ƏSƏD ƏLİyev



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə30/37
tarix12.10.2018
ölçüsü0,85 Mb.
#73260
1   ...   26   27   28   29   30   31   32   33   ...   37

Əsəd Əliyev 
 
 
112 
öz el-
obasını  ayaqlayıb  keçən və  yurd-yuvasının  talanmasına 
qol qoyan qorxaqlardır.  
Bel
əliklə,  aparılan  araşdırmadan  məlum olur ki, tədqiq 
etdiyimiz bölg
ələrin əhalisi ailədə uşaqların tərbiyəsi məsələsinə 
ciddi  yanaşmış,  onları  kökü  minilliklərin dərinliyindən boy 
göst
ərən özünəməxsus milli dəyərlərimizə, adət-ənənələrimizə 
hörm
ət ruhunda böyütmüşlər. Sevindirici haldır ki, bu ənənəyə 
günümüzd
ə  də  əməl  olunmaqdadır.  Bu  isə  xalqın  öz  tarixi 
keçmişindən yadigar qalan mənəvı  dəyərlərinə  qiymət verə 
bilm
əsi və yaxşı nəyi varsa qoruyaraq gələcək nəsillərə ötürmək 
bacarığı ilə bağlıdır.  
                                                             
 
 


XIX-XX 
əsrin əvvəllərində Gürcüstan azərbaycanlılarının ailə məişəti 
 
 
113 
 
D
ƏFN 
 
Ail
ə məişətinin ən vacib, ağrılı və məsuliyyətli məsələlə-
rind
ən birini dəfn və yasla bağlı mərasimlər, adət-ənənələr təşkil 
edir.  Cüzi  transformasiyaya  uğrasa  da,  bu  mərasim və  adət-
ənənələr günümüzədək yaşadılmışdır. 
İlkin  başlanğıcda  heç bir dini təsəvvür və  qayda-qanun-
larla  çarpazlaşmayan  dəfn adətinin kökü insan cəmiyyətinin 
yaran
dığı, meydana gəldiyi çox qədim dövrlə bağlıdır. Belə ki, 
“insan t
əbiətə pənah gətirincə, çevrəyə, ondakı hadisələrə ibtidai 
şəkildə  olsa  da  inam  yarandıqca  ölübasdırma  adəti  yaranmış, 
çağlar keçdikcə daha yeni mənalarla zənginləşmişdir” (70,350). 
Bu haqda arxeoloq aliml
ərin əsərlərində də maraqlı məlumatlar 
verilir (45,236). 
Etnoqrafik materiallar göst
ərir ki, tədqiq etdiyimiz 
bölg
ələrin kəndlərində  hər  hansı  bir  ailədə  sağalacağına  ümid 
olmayan ağır xəstə olardısa, həmin evdə hazırlıq işləri görülər, 
h
əyət-baca  sahmana  salınar,  xəstənin  əl və  ayaq  dırnaqları  tu-
tular, çimizdiril
ər,  alt  paltarları  dəyişilər və  yataq dəstlərinin 
(yor
ğan-döşəyinin, balışının) üzü təzələnərdi. Burada bir mə-qa-
ma da diqq
ət çəkək ki, uzun müddət xəstə yatan yaşlı adamlar 
daima b
ədənlərini,  alt  paltarlarını  təmiz  saxlamağa  cəhd edər-
dil
ər. Təsadüfi deyil ki, ölümün istənilən  anda  baş  verə  bilə-
c
əyini xatırlatmaq  üçün xalq arasında “canını təmiz saxla, qəfil 
ölüm g
ələ bilər” kimi deyim də formalaşmışdır. 


Əsəd Əliyev 
 
 
114 
X
əstənin dili söz tutub, yoluxmağa gələnlərini tanıya, seçə 
bildiyi günl
ərdə  qohum-qonşular,  tanış-bilişlər  halallaşmaq 
üçün  ona  baş  çəkərdi. Özünü simsar hesab edən hər  bir  şəxs 
bunu özünün m
ənəvi borcu sayırdı.  
Ö
lüm  ayağında  olan  xəstələrin vəsiyyət etməsinə  xüsusi 
diqq
ət çəkilərdi. Bu amacla ailə  üzvlərindən və  ya  yaxın 
qohumlardan biri  x
əstənin  yanında  ordan-burdan söz salar, al 
dill
ə  onun arzusunu, istəyini, kimi görmək istədiyini və  s.  
öyr
ənərdi. Xəstə  könlündəkiləri  açıqladıqdan  sonra  həm ailə 
üzvl
ərinin nigarançılığına son qoyular, həm də demək istədikləri 
ür
əyində  qalmadığı  üçün  xəstə  özü  rahatlanardı.  Vəsiyyətin 
vacibliyi bar
ədə  “Qurani-Kərim”in Maidə  surəsinin 106-cı 
ay
əsində  də  məlumat verilir: “Ey iman edənlər. Birinizə  ölüm 
g
əlib çatınca vəsiyyət edin və vəsiyyət edəcəyiniz zaman aranız-
da iki 
ədalət sahibi şahidlik etsin. Yaxud səfərdə ikən başınıza 
ölüm müsib
əti gəlmişsə, sizdən olmayan iki  şahid  tuta 
bil
ərsiniz”.  
Yaşlı adamların dediyinə görə, ömrünün son dəqiqələrini 
yaşayan xəstənin yaxınları evə molla çağırar və onun müşaiyəti 
il
ə  xəstəni yönü qibləyə  tərəf    uzadardılar.  Molla  “can  verən” 
şəxsin  başı  üzərində  onun  eşidə  biləcəyi tərzdə  “Qurani-
K
ərim”in “Yasin” surəsini  oxuyardı.  Həmin anda nə  səs-küy 
olmasına, nə də kiminsə hündürdən ağlamasına  yol verilmirdi. 
Əks təqdirdə bu, xəstənin daha çox əzaba, ağrıya düçar olacağı 
kimi düşünülürdü. Can verən adamın yanında ucadan danışmağı 
v
ə ağlamağı şəriət də təqdir etmirdi (39,49). 


XIX-XX 
əsrin əvvəllərində Gürcüstan azərbaycanlılarının ailə məişəti 
 
 
115 
X
əstə  can verən zaman onun ayaq tərəfində  dayanmağa 
icaz
ə  verilməzdi.  İnama  görə,  Əzrayıl  xəstənin  canını  almaq 
üçün ayaq t
ərəfdən gəlirdi.  Onun  yolunda  dayanmaq,  qarşısını 
k
əsmək isə  Əzrayılın  narazılığına  səbəb olduğundan,  digər bir 
canı da alacağı kimi yozulurdu. 
Əzrayılla  bağlı  ümumazərbaycan türkləri  arasında 
söyl
ənilən rəvayətlərin birində deyilir ki, insanı yaratmaq üçün 
Allaha torpaq lazım olur. O, bu məqsədlə Cəbrayılı, Mikayılı və 
İsrafili növbə ilə yerə göndərir. Lakin onların hər üçü torpağın 
qışqırığından  təlaşlanaraq  bu  işin  öhdəsindən gələ  bilmir. 
Axırda  bu  vəzifə  Əzrayıla  tapşırılır.  Əzrayıl  torpağın  ah-
nal
əsinə  baxmayaraq,  Allahın  tapşırığına  əməl edir. Elə  buna 
gör
ə də insanların canını  almaq Əzrayıla həvalə olunur (74,19). 
Az
ərbaycanın  bu  və  ya digər yerlərində  olduğu  kimi, 
t
ədqiq etdiyimiz bölgələrin  əhalisi  arasında  belə  bir inam 
yayğındır ki, guya Əzrayıl “xəstənin gözünə müxtəlif formada, 
qiyaf
ədə  görünə  bilir.  Əgər xəstə  əməlisaleh isə  Əzrayıl  ona 
yaxşı  münasibətlə  yaxınlaşır.  Heç  incitmədən gül iylətmək, 
şərbət içirtmək və s. kimi yollarla ona ölüm şərbəti içirir, canını 
alır.  Pis  adamlar  isə  Əzrayılı  çəngəl-bıçaqlı,  qorxunc  qiyafədə 
görürl
ər. Belə xəstələr əl-qol atıb xırıldayırlar” (49,186).  
Q
ədim  insanların  düşüncəsində  ölüm ruhla da 
əlaqələndirilirdi. “Guya ruh bədəni həmişəlik tərk etdikdə adam 
ölür, ruh qayıtdıqda isə həmin adam dirilir”di (25,17).  
Aldığımız  məlumata görə, çətin can verən xəstə  barədə 
bel
ə  düşünülərdi ki, o, uzaqda olan  oğlundan,  qızından  və  ya 


Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə