ErməNİ saxtakarliğI. Yalan üZƏRİNDƏ qurulan tariX



Yüklə 32,2 Kb.
Pdf görüntüsü
səhifə5/95
tarix08.03.2018
ölçüsü32,2 Kb.
#30953
1   2   3   4   5   6   7   8   9   ...   95

- 15 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
semantikasını yalnız faktlarla bildirsinlər! Tarixdə mövcud olmayan dövlətin 
hər hansı bir rəsmi atributundan söz açmağa dəyməz. Çıxış yolunu isə digər 
xalqlara və dövlətlərə məxsus rəmzlərin mənimsənilməsində və onların 
erməniləşdirilməsində görmüşlər. Diqqət çəkən məqam həm də ondan ibarətdir 
ki, bu mənimsəmələrin hədəfi olan istənilən maddi-mədəni və ya qeyri-maddi 
irs nümunəsi qondarma dini rəvayətlərlə əlaqələndirilir, onların “qədim erməni 
dövlətçiliyi” ilə bağlanılmasına səy göstərilir. 
Təhlillərə əsasən, ermənilərin yüz illər boyu sınanmış mənimsəmə 
texnologiyası mürəkkəb və çoxmərhələlidir: əvvəlcə, mənimsəmə üçün seçilən 
nümunənin “erməni mənşəyi” barədə “qədim erməni folkloru” səviyyəsində 
rəvayətlər uydurulur və ölkə daxilində ictimai dövriyyəyə buraxılır. “Yeni-
qədim” rəvayət yerli ictimai təfəkkürdə özünə möhkəm yer tutduqdan, kütlə 
həqiqətən həmin obyektin “erməni kökənli” olmasına inandırıldıqdan sonra 
kitablara və orta məktəb dərsliklərinə salınır, növbəti mərhələdə isə həmin 
rəvayətin “təkzibedilməz tarixi faktlara söykəndiyini” əsaslandırmaq üçün 
“qədim mənbələrin” formalaşdırılması prosesinə başlanılır. Bu mərhələdə 
bir qayda olaraq, həmin mənbələr 
“XVIII-XIX əsrlərdə erməni rahibləri 
tərəfindən üzü köçürülən, orijinal nüsxələri isə 1915-ci il hadisələri 
nəticəsində it-bata düşən qədim salnamələrdən” ibarət olur.
5
 Üçüncü, daha 
mürəkkəb mərhələdə həmin “qədim mənbələrdəki sitat və faktlar” müxtəlif 
yollarla xarici müəlliflərin əsərlərinə nüfuz etdirilir. Sonda isə həmin obyektin 
mənimsənilmədiyini, əksinə erməni mənşəli olmasını göstərmək üçün daha 
folklor nümunələrinə deyil, nüfuzlu əcnəbi alimlərin əsərlərinə istinad edilir... 
 Frans Kafka yazırdı: “
Hər şey, o cümlədən yalan da həqiqətə  xidmət  
edir”. Hazırda erməni ruhanilərinin, tarixçilərinin, bəstəkar və musiqiçilərinin, 
xalçaçılarının, hətta kulinarlarının da başqa xalqların maddi-mənəvi irsini necə 
və hansı üsullarla mənimsəmələri barədə istənilən sayda dəlil-sübut gətirmək 
olar. Məsələn, müasir erməni tarixçiləri belə hesab edirlər ki, erməni milli 
dövlətçilik rəmzlərinin təməlini “hüdudları dənizdən-dənizədək uzanan, 
ümumi sahəsi 400 min kvadrat kilometr olan Böyük Ermənistan dövlətinin” özü 
qədər möhtəşəm hökmdarı, “I Tiqran Yervanduni” və ya “Yervandidi”, yaxud 
da “Yerevanyan” (?), eyni zamanda “Böyük Tiqran” (eramızdan əvvəl 560-535-
ci illər) qoymuşdu. Üstəlik, onun və törəmələri olan “Ervanilər sülaləsinin” 
pullarını, şanlı döyüş bayraqlarını və hökmdar taclarını həmişə iki quş və 
aralarında səkkizguşəli günəş təsvir edilən “milli erməni rəmzi” bəzəmişdi. 

 Геворкян А.  “Армянский миниатюрист XVII века Никогос Цахкарар”, http://nashasreda.ru/armyanskij-
miniatyurist-xvii-veka-nikogos-caxkarar/


- 16 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
Halbuki, bu rəmzin daha qədim nümunələrinə, eləcə də əski türk mifologiyası 
əsasında semantik yozumuna təkcə tarixi Azərbaycan və Anadolu ərazilərində 
deyil, Mərkəzi Asiyada, Altaylarda, Volqaboyunda da rast gəlirik. 
Erməni yazıçısı 
Raffi  (Akop Melik-Akopyan) isə Böyük Tiqranın gerbi 
barədə fərqli düşüncə sahibidir. Onun fikrincə, Tiqranın bayrağında quşlar 
deyil, əjdaha təsviri həkk edilmişdir. Xatırladaq ki, bu mifik varlıq saka-skif, 
hun, Xəzər simvolizminin aparıcı elementlərindən olmuşdu. Eyni zamanda, 
“Böyük Ermənistan hökmdarının” öz dövlətini ilan rəmzi altında qurması 
barədə növbəti iddia da onun 
skif mənşəyini təsdiqləməkdədir. 
XIX əsrdə yaşamış naməlum 
erməni rəssamının çəkdiyi şəkil 
isə daha bir fərziyyə haqqında 
əyani məlumat verir. Təsvirdən 
məlum olur ki, eramızdan əvvəl 
yaşamış “erməni hökmdarı” 
Orta əsrlərə xas olan əba geymiş, 
başına bektaşi dərvişlərinə xas 
baş geyimi qoymuşdu. Maraqlı 
məqam isə Tiqranın bayrağındakı 
tanış qartal təsviridir. Həmin 
təsvirə isə səlcuq, Qızıl 
Orda hökmdarlarının tuğ və 
sancaqlarında, metal sikkələrində 
rast gəlirik. Digər tərəfdən, əgər 
bu bayraq həqiqətən də “Böyük 
Tiqrana” məxsus olubsa, görəsən 
nə üçün məğlub ordunun rəmzi 
kimi bir kənara, şəkildə təsvir 
olunan şəxsin ayaqları altına 
atılmışdı? Yeri gəlmişkən, məhz 
bu element də şəkildəkinin 
həqiqətən də “Böyük Tiqran” olduğunu ciddi şübhə altına alır. Odur ki, 
belə qeyri-müəyyənliklərə görə erməni mənşəli Amerika tarixçisi 
Riçard 
Ovanesyan (Riçard Qeybl Hovannisian) yerevanlı həmkarlarına tələsməməyi 
tövsiyə etmiş və bildirmişdir ki, yervandidilər, o cümlədən bu sülalədən çıxan 
“Böyük Tiqran Yervanduni” (XIX əsr, “naməlum 
erməni rəssamının” çəkdiyi təsvir)


- 17 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
Böyük Tiqran etnik erməni deyil, “İran mənşəli” hökmdar olmuşdu.
6
 
  Lakin erməni simvol plagiatlığının hansı siyasət səviyyəsində aparılmasının, 
hansı məqamlarda dəstəklənməsinin ən dəqiq təsdiqi isə Ermənistan 
Respublikasının dövlət rəmzi, onun gerbidir. Açığını desək, gerbin estetikasına 
dair özəl mülahizələrimiz var, lakin zövqlər müxtəlif olduğu üçün onları açıqlamaq 
fikrindən uzağıq. Amma dövlət və kilsə siyasəti (əslində Ermənistanda onlar 
arasında fərq şərtidir) səviyyəsində dəstəklənən maddi-mənəvi irs oğurluğunun 
bariz nümunəsi olan bu simvol struktur etibarı ilə uşaqları əqli cəhətdən inkişaf 
etdirən əyləncəli “pazl” oyununa – ayrı-ayrı kiçik fraqmentlərdən, başqa xalq 
və dövlətlərə məxsus rəmzlərdən yığılan qurama təsvirlərə bənzəyir. Belə ki, 
Ermənistan Respublikası tarixdə ilk dəfə dövlət müstəqilliyinə qovuşandan 
sonra - 1992-ci ildə qəbul edilmiş bu rəmzin mərkəzində Avropa hərb sənətinə 
xas olan üçkünc heraldika qalxanı, onun içərisinə isə əbədi erməni yuxusu - 
Türkiyə ərazisindəki “Ararat (Ağrı) dağı 
və onun zirvəsinə yan almış Nuhun 
gəmisi” həkk olunub. Mövzudan 
yayınmamaq şərti ilə həmin fraqmentə 
ötəri də olsa, diqqət yetirək. Gerbin 
müəllifləri – akademik Aleksandr 
Tamanyan və rəssam Akop Kocoyan 
görünür çox tələsmişlər: təsvirdə Ağrı 
dağının ətəklərinin su altında qalmasına 
baxmayaraq, Nuhun nəhəng gəmisinin 
torpaq yolla sürüdülərək zirvəyə 
qaldırılmasının mümkünlüyü bu 
günədək qədim erməni mexaniklərinin 
açılmamış sirlərindən biri olaraq 
qalmaqdadır! Həmin kompozisiyanın 
ətrafındakı təsvirlərin - etnik tarixdə və 
təbliğatda “müstəqil erməni çarlıqlarının 
baniləri” kimi xatırlanan “Baqratilər, 
Arşakilər, Artaşeslər və Rubenyanlar 
sülalələrinin rəsmi rəmzlərinin” - bəbir, ikibaşlı qartal, Günəş və iki qartal 
(digər variantlarda qoşa kəklik), ən nəhayət, aslan təsvirlərinin də əslinə qalsa, 
nə erməni milli mədəniyyətinə, nə erməni kilsəsinə, nə də etnik dövlətçilik 
atributlarına aidiyyatı var.  
6    Hovannisian R. G. The Armenian People from Ancient to Modern Times. Palgrave Macmillan, 1997. Vol. I. The Dynastic 
Periods: From Antiquity to the Fourteenth Century. P. 15. 386 p. 
XX əsrin etnosiyasi pazl nümunəsi: 
Ermənistan Respublikasının dövlət 
gerbindəki heraldika qalxanı üzərində 
rəmzlər


Yüklə 32,2 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə