ƏSƏD ƏLİyev



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə21/37
tarix12.10.2018
ölçüsü0,85 Mb.
#73260
1   ...   17   18   19   20   21   22   23   24   ...   37

XIX-XX 
əsrin əvvəllərində Gürcüstan azərbaycanlılarının ailə məişəti 
 
 
77 
münasib
ət göstərilirdi.  Bu haqda həm  xalq  arasında,  həm də 
yazılı  ədəbiyyatda istənilən sayda bilgilər mövcuddur. Təkcə 
“Kitabi-D
ədə  Qorqud”  dastanında  təsvir olunan ziyafətdə 
Bayındır xanın bir yerdə ağ, bir yerdə qızıl, bir yerdə qara otaq 
qurduraraq “oğlu olanı ağ otağa, qızı olanı qızıl otağa qondurın. 
Oğlu-qızı  olmıyanı  allah-təala  qarğayıbdır,  biz  dəxi  qarğarız, 
b
əllü, bilsün”-  deməsindən (40,34)  övladsızlığın  nə  dərəcədə 
m
ənfi təsir bağışladığı aydınca görsənir. 
Etnoqrafik materiallar göst
ərir ki, uşaqsız ailələrə “işıqsız 
ev”, “susuz d
əyirman”,  “bacasından  gün  düşməyən”,  “barsız 
ağac”  və  s. kimi  ifadələrin “calaq” edilməsi,  hər bir ailəni 
düşünməyə, bundan nəticə  çıxarmağa  vadar  edirdi.  İstər  qızın, 
ist
ərsə  də  oğlanın  valideynləri, qohum-əqrəbası  belə  “gözü 
qıpıqlıqdan”  ötüşmək üçün tezliklə  gəlinin  uşağa  qalmasına, 
doğub-törəməsinə çalışardı. Bunun üçün onlar müxtəlif çarə və 
üsullara 
əl atardılar. 
T
ədqiqatçılara  görə,  “övladı  olmayan  qadına  həqarətlə 
b
axılması,  əri,  yaxud  qaynanası  tərəfindən  “barsız  ağac” 
adlandırılması,  qaxınca,  töhmətə  məruz  qalması  yalnız  dini 
zehniyy
ətlə  deyil, ümumən mədəni-intellektual səviyyənin 
k
əmliyi ilə əlaqədar” (31,43) idi. 
Övladsızlığın dözülməz bir bəla, çəkilməsi mümkün olma-
yan  ağır  dərd  olduğu  Təhləli  Novruzun  bir  şeirində  də  aydın 
görünür:   
 


Əsəd Əliyev 
 
 
78 
Qadir allah, budur s
əndən diləyim 
Ver m
ənə, qarşımda bala yerisin. 
Oğul olsa-yurda sahib, xan olar, 
Qız olsa-bürünüb şala yerisin. 
 
 Sonsuz n
ə lazımdı dünyada insan, 
 Ölünc
ə, qoy olsun mülkü də viran. 
 Köm
ək ol hər kəsə qadiri-sübhan, 
 Qoyma ki, namuraz qala, yerisin. 
 
 Heç kims
ə düşməsin dərdə, azara, 
 Getm
əsin bivaris, sonsuz məzara. 
 
Kim satar uşağın qoyub bazara? 
 Satan yox, Novruz da ala, yerisin. (77,130). 
 
Yaşlı qadınların dediyinə görə, toydan sonra gəlini 1-2 ay 
gözl
əyərdilər. Əgər bu müddət ərzində uşağa qalmazdısa, onda 
onun  çill
əyə düşdüyü güman edilərdi. Çilləyə düşməsinə səbəb 
is
ə  doğuşdan sonra uşağı əlində qalmayan və ya gözü nəzərli, 
boynu muncuqlu qadının gəlinin üstünə gəlməsi hesab olunardı. 
Bundan 
əlavə, gəlinin vəfat  etmiş  adamın  və  ya  heyvanın  
çill
əsinə  düşə  biləcəyi də  güman  edilərdi (71,233). Gəlini 
çill
ədən  çıxarmaq  məqsədilə  müxtəlif ayinlər icra edilər, onu 
sınanılmış  ocağa,  pirə  aparıb  şam  yandırar, qurban kəsər, 
müq
əddəs  sayılan  ağaclara  rəngbərəng  əski  parçaları  bağlayar 
v
ə yetim-yesirə nəzir paylayardılar (17,94). 


XIX-XX 
əsrin əvvəllərində Gürcüstan azərbaycanlılarının ailə məişəti 
 
 
79 
İstər Azərbaycanda, istərsə də Gürcüstan azərbaycanlıları 
arasında sözügedən məsələ ilə bağlı görülən tədbirlər içərisində 
“çill
ə  kəsmək” ayini diqqəti cəlb edir. Belə  ki, çilləsi kəsilən 
g
əlinin əl və ayaqlarının baş barmaqları ağ iplə üç dəfə sarınırdı. 
Çill
əni kəsən  şəxs ovsun nəğməsi oxuya-oxuya  ipi  qayçı  ilə 
k
əsirdi. Bu proses üç dəfə təkrar olunurdu. Bundan sonra iplər 
çill
əsi kəsilən  şəxsin  başı  üzərində  tutulub üstündən  “qırxaçar 
camı”  vasitəsilə  su  axıdılırdı.  İcra  edilən bu ayindən sonra 
tezlikl
ə gəlinin uşağa qalacağına əmin olurdular (2,67-68). 
Qeyd ed
ək ki, çillə  kəsilərkən su və  qayçıdan  istifadə 
edilm
əsi qədim inanclarla bağlı  idi.  Tədqiqat obyekti kimi 
seçdiyimiz bölg
ələrin əhalisi suya ağrı-acını, dərd-bəlanı yuyub 
aparan, d
əmirə, dəmirdən düzəldilmiş  nəsnələrə  isə  şər 
qüvv
ələri qovan, qorxudan sehirli qüvvə kimi baxırdı. 
G
əlinin  uşağa  qalması  üçün  onu  üç  dəfə  həyətdəki barlı 
ağacın  ətrafına  dolandıraraq  “Ey  yerin-göyün yiyəsi,  bu  ağacı 
barsız  qoymadığın  kimi  bu  gəlini də  barsız  qoyma”,  yaxud 
Novruz bayramı günlərində gəlinin başı üzərində səməni tutaraq 
“Ey tanrı, səməni kimi bu gəlini də göyərt” (17,107), yaxud da 
axır  çərşənbə  axşamında  uşaqlı  qadının  köynəyini ona 
geyindirib “Ey 
ətəyindən  tutduğum  allah,  ey  ayın,  ilin  əziz 
gec
əsi, tezliklə bu köynəyi bu gəlinin əyninə dar elə, gələn il bu 
zaman “dan” oturub 
əhd süfrəsi  açacağam”-deyərək niyyət 
ed
ərdilər. Naxçıvanda isə uşaq istəyən qadın  Novruz bayramına 
bir gün qalmış yeddi dəfə kirkirənin üstən tullanardı (53,37). 


Əsəd Əliyev 
 
 
80 
G
əlin  uşağa  qaldıqdan  sonra  ona  xüsusi  qayğı  göstərilər, 
h
əyət-baca  işlərində  çalışması  yasaq  edilərdi.  Ona  yalnız 
bacarığı  müqabilində  evin daxili səliqə-səhmanı  ilə  məşğul 
olmağa  icazə  verilərdi. Gəlini  yüngül  işlərdə  çalışdırmaqda, 
h
ərəkət etdirməkdə  məqsəd onun və  bətnindəki körpənin 
sağlamlığının,  həm də  doğuşunun  asan  keçməsinin qeydinə 
qalmaq  idi.  Əks  təqdirdə  gəlin getdikcə  halsızlaşaraq  gücdən 
düşərdi. Bu isə  doğuş  zamanı  xoşagəlməz hallarla nəticələnə 
bil
ərdi. 
Hamil
əlik dövründə  (yeri gəlmişkən, hamilə/boylu 
qadınlara  xalq  arasında  “ağzı  pis”,  “ayağı  ağır”  da  deyərdilər) 
g
əlinin yeməyinə də xüsusi diqqət yetirilirdi. Çalışardılar ki, o, 
kalorili yem
əklərlə, meyvə-tərəvəzlərlə  qidalansın.  Çünki 
körp
ənin  sağlam  inkişafı  ana  olacaq  gəlinin qəbul etdiyi qida 
m
əhsullarının  keyfiyyətindən  asılı  idi.  Özü  də  çalışardılar  ki, 
hamil
ənin ürəyi  hansı  yeməyi istəyirsə  onu  da  bişirsinlər. 
Deyil
ənə  görə,  “ayağı  ağır” (hamilə) gəlin istədiyindən 
yem
əzdisə, onda o umsunar və döşləri şişərdi. Bu isə bətndəki 
körp
ənin bədənində ləkə əmələ gəlməsinə səbəb olardı. Belə bir 
inanc Dağıstan azərbaycanlıları-türkləri arasında da mövcud idi 
(106,179.). Qarakeçili türkm
ənlərdə  isə  hamilə  qadın 
ist
ədiyindən yeməzdisə, doğulacaq körpənin bədən üzvlərindən 
biri olm
ayacağına inanardılar (34,372). 
Xatırladaq ki, Azərbaycanda olduğu kimi (48,272), tədqiq 
etdiyimiz bölg
ələrdə hamilə gəlinə mal dalağı yemək məsləhət 
görülmürdü.  İnama  görə,  mal  dalağı  yeyən  hamilə  gəlin  əlini 


Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə