ƏSƏD ƏLİyev



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə16/37
tarix12.10.2018
ölçüsü0,85 Mb.
#73260
1   ...   12   13   14   15   16   17   18   19   ...   37

XIX-XX 
əsrin əvvəllərində Gürcüstan azərbaycanlılarının ailə məişəti 
 
 
59 
S
əhər saat 7-8 radələrində  “toyçular”  evin  damına  çıxaraq 
müxt
əlif  havalar  çalardılar.  El  arasında  buna  “sabah  sazı”  
deyil
ərdi.  Axşamüstü  isə  “axşam  sazı”  çalınardı.  Bununla  da 
k
ənd camaatı toyun başlanmasından xəbər tuturdu (17,51). 
Xatırladaq ki, oğlan evində bəzən həm aşıq məclisi, həm 
d
ə  “mağar  toyu”  eyni gündə  başlayırdı.  Belə  ki,  oğlangilin  öz 
h
əyətlərində aşıq məclisi, qonşuda isə ona məxsus mağar toyu 
keçirilirdi.  M
ağar  toyları  geniş  mal tövlələrində  və  ya  böyük 
qara damlarda 
çalınardı.  Bəzi  varlı  adamlar  mağar  toyu  üçün 
h
əyətdə  çadır qurar, çadırın iç divarlarını xalça məmulatları ilə 
b
əzəyərdilər. Bu,  həm  toyxananın  yaraşıqlı,  həm də  soyuq 
olmaması  üçün  edilərdi.  Mağar  toyu  adlanan  bu mərasimdə, 
aşıq  məclisindən fərqli olaraq  qız-gəlin və  oğlan  uşaqları  da 
iştirak  edirdi.  Qadınlar  subay  oğlanlarına  qızı  çox  vaxt  mağar 
toylarında  seçərdilər. 
Mağar  toyunu  mağarbaşı  idarə  edirdi. Rəqs etmək 
ist
əyənlər  ondan icazəsiz    mağara  çıxa  bilməzdi.  Bığ  yeri 
t
ərləyib, “sümüyü bərkiyən”  oğlanlar  növbə  ilə  meydana girib 
r
əqs eləyər və  güləşərdilər.  Belə  toylarda  “Şalaxo”ya, 
“Bağdadur”a,  “Cəngi”yə,  “Qazağı”ya,  “Dirədöymə”yə,  at 
üstünd
ə  keçirilən  “Cıdır”  oyunlarına və  s.  xüsusi  diqqət 
ç
əkilərdi.  Cıdır  oyunu  haqqında  rus jurnalisti Y.Kanevskinin 
Emin a
ğa  Acalovdan  eşidərək  qələmə  aldığı  və  1915-ci ildə 
Tula  şəhərində  nəşr  etdirdiyi  kitabında  da məlumat verilir: 

Borçalıda  bir  toy  mərasimində  biz iki dəstəyə  bölündük, hər 
d
əstədə  on iki nəfər  vardı.  Mənim  (Emin  ağanın-Ə.Ə.) 


Əsəd Əliyev 
 
 
60 
r
əqibimin əlini bağlamaq istədilər, o razı olmadı, dedi ki, mənim 
ustalığımı  çox  eşidib,  əgər  bağlayırsınızsa  onun  da  əlini 
bağlayın.  Mən  bunun  tamam  boş  şey  olduğunu  dedim,  yaxşısı 
budur ki, tam s
ərbəst vuruşaq. 
Aralandıq  və  oyun  başladı.  Yarım  saat  keçmişdi  ki,  mən 
r
əqibimin səkkiz  adamını  yerə  sərdim.  Kimi zərbədən  yıxılır, 
kimi d
ə  atdan  özü  düşürdü,  bir  daha  ata  heç  kim 
minmirdi…Qalan dörd n
əfər isə irəli gəlmədən atdan düşdülər” 
(38,39-40).  
Yeri g
əlmişkən, “Şalaxo” və “Bağdadur” rəqsi barədə bir 
m
əsələni  açıqlamaq  istəyirik. Nədənsə, sənətşünas  alimlər 
“Şalaxo”  rəqsinin  camaatın  qarşısında  ayı  və  ya meymun 
oynadan  qaraçılar  tərəfindən  yaradıldığını,  həmçinin bu rəqsin 
adının “şələ” sözündən əmələ gəldiyini qeyd edirlər (28,52-54). 
Bu mülahiz
əyə  iradını  bildirən görkəmli  yazıçımız,  mərhum 
Ayvaz  Əlləzoğlu  yazır  ki,  “Şalaxo”  sözünün  “Şal  oxu”  və 
yaxud, “ox kimi süz
ən  şal”  mənalarına  fikir  vermək gərəkdi. 
Çünki “ad
ətən bu rəqsi ifa edən  adamların  əlində  şal,  yaylıq 
olur,  onlar  şalı  başları  üzərinə  qaldırıb  fırladırlar.  “Şal”-“ox” 
sözl
ərindən  əmələ  gələn  “Şalaxo”,  “ox  kimi  süzən  şal” 
sözl
ərinin birləşməsindən…” (21) ibarətdi. “Bağdadur” rəqsinə 
g
əldikdə  isə, müəllif  vurğulayır  ki,  bu  havanın  adı  xalis 
türkc
ədi. Adları  çəkilən rəqslərin hər  ikisi Tiflisdə  yaşayan 
az
ərbaycanlılar tərəfindən yaradılıb.  
Aldığımız bilgilərə  görə, toyda ən çox rəqs edən oğlanın 
əmisi,  dayısı,  qardaşı,  qonşu  və  dost-tanışları  olurdu.  Rəqs 


XIX-XX 
əsrin əvvəllərində Gürcüstan azərbaycanlılarının ailə məişəti 
 
 
61 
ed
ənlərə  qohum-əqrəbalar  şabaş–pul verərdilər.  Bu  şabaş 
zurnaçılara  çatardı.  Toyun  sonuna  yaxın  “bəy” (toy ərəfəsində 
artıq  oğlan  bəy  adlanırdı)  sağdış  və  solduşunun  müşayiəti ilə 
mağara çıxırdı. Qohum-əqrəbaları və dostları onu ortaya alaraq 
“Yallı”  gedərdilər.  Lap  axırda  “bəy  xınası”  oynadılırdı.  Bu 
zaman b
əyin  özü,  sağdış-solduşu  və  digər  dostları  çeçələ 
barmaqlarını  xınaya  batırıb,  cama  pul  atardılar.  Gecədən xeyli 
keçmiş mağar dağılardı. Xatırladaq ki, oğlan mağarında qızın nə 
valideyni, n
ə də qardaş-bacısı iştirak etməzdi. 
S
əhərisi gün toy qız evinə keçirdi. Ona görə də zurnaçılar 
obaşdan qız evinə gedərək orada “sabah sazı” çalardılar. Onlar 
günortaya  kimi  qız  evində  musiqi səsləndirib,  yenidən  oğlan 
evin
ə  qayıdırdılar.  Axşamüstü  oğlan  adamları  musiqi  sədaları 
altında  qızgilə  yollanırdılar.  İrəlidə-toyun  qabağında  buy-
nuzlar
ına  qırmızı  lentlər  bağlanmış,  boynlarından  şirniyyatlar 
asılmış  üç-dörd qoç  və  bəzədilmiş  xonçalar  aparılırdı.    Qeyd 
ed
ək  ki,  oğlan  adamlarından  “qapı  basması”  almadan  qızgilin 
h
əyətinə  buraxmırdılar.  Qapı  basması  müəyyən miqdarda 
puldan ibar
ət olardı. Oğlanın atası ödəyən bu pul qız yengəsinə 
çatırdı.  
Zurna  ifaçıları  qız  qapısında  bir  qədər  çaldıqdan  sonra 
dinc
ələrdilər. Bu arada qız toyuna gələn qadınlar hədiyyə verər, 
n
əmər  yazdırar,  sonra  isə  yemək süfrəsi  arxasına  keçərdilər. 
Onu da 
əlavə  edək ki, qız  adamları  oğlan  evindən  “qazan 
açması” almadan xörək qazanının ağzını açmırdılar. Oğlan anası 
xör
ək  bişirən  qadına  nəmər verdikdən sonra  o,  qazanın  ağzını 


Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə