ƏSƏD ƏLİyev



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə29/37
tarix12.10.2018
ölçüsü0,85 Mb.
#73260
1   ...   25   26   27   28   29   30   31   32   ...   37

Əsəd Əliyev 
 
 
108 
Bölg
ələrimizdə uşağa lap kiçik yaşlarından təlqin edilirdi 
ki, böyükd
ən tez süfrə  arxasına  keçib  çörək kəsmək, süfrə 
arxasında  danışmaq,  əl-qol  atmaq,  ağız  mırçıldatmaq,  əlini 
ağzına salmaq, dırnağını çeynəmək və s. kimi hərəkətlər “yalnız 
özün
ə  toxunmayıb,  hamını  yandıran”  (66,198)  ədəbsizlikdir. 
H
əm də  uşağa  başa  salardılar  ki,  bayırda  gəzə-gəzə, o yan-bu 
yana qaça-qaça 
əlində  çörək yemək  olmaz.  Əks  təqdirdə  evin 
b
ərəkəti, ruzisi qaçar. Qeyd edək ki, belə  bir  inam  Dağıstan 
az
ərbaycanlıları-türkləri arasında da olmuşdur (106,162). 
Uşaqların  hərtərəfli  inkişafı,  gələcək həyata  hazırlığı  və 
ç
ətinliklərə sinə gərə bilməsi üçün onun əmək tərbiyəsinə xüsusi 
diqq
ət  yetirilirdi.  Əmək tərbiyəsi  uşağın  əxlaqına  müsbət təsir 
göst
ərməklə  yanaşı,  onda  öz  gücünə  inam yaradaraq iradəsini 
gücl
əndirirdi.  Ədəbiyyat  materialları  göstərir ki, tədqiq 
etdiyimiz bölg
ələrdə  əmək vərdişinə  yiyələnmək üçün 12-14 
yaşa çatmış oğlanlar böyüklərlə birlikdə ova aparılır, bərələrdə 
yerl
əşdirilir,  sürək  yarışında  iştirak  edir,  heyvanları  ovlama 
üsulları  ilə  tanış  olur (17,80), eləcə  də  Azərbaycanda  olduğu 
kimi (50,33)  çöl-t
əsərrüfat  işlərində  atalarına  kömək edərdilər. 
10-
12 yaşlı qızlar isə qida meyvə və bitkiləri toplayır, evdarlıq 
işində  analarına  kömək edir və  özlərindən  kiçik  bacı-
qardaşlarına həyan olaraq onları yun şalla kürəklərinə bağlayıb 
g
əzdirirdilər. 13-14 yaşlı qız uşaqlarına gəldikdə isə, artıq onlar 
böyük hesab edil
ərək xörək  bişirməklə,  paltar  yumaqla,  tikiş 
tikm
əklə, xalça-palaz toxumaqla məşğul  olardılar.  Kiçik  yaşlı 


XIX-XX 
əsrin əvvəllərində Gürcüstan azərbaycanlılarının ailə məişəti 
 
 
109 
uşaqların  bu tipli  əmək vərdişinə  yiyələnməsinə  digər türkdilli 
xalqlar arasında da önəm verilmişdir (108,264). 
Vaxtında əmək vərdişinə yiyələnən uşaqlar heç bir sıxın-
tıya məruz qalmayaraq bütün çətinliklərin öhdəsindən asanlıqla 
g
ələ  bilirdi.  Uşaqlar  arasında  bədbəxt hadisələrin törənmə 
s
əbəbini məhz onların əmək vərdişinə yiyələnməməsində görən 
Marağalı Əhvədi çox doğru olaraq yazırdı ki: 
 
Nazla böyüm
əsin qoy çox da övlad,  
Onu iş-gücdən də eyləmə azad. 
Sonra ç
ətinliyə düşərsə əgər, 
Bu möhn
ət, bədbəxtlik onu məhv edər (55,96). 
 
Ail
ədə  uşaqların  fiziki  tərbiyəsi də  mühüm  əhəmiyyət 
k
əsb edirdi. Fiziki tərbiyənin təməli elə  uşaqların  əmək 
v
ərdişlərinə  yiyələnməsi ilə  qoyulurdu. Çünki, məhz  əmək 
v
ərdişinə  yiyələnən uşaqlar bədəncə sağlam, hərəkətlərində isə 
daha zir
ək olurdular. Yaşlı  adamların  dediyinə  görə,  uşaqların 
fiziki t
ərbiyəsinə at sürməyin, qurşaq tutub güləşməyin, eləcə də 
keçiril
ən müxtəlif yönlü oyunların da təsiri böyük idi. Ona görə 
d
ə uşaqlara lap kiçik  yaşlarından at sürmək, xəncər oynatmaq, 
ağac  döyüşdürmək və  s. öyrədilirdi. At sürmək və  xəncər 
oynatmaq  uşağa  cəsurluq,  qorxmazlıq,  döyüşkənlik, çətində, 
darda özün
ə  güvənmə  hissi  aşılayırdısa,  ağac  döyüşü  bədənin 
möhk
əmlənməsinə, qol əzələlərinin bərkiməsinə 
v
ə 
orqanizmd
əki zəif hüceyrələrin fəallaşmasına  kömək edirdi 


Əsəd Əliyev 
 
 
110 
(76,30). M
əhz  “türk cəmiyyətinin  sayğı  göstərdiyi və  sevgi 
b
əstələdiyi belə  insanlar elə, yurda və  törəyə  son dərəcə  bağlı 
q
əhrəman, cəsur, yenilməz və daim hərəkətdə olan alp-ərən” tipi 
kimi yetkinl
əşirdi.  Ona  görə  də  onlar kimsədən  mərhəmət 
ummayaraq savaşda ölməyi şərəf bilirdi (10,179). 
T
əkcə  oğlan  yox,  qız  uşaqlarının  fiziki  tərbiyəsinə  də 
böyük  ön
əm verilirdi. Yaylaq-qışlaq  güzəranı  keçirən  əhali 
qızlarını da mərd, mübariz, at sürməkdə və xəncər oynatmaqda 
mahir  bir  şəxs  kimi  böyüdürdü.  Türk  qız-qadınlarının  lap 
q
ədimdən  at  sürüb,  qılınc  oynatması,  cıdır  yarışlarında  iştirak 
etm
əsi, düşmənlə qabaq- qənşər vuruşması barədə qəhrəmanlıq 
v
ə  məhəbbət  dastanlarında  kifayət qədər dəlillər  vardır.  Bunu 
arxeoloji  qazıntı  zamanı  qadın  qəbirlərindən  əldə  edilən 
müxt
əlif tipli döyüş silahları da sübut edir (44,147; 111,13). 
T
ədqiq etdiyimiz bölgələrdə  uşaqların  əqli tərbiyəsi də 
xüsusi diqq
ətə  alınırdı.  Onlara  kiçik  yaşlarından  saymaq 
öyr
ədir,  nağıllar  danışır,  düşünməyə  vadar edən məsəllər, 
tapmacalar verirdil
ər. Bununla  da  uşağın  zehninin,  məntiqi 
t
əfəkkürünün inkişafına kömək etmiş olurdular. Məktəb yaşına 
çatdıqda isə uşaqları ya mollaxanaya, ya da dünyəvi məktəblərə 
qoyardılar.  
Uşaqların estetik tərbiyəsi də unudulmurdu. Bu məqsədlə 
kiçik  yaşlarından  uşaqlarda  aşığa,  saza-sözə  rəğbət hissi 
oyadılırdı.  Aşıqların  saz  çalıb-oxuması,  şeir  deməsi, dastan, 
nağıl, rəvayət danışması uşaqlara  estetik ruh verir, onları mənən 
z
ənginləşdirir  və  yüksək  əxlaqi keyfiyyətlərə  yiyələndirirdi. 


XIX-XX 
əsrin əvvəllərində Gürcüstan azərbaycanlılarının ailə məişəti 
 
 
111 
T
əsadüfi deyil ki, bu sənətin dərin bilicisi olan məşhur alimlər 
aşıq  poeziyasını  tükənməz estetik gözəllik xəzinəsi 
adlandırmışlar (60,3). Bütün bu tərbiyə üsulları ilə bərabər, ata-
ana  uşağın  kimlə  oturub-durmasına,  kiminlə  dostluq və  ya 
yoldaşlıq  etməsinə  də  ciddi fikir verərdi. Hikmət kitablarında 
qeyd edilir ki, t
ərbiyənin  birinci  şərti  uşağı  onun  təbiətini 
korlaya bil
əcək adamlarla oturub-durmağa qoymamaqdı, çünki 
uşaq sadə və çox zərif olduğu üçün ətrafdakıların xasiyyətini tez 
götür
ər (79,157). 
Valideynl
ər  uşağa  təmkinli  olmağı,  özlərindən böyüklərə 
hörm
ət etməyi, doğru danışmağı, xəbərçilik etməməyi, günah iş 
tutmamağı  təlqin edər, onlarda pis adət və  bəd  əməllərə  qarşı 
nifr
ət  hissi  oyadardılar.  Onlar  uşağa  öyrədərdilər ki, düz 
danışmaqdan gözəl sifət yoxdur, düzlük daima qaynayan büllur 
bulaqdır, yalanla onun gözünü qapamaq olmaz. Düzlük barədə 
Mövlana C
əlaləddin Ruminin fikri də  böyük tərbiyəvi 
əhəmiyyətə  malikdir.  O  yazırdı:-  “Sən də  ox kimi düz ol ki, 
yaydan  çıxa  biləsən. Çünki düz oxdan  başqası  yaydan  sıçraya 
bilm
əz” 66,198). 
Araşdırdığımız  bölgələrdə  uşaqlara  təlqin edilərdi ki, 
ç
ətinliklərin öhdəsindən gəlmək  üçün  yalnız  öz  gücünə 
güv
ənmək lazımdır. Onların düşüncəsinə və sınamalarına görə, 
başqasının gücünə arxalananlar çən-dumanda azmış yolçu sayaq 
ora-bura vurnuxmaqdan v
ə  sonda  qurd-quşa  yem  olmaqdan 
savayı  bir  kimsə  deyillər. Belələri özlərinə  inamı  olmayıb 
ayaqlar altda qalan, kimins
ə kölgəsinə sığınmaq üçün yeri gəlsə 


Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə