ƏSƏD ƏLİyev



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə22/37
tarix12.10.2018
ölçüsü0,85 Mb.
#73260
1   ...   18   19   20   21   22   23   24   25   ...   37

XIX-XX 
əsrin əvvəllərində Gürcüstan azərbaycanlılarının ailə məişəti 
 
 
81 
b
ədəninin  hansı  yerinə  çəksə, bətnindəki körpənin həmin 
yerind
ə böyük ləkə və ya xal əmələ gələrdi. 
Xalqın  təsəvvürünə  görə, hamilə  gəlinin bətnində  uşaq 
t
ərpənən zaman o kimə baxsaydı, doğacağı uşaq ona oxşayardı. 
M
əhz bu səbəbdən də o, gözəl şeylərə, xoş sima və xoş xasiyyət 
adamlara  baxmağa  çalışardı.  Uşağın  sağlam,  güclü  və  gözəl 
olması üçün bu ərəfədə hamilə gəlinə alma, armud, heyva, nar 
v
ə  s. kimi meyvələrdən daha çox yeməsi tövsiyyə  olunardı. 
T
əsadüfi deyil ki, bu meyvə  ağacları  azərbaycanlılar  arasında 
dil
ək ağacı sayılmışdı (9,61). 
 Az
ərbaycanın  bu  və  ya digər etnoqrafik bölgəsində 
olduğu kimi, araşdırdığımız bölgələrdə də hamilə gəlinin oğlan, 
yaxud qız doğacağı barədə əvvəlcədən məlumatlanmaq üçün bir 
sıra  sınamalardan  istifadə  etmişlər. Məsələn, qoyun kəlləsi 
bişirən zaman cəhənglərini  dartıb  iki  ayırırdılar.  Cəhəng 
sümüyü 
ətli  çıxardısa,  niyyəti tutulan hamilə  gəlin  qız,  ətsiz 
çıxardısa oğlan doğardı. Yaxud hamilə gəlin yuxuda alma görsə 
qızı,  bıçaq  görsə  oğlu,  rahat  yatsa  oğlu,  narahat  yatsa  qızı, 
deying
ənlik edib qara-qışqırıq  salsa  qızı,  sakit  təbiətli, həlim 
xasiyy
ətli olsa oğlu olardı (2,69.). Bəzən gəlinin oğlan və ya qız 
doğacağını saplı iynəni üzüyün ortasından keçirməklə də təyin 
ed
ərdilər. Belə  ki,  sapından  tutub  iynəni  başı  aşağı  üzüyün 
ortasından  sallayarkən iynə  saat  əqrəbi istiqamətində  hərəkət 
ed
ərdisə  qız,  əksinə  fırlanardısa  oğlan  olacağı  güman  edilərdi. 
Bu cür t
əyin etmə  Azərbaycanın  Şəki-Zaqatala bölgəsində  də 
qeyd
ə  alınmışdır  (64,177). Bundan  başqa  hamilə  gəlinin 


Əsəd Əliyev 
 
 
82 
qarnının  formasından,  sağ  və  ya  sol  ayağını  çəkməsindən, 
göz
əlləşib-kifirləşməsindən və  s.  də  onun  oğlan,  yaxud  qız 
doğacağını müəyyənləşdirərdilər. Axıska türkləri isə yumurtanı 
soyutma  bişirib  soyurdular.  Sonra  hamilə  gəlinin saçından  bir 
tel qoparıb yumurtanı ikiyə bölürdülər. Yumurtanın ortasındakı 
sarı bərk idisə oğlan, yumşaq idisə qız doğulacağı zənn edilərdi. 
V
ə  ya hamilə  gəlin  yuxusunda  qızıl  üzük,  qızıl  bilərzik görsə 
qız, qılınc, yaxud da bıçaq görsə oğlan olacağına işarə edilirdi 
(34,222). Qaraçay-
Balkarlarda  (Malkarlarda)  uşağının  oğlan 
olmasını istəyən hamilə  qadın isə cibində qurd dişi gəzdirərdi. 
Bu  da  onların  qurd  kultuna  ciddi  önəm verdiklərindən irəli 
g
əlirdi (34,408).  
Doğuş kifayət qədər təcrübəsi olan əvəçi qadın tərəfindən 
evd
ə həyata keçirilirdi. Anadolu türklərində “Ebe Ana” (34,363) 
adlanan bu “ara h
əkimi”nin yanında bir neçə köməkçi qadın da 
olurdu.  Bu  zaman  evin  kişiləri  (qayınata,  qayın,  ər)  yaxın 
qonşulardan  birinin  evinə  yığışıb  səbirsizliklə  doğuşun 
n
əticəsini gözləyərdi. Onlar, xüsusilə  də  qayınata  gəlinin ilk 
uşağının oğlan olması üçün allaha dua edərdi. Çünki oğlan uşağı 
n
əslin davamçısı, qoruyucusu, evin işıq yandıranı, atanın “vuran 
qolu”, dig
ər tərəfdən el-oba, vətən uğrunda gələcəyin döyüşçüsü 
hesab olunurdu. M
əhz bu səbəbdən  oğlan  uşağının  dünyaya 
g
əlişi  ailənin və  qohum  -  əqrəbanın  sevincinə  sevinc  qatardı. 
Qız  uşağının  dünyaya  gəlişi  isə  elə  də  fərəh  doğurmurdu. 
Xüsusil
ə  bir-birinin  ardınca  qız  doğan  anaların  vəziyyəti daha 
g
ərgin idi. Ailədə ər-arvad, qayınata, qayınana-gəlin münasibəti 


XIX-XX 
əsrin əvvəllərində Gürcüstan azərbaycanlılarının ailə məişəti 
 
 
83 
so
yuqlaşır, əhval-ruhiyyə pozulurdu. Ona görə də qız uşaqları-
nın  adını  “Qızyetər”,  “Qızqayıt”,  “Kifayət”,  “Yetər”, “Bəsti”, 
“Qızbəs”,  “Qızbəsti” və  s.  qoyardılar.  Bu  qayda,  ölməz xalq 
şairimiz  S.Vurğunun  “Bəsti”  poemasında  da  öz  əksini tapmış-
dır: 
 
 “Anan s
əni doğanda adına “Bəsti” dedi, 
“Əllərimi bir fələk oğuldan kəsdi”,- dedi. 
Bel
əydi qayda bizdə...Qız doğanda analar 
Baxıb qara geyərdi su üstündə sonalar
Yazıq qadın utanıb, qızarardı ərindən, 
Min bir va
raq qopardı könlünün dəftərindən; 
Dey
ərdilər: “Qız nədir? Qazancı yox, varı yox, 
Özg
ə şamı yandırır...Bu gün-sabah gedəcək, 
Köç
əri quş kimidir, oylağı tərk edəcək” (80,232). 
 
Qaraçay-Balkarlarda is
ə  çoxqızlı  ailələr  qız  uşaqlarının 
adlarını  “Boldu”(Oldu),  “Burul”  (Dön),  “Qıztuvma”  (Qızdoğ-
ma
sın) və s. qoyardılar (34,361). 
Qaşqay  ailələrində  də  oğlan  uşaqlarına  çox  böyük  önəm 
verilmişdir.  Ona  görə  də  qız  uşaqları  olub,  oğlan  uşaqları 
olmayan  qaşqay  ailələrinə  xalq  arasında  “kor  ocaq”  deyilərdi 
(35,31). 
Az
ərbaycanda (48,279; 71,245), eləcə  də  digər türkdilli 
xalqlarda  olduğu  kimi  (135,96; 137,201), tədqiq etdiyimiz 
bölg
ələrdə  bir neçə  qızdan  sonra  doğulmuş  oğlan  uşağını 


Əsəd Əliyev 
 
 
84 
“heyd
əri” etmək adəti vardı. Bu adətə uyğun olaraq nəzir verib, 
əhd edərək  oğlan  uşağının  sağ  qulağına  sırğa  taxar,  başının 
ortasında  isə  kəkil  saxlayardılar.  Uşaq  10-12  yaşında  olarkən 
sırğası çıxarılıb, kəkili qırxılardı. İnama görə, guya şər qüvvələr 
“heyd
əri” edilən  oğlan  uşaqlarını  qız  bilərək  onlara  yaxın 
g
əlməzdi. Magik təsəvvürlərlə ilgili olan bu adət XX əsrin 60-
70-ci ill
ərinə kimi əhalinin məişətində saxlanılmışdır. 
Yeri g
əlmişkən qeyd edək ki, qədimlərdə  azərbaycanlı 
ail
əsində  qız  uşaqlarının  doğulması  heç  də  bədbinlik 
yaratmamışdır. Biz bunu VII əsrin axırı, VIII əsrin əvvəllərində 
M
ədinədə  yaşamış  Azərbaycan  şairi  İsmayıl  ibn  Yəsarın  ərəb 
z
ədaganlarını tənqid atəşinə tutduğu aşağıdakı şeir parçasından 
da sez
ə bilərik:  
 
Camaat, buraxın bu öyünməyi, 
Danışın insafla, ədalətlə siz. 
Əgər cahilsiniz, görün keçmişdə 
Nec
ə yaşamışdır sizin nəsliniz 
Torpağa gömdünüz siz qız olanda, 
T
ərbiyə eylərik amma qızı biz (72,20).  
 
  
Oğlan  və  qız  uşaqları  barədə  Hz.  Peyğımbər (s.ə.v.) 
demişdir:  “Övladlarınız  arasında  oğlanla  qıza  fərq  qoymayın; 
f
ərq qoymaq lazım gəlsəydi, mən qızları üstün tutardım”. 
Uzun müdd
ət  əvəçiliklə  məşğul  olmuş  yaşlı  qadınların 
verdikl
əri məlumatlara görə, doğuş çətin keçdikdə hamilə gəlin 


Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə