ƏSƏD ƏLİyev



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə17/37
tarix12.10.2018
ölçüsü0,85 Mb.
#73260
1   ...   13   14   15   16   17   18   19   20   ...   37

Əsəd Əliyev 
 
 
62 
açıb boşqablara  yemək çəkərdi. “Qazanaçdı” adlanan bu  adətə 
araşdırdığımız  bölgələrin kəndlərində  indi də  əməl 
edilm
əkdədir. Xatırladaq ki, bəlgə və nişanda olduğu kimi, qız 
toyunda k
əsiləcək 8-10  baş  toğlunu  verməklə  yanaşı,  digər 
x
ərcləri də oğlan evi ödəyirdi.  
Yem
ək yeyildikdən  sonra  bütün  qadınlar,  qız  və  gəlinlər 
mağara toplaşırdı. Qız mağarında əsasən “Aman Pəri”, “Ağız, a 
Yet
ər”,  “Ağır  qaradonlu”,  “Yüngül  qaradonlu”,  “Arazbarı”, 
“G
əl məni də  apar, a dilican”, “Urfanı” (56,53),  Qazax 
bölg
əsində  olduğu  kimi,  “Yallı”,  “Tərəkəmə”, “Uzundərə”, 
“Vağzalı-Atdandırma”,  “Ceyranı”,  “Heyvagülü”  (4,83),    “A 
Gülabatın”,  “A Gilənar”,  “Dartma,  yaxam  cırıldı”  və  s. kimi 
t
əsir gücünə  malik  havalar  çalınardı.  Hər  bir  havanın  da 
özün
əməxsus oyun qaydası var idi. Məsələn, “Ağır qaradonlu” 
havasına belə  oynayırdılar:  “…meydana  çıxarılan  əli dəsmallı 
oyunçular 
əvvəlcə  qarşı-qarşıya  gələr, musiqinin ahənginə 
uyğun  ayaqlarını  tərpədər, sonra hər iki əllərini  yanlarında 
yavaş-yavaş  aşağı-yuxarı  hərəkət etdirər, daha sonra əllərini 
bell
ərinə  qoyub üzbəüz bir-birinə  yaxınlaşar,  əvvəl  əllərinin 
birini, sonra da dig
ərini yuxarı  qaldırıb  başlarının  üstündə 
d
əsmal  oynadardılar  (56,53). Bu tipli havalara əsasən orta və 
yaşlı nəslə mənsub qadınlar oynayardı. 
Yeri g
əlmişkən, azərbaycanlıların rəqsi, oyun havaları və 
mahnısı  ilə  bağlı  XIX  əsrə  aid tarixi ədəbiyyatda qiymətli 
fikirl
ər söylənilmişdir: “Tatarlar (azərbaycanlılar-Ə.Ə.) maraqlı 
oyunlara, 
ələxüsus  da  oxumağa  və  rəqs etməyə  meyllidirlər. 


XIX-XX 
əsrin əvvəllərində Gürcüstan azərbaycanlılarının ailə məişəti 
 
 
63 
Onlar bu s
ənətdə  qula çevirdikləri ermənilərin müəllimi 
sayılırlar. Ermənilərin heç vaxt milli mahnısı olmayıb. Onların 
oxuduqları 
mahnıların 
böyük 
hissəsi 
tatarcadır 
(az
ərbaycancadır).  Tatar  (azərbaycan) musiqi və  mahnılarını 
m
ənimsəyən erməni musiqiçilərinin sayı bölgədə 8/9 təşkil edir” 
(138,896-897). 
G
əlin toy  qurtarana  yaxın  yengəsinin və  sağdış-
solduşunun müşayiəti ilə mağara gətirilib əvvəlcədən onun üçün 
hazırlanmış  masanın  arxasında  əyləşdirilirdi. Qohum-əqrəbalar 
v
ə özünü simsar hesab edənlər növbə ilə qızı çıxarıb oynadırdı. 
Qız  oynayarkən hər iki tərəfdən olan qonaqlar və  qohumlar 
onun 
əlinə  çoxlu  şabaş-pul  verirdi.  Lap  axırda  oğlan yengəsi 
qızı,  onun  sağdış-solduşunu  və  digər rəfiqələrini oyuna 
çıxarırdı. Həmin ərəfədə qız yengəsi əlində “xına camı” ortaya 
g
əlir və həmin camı qızın başı üzərində oynadırdı. Bu hərəkət 
növb
ə  ilə  qızın  rəfiqələri tərəfindən  təkrar olunaraq müəyyən 
müdd
ət davam edirdi. Oyun qurtardıqdan sonra həm qızın, həm 
d
ə  onun rəfiqələrinin və  sağdış  -  solduşunun  əl və  ayaq 
barmaqlarına xına yaxılırdı.   Qazax-Ağstafa bölgəsində olduğu 
kimi  (43,59), b
əzən “xınayaxdı” mərasimi toydan bir neçə gün 
əvvəl keçirilirdi.  Belə  ki,  əvvəlcədən  təyin  olunmuş  gündə 
r
əfiqələri və  sağdış-solduşunun  iştirakı  ilə  qız  yengəsi  oğlan 
evind
ən göndərilən  xınanı  isladaraq  gəlinin  əl-ayaq 
barmaqlarına  yaxırdı.  Mərasimə  çağırılan  digər  qızlar  da 
əllərinə xına çəkərək gəlinə zinət əşyaları bağışlayırdılar. Onlar 
astadan mahnı oxuyur, rəqs edir və zarafatlaşırdılar. Qızlar olan 


Əsəd Əliyev 
 
 
64 
otağa  kiçik  yaşlı  uşaqların  və  oğlanların  daxil  olması  qadağan 
idi. Deyib-gülm
əklə başlanan və bir neçə saat davam edən “xına 
gec
əsi” şən əhval-ruhiyyə ilə başa çatırdı. 
Toy m
ərasiminin  maraqlı  anlarından  biri  də  qızın  oğlan 
evin
ə  köçürülməsidir. Qız  toyunun  səhərisi  zurnaçılar  yenə  də 
oğlan  evinə  gəlirdi.  Onlar  burada  xeyli  toy  çaldıqdan sonra, 
axşamüstü  oğlan  adamları  ilə  birlikdə  təzədən  qızgilə 
qayıdırdılar.  Oğlan  evinin  adamları  qızgilin  həyətinə  oynaya-
oynaya daxil olurdu
. Oyuna qız tərəfin adamları da qoşulurdu. 
Oyun bir neç
ə  dəqiqə  davam etdikdən  sonra  oğlan  evinin 
adamları  içəri dəvət  edilirdi.  Oğlan  və  qız  anası  növbə  ilə 
övladlarına  verdikləri cehizin  adını  sadalayar, bir nəfər isə 
veril
ən cehizlərin siyahısını tutardı. Burada iştirak edən bir neçə 
şəxs  şahid  kimi  cehiz  siyahısının  altına  imza  qoyurdu. Həmin 
siyahı uzun müddət qızın anasında qalırdı.  
Cehiz  siyahısı  tutulan  ərəfədə  sağdış-solduşun  iştirakı  ilə 
qız  yengəsi gəlini geyindirib-gecindirər,  başını  bəzəyər,  qulaq, 
boyun v
ə  barmaqlarına  zinət  əşyaları  taxardı.  Bu “əziyyətinə” 
gör
ə qız yengəsi oğlan yengəsindən “baş bəzəməsi” alırdı.  
Qızı bəzədikdən sonra “qız şaxı”nı çıxarmağa gedərdilər. 
Qız şaxı qızın sağdış-solduşunun, bəzən isə qohumlarının və ya 
r
əfiqələrindən birinin evindən çıxardı. Şax bar verən ağacdan 1- 
1,5 m 
uzunluğunda  kəsilmiş  və  eyni ölçüdə  dörd  ağac 
parçasından  hazırlanmış  oturacağa  keçirilən  qalın  budağa 
deyil
ərdi. Həmin  budağı  qırmızı  alma,  armud  və  şirniyyatlarla 
b
əzəyirdilər.  Xoşbəxtlik, yeni həyat, bar-bəhər,  artım  simvolu 


Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə