ƏSƏD ƏLİyev



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə20/37
tarix12.10.2018
ölçüsü0,85 Mb.
#73260
1   ...   16   17   18   19   20   21   22   23   ...   37

XIX-XX 
əsrin əvvəllərində Gürcüstan azərbaycanlılarının ailə məişəti 
 
 
73 
El-
obanın  adətinə  görə,  almaları  vuran  şairə  mükafat 
düşürdü. Ancaq əksinə, o özü qıza qızıl əşyaları hədiyyə edir. 
Dem
əli, Böyük S.Vurğun şairlikdə əvəzsiz olduğu kimi, ürəyi 
genişlikdə və səxavətdə də müqayisəedilməz bir şəxsiyyət idi.  
Oğlan şaxı çıxdıqdan sonra qonaqlar dağılışardı. Gecədən 
xeyli  keçmiş  oğlan  yengəsi bəyi  qız  olan  otağa  ötürürdü. 

əyyən vaxtı gəlinlə bir yerdə keçirən bəy, yastığın altına qız 
yeng
əsi üçün nəmər-pul  qoyub  bayıra  çıxardı.  Bu  zaman 
oğlanın  sağdışı  göyə  atəş  açırdı.  Tüfəng  səsindən  sonra  qız 
yeng
əsi əlində şərbət gəlin olan otağa keçərdi. Həmin günün sə-
h
ərisi hər iki yengənin iştirakı ilə oğlan anası qohum-qonşunun 
ya
şlı qadınlarını yığıb, qızın bakirə çıxması naminə “üzağlığı” 
verirdi. 
M
əqamı  düşmüşkən  vurğulayaq  ki,  qızların  namuslu  ol-
ma
ğının ilk və yeganə əlaməti sayılan bakirəlik məsələsi Gür-
cüstan az
ərbaycanlıları ilə iç-içə  yaşayan  gürcülər arasında da 
ən mühüm şərt sayılmışdı. Biz bunun əksini bir gürcü qızının 
elmi 
ədəbiyyatda yer alan son dərəcə ağrılı məktubundan da gö-
rürük: 
“Kim  olmağımın,  harda  yaşamağımın  mənası  yoxdur. 
Əsas odur ki, bu əhvalat mənim  başıma  gəlmişdir  və 
indi...
başqalarına xəbərdarlıq etmək istəyirəm, tələsməsinlər ki, 
b
əzilərinin savadsızlığı, sadəlövhlüyü ucundan mənim günümə 
düşməsinlər. 
Bir il idi ki, bir-birimizi sevirdik, sonra onu h
ərbi xidmətə 
apardılar.  Bu  müddət  ərzində  heç kimlə  dostluq etməmişəm
h
ətta  yanaşı  da  gəzməmişəm. Onu gözləyirdim. Məktubu 


Əsəd Əliyev 
 
 
74 
m
əktub  dalınca  göndərirdi,  institutdan  birbaşa  evə  gedirdim. 
Oxuyur, onu gözl
əyirdim. Sevirdim, həddindən artıq sevirdim. 

əsgərlikdən  qayıdandan  sonra  evləndik. Lakin cəmi 
iyirm
i  dörd  saat  onun  arvadı  oldum.  Toyumuzun  ilk  gecəsi 
m
ənim üçün axırıncı gecəyə çevrildi-onun fikrincə, mən bakirə 
çıxmadım, çünkü ... yox idi” 15,40-41).  
G
əlin üç gün  özünü göstərməzdi.  Üç gündən sonra 
qayınata  və  böyük  qaynının  üzünə  çıxan  gəlin onlardan 
yaşınırdı.  Bəzi  qayınatalar  və  qayınlar  təkid edərək gəlinin 
yaşmağını (yemşəyini) açdırardı. Buna baxmayaraq, gəlin 1-2 il 
n
ə qayınatası, nə də qaynı ilə danışmır, onların sözlərinə yalnız 
başı ilə cavab verirdi. 
Yaşınma ilə bağlı Sula Benet yazır ki, yaşınma, çəkinmə 
v
ə s. kimi adətlər müasir həyatla ayaqlaşmasa da, əzab-əziyyətli 
olsa da güman ki, mü
əyyən əhəmiyyət kəsb edərək ailənin hər 
hansı  bir  üzvünə  rəğbəti, münasibəti gizlətməklə  əlaqədar 
yaranmışdır.  Bu,  bir-biri ilə  bəhsə  girməyin  qarşısını  almaq 
üçün 
ən yaxşı vasitədir (8,165).  
Yeni ail
ə  quran gəlin  çilləyə  düşməsin deyə,  qırx  gün 
xeyir-
şər məclisində  iştirak  etməzdi.  Bu müddət  ərzində 
qohum-
əqrəbası  qıza  baş  çəkirdi.  Qırx  gündən  sonra  baldızı, 
yaxud  qaynanası  onu  çaydan və  ya bulaqdan  su gətirməyə 
aparırdı. Xalq arasında buna “gəlinin suya ayaq açması” və ya 
“suya çıxartma” deyilirdi (47,209-210).  
         
Əvvəllər kəndlərimizdə 5-8 gün davam edən toylar 
(105,117) indi iki-üç gec
ədən artıq çəkmir (76,17).  


XIX-XX 
əsrin əvvəllərində Gürcüstan azərbaycanlılarının ailə məişəti 
 
 
75 
Bel
əliklə, apardığımız araşdırmaya əsaslanıb deyə bilərik 
ki, t
ədqiq etdiyimiz dövrdə  Gürcüstan azərbaycanlılarının  toy 
v
ə  nişan  mərasimləri, eləcə  də  bu  şənliklərlə  bağlı  adətlər 
ümumaz
ərbaycanda, xüsusilə Qazax-Ağstafa bölgəsindəki kimi 
olsa    da,  mü
əyyən məqamlarda  spesifik xüsusiyyətləri  ilə 
diqq
ət çəkirdi. 
 
 
 
 


Əsəd Əliyev 
 
 
76 
 
U
ŞAQLARIN TƏRBİYƏSİ 
 
XIX-XX 
əsrin əvvəllərində Gürcüstan azərbaycanlılarının 
ail
ə  məişətində  ən mühüm yerlərdən birini ailədə  uşaqların 
t
ərbiyəsi məsələsi tuturdu. Təsadüfi  deyil  ki,  uşaqların  sabahı-
g
ələcəyi ailədə  aldığı  tərbiyədən  asılıdır. Çünki, ailə,  uşağın 
əqli, mənəvi və fiziki inkişafının əsası qoyulan yerdir. Uşaqların 
bilik, bacarıq və əsaslı vərdişlərə, nəcib sifətlərə, eləcə də etik 
qaydalara yiy
ələnməsi məhz ailə tərbiyəsindən başlanır. Deməli, 
uşaqların bir şəxsiyyət kimi formalaşmasında, onların cəmiyyət 
üçün g
ərəkli insan-vətəndaş  kimi  yetişməsində  cavabdehlik 
yükü d
ə qeyd-şərtsiz ailənin üzərinə düşürdü. 
Ail
ədə  uşaqların  tərbiyəsi məsələsinə  diqqət çəkməzdən 
önc
ə,  uşaqla  bağlı  müəyyən mərhələləri izləməyi daha 
m
əqsədəuyğun  sayırıq.  Məlumdur ki, qədim zamanlardan üzü 
b
əri hər bir azərbaycanlı-türk ailəsində nəslin, soyun davamçısı, 
yaşadıcısı  və  qoruyucusu  kimi  dünyaya  uşaq  gətirilməsi  ən 
vacib şərtlərdən sayılırdı. Bu şərtə uyğun gəlməyən ailələrə isə, 
münasib
ət sönük olmuş və onlar hər addımda  mənsub olduqları 
tayfanın,  eləcə  də  el-obanın  soyuq  nəzərlərinə  tuş  gəlmişlər. 
Uşaqsız  qadını  dindirib-danışdırmamış,  ona  “uşaq  doğduqdan 
sonra dilinin qıfılını açmağa haqqın var”- demişlər. Hətta belə 
qadınların qohum-qonşunun gəlin köçəcək qızlarının “paltarı və 
cehizi il
ə  əlaqədar keçirdikləri tədbirlərdə  iştirakı  da  arzu 
olunmurdu” (48,265).  T
əkcə  qadınlara  yox,  kişilərə  də  bu cür 


Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə