ƏSƏD ƏLİyev



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə10/37
tarix12.10.2018
ölçüsü0,85 Mb.
#73260
1   ...   6   7   8   9   10   11   12   13   ...   37

Əsəd Əliyev 
 
 
34 
Can düşər, 
Əndam yanar, can düşər. 
O qız göbəkkəsmədi, 
Elçi getm
ə, qan düşər. 
 
Qor dolar, oğlan, 
C
ana qor dolar, oğlan. 
Göz qoyma deyikliy
ə, 
Gözün kor olar, oğlan. 
 
Göründüyü  kimi,  yuxarıda  adı  hallanan  nikah adətində 
əsas səbəbkarlar  atalar  olmuş  və  onların  sövdələşməsi körpə 
uşaqlarının  gələcəkdə  quracağı  ailənin  əvvəlcədən  verilmiş 
“xeyir-
duası” sayılmışdır.  
Ədəbiyyat materialları göstərir ki, qədim türklərdə (63,18; 
29,102) mövcud olan levirat 
(levis latın dilində qayın deməkdi) 
nikah ad
əti ümumazərbaycanlılar  (95,182;  52,174;  92,12) 
arasında  da var  idi. M.O.Kosvenə  görə  levirat matriarxal 
c
əmiyyətin  qalığıdı  və  o,  müəyyən zaman çərçivəsində  öz 
xarakterini d
əyişmişdi  (121,43-44).  Levirat adətinə  uyğun 
olaraq 
subay  qardaş  mərhum  qardaşın  arvadıyla  evlənirdi. 
Ancaq bu nikah m
əcburi deyildi. Ola bilərdi ki, qadın bu nikaha 
razılıq  verməsin, təkbaşına  uşaqlarını  böyütsün,  onların  təlim-
t
ərbiyəsi ilə  özü məşğul  olsun.  Levirat adətində  əsas məqsəd 
m
ərhum  qardaşın  yetim  uşaqlarına  və  dul  arvadına  həyan 
olmaq,  onları  başsız  qoymamaq,  qayğısına  qalmaq,  maddi-
m
ənəvi tələbatlarını ödəmək idi. Ona görə də xalq arasında bu 


XIX-XX 
əsrin əvvəllərində Gürcüstan azərbaycanlılarının ailə məişəti 
 
 
35 
ad
əti “yaraya yarpaq” (52,174) və  ya “yaraya qaysaq”  
adlandırırdılar.  
T
ədqiq etdiyimiz bölgələrdə  leviratla  yanaşı  sororat 
(arvadının ölümündən sonra kişinin subay baldızına evlənməsi) 
ad
əti də  olmuşdur.  Etnoqrafik və  ədəbiyyat materiallarinin 
qarşılıqli  təhlili  sororat nikah adətinin həm maddi, həm də 
m
ənəvi  amillərə  söykəndiyini gostərir.  H.Həvilov  yazır  ki, 

əvvəla,  kişi  yenidən evlənmək üçün çəkəcəyi toy xərcindən 
azad olurdu; dig
ər tərəfdən  kişinin  birinci  arvaddan  uşaqları 
qalırdısa,  bunlara  xaladan  başqa  heç  kəs  yaxşı  qulluq  göstərə 
bilm
əzdi. Odur ki, ölən  qadının  ailəsi ilə  qohumluq 
münasib
ətlərini davam etdirmək məqsədilə kişinin öz baldızı ilə 
evl
ənməsi məsləhət  görülürdü  ” (30,210).  Topladığımız 
materiallardan m
əlum olur ki, arvadı ölən kişinin öz baldızı ilə 
evl
ənməsi heç də həmişə baş tutmurdu. Əgər o birinci arvadına 
qarşı soyuq və zülümkar olmuşdusa, qızın ata-anası ikinci dəfə 
ona  qız  vermirdi.  Hazırda  levirat  və  sororat nikah adətlərinə 
bölg
ələrimizin heç bir kəndində  rast gəlmirik.  Məlumatlardan 
b
əlli olur ki, bu adət öz ömrünü XX əsrin  əvvəllərində  başa 
vurmuşdur. 
Çox  yayılmasa  da,  öyrəndiyimiz  əhali  arasında  “al 
d
əyişirik etmək” nikah adəti də mövcud idi. Adətə görə, evdəki 
g
əlinin  həddi-buluğa  çatmış  baldızını  onun  qardaşına,  əmisi, 
dayısı və ya xalası oğluna alırdılar. Bunun əsas səbəbkarı gəlin 
olurdu. Bel
ə  ki,  baldızının  əl  qabiliyyətini,  iş  bacarığını, 
t
əmizkarlığını və qonaqsevərliyini görən gəlin istəmirdi o, yad 


Əsəd Əliyev 
 
 
36 
ail
əyə  düşsün.  Bəzən  bu  cür  nikahların  bağlanması  digər 
amill
ərə söykənirdi. Belə amillərdən biri gəlinin uşağı olmaması 
idi. Ona gör
ə də əri və ya qayınanası tərəfindən incidilməməsi, 
boşanıb  ata  evinə  qayıtmaması  üçün  gəlinin  qardaşı,  yaxud 
başqa qohumu onun baldızı ilə evlənirdi. Azərbaycanın ayrı-ayrı 
bölg
ələrində bu nikah adətinə “qız-qıza” deyirdilər.   
Türkdilli  xalqlarda  olduğu  kimi,  tədqiq etdiyimiz 
bölg
ələrdə  nikahın  iki  üsulu  mövcud  olmuşdur: elçilik və  qız 
qaçırma. Adından da göründüyü kimi, birinci üsul - elçilik iki 
ail
ənin  razılaşması  əsasında  baş  verirdi.  İkincisi  isə  qaçırma 
yolu il
ə  həyata keçirilən  nikahdır.  Qız  qaçırmanın  özü  də  iki 
yolla-
qızların könüllü və könülsüz olaraq qaçırılması ilə həyata 
keçirilirdi.  Bel
ə ki, bəzən oğlanla qız bir-birini sevsələr də,  ya 
oğlanın,  ya da qızın valideynləri onların ailə qurmasına razılıq 
vermirdi. Buna s
əbəb kimi, qızın valideynləri oğlanın özünə və 
ya ail
əsinə, yaxud da əksinə, oğlanın valideynləri qızın özündən 
v
ə  ya ailəsindən  xoşları  gəlmədiyini bəhanə  gətirirdi.  Əgər 
oğlanın  valideynləri  bu  nikaha  razı  olmazdısa,  oğlan  qızın 
razılığı  əsasında  onu  uzaq  kənddə  yaşayan  qohumlarından 
birinin evin
ə götürüb qaçırırdı. Bundan xəbər tutan qız adamları 

əyyən vasitələrlə qızlarının qaçırıldığı evin yerini öyrənərək 
oraya  g
əlirdilər və  gələn  yaşlı  qadınlardan  biri onun könüllü 
g
əlib-gəlmədiyini soruşurdu. Qız öz razılığı ilə gəldiyini bəyan 
ed
ərdisə,    gələn adamlar dinməz-söyləməz  geri  qayıdardı. 
Bundan  sonra  qalardı  oğlanın  ata-anasını  yola  gətirmək... Bu 
işdə  ağır  “yük”  qohum-əqrəbanın  üzərinə  düşərdi.  Onların  işə 


XIX-XX 
əsrin əvvəllərində Gürcüstan azərbaycanlılarının ailə məişəti 
 
 
37 
müdaxil
əsi və  ağsaqqal-ağbirçək məsləhəti  narazı  tərəfi 
yumşaldardı: - “Olan olub, keçən keçib, duraq indi bu yaşımızda 
el içind
ə soyuqsaqqalmı olaq, uşağımızı onun-bunun qapısında 
qoysaq biz
ə söyməzlərmi?”- deyərək, onlar bir neçə ağsaqqalla 
qız  evinə  gedərdilər.  Barışıqdan  sonra  təzə  bəylə  gəlini  evə 
g
ətirib  toylarını  edirdilər. Belə  toylara  xalq  arasında  “el  dərdi, 
yaxud, can d
ərdi çalınan toy” da deyilərdi. 
Əgər  qız  tərəfi  nikaha  razı  olmazdısa,  qız  da  istədiyi 
oğlana qoşulub qaçardısa, onda iş müşkülləşirdi. Bu özbaşınalıq 
ata v
ə qardaşların şəninə toxunduğundan, onlar qızın belə addım 
atmasına  heç  cür  bəraət  qazandıra  bilmirdilər. Uzun müddət, 
h
ətta üc-dörd uşağı olsa belə, yenə qızla küsülülük saxlayırdılar 
v
ə qız ata evinə gedə bilmirdi. O, ata-ana, qardaş–bacı payından 
(cehiz v
ə digər əşyalardan) məhrum olurdu.  
B
əzən qız nişanlı olarkən də qoşulub qaçırdı. Bu qaçırılma 
qızın  öz  razılığı  ilə  nişanlısı  tərəfindən təşkil  edilirdi.  Belə  ki, 
qızın ata və anası kürəkənlərindən külli məbləğdə toy xərci və 
başlıq  tələb edirdilər. Bu məbləği  verməyə  gücü çatmayan 
oğlan,  axırda  öz  nişanlısını  götürüb  qaçmağa  məcbur olurdu 
(43,
51).  Könülsüz  yolla  qızqaçırma isə  zorakılıqla  həyata 
keçirilirdi. Burada n
əinki  qızın  valideynlərinin,  heç  qızın 
özünün d
ə  razılığı  olmurdu.  İstəmədiyi  oğlanın  qızı  götürüb 
qaçması bəzən ölümlə nəticələnirdi. Belə ki, ya qız özünə qəsd 
edirdi, 
ya  da  onu  qaçıran  oğlanı  öldürürdülər. Bu isə  iki nəsil 
arasında  qan  düşmənçiliyinə  gətirib  çıxarırdı.  Odur  ki, 
oğlanlarının zorla qız qaçırmasından xəbər tutan valideynlər əl-


Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə