ƏSƏD ƏLİyev



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə11/37
tarix12.10.2018
ölçüsü0,85 Mb.
#73260
1   ...   7   8   9   10   11   12   13   14   ...   37

Əsəd Əliyev 
 
 
38 
ayağa  düşür,  elin  ən hörmətli  adamlarını,  ağsaqqal–
ağbirçəklərini  qız  evinə  minnətçi  salırdılar. Bəzən bu yolla–
sonsuz  xahiş-minnətdən, uzun gəl-getdən  sonra  barışıq  əldə 
ed
ərək  qan-qadadan  sovuşurdular.  Lakin  hər ailə  belə  tez 
barışıqlığa  nail  olmaq  iqtidarinda  deyildi.  Bu  xoşbəxtlik, olsa-
olsa, 
əsil-nəcabətli,  varlı-hallı,  el  içində  yüksək mövqeli 
ail
ələrin qismətinə düşürdü. Ümumiyyətlə, qızqaçırma keçmişdə 
ad
ət  halını  alsa  da,  xalq  kütləsi tərəfindən heç də  müsbət 
d
əyərləndirilmirdi.  Çünki,  yuxarıda  yazdığımız  kimi, 
qızqçırmanın  sonu  çox  vaxt  ölumlə  nəticələnirdi.  Haqqında 
danışdığımız  nikah  forması  tədqiq etdiyimiz bölgələrdə  XX 
əsrin 30-cu illərinə kimi saxlanılmışdır (105,116).  
Etnoqrafik v
ə  ədəbiyyat  materialları  tədqiq etdiyimiz 
bölg
ələrdə  1920-ci ilə kimi qızların 13-15-18, oğlanların isə 18-
22  yaşında  evləndiyini göstərir  (129,134).    Zaman keçdikcə 
d
əyişiklik baş vermiş və  nikaha girən qızların yaş həddi 20-23 
arası olmuşdu. Məsələn, 23 yaşında nikaha girən qızlar “1927-
31-ci ill
ərdə  56,1; 1932-36-cı  illərdə  61,7; 1937-41-ci illərdə 
75,1; 1942-46-
cı illərdə 67,5; 1947-51-ci illərdə 64,0; 1952-56-
cı illərdə isə 48,6 faiz” (124,73) təşkil etmişdir. 
Yeri g
əlmişkən qeyd edək ki, Gürcüstan azərbaycanlıları 
arasında  qarışıq  nikahlara  çox  az  hallarda  təsadüf  edilmişdir. 
M
əsələn, 1963-74-76-ci illərdə Başkeçidin Qarabulaq kəndində 
c
əmi  iki  qarışıq  nikah  qeydə  alınmışdır.  Bolusun Kəpənəkçi 
k
əndində isə 1976-cı ildə on qarışıq nikah vardı (105,118-119). 
Gürcü alimi M.Kantariya  haq
lı  olaraq  yazır  ki,  Gürcüstan 


XIX-XX 
əsrin əvvəllərində Gürcüstan azərbaycanlılarının ailə məişəti 
 
 
39 
az
ərbaycanlıları ayrı  yaşayır və digər millətlərin nümayəndələri 
il
ə az ünsiyyət qururlar. Onların arasında nə qarışıq nikah, nə də  
çoxarvadlılıq  yoxdur. Azərbaycanlı  qadını  özünü  evin  tam 
sahib
əsi  sanır  (118,224).  Ümumiyyətlə, elə  indinin özündə  də 
araşdırdığımız bölgələrin həm oğlanları, həm də qızları tanıyıb-
bildikl
əri, sevib-seçdikləri öz millətinə  mənsub  şəxslərlə  ailə 
qururlar (76,17).  Bunun 
əsas səbəblərindən biri dini amildirsə, 
dig
əri kökə-soya, türkçülüyə bağlılıqdır. Təsadüfi deyil ki, əski 
türkl
ərdə  soyluluq-əsillik daima diqqət mərkəzində  olmuşdur. 
Z
əmanəmizdə də “Xarəzmdəki türkmənlərdə bir qız həm atası, 
h
əm də anası türkmən olmayan bir kişiyə ərə gedəmməz. Çünki 
bir adamın yalnız atasının türkmən olması soylu olması demək 
deyildir.  Tam  anlamı  ilə  soylu  olması  üçün  hökmən  anası  da 
türkm
ən olmalıdır” (22,119).  
Bel
əliklə, apardığımız araşdırmanın nəticəsindən bəlli olur 
ki, t
ədqiq etdiyimiz bölgələrin  nikah  formaları,  qaydaları, 
ad
ətləri və nikahagirmə üsulları həm Azərbaycan, həm də digər 
türkdilli  xalqların  nikah adətləri ilə  müəyyən məsələlərdə 
eynilik  v
ə  oxşarlıq  təşkil  etsə  də,  bir  sıra  cəhətdən  məhəlli 
xüsusiyy
ətləri ilə seçilirdi.  
 


Əsəd Əliyev 
 
 
40 
 
N
İŞAN 
 
Q
ədim tarixə, zəngin və çeşidli ənənələrə malik Gürcüstan 
az
ərbaycanlılarının  ailə  məişətində  nişan  mərasimi  xüsusi yer 
tuturdu.  Bu m
ərasim ilk öncə  “qız  seçmə” və  “elçilik” 
m
ərhələsindən keçirdi. 
XX 
əsrin 20-30-cu illərinə  kimi  tədqiq etdiyimiz 
bölg
ələrin  əhalisi  arasında  oğlana  qız  seçmək onun 
valideynl
ərinin, böyük  bacılarının,  kimsəsiz olduqda isə  yaxın 
qohumlarının  işi  idi.  Qız  seçərkən onun əsil-nəcabətinə, ata-
anasının  kimliyinə  xüsusi diqqət yetirilərdi.  Əsasən  “ağır 
oturub, batman g
ələn” qadınların, el-oba içərisində nüfuzu olan 
kişilərin qızlarını seçərdilər. Heç şübhəsiz, xalq arasında işlənən 
“qırağına bax bezini al, anasına bax qızını” və yaxud “ər kişinin 
belind
ən gələn namuslu olar” məsəli də  bu münasibətlə 
deyilmişdir (18,179). 
Varlıların kasıb təbəqələrdən qız seçib qohumluq əlaqələri 
yaratması,  etnoqrafik  ədəbiyyatda  yazıldığı  kimi  (95,177),  çox 
nadir hadis
ə idi. Bu nadir hadisə isə o vaxt baş verirdi ki, kasıb 
ail
ədən çıxan qız çox gözəl olurdu. Öz növbəsində, kasıblar da 
varlılardan  qız  seçməzdilər.  Çünki,  kasıbla  varlının  qohumluq 
əlaqəsi qurması bir xülya idi. Ona görə də kasıblar “arığın nə işi 
var qoruqda”
,  “ayağını  yorğanına  görə  uzat” və  ya “eləsinə  əl 
uzadıb salam ver ki, əlin havada qalmasın” kimi zərb-məsəllərə 
tapınaraq özlərinə bab olan ailənin qızını seçərdilər. Sevgisi güc 


XIX-XX 
əsrin əvvəllərində Gürcüstan azərbaycanlılarının ailə məişəti 
 
 
41 
g
əlib, varlı ailənin qızını seçən kasıblardan isə o qədər pul-para, 
cer-cehiz,    pal-paltar,  b
ər-bəzək,  yağ,  düyü,  ətlik və  digər 
azuq
ələr istəyirdilər  ki,  onları  vermək mümkün olmurdu. Bu 
baxımdan XIX əsrin adlı-sanlı bəylərindən olan Göyçəli Niftalı 
Koxanın qızı Bəsti xanımı özünə sevgili seçən Qızılvəngli Aşıq 
Alıdan, daha doğrusu onun tərəfindən “ağız açan” maarifpərvər 
ziyalı və tanınmış el şairi zodlu Mirzə Bəylərdən tələb olunan 
n
əsnələr  o  dövrün ictimai-siyasi və  mənəvi mənzərəsini 
aşağıdakı qoşmada çox gözəl əks etdirir: 
 
Mirz
ə Bəylər, xətrin məndən qalmasın, 
Bu ad
ətnən elin işin istərəm. 
Əbrudan, ətlasdan, tirmədən, şaldan, 
C
əmi parçaların başın istərəm. 
İki dəvə gətir yanında köşək, 
G
ələn töhfələr də olduqca qəşəng. 
Ətliyinə gətir iyirmi erkək, 
Kabab ç
əkmək üçün şişin istərəm. 
Başlığına gətir üçcə min manat, 
Cüt qızıl bilərzik, həm qızıl saat. 
 “H
ə” deməsinə iki köhlən at, 
 
İpək heyvə yəhər qaşın istərəm. 
Niftalıyam, budur sözümün öyü, 
Çağırram toyuma rəyyəti, bəyi. 
Əlli put yağ gətir, doxsan put düyü
El yem
əyə yağlı aşın istərəm (58).  


Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə