çıxarmır. 

Diaqnozun qoyulması zamanı anamnezdə epilepsiya ilə 

xəstələnmə faktının olması  və psixozun bitməsindən sonra baş 

vermiş şəxsiyyət dəyişikliyinin xüsusiyyəti həlledici əhəmiyyət kəsb 

edir. Bu cür hallar epilepsiyalı xəstələrin intensiv epilepsiya əleyhinə 

terapiyası zamanı  əsas preparat qismində  aşkar QAYT-ergik təsir 

mexanizminə malik EƏP-lərin (valproatlar, barbituratlar, qabapentin, 

viqabatrin) yüksək dozalarından istifadə edildikdə meydana çıxa 

bilər. Belə halların göstərilməsi üçün “alternativ psixozlar” termini 

irəli sürülmüşdür ki, bu da tutmalar və psixozlar arasında qarşılıqlı 

əlaqənin bir-birini əvəz etmə xarakterində olduğunu nəzərdə tutur. 

Epilepsiyalı 

xəstələrdə interiktal psixozlar tutmaların 

kəsilməsindən bir neçə ay və ya il sonra meydana çıxa bilər. Bu 

psixozların klinik şəkli postiktal psixozların strukturundan müəyyən 

fərqlərə malikdir. İlk plana, Şneyderin birinci ranq simptomları 

adlandırılan pozuntular çıxır: təsir hadisələri, fikirlərin açıqlığı, 

eşitmə (verbal) hallüsinasiyaları, təqib ideyaları, həmçinin sayıqlama 

qavrayışı  əlamətləri.  İnteriktal psixozlar uzunsürən və  hətta xroniki 

gediş ala bilər. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.



Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə