ƏSƏD ƏLİyev



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə18/37
tarix12.10.2018
ölçüsü0,85 Mb.
#73260
1   ...   14   15   16   17   18   19   20   21   ...   37

XIX-XX 
əsrin əvvəllərində Gürcüstan azərbaycanlılarının ailə məişəti 
 
 
65 
sayılan bəzədilmiş şaxı qız özü ilə birgə oğlan evinə gətirərdi. 
Bu m
ərasim  şər  qarışan  zaman  keçirildiyindən, irəlidə  lopa 
yandırıb  aparardılar.  Lopa  uzun  saplı  dəmir  barmaqlığın, 
ədəbiyyat  materialında  qeyd  olunduğu  kimi,  ya  da  5-6  metr 
uzunluğunda  düz  ağacın  ucuna  əski, yaxud gərmə  bağlamaqla 
düz
əldilərdi  (56,56).  Yandırılan  lopa  qaranlığa  şölə  saçmaqla 
b
ərabər, yeni ailə həyatı quran oğlan və qıza işıqlı, nurlu ömür 
yolu arzulamaq m
ənasını  daşıyırdı.  Adı  çəkilən  mərasimdə 
yalnız qızlar iştirak edirdi. 

Şaxçıxartma” ilə bağlı bir məqama da toxunmaq istərdik. 
Yaşlı  adamların  dediyinə  görə,  kasıb  ailələrdən  olan  qız  və 
oğlanlarin  şaxçıxartma  xərcini el-obanın  səxavətli  kişiləri 
ç
əkərdi. Məsələn, adı bu gün də hörmətlə yad edilən qaraçöplü 
Hacı  Qəhrəman (42,81) və  təhləli  Əsgər  Söydümalıoğlu  belə 
şəxsiyyətlərdən olmuşlar.  
Qız şaxı çıxdıqdan sonra qızın oğlan evinə köçmək vaxtı 
yaxınlaşardı.  Əvvəlcə  onun cehizini və  ona məxsus olan 
bağlamaları  arabaya  yükləyirdilər.  Onu da qeyd edək  ki,  qızın 
cehizi arabaya yükl
ənərkən aradan keçmək  olmazdı.  İnama 
gör
ə,  onda  qayınata  evində  gəlinin həyatı  xoş  keçməz və 
uğursuzluqlarla qarşılaşardı. 
Unudulmaz  alimimiz,  Gürcüstan  Ədəbiyyatşünaslıq 
Akademiyasının  həqiqi üzvü, filologiya elmləri doktoru, 
professor  Valeh  Hacıların  toplayıb  tərtib  etdiyi  “Borçalı-
Qarapapaq folkloru antologiyası” kitabında qeyd edilir ki, qızın 


Əsəd Əliyev 
 
 
66 
cehizi yükl
ənən  ərəfədə  hər iki tərəfin  istəyini  əks etdirən 
aşağıdakı kimi mahnı oxunardı: 
Oğlan evi: 
Quda-quda can quda, 
Gözl
əri mərcan quda. 
Alışdıraq, verişdirək, 
    Yüz tüm
ənə barışdıraq. 
Qız evi: 
Qızımız nazdı, 
 Yüz tüm
ən azdı. 
     Min tüm
ən gətirin, 
G
əlini götürün. 
         Cehiz yükl
ənmənin ardınca kəmərlə (qırmızı lentlə) 
qızın belini bağlamaq anı gəlirdi. Bəyin qardaşı gəlinə müəyyən 
h
ədiyyə vəd edərək zarafatla “evimizdə çox işlə, çörəyimizi az 
ye”  deyib, 
qırmızı  lentlə  onun belini iki dəfə  bağlayıb  (əksər 
hallarda qızın belini öz qardaşı bağlayardı) açar, üçüncü dəfə isə 
yenid
ən bağlayardı. Bu son bağlamanı gəlin otağında bəyin özü 
açırdı. Belin kəmərlə bağlanması qızın getdiyi oğlana, köçdüyü 
ail
əyə  əbədi olaraq sidq-ürəknən  bağlanacağının  rəmzi kimi 
qiym
ətləndirilirdi. 
Qızın  beli  bağlandıqdan  sonra  ailənin  ağsaqqal  və 
ağbirçəyi onun qolundan tutaraq ata ocağının başına dolandırır, 
“bala,  yer  oturanın,  söz  götürənindir” deyərək öyüd-nəsihət 
verirdil
ər.  Getdiyi ev  dövlətli olsun deyə,  qızın  anası  onun  
ayaqqabısının  içinə  qəpik  (son  zamanlar  ovcuna  kağız  pul 


XIX-XX 
əsrin əvvəllərində Gürcüstan azərbaycanlılarının ailə məişəti 
 
 
67 
qoyub d
əsmalla bağlayırlar) qoyurdu. Bu ərəfədə əli əlinin, sözü 
dilinin üst
ə  durmayan  qız  yengəsi    uca səslə  gəlinə  olan 
arzusunu bel
ə ifadə edirdi: 
 
 
A qızım, səni qız istərəm, 
 
Əl-ayağı düz istərəm. 
S
əndən yeddi dənə oğul, 
Birc
ə saçlı qız istərəm. 
 
Bundan sonra yeng
ələr  başına  qırmızı  kəlağayı  (duvaq) 
salınmış qızı  bəzədilmiş ata, arabaya və ya faytona mindirirdi. 
Bu zaman  qara zurnada 
“Atdandırma”  havası  çalınardı.  İliyə 
işləyib, könül oyan bu hava həm qızı, həm də onun ana-bacısını 
kövr
əldərdi.  Qızın  yanında  əyləşən yengələrdən biri əlində 
yanan  şam,  digəri isə  güzgü  tutardı.  İnama  görə,  yanan  şam 
vasit
əsi ilə onlar qızı şər qüvvələrdən qorumuş olurdular. Güzgü 
is
ə  qızın  saf,  bakirə  olmasının  rəmzi  idi.  Yəni bununla demək 
ist
əyirdilər  ki,  oğlan  evinin  narahat  olmağına  dəyməz,  qızımız 
bu ayna kimi t
ər-təmizdir.  
M
əqamı  gəlmişkən diqqətə  çatdıraq  ki, tədqiq etdiyimiz 
bölg
ələrin bəzi kəndlərində (məs: Qarayazı bölgəsinin Qaracalar 
k
əndində) gəlini qız toyundan üç gün sonra köçürürdülər. Belə 
ki,  üç gün 
ərzində qızı  öz rəfiqələri ilə birlikdə bütün qohum-
əqrəbalar qonaq aparır, ona qiymətli hədiyyələr bağışlayırdılar. 
1960-
cı illərə kimi mövcud olan bu adət xalq arasında “qız bəyi 
g
əzir”  adlanırdı.  Çalğıçıların  müşayiəti ilə  icra  olunan  adı 


Əsəd Əliyev 
 
 
68 
ç
əkilən  mərasimin  ikinci və  ya üçüncü gününə  dostları  ilə 
birlikd
ə oğlanı (bəyi) da dəvət edərdilər. Məlumatçımıza görə, 
h
əm də qız mağarında  yığılan şabaşlar (rəqs edənlərin əllərinə 
veril
ən pullar) çalğıçılara yox, qızın ailəsinə çatardı. Çalğıçıların 
haqqı  mağar  qurtardıqdan  sonra  oğlan  və  ya  qız  yiyəsi 
t
ərəfindən ödənilirdi.  
Ümumaz
ərbaycanlılara  xas  olan  gəlin köçürülməsi 
şənliyinin etnoqrafik təsviri  xalq  şairi  S.Vurğunun  “Bakının 
dastanı” poemasında da öz dolğun əksini tapmışdır: 
 
Şaqqıldadı qoşa zurna axşam çağı, 
Damdan-
dama haray saldı nağaralar. 
Min insanla doldu yolun solu
, sağı- 
G
əlin köçür! Gəlin köçür! Bərəkət var!.. 
Üzünd
əki lalə rəngli o al duvaq 
Parıl-parıl ətrafına şölə salır. 
İxtiyarlar ömrü açır varaq-varaq... 
Subaylarsa 
ona baxıb ləzzət alır 
Yeng
ə süzür, şabaş yağır, ölmə, aman!.. 
 
“Qaşa vəsmə, gözə sürmə çəkilmişdir”. 
Meydan qızır, gözlər qızır vurharaydan, 
 El
ə bil ki, göy də yerə tökülmüşdür. 
Yurdumuzda toxunulmuş al tirmələr, 
Bu toydakı gözəllərin başındadır. 
Xısın-xısın deyir yeni yetirmələr: 
Köç
ən gəlin görən neçə yaşındadır? 


Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə