ƏSƏD ƏLİyev



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə23/37
tarix12.10.2018
ölçüsü0,85 Mb.
#73260
1   ...   19   20   21   22   23   24   25   26   ...   37

XIX-XX 
əsrin əvvəllərində Gürcüstan azərbaycanlılarının ailə məişəti 
 
 
85 
huşunu itirərək özündən gedərdi. Bu zaman elə düşünülərdi ki
“Hal anası” gəlinin ürək və ciyərini söküb suda yumağa, sonra 
is
ə  balalarına  yedirtməyə  aparır.  Gəlini bu bədxah qüvvənin 
əlindən qurtarmaq üçün mis qab-qacağı  bir-birinə  vurub 
cingild
ədər, dolu su qablarını boşaldar, atəş açar və axar su üstə 
gedib suyu x
əncərlə doğrayardılar. Səs-küyə özünə gələn gəlin 
guya  bu  üsulla  hal  anasından  xilas olurdu. Halbuki “ potoloji 
prosesl
ə bağlı olan bu məsələnin tibbi mahiyyəti əski çağlarda, 
t
əbii olaraq, dərk edilmədiyi  üçün  doğan  qadının  çoxlu  qan 
itirm
əklə  halsızlaşmasına,  huşunu  itirməsinə,  Albastının  bu  işə 
müdaxil
əsi  kimi  baxılmış  və  mis qabları  bir-birinə  vurub səs 
salmaqla b
ədxah qüvvənin qovula biləcəyini  düşünmüşlər” 
(2,
78).  Araşdırıcılar  doğuş  zamanı  hal  anasını  qovmaq  üçün 
metal al
ətlərdən istifadə  edilməsini  metalın  qüdrətinə 
sığınmağın  və  ona  ehtiramın  nəticəsi  sayırdılar  (32,134). 
Ümumiyy
ətlə  dəmirin, suyun gücünə, kəsərinə  və  qoruyucu 
xass
əyə  malik  olmasına  inam  bütün  türkdilli  xalqların 
m
əişətində mühüm yer tutmuşdur (65,14-15; 35,60). 
Əsatiri varlıq olan “Hal anası” və ya “Hal arvadı” tədqiq 
etdiyimiz bölg
ələrin  əhalisinin təsəvvüründə  ağ  paltarlı,  uzun 
dırnaqlı,  uca  boylu,  iri  döşləri kürəyinə  atılmış  və  sarı  saçları 
pırpız-dolaşıq bir məxluq kimi canlanardı. Onların inamına görə 
bu b
ədheybət  varlıq  samanlıqda,  qamışlıqda,  çay  və  göl 
k
ənarlarında və s. yaşayırdı. 
İstər Azərbaycanda, istərsə də Gürcüstan azərbaycanlıları 
arasında  “Hal  arvadı”,  “Hal  anası”,  “Al  arvadı”  kimi  məlum 


Əsəd Əliyev 
 
 
86 
olan bu 
əsatiri  varlığa  türklər  “Alqarısı”,  tubalılar  “Albıs”, 
altaylılar  “Almıs”,  yakutlar  “Albas”,  qırğızlar,  tatarlar  (Kazan, 
Krım),  komanlar  “Albastı”  (70,78), kərküklülər “Al Nənəsi” 
(65,15) dey
ərdilər. 
Halarvadı-Alarvadı-Halanası  təkcə  türkdilli xalqlara yox, 
dig
ər millətlərə də bəlli idi. Bu əsatiri obrazı “ əfqanlar Madəri 
al, Mad
əri yal, Madəri hal, Madəri ol, taciklər Almasti, gürcülər 
Ali,  talışlar  Ala  jen,  bir  sıra  slavyan  dilli  xalqlar  Ala,  ləzgilər 
Alpab,  inquş  və  çeçenlər  Almazı,  monqol  dilli  xalqlar  Almas, 
tatlar Ol v
ə s.” (2,73) adlandırırdı.  
Doğuşdan  sonra    əvəçi  qadın    uşağın  köbəyini kəsib 
bağlayar və onu ilıq duzlu  su ilə çimizdirərdi. Bu, böyüdükdə 
uşağın  dərisindən  xoşagəlməz qoxu gəlməməsi və  sümüyünün 
b
ərkiməsi üçün edilərdi. Digər tərəfdən,  duzlu  su  “  doğuş 
zamanı  uşağın  bədəninə  düşmüş  murdar  şeyləri    (mikrobları) 
t
əmizləyirdi” (49,140).  Osmanlı  türkləri,  qırğızlar  (110,29) və 
özb
əklərdə (137,192) isə doğuşdan sonra çağanın bədəninə duz 
s
əpərdilər. 
Çağa çimizdirildikdən sonra ona “çillə köynəyi” və “çillə 
papağı”  geyindirib  bələyərdilər. Çillə  papağı  və  çillə  köynəyi 
vaxtaşırı dəyişdirilməklə qırx gün  (çilləsi çıxana kimi ) uşağın 
əynində  qalardı.  Altı  quru  olsun  deyə  onun bələyi tez-tez 
t
əzələnirdi. Özü də  uşağın  ovcuna  yığılan  “bələk tozu”nu 
t
əmizləməzdilər. İnama görə bu, çağanın “yuxuluğu” sayılırdı. 
Etnoqrafik materiallar göst
ərir  ki,  çağanın  bələyi bir-
birind
ən fərqli ölçülü 5-6  ədəd  pambıq  parçadan  ibarət idi. 


XIX-XX 
əsrin əvvəllərində Gürcüstan azərbaycanlılarının ailə məişəti 
 
 
87 
B
ələyin hazırlanması üçün əvvəlcə böyük, sonra isə kiçik ölçülü 
parçalar üçkünc formada bir-birinin üstün
ə  salınardı.  Uşaq 
h
əmin parça dəstinin ortasına uzadılar və qıçlarından başlayaraq 
boğazının altına kimi (əl-qolu da olmaqla) bükülərdi-bələnərdi. 
Bunun  ardınca  bələk  qırmızı  lentlə  (bələk ipi ilə)  yuxarıdan 
aşağıya doğru çalkeçir edilərək bağlanırdı. Bələyə xalq arasında 
“qundaq” da deyil
ərdi. 
Uşaq  5-7  gün  anasının  yanında  yatdıqdan  sonra  onu  
beşiyə qoyardılar. Beşik ağac materialından hazırlanaraq ortası 
deşikli olurdu. XX əsrin 50-60-cı illərindən etibarən bəzi ailələr 
d
əmir beşikdən də istifadə etməyə başladı. Yeri gəlmişkən onu 
da qeyd ed
ək ki, bir adət  olaraq  ilk  uşağı  dünyaya  gələn 
ail
ələrdə  çağanın  bələyindən tutmuş  yataq  ləvazimatlarına 
(
yorğan,  döşək,  yastıq,  beşik  və  s.)  kimi  uşağın  ana  nənəsi 
hazırlayardı.  Belə  bir adət Azərbaycanın  Lənkəran bölgəsində 
d
ə mövcud idi (91,21 ). 
Doğuşdan sonra zəifləmiş zahıya quymaq, südlü sıyıq və 
ya x
əşil  çalıb  verərdilər. Xalqın  təcrübəsinə  görə, bu kimi 
yem
əklər  qanı  normaya  salaraq  baş  gicəllənməsinin  qarşısını 
alır  və  qarın  nahiyəsindəki  ağrıları  götürürdü.  Özü  də  çilləli 
olduğu müddətdə zahı qadın “natəmiz” sayıldığından, ona xəmir 
yoğurmaq, çörək və xörək bişirmək yasaq edilərdi. 
Xalq  arasından  əldə  etdiyimiz bilgiyə  görə,  ananın  ilk 
südü  (ağız  südü)  acı  tam  verdiyindən,  doğuşun  birinci  günü 
körp
əsini  əmizdirməzdi.  O,  döşünü  sıxıb  südünü  gediş-gəliş 
olmayan bir yer
ə  tökərdi. Çünki, ana südü müqəddəs  olduğu 


Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə