ƏSƏD ƏLİyev



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə19/37
tarix12.10.2018
ölçüsü0,85 Mb.
#73260
1   ...   15   16   17   18   19   20   21   22   ...   37

XIX-XX 
əsrin əvvəllərində Gürcüstan azərbaycanlılarının ailə məişəti 
 
 
69 
 
Biri “on dörd”, biri “on beş” deyir ona, 
Görm
ək olmur o dilbərin cəmalını; 
Qocalarsa göz g
əzdirir tək boyuna
Yerişindən nişan verir kamalını... 
H
ələ əllər, ağ biləkli ipək əllər, 
K
əklik kimi xınalanmış, yaxşı baxın! 
Öz eşqini, öz zövqünü duyan xalqın 
Bir r
əsmidir mən dediyim o gözəllər! 
Qara kirpik tökülmüşdür yanaqlara, 
Gözl
ərdəsə göz-göz olmuş bulaq qaynar. 
H
ələ öpüş dəyməmişdir dodaqlara, 
H
ələ onda qüdsiyyətin şövqü oynar...(80,317-318). 
 
Ədəbiyyat materialında  qeyd  olunur  ki, Bolusun 
K
əpənəkçi, Faxralı və Saraclı kəndlərinin mövcud adətinə görə
son on-
on  beş  ilə  qədər  qızı  oğlan  evinə  köçürməzdən bir-iki 
saat 
əvvəl bəyin anası yaşmanaraq bir əlində yanar lampa, o biri 
əlində  isə  güzgü və  gül  qız  evinə  gedirdi.  Qız  evində  anaya 
şirin  çay  verilirdi.  Ana  çayı  içib,  stəkanı  qaşıq  qarışıq    evə 
g
ətirirdi. Bu müddət ərzində ana nə yolda, nə də evdə bir kəlmə 
danışmırdı. Burada lampa işıqlı həyat, güzgü aydınlıq, gül isə 
sevimli g
əlin  mənasında  başa  düşülürdü.  Danışmamaq  isə 
g
əlinin  gəldiyi evdə  sakit təbiətli və  üzüyola olmasını 
arzulamaq idi (68,206). 
Qız  gəlin köçən zaman  onun  əyləşdiyi  faytonun  və  ya 
arabanın yolunu kəsərdilər. Adətə uyğun olaraq, yolu açdırmaq 


Əsəd Əliyev 
 
 
70 
üçün  oğlan  tərəfi ya güləşir, ya da nəmər verirdi.  Onu da 
xatıladaq  ki,  “... yeni köçən gəlinin qabağını  kəsib nəmər 
almayanda, toy yiy
əsi kəndin  cayıl-cuyulundan inciyər-
di”(1,56). 
Aldığımız  məlumata görə,  bəyin  iştirakı  yasaq  sayılan 
“g
əlin köçdü”də qız əyləşən arabanı oğlanın qardaşı və ya əmisi 
oğlu  idarə  edirdi.  Qara zurnanın  yerə-göyə  haray salan sədası 
altında  bəygilin həyətinə  daxil olan  gəlin  ilk öncə  arabadan 
düşmək istəmirdi.  Qayınatası  ona  qiymətli hədiyyə  boyun 
olduqdan sonra o, yeng
ələrin müşayiəti ilə faytondan düşürdü. 
Bu zaman e
vin  damına  çıxıb  gözləyən bəy,  gəlinin  başına 
qırmızı  alma,  xırda  qəpiklər,  şəkər, düyü,  buğda  və  s.  atardı 
(105,117). 
Düşünülərdi ki,  guya  onda  gəlinin  ayağı  sayalı, 
g
əldiyi ev uşaqlı və ruzi-bərəkətli olacaq. 
G
əlinin  ayağı  altında  qayınatası  bir  erkək  və  ya qoç 
qurban k
əsirdi. Kəsilən qurbanın qanından qızın alnına vuraraq: 
-  “bizim dil
əyimiz qəbul oldu, sənin də diləyin qəbul olsun”,- 
dey
ərdilər. Bu ətdən qohum-qonşuya da paylanardı. 
Ümumaz
ərbaycanda  olduğu  kimi,  gəlini bəy  otağına 
aparark
ən  ayağının  altına  ağzı  üstə  çevrilmiş  bölmə  (nəlbəki) 
v
ə  ya  şüşə  boşqab  atırdılar.  O,  dabanı  ilə  bu məişət  əşyasını 
sındırdıqdan sonra yengələrlə birlikdə “vüsal” otağına keçərdi. 
Bu zaman onu “g
ərdək”  arxasında  əyləşdirib,  qucağına  1-2 
yaşlı  oğlan  uşağı  verirdilər.  Belə  güman edilərdi  ki, onda 
g
əlinin ilk övladı oğlan olur. Məişət əşyasının gəlin tərəfindən 


XIX-XX 
əsrin əvvəllərində Gürcüstan azərbaycanlılarının ailə məişəti 
 
 
71 
sındırılması isə “bu ocağa və ərimə vəfasızlıq etsəm ayağımın 
altındakı qab kimi parçalanım” (2,97) yozumuna söykənirdi. 
Qızı  bəy  otağında  rahatladıqdan  15-20 dəqiqə  sonra 
“oğlan  şaxı”nı  çıxarmağa gedirdilər (bəzi kəndlərdə  “oğlan 
şaxı” çıxmamışdan  ya əvvəl,  ya da sonra  yaxın adamları bəyi 
qonaq  aparırdı,  buna  xalq  arasında  “oğlan  bəyi gəzir” 
deyirdil
ər).  Oğlan şaxı bəyin sağdış-solduşunun və ya digər bir 
dostunun evind
ən çıxardı. Qız şaxı kimi oğlan şaxı da qırmızı 
r
əngli almalar və müxtəlif növ şirniyyatlarla bəzədilərdi. Qara 
zurnanın  ərşə  yüksələn sədası  altda icra edilən və  təkcə 
oğlanların iştirakı məqbul sayılan bu mərasimdə lopa ağacının 
ucuna  qırmızı  alma  keçirilmiş  nazik  çubuq  da  bağlayırdılar. 
Hün
ərini göstərmək istəyən cavanlar lopa işığında almaya atəş 
açırdı. Hədəfi düz vuran şəxsə nəmər verilərdi. 
Ümumgürcüstan az
ərbaycanlıları  üçün  xarakterik  olan 
“şaxçıxarma” mərasimini qaraçöplü şair Əsli oğlu Məhəmməd 
aşağıdakı şeir parçasında çox gözəl təsvir etmişdir: 
 
  
...Toylarda şax çıxanda, 
Hamının gəlir həvəsi. 
Göy kimi guruldayır, 
G
ələndə cavan dəstəsi. 
K
əklik kimi qaqqıldayır, 
Bayırda mauzerin səsi. 


Əsəd Əliyev 
 
 
72 
Bu bar
ədə heç bir ölkə
S
əninlə çəkəmməz bəsi. 
Bunu hamı görməyirmi, 
Gör
ən keçir yan, Qaraçöp (23,10-11)! 
 
Yeri g
əlmişkən qeyd edək ki,  rastlaşdığı  bir  toy 
m
ərasimində ağaca keçirilmiş almaları nişan almaq unudulmaz 
xalq  şairimiz  S.Vurğuna  həvalə  olunmuşdur.  Bu haqda  şairin 
sürücüsünün 
danışdığı  xatirat  çox dəyərli və  maraqlıdır: 
“...ovdan qa
yıdırdıq. Bir kənddən keçəndə qarşımıza toy çıxdı. 
Maşını  saxladıq.  Səməd  düşüb  “mübarəkdir”,-  dedi. Kimsə 
S
əmədi tanıdı. Uca bir ağacın başında lopa yanırdı, iki yanına 
da alma taxılmışdı. Yerli camaat təkid elədi ki, almalara gülləni 
S
əməd  atsın.  Səməd tüfəngi götürməmiş  əlini cibinə  saldı  ki, 
h
ədiyyə  versin, lakin cibində  heç nə  yox  idi.  Axı,  o,  ov 
paltarında idi. Tərəddüd etmədən biləyindən qızıl saatı açdı və 
hamının eşidəcəyi bir səslə: 
-  Camaat,-  dedi,- 
bu  saat  kişi  üçündür.  Mən  onu  qız 
balama verir
əm, ancaq müvəqqəti. Qoyun, bu saat hələlik 
qalsın. Sizlərdən kimin yolu Bakıya düşsə onu gətirər. Mən isə 
əvəzində qadın üçün saat alıb verərəm. 
Bu sözl
ərdən sonra Səməd almaya güllə atdı və alma tikə-
tik
ə  olub  havaya  dağıldı...  O  günü  şəhərə  qayıtdıq.  Səməd 
d
ərhal mağazaya gedib qız üçün “Zvezda” markalı bir qızıl saat 
v
ə  qızıl  qolbaq  aldı.  Bir  neçə  gündən  sonra  bir  oğlan  gəlib 
onları apardı” (62,38-39). 


Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə