ƏSƏD ƏLİyev



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə25/37
tarix12.10.2018
ölçüsü0,85 Mb.
#73260
1   ...   21   22   23   24   25   26   27   28   ...   37

Əsəd Əliyev 
 
 
92 
altında yatmazdı. Cin vurar deyə, şər vaxtı zahının bu ağacların 
altına  gəlməsinə,  xarabalıqlardan,  çay  və  göl  qırağından 
keçm
əsinə, eləcə də yerə qaynar su tökməsinə icazə verilmirdi. 
İnama  görə,  qaynar  su  cinin  uşaqlarını  yandırar  və  bunun 
əvəzində cin həmin şəxsə çox ağır xətər yetirər, hətta o, ya ölər, 
ya da d
əli ola bilərdi. Qaynar su təsadüfən yerə  tökülsəydi
g
ərək üç kərə “Bismillahir-rəhmanir-rəhim”- deyiləydi. Onda o 
şəxs xəta-bəladan ötüşərdi. 
Etnoqrafik 
ədəbiyyatda yer alan bir fikrə görə, cinlərin də 
insanlar kimi müxt
əlif dinlərə mənsubluğu var. Guya cinlər öz 
dinind
ən  olan  uşaqlara  toxunmur.  Özü  də  cinlər  ən  çox  oğlan 
uşaqlarını vururlar  (48,300). Cin vurmuş uşaq və  ya böyükləri 
xalq arasında “cindar” adı ilə məlum olan ara həkimləri müalicə 
edirdi (74,133). 
Bundan başqa, əhali “qarabasma”, “vurğun” və 
“şeytan” kimi bəd ruhlara qarşı da bir sıra tədbirlər görmüşlər. 
Çill
əli  uşağın  yatağına  barmağı  üzüklü,  qulağı  sırğalı, 
boynu    m
uncuqlu,  üstü  dualı,  gözü  nəzərli və  həmzadlı 
qadınların gəlməsinə qadağa qoyulardı. Bütün bu əşyalar uşağın 
saralıb-solmasına,  hətta ölümünə  səbəb ola bilərdi.  Uşağın 
üstün
ə  çiy  ət gətirilməsi də  yasaq  idi.  Əks  təqdirdə,  uşaq 
ətsümük  olardı.  Ona  görə  də  evə  kənar  şəxs gəldikdə  çağanı 
başqa  otağa  keçirər, sonra isə  təzədən  qaytarıb  həmin  şəxsin 
üstün
ə  gətirərdilər. Bəzən də  körpə  ya  bayıra  çıxarılır,  ya  da 
qapının ağzında yuxarı qaldırılırdı ki, gələn adam onun altından 
keçsin. T
əsadüfən  uşağın  yatağına  üstü metal əşyalı,  boynu 
muncuqlu v
ə  ya gözü nəzərli  qadın  gələrdisə,  çağanın  halı 


XIX-XX 
əsrin əvvəllərində Gürcüstan azərbaycanlılarının ailə məişəti 
 
 
93 
pisl
əşərdi. Bu zaman nəzəri,  muncuğu  və  ya metal əşyaları 
k
əsərdən  salmaq  üçün    torpağı  körpü  şəklində  40-50 sm 
d
ərinliyində  qazıb  körpəni oradan keçirərdilər.  Xatırladaq  ki, 
t
ədqiq etdiyimiz dövrdə  Gürcüstan azərbaycanlıları  arasında 
mövcud olan “torpaqdan keçirm
ə” adətinə  Azərbaycanda rast 
g
əlmirik. 
Ətsümük olar deyə, qırxılı  gəlinin və  körpənin  yatağına 
çiy 
ət gətirilməsinə  Axıska  türkləri  arasında  da  yol  verilməzdi 
(34,226). 
Etnoqraf H.Q.Q
ədirzadə  yazır  ki,  keçmişdə  Naxçıvanda 
“Babaoul” adı ilə məlum olan yastı formalı sarımtıl və ya göy 
r
əngli muncuq çox qorxulu hesab edilirdi. Qırxılı uşağın üstünə 
bel
ə  muncuq gətirilsə  uşaq  saralar  və  ya göyərməklə  dərhal 
öl
ərdi (49,155). 
B
əd nəzərdən  qorumaq  üçün  uşağın  köynəyinin çiyninə 
n
əzər  duası  (pitik)  tikilərdi. Nəzər  duasını  mollaya  və  ya 
inanılmış  seyidə  yazdırardılar.  Duanı  üçkünc  formada  qatlayıb 
üz
ərinə göy, ya da yaşıl parçadan üzlük çəkərdilər. Bəd nəzərə 
qarşı çağanın papağına, biləyinə və ya qundağına gözmuncuğu 
da taxılardı. Xalqın inamına görə, uşağı bəd nəzərdən qorumaq 
üçün 
ən  yaxşı  vasitə  gözmuncuğu  idi.  Belə  ki,  uşağa  nəzər 
d
əyərkən  gözmuncuğundakı  gözlərdən biri partlayaraq nəzəri 
k
əsirdi. Bununla da uşaq xətərdən sovuşmuş olurdu. 
N
əzəri kəsmək məqsədilə  gözmuncuğundan  istifadəyə 
dig
ər türkdilli xalqlar (məs: özbəklər, türkmənlər,  qırğızlar  və 
s.) arasında da önəm verilmişdir (103,190; 97,131). 


Əsəd Əliyev 
 
 
94 
B
əd nəzərin  qarşısının  alınmasında  bir  sıra  türk 
xalqlarında,  eləcə  də  Gürcüstan azərbaycanlıları  arasında 
müq
əddəs sayılan “dağdağan” ağacı da mühüm əhəmiyyət kəsb 
etmişdir. Tədqiqatçılar yazır ki, dağdağan ağacına gözdəymənin 
qarşısını  alan  sehirli  qüvvə  kimi baxar və  onu həm  uşaqların 
beşiyinə asar, həm də sağ çiyninə tikərdilər (53,46-47). 
Qeyd ed
ək ki, uşağı, ümumiyyətlə bütün ailə üzvlərini bəd 
n
əzər və pis ruhlardan qorumaq üçün giriş qapısının əl çatmayan 
yerind
ən at nalı və qurumuş tikan budağı da asardılar. 
Uşaq  çilləli olarkən içərisinə  kəsilmış  heyvanın  boyun 
sümüyü sa
lınmış ilıq su ilə çimizdirilərdi. Söyləmələrə görə, bu, 
uşağın  boyun  sümüyünün  bərkiməsində  mühüm  rol  oynayırdı. 
Pis ruhlar t
ərəfindən xətər dəyməsin deyə çağanın çimizdirildiyi 
suyu gediş-gəliş olmayan yerdə çala qazıb oraya tökərdilər. 
Qocaların  dediyinə  görə,  doğuşdan  qırx  gün  sonra  uşaq 
çill
ədən  çıxarılırdı.  Bu  məqsədlə  qızdırılmış  sudan  qırx  xörək 
qaşığı  götürüb mis cama tökərdilər. Uşağı ilıq su ilə çimizdir-
dikd
ən  sonra  götürülmüş  qırx  qaşıq  suyu  onun  çiyinlərindən 
axıdaraq  “Ağırlığın-uğurluğun,  dərdin-bəlan bu su ilə  getsin”, 
deyirdil
ər. Həmin  gün  uşağın  papaq,  köynək və  bələk 
əskilərinin də çilləsi götürülürdü. Bu köynəkləri bir daha uşağa 
geyindirm
əz, kəsib ona əski düzəldərdilər.  Papağı  isə  büküb  
növb
əti  uşaq  üçün  saxlayardılar.  Yuxarıdakı  qayda  ilə  ana da 
çill
ədən  çıxarılırdı.  Materiallar  göstərir  ki, Azərbaycanda 
yaşayan xristian ingiloylarda da çillə çıxarma adəti olmuşdur və 


XIX-XX 
əsrin əvvəllərində Gürcüstan azərbaycanlılarının ailə məişəti 
 
 
95 
yeni doğulmuş qız uşaqları 40, oğlan uşaqları isə 48 gün qırxılı 
sayılırdı ( 64,192). 
Uşağın qırxı çıxdıqdan 5-10 gün sonra “qardaşlıq” və  ya 
“bacılıq” adlı mərasim keçirilərdi. Məlumdur ki, xalqımız, eləcə 
d
ə  qonşu  gürcülər  arasında  “qardaşlıq”,  “bacılıq”  olmaq  adəti 
vardı. Əsasən ailədə tək olan oğlan uşağı 18-20 (bəzən 16-17) 
yaşa  çatarkən  şirin  ünsiyyət qurub, inam bəslədiyi tay-tuşu  ilə 
əllərini çərtib qanlarını bir-birinə qatmaqla “qan qardaşlığı”, tək 
qız uşağı isə bir neçə nəfərin şahidliyi ilə əhd-peyman bağlayıb 

əhd  bacılığı”  olurdu.  Belə  “qardaş-bacılıq”  yüksək 
qiym
ətləndirilərək çox əziz  tutulardı.  Bu cür qiymətləndirmə 
özünü  qardaş  və  ya  bacılığın  ailəsində  yeni  uşaq  dünyaya 
g
əlişində  daha  qabarıq  göstərirdi. Belə  ki,  yeni  doğulan  uşaq 
oğlan olardısa körpənin atasının qardaşlığı, qız olardısa anasının 
bacılığı ağır pay-püşklə uşağı görməyə, ata-ananı təbrik etməyə 
g
ələrdi.  Qardaşlığın  və  ya  bacılığın  gəlişinə  düzənlənən məra-
simd
ə ləziz yeməklərlə bəzədilmiş süfrə açılardı. 15-20 nəfərin 
iştirak etdiyi bu mərasimdə çox vaxt aşıqlar və ya zurnaçı dəstə-
si d
ə olurdu. 
Burada  bir m
əsələni də  açıqlayaq  ki,  adı  çəkilən məra-
simd
ə süfrəyə mütləq “xramuli” balığı da qoyardılar. Bu balığın 
süfr
ədə olması həm “qardaşlıq” və ya “bacılıq” olduqları şəxsə 
sevginin, h
əm də  onlardan mərasimdə  iştirak  edən hər  hansı 
birin
ə  bol  ruzi  arzulamağın  əlaməti kimi qiymətləndirilirdi. 
Çünki, 
əhali balığı  artım, bolluq-firavanlıq  rəmzi hesab edirdi. 


Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə