ƏSƏD ƏLİyev



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə31/37
tarix12.10.2018
ölçüsü0,85 Mb.
#73260
1   ...   27   28   29   30   31   32   33   34   ...   37

Əsəd Əliyev 
 
 
116 
hansısa  yaxın  qohumundan  nigarandır,  onunla  halallaşmadan 
ölm
ək istəmir. Onu bu iztirabdan qurtarmaq üçün ovcuna kiçik 
bir  daş  qoyardılar.  Xəstə  həmin  daşı  intizarında  olduğu  şəxsin 
əli  sanaraq  canını  tapşırardı.  Və  yaxud, ailənin  bir üzvü əlini 
x
əstənin əlinə verərdi. Xəstə həmin əli həsrətində olduğu şəxsin 
əli bilərək nəfəsdən  olardı.  Bu  haqda  Azərbaycan 
etnoqraflarının  əsərlərində  də  məlumat verilir (71,282). Bəzən 
d
ə  tez  candan  olması  üçün  xəstəni taxtdan və  ya  çarpayıdan 
düşürüb yerə  (torpağa)  qoyardılar.  Əhalinin  düşüncəsinə  görə, 
insan  torpağa  çox  bağlı  olduğundan, torpaq   çətin can verən 
x
əstəni  tez  qoynuna çəkərək  əzab-əziyyətdən  qurtarırdı.  
Əlbəttə,  bu  xalqın  Yer-Torpaq  kultuna  inamı  ilə  bağlı  olub, 
zaman-
zaman  yaddaşlarda  yaşamış,  nəsildən-nəslə  ötürülərək 
son dövl
ərədək gəlib çıxmışdır.  
X
əstə  candan olduqdan sonra gözlərini  sığayar,  çənəsini 
ç
əkib bağlayar, əllərini yanına salar, Azərbaycanda (49,197) və 
dig
ər türkdilli xalqlar (132,78) arasında olduğu kimi, ayaqlarını 
cütl
əyərək  baş  barmaqlarını    ağ  iplə  bir-birinə  bənd edər və 
üzünü ört
ərdilər. Bundan sonra mərhumu ortaya qoyub 
ağlayardılar. Xalq arasında bu, “ağlaşma” adlanardı. 
Ağlaşma  mərasimində  səriştəsi və  qabiliyyəti olan bir 
qadın  “ağı”  və  ya “dil” deyir, digər  qadınlar  isə  onun 
tükürp
ədici  avazından  təsirlənərək  ağlaşırdılar.  Sağlığında  el 

ərisində  xüsusi hörmətə  malik olan, qəhrəmanlığı,  vurub-
tutmağı  ilə  diqqət çəkən  şəxslərin  ağlaşma  mərasimi daha 
t
əsiredici keçirdi. Qeyd etdiyimiz məsələ  barədə  Azərbaycan 


XIX-XX 
əsrin əvvəllərində Gürcüstan azərbaycanlılarının ailə məişəti 
 
 
117 
yazıçısı  Ə.Haqverdiyevin  fikri  də  maraqlıdır.  O  yazırdı  ki, 
“Q
ədim Azərbaycanda... qəhrəman ölən günü camaatı bir  yerə 
toplayırdılar. Bu toplantıya “yuq” deyirdilər (yuqlama-ağlamaq 
sözünd
əndir).  Toplananlar  üçün  qonaqlıq  düzələrdi, xüsusi də-
v
ət edilmiş “yuqçular” isə ikisimli “qopuz” çalıb oynayardılar. 
Yuqçu 
əvvəlcə mərhum qəhrəmanın igidliklərindən danışıb, onu 
t
əriflyərdi. Sonra isə  qəmli  havaya  keçib  şanlı  qəhrəman üçün 
ağı deyərdi. Toplananlar da hönkür-hönkür ağlayardı” (27,392). 
Öl
ən  şəxsə  ağı  demək,  göz  yaşı  tökmək lap qədimlərdən 
m
əlumdur. Təsadüfi  deyil  ki,  şair  Dəvdək məşhur  Alban 
hökmdarı Cavanşirin ölümünə ağı həsr etmişdir: 
Ey ilahi k
əlamları xəlq eyləyən ulu Tanrı, 
Özün n
əğmə-ağı söylə, yad et bizim hökmdarı. 
El
ə nəğmə-ağı qoş ki, bu əvəzsiz itki üçün 
Gözümüzd
ən gecə-gündüz axsın odlu göz yaşları 37,147). 
T
ədqiq etdiyimiz bölgələrin  əhalisi  ağı  və  yaxud dil 
dem
əklə  mərasim  iştirakçılarını  ağlatmaqda  səriştəsi olan 
qadınlara “ağıçı” və ya “dil deyən” deyərdilər. 
Dünyasını  dəyişən gənc olardısa  onun  ana-bacısı  və 
qohum-
əqrəbası  “şivən”  salar,  yanıqlı  ağılar  deyərək özlərini 
döy
ər, üz-gözlərini  cırar  və  saçlarını  yolub  mərhumun üzərinə 
tök
ərdilər.  İslamdan  öncə  mövcud olan bu ənənə  uzun yol 
keç
ərək  öz  yaşantısını  bu  gün  də  davam etdirir. Vaxtilə  hun 
q
əbilələri də  rəhmətə  gedən üçün  bıçaq  və  ya xəncərlə 
yanaqlarını, əl və ayaqlarını çərtib qan axıdırdılar (37,156). Bu 
cür cizgil
ərə “Kitabi-Dədə Qorqud”da da rast gəlirik. Dastanda 


Əsəd Əliyev 
 
 
118 
qeyd edilir ki, Beyr
əyin  ödüyünü  düşünən  “Ağ  bircəklü  anası 
bul
dır-buldır  ağladı,  gözinin  yaşın  dökdi,  acı  tırnaq  ağ  yüzinə 
aldı-çaldı.  Al  yanağın  tartdı,  qarğu  kibi  qara  saçını  yoldı” 
(40,57). 
Əhali  arasında  ağını,  dil  deyib  ağlamanı  mərhumun 
“urvatı”,  “yaraşığı”  sayardılar.  Ona  görə  də  ağı  deyilməyən 
m
ərhum üçün “yaxşı urvatlamadılar”, “elə bil yiyəsiz idi, heç dil 
dey
əni olmadı” və s. kimi ifadələr işlədilərdi. Ümumiyyətlə, dil 
dem
ək adəti bütün türkdilli xalqlar üçün səciyyəvi olmuşdur. 
Mat
əm  zamanı  yaxın  adamların  saçını  yolmasına  və  ya 
hörükl
ərini kəsməsinə  gəldikdə  isə, bu adət  “Qafqazın  başqa 
xalqları  içərisində  də  mövcud  olmuşdur.  Məsələn,  pşavlarda 
qadının qardaşı və əri ölərkən o, saçlarını kəsirdi” (53,82). 
Yeri g
əlmişkən onu da deyək ki, ölən  şəxsə  “öldü” 
dem
əzdilər. Öldü  termininin  əvəzinə  “tələf oldu”, “dünyasını 
d
əyişdi”, “candan oldu”, “canını tapşırdı”, “keçindi”, “rəhmətə 
getdi”, “haqq dünyasına qovuşdu” və s. kimi ifadələr işlədilərdi. 
Qocaların  dediyinə  görə,  evində  ölüm hadisəsi  baş  verən 
ail
əyə  bütün el-oba  yığışar  və  hərə  öz  bacarığı  müqabilində 
köm
əklik göstərərdi. Qohum-qonşular  “yas  məclisi” üçün yer 
düz
əldər, çadır qurar, stol, stul daşıyar və işlənəcək qab-qacağı 
toplayardılar. Bir neçə nəfər isə qəbir qazmağa gedərdi. Bütün 
bu köm
əkliklər təmənnasız edilərdi. Çünki hər bir şəxs hüzurda 
iştirak etməyi və  köməklik göstərməyi özünün mənəvi borcu 
sayırdı. Z.S.Musayevin qeyd etdiyi kimi, “hüzur yerinə getmək, 


XIX-XX 
əsrin əvvəllərində Gürcüstan azərbaycanlılarının ailə məişəti 
 
 
119 
m
ərhumu son mənzilinə  qədər ötürmək hökm deyil, borcdur. 
Borcu is
ə yerinə yetirmək  ən böyük hökmdür” (61,39). 
Günorta saat 3-4 rad
ələrində və ya şər qarışan ərəfədə ölü 
d
əfn etmək yasaq idi. Ona görə də obaşdan və ya səhər saat 9-10 
rad
ələrində  “keçinəni” həmin gün günortaya kimi dəfn 
ed
ərdilər.  Axşamüstü  və  ya gecə  “tələf”  olan  şəxs isə  səhərisi 
gün torpağa tapşırılırdı. Düşünülərdi ki, şər vaxtı dəfn edilən ölü 
başqa birisini də aparar. 
 1970-ci ild
ən sonra bəzi bölgələrimizdə dəfn mərasimi bir 
q
ədər dəyişikliyə  uğramışdır.  Belə  ki,  hansı  vaxtda  dünyasını 
d
əyişməsindən  asılı  olmayaraq,  mərhumu  ikinci, əsasən də 
üçüncü gün günorta saat 1-2 rad
ələrində dəfn edirlər.  
M
əlumatçılarımıza  görə,  40-50 il bundan öncə  əhalinin 
qazanc  dalınca  Rusiyanın  bu  və  ya digər  şəhərlərinə  axını 
başladı. Bu proses getdikcə daha geniş vüsət aldı. 1973-cü ildə 
t
əkcə  Borçalının  “Kəpənəkçi kəndindən 300 nəfər Rusiyanın 
müxt
əlif  rayonlarında,  eləcə  də  Qərbi Sibirdə” (105,111) 
çalışırdı.    Gediş-gəliş  çətin  olduğundan, bu kimi insanlar 
ölümünd
ən cəmi bir neçə saat sonra dəfn olunan mərhumlarının 
torpağa  tapşırılmasında  iştirak  edə  bilmirdilər. Ona görə  də 
uzaqda olan qohum-
əqrəba gələnə  kimi  “dünyasını  dəyişən” 
şəxsi məcburən 2-3 gün saxlamalı olurdular (86,192). Beləliklə, 
m
əcburiyyətdən yaranan bu cür gecikdirmələr  mərhumun ikinci 
v
ə ya ücüncü gün dəfn edilməsini adət şəklinə saldı. 
Qeyd ed
ək ki,  gecə  mərhum  olan  otağın işığını 
söndürm
əzdilər. Bir neçə  ahıl  kişi  həmin otaqda oturub 


Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə