ƏSƏD ƏLİyev



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə12/37
tarix12.10.2018
ölçüsü0,85 Mb.
#73260
1   ...   8   9   10   11   12   13   14   15   ...   37

Əsəd Əliyev 
 
 
42 
Qız  seçimi  qurtardıqdan  sonra  ortaya  elçilik  məsələsi 
g
əlirdi.  Bu  zaman  oğlan  atası  düşərli günlərin  bir  axşamında 
n
əslin  ağsaqqal  və  ağbirçəyinin  də    iştirak  etdiyi  “qohum-
əqrəba məclisi” düzəldərdi. O, bu  yığnaqda  məsələni  açıb, 
onların  fikirlərini öyrənirdi.  Ümumi  razılıq  gecəsinin səhərisi 
gününd
ən etibarən  seçilən  qız  barədə  məlumat toplamaq
xasiyy
ətini,  iş  bacarığını,  təmizkarlığını  və  valideynlərinin 
fikrini öyr
ənmək üçün araya  dilli-dilavər  bir  qadın  salırdılar. 
Xalq ara
sında  belə  qadına  “ara  adamı”  və  ya “köməkçi” 
deyirdil
ər. Qeyd edək ki, uşaqlarını evləndirərkən ara adamının 
köm
əyindən istifadə  etmək gürcülər  arasında  da  mövcud 
olmuşdur (104,127). 
Ara adamı ağız aramaq və qızı gərəyincə tanımaq üçün 
onların  evinə  ayaq açırdı.  Bu  gediş-gəliş  bir  neçə  gün davam 
ed
ərdi.  Göz qoyulan şəxsin tərbiyəsi, boy-buxunu və davranış 
qaydası ara adamının ürəyindən olardısa, onda o, nə məqsədlə 
g
əldiyini açıb qızın anasına danışardı. Qız anasının fikri müsbət 
olsa,  “
ərimlə  məsləhətləşim, üç-dörd gündən  sonra  fırlanıb 
g
ələrsən, bir söz deyərəm”-  deyə,  ara  adamını  yola  salardı. 
Danışıq  qız  anasının  ürəyincə  olmazdısa,  “istəyini  nə  aç, nə 
ağart, bu məqsədlə bir də mənim qapımı döymə”- deyərək ara 
adamını  qapıdan  ötürərdi.  Razılıq  olan  təqdirdə,  ara  adamının 
növb
əti gəlişi  zamanı  qız  anası  ona:  “xəbər  ver  oğlan  evi 
elçil
ərini göndərsin” – deyirdi. 
Yaşlı  adamların  dediyinə  görə,  ara  adamının  gətirdiyi 
xoş  xəbərdən  sonra  axşam  saat 8-9 radələrində  oğlanın  anası, 


XIX-XX 
əsrin əvvəllərində Gürcüstan azərbaycanlılarının ailə məişəti 
 
 
43 
bibisi v
ə xalası elçiliyə  gedirdi. Qız anasının ara adamına söz 
verm
əsinə baxmayaraq, birinci və ikinci qadın elçiliyində qızın 
“h
ə”sini verməz, onlara  “gedin  kişilərinizi göndərin” 
dey
ərdilər.  Üçüncü  günün  axşamı  elçiliyə  bir nəfər  ağsaqqal, 
oğlanın  atası,  əmisi  və  iki  qadın  gedirdi.  Bu dəfəki elçiləri 
qızgilin  həyətində  qızın  əmisi və  ya  dayısı  “xoş  gəldiniz”lə 
qarşılayıb, içəri dəvət edərdi. Salam-kəlamdan sonra keçib stol 
arxasında  əyləşən  oğlan  adamları  bir  müddət dinib-
danışmazdılar.  Onların  susmağını  görən  qız  tərəfin 
ağsaqqallarından  biri:-  “Xeyir ola, bu gecə  vaxtı  qapımızı  nə 
yaxşı döymüsünüz”,- deyə soruşardı. Bu zaman tilsim qırılar və 
oğlan tərəfin ağsaqqalı gəlişlərinin səbəbini belə açıqlayardı: -
“Sizd
ə  bir  qız  var,  bizdə  bir  oğlan.  Bir  qız  bir  oğlanındı. 
Allahın  buyruğu,  peyğəmbərin icazəsi ilə  sizin  qızınızı 
oğlumuza istəməyə gəlmişik”. Ürək çırpıntısıyla söylənilən bu 
k
əlamlardan sonra qız tərəfin adamları bir ağızdan “Allah xeyir 
versin,  yarıyanlardan  və  qoşa  ömür  sürənlərdən olsunlar” 
deyirdil
ər. Bundan sonra qızın bibisi və ya xalası süfrəyə şirin 
çay g
ətirirdi. Elçilər  şirin  çaydan  içib  deyə-gülə  evə 
qayıdırdılar.  Bununla  da  elçilik  mərhələsi  başa  çatır,  eşidən-
bil
ən  qızın  və  oğlanın  valideynlərini təbrik edirdi.  “Hə”si 
alınmayan  qızın  ailəsində  isə  nə  çay içilməz, nə  də  “papiros 
bel
ə çəkmək olmazdı” (41,257). Onu da vurğulayaq ki, böyük 
qardaş və ya bacı ailə qurmadan kiçikləri evləndirməzdilər. Əks 
t
əqdirdə, xalq arasında belələrinə “köntöy” baxılardı. Kiçiklərin 


Əsəd Əliyev 
 
 
44 
böyükl
ərdən öncə evləndirilməsi yalnız üzürlü səbəblərdən baş 
ver
ə bilərdi. 
Yeri g
əlmişkən bir məsələyə də toxunaq. “Kitabi-Dədə 
Qorqud”  dastanında  olduğu  kimi,  keçmişdə  qız  verdikləri 
oğlanı  müəyyən üsullarla  sınayardılar.  Bu  sınama  yollarından 
biri oğlana düyünlü ağac kötüyünü yardırmaq imiş. Hətta xalq 
ara
sında  bununla  bağlı  rəvayət də  dolaşmaqdadır:  “Deyirlər 
evl
ənmək  istəyən  şəxsi  sınamaq  üçün  onun  qarşısına  düyünlü 
bir kötük qoyurlar  ki, bunu yara bils
ən, qız sənindi. Qız anası 
da  bu  izdivacın  baş  tutmasını  çox  istəyirmiş.  Lakin  oğlan  nə 
illah edir kötüy
ü  yara  bilmir.  Bu  zaman  qızın  atası  başını 
bulayır ki, bir kötüyü yara bilməyən oğlan nə arvad saxlayacaq. 
İşə  göz  qoyan  qız  anası  tez  tərpənib həyəti yad ünsürlərdən 
qoruyan  qapı  heyvanına  yal  çalır  və  isti-isti  onun  qabağına 
qoyaraq deyir:- 
Ay  allahın  hürən  heyvanı,  dilini  bişirmə, 
üzünd
ən-üzündən ye. Bunu görən oğlan başa düşür ki, gələcək 
qayınanası  ona  kötüyü düyünlü yerindən  yox, kənarlarından, 
özü d
ə üzündən-üzündən yarmağı tövsiyə edir. Oğlan göstərilən 
yolla kötüyü yararaq ist
əyinə nail olur”. Azərbaycanın bu və ya 
dig
ər bölgələrində  isə,  qız  veriləcək  oğlanı  başqa  yolla 
sınayardılar.  Məsələn, Quba bölgəsinin I Nügədi kənd sakini 
Fuad  Əsgərpaşa  oğlu  İsgəndərov  bu  haqda  maraqlı  bir  hadisə 
danışdı.  Onun  söyləməsinə  görə,  uzun  ömür  yaşamış  babası 
vaxtil
ə  danışırmış  ki,  kəndimizdə  yeganə  qızı  olan  bir  qadın 
vardı.  Onun  qızına  iki  oğlan  elçi  düşmüşdü.  Qadın  bunları 
sınamaq  üçün  hərəsinə  iri bir alma göndərdi ki, kim bu 


XIX-XX 
əsrin əvvəllərində Gürcüstan azərbaycanlılarının ailə məişəti 
 
 
45 
almaların  qabığını  zədələmədən (iki kəsmədən) soyacaqsa və 
qabığın uzunluğu 7 metr olacaqsa, qızımı ona da verəcəyəm. 
Yuxarıda  qeyd  etdiyimiz  məlumatlardan göründüyü 
kimi, keçmişdə oğlanı sınamadan, fərasətinə bələd olmadan ona 
qız verməzdilər.  
Ədəbiyyat  materiallarıyla  tanışlıq  göstərir ki, tədqiq 
etdiyimiz bölg
ələrdə  mövcud olan elçilik adəti  digər türk 
xalqlarında-qırğızlarda (85,280-281), kazaxlarda (90,70), Qərbi 
Sibir  tatarlarında  (100,98-100),  Şərqi Türküstanda (122,142-
146), Orta Asiya xalql
arında  (126,144-147),  başqırdlarda 
(133,259-260) v
ə  digər Qafqaz türklərində  (106,167)  olduğu 
kimi idi. 
Elçilik m
əsələsi  başa  çatdıqdan  bir  neçə  gün sonra 
“b
əlgə” və  ya  “şirinlik”  mərasimi icra edilərdi.  Oğlan  və  qız 
t
ərəfdən  30-35  nəfər  iştirak  edən  (18,180) bu mərasimdə  qıza 
nişan üzüyü, kəlağay və şirniyyat gətirilirdi.  
Etnoqrafik v
ə ədəbiyyat materialları göstərir ki, bəlgədə 
qız  üçün  şal  və  ya kəlağay  aparılması  onun  nişanlanmasını 
bildirirdi, çünki b
əlgənin səhərisi günündən etibarən qız evdən 
k
ənara çıxdıqda şal örtməli və yaşınmalı idi (47,167).  
B
əlgə  mərasimindən  sonra  oğlan  və  qız  adamları 
arasında  qohumluq  əlaqəsi  yaranırdı.  Qohumluq  əlaqəsi 
birl
əşdirən  şəxslər xüsusi terminlərlə  ifadə  edilirdi.  Oğlanın 
qohumları qıza “gəlin” deyirdilər. Qızın və oğlanın valideynləri 
bir-birini “quda” dey
ə  çağırırdılar.  Qız,  oğlanın  atasına 
“qayınata”,  anasına  “qayınana”,  qardaşına  “qayın”,  bacısına 


Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə