ƏSƏD ƏLİyev



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə24/37
tarix12.10.2018
ölçüsü0,85 Mb.
#73260
1   ...   20   21   22   23   24   25   26   27   ...   37

Əsəd Əliyev 
 
 
88 
üçün onun tapdanm
ası  bağışlanılmaz  günah  sayılırdı.  Həmin 
gün çağaya süd əvəzinə şərbət verilərdi. 
Yaşlı qadınlar danışır ki, doğuşla əlaqədar olaraq zahının 
döşləri bərkidiyindən, uşağı əmizdirmək mümkün olmurdu. Ona 
gör
ə də o öz südü və ya “qarın” yağı ilə döş gilələrini yağlayıb 
yumşaldırdı.  Materiallar göstərir  ki,  türk  soylu  olan  qırğızlar 
q
ədimdə  yeni  doğulmuş  körpəni canavar südü ilə 
mayalandırırdılar.  Onların  inamına  görə, canavar südü ilə 
mayalanan uşaq sağlam, güclü və qorxmaz olurdu (96,22). 
Veril
ən məlumata görə,  uşağa  iki  yaşına  kimi  ana  südü 
veril
ərdi. Körpənin  bu  yaşa  kimi  ana  südü  ilə  qidalanmasını 
şəriət də  tələb edirdi (39,99).  Bu  ərəfədə  uşağa  digər  yumşaq 
yem
əklər verilməsinə baxmayaraq, onun üçün ən dadlı qida ana 
südü sayılırdı. Uşağın sağlam inkişafı, gözü-könlü tox böyüməsi 
v
ə əqli kamilliyi üçün ana südünün əvəzsiz əhəmiyyəti var idi. 
T
əsadüfi deyil ki, bölgələrimizdə  tamahkarları,  acgözləri, 
n
əfsini cilovlaya bilməyənləri “süddən  yanıq”,  “ana  südündən 
yarımçıq” və s. adlandırmışlar. 
B
əzən üzürlü səbəbə görə (südü kifayət qədər olmadıqda, 
x
əstələndikdə  və  ya vəfat etdikdə)  ana  öz  uşağını  əmizdirə 
bilmirdi. Bu zaman uşağı körpəsi olan digər bir münasib qadın 
əmizdirirdi. O, əmizdirdiyi uşağın “süd anası”, uşaqları isə “süd 
bacı-qardaşı)  adlanırdı  (49,171). Belə  uşaqların  gələcəkdə  bir-
biri il
ə nikah bağlaması qadağan idi. 
Doğuşun birinci günü ilk övladı dünyaya gələn ailədə evin 
yenic
ə  doğulmuş  uşaq  sakininin  şərəfinə  “Ayağı  sayalı  olsun” 


XIX-XX 
əsrin əvvəllərində Gürcüstan azərbaycanlılarının ailə məişəti 
 
 
89 
m
ərasimi keçirilirdi. Bu mərasimdə qohum-əqrəbalar, qonşular 
yığışıb  şənlənər  və  dünyaya təzəcə  gəlmiş  körpəyə  “Ayağı 
sayalı  olsun”,  “Ay  kimi  doğsun,  Gün  kimi  çıxsın”  kimi  alqış-
dualar ed
ərdilər. 
Uşağın  doğulmasının  3-5 və  ya 7-ci günü ona ad 
qoyardılar. Adqoyma mərasimi xüsusi təntənə ilə qeyd edilərdi. 
Burada 
əsas sima  uşağın  ata  babası  və  nənəsi  sayılırdı. 
M
ərasimdə  əsasən qohum-əqrəba və  qonşular  iştirak  edirdi. 
Əgər uşaq oğlan olsa adını babası, qız idisə nənəsi qoyardı. Ad 
qoyark
ən baba və ya nənə “ Bismillahir-rəhmani-rəhim”- deyib, 
uşağı  qucağına  alar  və  nəzərdə  tutulan  adı  üç  dəfə  uca səslə 
onun  qulağına  çağırardı.  Bundan  sonra  tədbir  iştirakçıları  bir 
ağızdan  söylədikləri  “  böyük  oğlan  (və  ya  qız) olsun,”-  alqış-
duası ilə süfrə arxasına keçərdilər (19,113). 
Yaşlı  adamların  dediyinə  görə,  çox  vaxt  uşağa  mərhum 
baba, n
ənə  və  ya  cavan  ölmüş  qohumların  adı  qoyulardı.  Bu 
zaman m
ərasimə  molla  çağrılırdı.  Molla,  mərhumun ruhuna 
“Quran” oxuyub,  “Bu günd
ən sənin  adını  nəvənə  (və  ya 
q
ardaşın oğluna, qardaşın qızına) verdik, torpağın sanı yaşasın, 
ruhun onu qorusun”,- söyl
əyərək uşağı qucağına alar və nəzərdə 
tutulan adı uca səslə üç dəfə onun qulağına deyərdi. Maraqlıdır 
ki, körp
ənin  yatmış və  ya oyaq vəziyyətindən asılı olmayaraq, 
m
ərasim  zamanı  kəsilən  qurbanlığın  qanından  onun  alnına, 
burnuna, ç
ənəsinə və hər iki sifətinə sürtməyi də unutmazdılar. 
Söyl
əmələrdən bəlli olur ki, nəzir-niyazla,  ocağa,  pirə 
qurban k
əsməklə  doğulan  oğlan  uşaqlarına  islamı  özündə 


Əsəd Əliyev 
 
 
90 
t
əcəssüm etdirən-  Tanrıverdi,  Allahverdi,  Pirverdi,  Ocaqverdi, 
Xudaverdi, Yaradanqulu, Allahqulu, M
əhəmməd,  Əli,  Həsən, 
Hüseyn v
ə  s. kimi adlar qoyulurdu.  Digər tərəfdən, vaxtilə 
M
əhəmməd  peyğəmbərin özü  doğulan  uşaqlara  “onun  adının 
qoyulmasını  buyurmuşdu” (128,4).  Bununla  yanaşı,  uşağa 
doğulduğu vaxta, günə, aya münasib adlar da verilirdi. Məsələn, 
Bayram, Novruz, M
əhərrəm,  Qurban,  İsmayıl,  Nəbi,  Xıdır, 
Oruc, Ramazan v
ə  s.  Bu yönlü adətə  Anadolu türklərində  və 
ç
ərkəzlərdə  də  rast gəlinir. Belə  ki, nəzir-niyazla  doğulmuş 
uşaqların yaşaması üçün Anadolu türkləri övladlarına “Dursun”, 
“Yaşar”, “Qalan”, çərkəzlər isə “Çera”(Yaşa), “Çeray”(Yaşasın) 
v
ə s. kimi adlar qoyardılar (34,328). 
Əhali  arasında  Dönməz, Sönməz,  Uğur,  Ucal,  Oğuz, 
Ayxan, Orxan, Turan, Türkay, Türkan, Türkel, Tural v
ə s. kimi 
türk m
ənşəli adlar da geniş yayılmışdı. Qızlara baharla (Bahar, 
Gülbahar, Yazagül, Yazgül,  Gülyaz,  Maygül), islamla (X
ədicə, 
Ayişə, Fatimə, Zeynəb,  Əminə), eləcə  də  səma cismləri ilə 
(Ülk
ər, Günəş,  Ulduz,  Zöhrə, Aycamal,  Aysevər,  Aygün, 
Ayb
əniz, Aytəkin, Aytək, Günsevər, Güntəkin), quşlar (Kəklik, 
Turac, Göy
ərçin) və heyvanlarla (Maral, Ceyran) bağlı adlar da 
seç
ərdilər. Ümumiyyətlə, belə  adlar təkcə  tədqiq etdiyimiz 
bölg
ələrdə yox, ümumazərbaycan türkləri arasında kifayət qədər 
idi (49,167). 
Uşaq yatan otaqda qırx gün işıq yandırılar, yastığının altı-
na çör
ək, duz, bıçaq, beşiyinin yanına isə içərisində su, yumurta, 
kömür v
ə  çiling  olan  qab  qoyulardı.  Xalqın  düşüncəsinə  görə, 


XIX-XX 
əsrin əvvəllərində Gürcüstan azərbaycanlılarının ailə məişəti 
 
 
91 
bütün  bunlar  uşağı  həm  hal  anasından,  həm də  pis  nəfs və 
gözd
ən qorumaq üçün edilərdi.  Zahıya  gəldikdə  isə  o, çilləli 
(qırxlı)  olduğu  müddətdə  yaxasına  iynə-sancaq taxar, gecələr 
çöl
ə  tək  çıxmazdı.  Acarlarda  isə  uşağın  beşiyindən süpürgə 
çöpl
əri və kibrit dənələri asılar, ananın paltarına qırmızı rəngli 
parça  bağlanardı.  Hal  anası  bu  əşyalardan  qorxduğu  üçün  nə 
anaya, n
ə də balaya zərər verə bilməzdi. Acarların inamına görə, 
kibrit at
əşin /odun rəmzi, qırmızı rəng isə nəzəri öldürən vasitə 
sayılırdı. (34,273-274). Bu adət Anadoluda, Ortadoğu və digər 
türk bölg
ələrində də vardır (34,273). 
İstər  zahı,  istərsə  də  çilləli  uşaq  (ümumiyyətlə, bütün 
insanlar) üçün qorxulu 
ruhlardan  biri  cin  sayılırdı. 
T
ədqiqatçılara görə, ərəb dilində gözəgörünməz anlamını verən 
cin, islama q
ədər ərəblər arasında təmiz oddan yaranmış təbiət 
ruhu hesab olunurdu (48,299). 
Uşağı  cin  vurmasın  deyə  üstünə  iynə-sancaq taxar, 
yuxarıda yazdığımız kimi, yastığının altına çörək, duz və bıçaq 
qoyardılar.  İnama  görə, cinin ən  çox  qorxduğu  çörək, duz və 
metal 
əşyalar  idi.  Bu  haqda  xalq  arasında  kifayət qədər 
r
əvayətlər  mövcuddur.  Dıgər tərəfdən,  guya çörək  uşaq 
yek
əldikdə onun ruzi-qismətli, duz duzlu-məzəli (şirindil), bıçaq 
is
ə qorxmaz, güclü-qüvvətli olmasını təmin edəcəkdir.  
Əhalinin təsəvvürünə  görə,  cinin  yaşadığı  yer  kalafalıq, 
küllük, köhn
ə  qəbiristanlıq,  uçulub  dağılmış  ev  və  dəyirman 
xarabalıqları,  çay  və  göl  qıraqları,  nar,  əncir, tut və  qoz 
ağaclarının altı idi. Ona görə nə uşaq, nə də böyük bu ağacların 


Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə