ƏSƏD ƏLİyev



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə27/37
tarix12.10.2018
ölçüsü0,85 Mb.
#73260
1   ...   23   24   25   26   27   28   29   30   ...   37

Əsəd Əliyev 
 
 
100 
uşağın valideynləri bir-biri ilə məsləhətləşir və özlərinə münasib 
bildikl
əri  adamın  üstə  dayanırdılar.  Uğurlu  saydıqları  günün 
birind
ə  onu evə  dəvət  edən  şəxs  fikrini belə  açıqlayardı:  “Bu 
günd
ən siz bizim ailənin  ən  əziz  adamısınız.  Siz  ayaq 
qoyduğunuz  yerə  biz  baş  qoyarıq.  Sayıb-seçib sizi balaca 
nök
ərinizə (uşağın adı çəkilirdi) kirvə tuturuq”. Çağırılan qonaq 
bu fikri çox razılıqla qarşılayar və əl tutub uşağın atası ilə öpü-
şərdi. Bu andan etibarən iki ailə arasında kirvə qohumluğunun 
t
əməli qoyulurdu (76,20). 
Bir neç
ə  gündən sonra kirvənin ailəsi müxtəlif hədiy-
y
ələrlə  uşağın  görüşünə  gələrdi. Kirvənin gəlişi  münasibətilə 
erk
əklər kəsilər, məclisə  ağsaqqallar,  ağbirçəklər, qohum-
qonşular  dəvət  olunardı.  Məclis 3-4 saat davam edərdi. Kirvə 
sağollaşıb  getdikdən 3-5 gün sonra onların  gətirdikləri xonça 
teştləri, çamadanlar içərisi müxtəlif adda hədiyyələrlə  geri 
qaytarılırdı. 

əyyən  vaxtdan  sonra  uşağın  ailəsində  aşıq  məclisi 
t
əşkil  edilərdi. El-obanın  təşrif  buyurduğu    bu  “kiçik  toy” 
m
əclisi üç gün davam edirdi. Dördüncü gün isə uşağın sünnəti 
vurulurdu. Sünn
əti vurularkən  əl-ayağını  tərpətməməsi üçün 
kirv
ə uşağı qucağında oturdub hər iki əlini tuturdu. Uşağın əli 
el
ə  tutulurdu  ki,  onun  ayaqları  öz  qolu  və  kirvənin  əlləri 
arasında qalırdı. Qorxmasın deyə uşağın üzünə qırmızı kəlağayı 
tuturdular. Bu zaman d
əllək ülgüclə  onu sünnət edir və  qanı 
saxlamaq üçün k
əsilmiş yerə ələnmiş kül tökürdü. Bundan sonra 
uşağı  yerinə  uzadırdılar.  Xalqın  təsəvvürünə  görə,  artıq  bu 


XIX-XX 
əsrin əvvəllərində Gürcüstan azərbaycanlılarının ailə məişəti 
 
 
101 
andan  uşaq  müsəlman  sayılırdı.  Bu  münasibətlə  kirvə  və 
qohum-
əqrəba uşağı təbrik edib hədiyyə verirdi. Həmin gün bir 
ağır hədiyyə də ata boyun olurdu. 
Az
ərbaycanda  olduğu  kimi  (49,176),  tədqiq etdiyimiz 
bölg
ələrdə  uşaq  sünnət edildikdən sonra “əlyuma” mərasimi 
keçiril
ərdi. Bu zaman kirvə əllərini uşağın atasının əllərinin üstə 
tuturdu. Kirv
ənin  əllərinin üstən su tökürdülər.  Uşağın  atası 
əlini kirvənin  əllərindən süzülən su ilə  yuyurdu. Sonra həmin 
v
əziyyət  əksinə  təkrar  olunurdu.  Əlyumadan  sonra  kirvələr 
qucaqlaşıb öpüşürdü. 
Yaşlı  adamların  dediyinə  görə, tək qorxulu hesab 
edildiyind
ən,  uşaqları  cüt  sünnət edərdilər.  Uşaq  tək  olardısa, 
sünn
ət edilərkən allaha dua edib bir xoruz da kəsərdilər. İnama 
əsasən cütlüyün birini xoruz əvəz etməklə, xətərdən 
sovuşulurdu.  Adətən kəsilən xoruz dəlləyə  çatardı.  Bu  adət 
Qaşqay  türkləri arasında  və  Anadolunun bəzi bölgələrində  də 
mövcud idi (35,36-37). 
Sünn
ət olarkən  uşaqdan  kəsilmiş  dərini  evin  damına 
atardılar.  Ədəbiyyat  materialının  verdiyi  bilgiyə  görə, Mərkəzi 
Avstriyada sünn
ət  zamanı  axan  qanı  içər və  ya sinəyə,  alına 
sürt
ərdilər. Cənubi (Güney) Arnautlar isə  kəsilən dəriyi kiçik 
qardaşa yedirərdilər ki, tez və güclü böyüsün (82,141). 
Sünn
ət mərasimindən bir neçə  gün sonra kirvə  uşağı 
qaldırıb  yeritməyə  gələrdi.  Xalq  arasında  buna  “küldən 
çıxarma” deyilirdi. Həmin gün yenə də şadlıq məclisi qurulardı. 

əyyən vaxt ötdükdən sonra isə, uşağın ata-anası və qohum-


Əsəd Əliyev 
 
 
102 
əqrəbası çeşidli hədiyyələrlə kirvəgilə gedirdi. Bu gediş “kirvə 
qabaq qaytarması” adlanardı. 
Xatırladaq  ki,  iki  ailə  arasında  mövcud  olan  kirvə 
qohumluğu  nəsildən-nəslə  ötürülürdü.  Lazım  gəldikcə  köhnə 
kirv
əlik təzələnirdi. Çünki kirvə ilə başqa istiqamətdən qohum 
olmaq (m
əs:  qız  alıb,  qız  vermək) yolverilməz  idi.  Xalqın 
dilind
ə  dolaşan  “kirvə  kirvənin  damına  çıxmır  ki,  torpaq 
tökül
ər” məsəli də məhz bu münasibətlə deyilmişdir. 
Bütün türkl
ərdə  olduğu  kimi,  Gürcüstan  azərbaycanlıları 
arasında  uşağın  hərtərəfli  inkişafını,  mənəvi bütövlük və 
z
ənginliyini təmin etmək üçün ilk növbədə  onun  əxlaq 
t
ərbiyəsinə  xüsusi diqqət  yetirilirdi.  Uşaqlarda  əxlaq 
t
ərbiyəsinin  normal  qurulması  isə  ailənin  yaşlı  üzvlərinin 
qarşılıqlı  münasibətindən,  uşağı  əhatə  edən müvafiq mühitin 
m
ənəvi  sağlamlığından  çox  asılı  idi.  Ona  görə  də  valideynlər 
çalışardı  ki,  uşağın  yanında  bir-birinə  qarşı  dərin hörmət və 
m
əhəbbət  duyğusu  ilə  davransınlar,  söz,  hərəkət və 
danışıqlarında  etik  qaydaları  pozmasınlar.  A.S.Makarenko  bu 
c
əhəti xüsusi vurğulayaraq yazırdı ki, sizin (valideynlərin-Ə.Ə.) 
davranışınız  uşaqların  tərbiyəsində  ən həlledici məsələdir. Siz 
uşağı  yalnız  onunla  danışanda  yox,  həyatınızın  hər  bir  anında, 
h
ətta evdə olmadığınız zaman da tərbiyə edirsiniz. Sizin təkcə 
uşaqlarınızla  deyil,  başqa  adamlarla  danışıq  və  rəftarınız  uşaq 
üçün böyük 
əhəmiyyət kəsb edir (54,348). Bu haqda Nizami 
G
əncəvinin məsləhəti də çox dəyərlidir: 
H
ər ikiniz (valideynlər-Ə.Ə.) gərək düz danışasız. 


XIX-XX 
əsrin əvvəllərində Gürcüstan azərbaycanlılarının ailə məişəti 
 
 
103 
Onu bil ki, o düz danışıqdan 
 Bu tifilin x
əstəliyi aradan qalxar (24,159). 
Dem
əli, valideynlərin ailədəki hər bir hərəkəti, özünüidarə 
v
ə  danışıq  üsulu  uşaqların  istinadgahıydı.  Onların  əxlaq 
t
ərbiyəsi də məhz görüb qavradıqları nümunələrlə tənzimlənirdi. 
Əxlaq tərbiyəsinin  öncə  ailədə  formalaşdığını  və 
valideynl
ərlə sıx bağlılığını qədim yazılı abidəmiz “Kitabi-Dədə 
Qorqud” dastanı daha aydın açıqlayır: 
           
Qız anadan görməyincə ögit almaz, 
            
Oğul atadan görməyincə süfrə çəkməz (40,131). 
Bütün bilikl
ərin, mənəvi gözəlliklərin,  xalqı,  milləti, 
dünyanı  dərkin yeganə  yolu var ki, bu da ailə  üzvlərinin bir-
birin
ə  isti münasibətindən və  valideynin  uşağa  təlqin etdiyi 
əxlaqi tərbiyədən keçir. Təsadüfi  deyil  ki,  satirik  şairimiz 
M.
Ə.Sabir valideyn tərbiyəsinə  yüksək qiymət verərək  yazırdı 
ki: 
Ümm
ətin rəhnüması tərbiyədir, 
Mill
ətin pişvası tərbiyədir. 
T
ərbiyətlə keçir ümuri-cahan, 
H
ər işin ibtidası tərbiyədir. 
Valideynin t
əbii, övlada, 
N
əzəri-etinası tərbiyədir. 
Çünki övlad nem
əti-həqdir. 
Şükri-həqqin ədası tərbiyədir. 
Nec
ə kim, bir ədibi-mümtazın, 
 D
ərsi-hikmət ədası tərbiyədir. 


Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə