ƏSƏD ƏLİyev



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə28/37
tarix12.10.2018
ölçüsü0,85 Mb.
#73260
1   ...   24   25   26   27   28   29   30   31   ...   37

Əsəd Əliyev 
 
 
104 
Cahilin d
ə zavalı övlada, 
Şiveyi-narəvası tərbiyədir. 
Öyr
ədir tiflə sui əxlaqı. 
Qaliba, müdd
əası tərbiyədir.  
T
ərbiyət elmisiz deyil məqbul
Ki, onun müqt
əzası tərbiyədir (67,322). 
 
Gürcüstan az
ərbaycanlıları  arasında  uşaqların  əxlaq 
t
ərbiyəsini bütün yönləri ilə  təmin etmək üçün valideyn-övlad 
münasib
ətlərinə,  onların  arasındakı  qarşılıqlı  inam  və  ünsiyyət 
göz
əlliyinə  xüsusi diqqət yetirilirdi. Tədqiqatçılara  görə, məhz 
ünsiyy
ət gözəlliyi,  başqalarını  dinləmək qabiliyyəti, 
başqalarının  gərəkli fikirlərini, öyüd-nəsihətlərini  əxz etmək 
bacarığı  əxlaq tərbiyəsinin bütövlüyünə  nail  olmağın  əsas 
amill
ərindən hesab edilirdi (20,29). 
Valideynl
ər uşağı əxlaq tərbiyəsinə zidd olan xoşagəlməz 
v
ərdişlərə yiyələnməkdən qorumaq üçün onlara qarşı çox ciddi 
v
ə  tələbkar idilər. Ancaq bu tələbkarlıq  zor  gücünə  yox, 
deyil
ənlərin, öyüd-nəsihətlərin  uşaqlar  tərəfindən  inamlı  və 
şüurlu  şəkildə  dərkinə  yönəlirdi. Təsadüfi deyil ki,  bu məsələ 
müt
əfəkkir alim və  şairləri zaman-zaman  düşündürmüş,  onlar 
insanlığı  alçaldan  naqis  sifətləri  pisləyərək  uşaqları  yaxşı 
əməllərə, nəcib duyğu və düşüncələrə sahib olmağa çağırmışlar:  
 
T
əkəbbür, mənəmlik, özünü çəkmək, 
Qafillik, s
ərxoşluq, hiylə, qəzəb, şəkk, 


XIX-XX 
əsrin əvvəllərində Gürcüstan azərbaycanlılarının ailə məişəti 
 
 
105 
T
ərəddüd, paxıllıq, kələk, kin, tamah, 
Yalançı, saxtakar, vəfasız olmaq, 
Şəhvət, naz, yüngüllük, ağırlıq etmək, 
Pozğunluq, nankorluq, insan incitmək
İsraf böhtançılıq, bir də fitnə, lağ, 
Fırıldaq, qan içmək, riya və nifaq, 
Hirs, ikiüzlülük, acgözlük, h
əsəd, 
 Zülm, cövr, c
əfa, süstlük və nifrət
H
ər nə söylədimsə, ondan qaç uzaq, 
Onların əksiylə məşğul ol ancaq (55,153).  
 
N.Tusiy
ə görə, uşaqlarda pis adətlərə, bəd əməllərə nifrət 
yaratmaq  lazımdır.  Çünki  onlar  inkişafın  ilkin  mərhələsində 
çoxlu s
əhvlərə yol verər, qəbahətli iş görər, çox zaman yalançı, 
paxıl,  oğru,  xəbərçi, tərs və  inadkar olar, füzulluq edər
dediyind
ən  əl çəkməz,  başqalarını  da  zərərli və  xoşagəlməz  iş 
görm
əyə  sürükləyər, sonra isə  tənbeh və  tərbiyə  yaşı  keçər. 
Bunun üçün d
ə  uşağı  körpəlikdən tərbiyə  etmək  lazımdır 
(79,157). 
Xatırladaq ki, tədqiq etdiyimiz bölgələrin əhalisi arasında 
ail
ədə  “ən  yaxşı  qabiliyyət”(66,197)  sayılan  əxlaq tərbiyəsinin 
mühüm v
ə önəmli şərtlərindən biri uşaqlara ataya qarşı hörmət 
hissinin  aşılanması  idi.  Mövcud  qaydaya  əsasən  atanın 
nüfuzunu qorumaq, hörm
ətini saxlayaraq istək və  arzularını 
yerin
ə yetirmək, eləcə də müqəddəs  bir varlıq kimi qulluğunda 
dayanmaq uşağın ən ümdə vəzifəsi sayılırdı. Uşaqda ataya qarşı 


Əsəd Əliyev 
 
 
106 
bu cür n
əcib hissləri isə ilk öncə ana oyadırdı. Belə ki, o, ərinə 
qarşı  nəzakətli  davranmaqla  uşaqlarını  da  bu  zəmində  tərbiyə 
etmiş olurdu. 
Şərqin görkəmli mütəfəkkiri X.N.Tusi ataya hörmətin 
vacibliyini bel
ə  əsaslandırırdı:  “Ata  övladın  ana  bətninə 
düşməsinin birinci səbəbkarıdır.  İkincisi,  övladı  tərbiyə  edib 
kamala  çatdırır,  övlad  həm ataya aid olan maddi ləzzətlərdən, 
yem
ək, içmək, geymək,  yaşamaq,  boy-buxuna çatmaq üçün 
lazım  olan  nemətlərdən istifadə  edir, həm də  onun sayəsində 
m
ənəvi məziyyətlərə, tərbiyə,  ədəb, savad, elm, mədəniyyət
peşə, sənət, yəni nəfsani yaşamağa və kamilliyə çatmağa səbəb 
olan nem
ətlərə yiyələnir”(79,167). 
Yaşlı  adamların  dediyinə  görə,  oğul-qız  ataya  borclu 
olduğu  kimi,  atanın  övlad  qarşısında  ödəniləsi borcu da yox 
deyildi.  Bu  borc  uşağı  tərbiyəli böyütməkdən, (habelə  oğlan 
uşağını  sünnət etdirməkdən), oxutmaqdan və  evləndirməkdən 
ibar
ət idi. 
Uşaqların  əxlaq tərbiyəsində  anaya hörmət göstərilməsi 
vacib  şərtlərin  ən önəmlisi  sayılırdı.  Bu  istiqamətdə  əsas 
m
əsuliyyət atanın üzərinə düşürdü. Ona görə də ata çalışardı ki, 
uşaqlarının yanında anaya qarşı qayğıkeş, nəzakətli və diqqətcil 
olsun. M
əhz bu davranış uşaqları da eyni ruha kökləyirdi. Yəni 
onlar şahidi olduqları xoş nümunənin təəssüratı sayəsində sevgi 
v
ə  məhəbbət hissi ilə  anaya lap ürəkdən  bağlanırdılar. Çünki 
“t
ərbiyə  işində  yaxşı  nümunənin  nümayişi  uşaqlarda  daha  tez 
inam 
əmələ gətirir. Uşaq üçün ən yaxşı nümunə isə valideynin 


XIX-XX 
əsrin əvvəllərində Gürcüstan azərbaycanlılarının ailə məişəti 
 
 
107 
özüdür” (52,142). Dig
ər tərəfdən,  “ananın  övlada  cismani 
bağlılığı” (79,168) ana-bala sevgisini daha misilsiz edirdi. 
Anaların müqəddəslər müqəddəsi  olması  Məhəmməd 
peyğəmbərin kəlamlarında  da  özünə  yer  almışdır.  Böyük 
peyğəmbər hədislərində  “Cənnət  anaların  ayaqları  altındadır” 
dem
əklə, anaların əvəzedilməz bir varlıq olaraq çox uca zirvədə 
dayandığına,  daima  onlara  qayğı  göstərilməsinə, sevilib-
əzizlənərək hörmətinin saxlanılmasına işarə etmişdir. Bu fikrin 
ifad
əsinə  bir nəfərin  onu  sorğu-suala  tutduğu  zaman  verdiyi 
cavabda da rast g
əlirik: Bir nəfər Rəsulallahın  yanına  gəlib 
soruşdu:  “Ya  peyğəmbər, mən kimə  daha  çox  yaxşılıq 
etm
əliyəm?  Cavab  verdi:  “Anana”.  O  adam  soruşdu:  “Sonra 
kim
ə?”  Peyğəmbər buyurdu: “Anana”. Həmin adam yenə 
soruşdu:  “Sonra  kimə?”  Peyğəmbər yenə: “Anana”-dedi. O 
adam bir d
ə: “Bəs sonra kimə?”-soruşduqda,  Rəsuli-əkrəm 
buyurdu: “Sonra atana” (83,9). 
Ana böyüklüyün
ə,  ana  ucalığına  səcdə  etmək, onun qulu 
olaraq  yaşamaq  xalqımızın  özünəməxsus cəhətlərindəndir. 
T
əsadüfi deyil ki, böyük alim, pedaqoq və  yazıçı  olan 
C.Cabbarlı haqqındakı bir xatirədə göstərilir ki, anası kiçik yaşlı 
C
əfərdən böyüyəndə  nə  olacağını  soruşduqda:  -“Mən sənə  qul 
olacağam,  ana”-  demişdi (14,382). Uunudulmaz ədibimizin 
anasına verdiyi bu  cavab tək onun yox, ümumazərbaycan türk 
uşaqlarının  hər birinin anaya olan məhəbbətinin təcəssümü idi 
des
ək, heç də yanılmarıq. 


Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə