ƏŞİr bəŞİROĞLU



Yüklə 6,52 Kb.
Pdf görüntüsü
səhifə4/132
tarix15.03.2018
ölçüsü6,52 Kb.
#32171
1   2   3   4   5   6   7   8   9   ...   132

C
əsur qardaşlar 
12 
 
daxil olub özünü təqdim etdi. “Mən rəssamam, adım da Aqildi” Dedim: - Buyurun, 
sizi  eşidirəm.  O,  bir  qədər  tərəddüd  etdikdən  sonra:  -  Əşir  müəllim,  mən  sizin 
oğlunuz  haqda  yazdığınız  kitabı  oxumuşam.  Əgər  siz  razı  olarsızsa  oğlunuzun 
portretini çəkərəm. Yazılarınızdan aldığım təəssüratlarım əsasında oğlunuzun sifət 
cizgilərini vermişəm.  
Mən  onun  sözlərindən  tutuldum.  Ancaq  o  əlindəki  sumkanı  açıb  oradan 
bükülü bir kağız çıxarıb mənə uzatdı. “Baxın, mən sizin kitabınızı oxuya-oxuya, 
görməzə-bilməzə oğlunuzun sifət cizgilərini çəkmişəm.  
Mən  yenicə  işlənmiş  portret  cizgilərinə  baxıram.  Oğlumun  şəkilini  isə 
əlimdə saxlamışam. O cizgilərdə necə də oxşarlıq var. O cizgilər həm də mənim 
sifət cizgilərimə oxşayırdı. Mən oğlumun özümə oxşamasını indiyə qədər belə hiss 
etməmişdim.  
Mən oğlum Qabilin rəsmini rəssam Aqilə verdim. Yağlı boya ilə oğlumun 
portretini yaratmasını xahiş etdim. O, mənə razılıq edərək getdi. Axı bu onun öz 
arzusu idi. Təxminən bir aydan sonra həmin cavan oğlan rəssam Aqil axşamüstü 
bizə  gəldi.  Biz,  yəni  mən  və  həyat  yoldaşım  Sərmayə  xanım  rəssam  Aqili 
mehribanlıqla qarşıladıq. O, yağlı boya ilə işlənmiş, böyüdülüb çərçivəyə salınmış 
oğlum Qabilin portretini salafandan çıxarıb stolun üstünə qoydu. Aman Allah elə 
bil oğlum canlı idi. Sanki bu saat dil açıb danışacaq idi. Yoldaşım Sərmayə xanım 
portreti  görən  kimi  qollarını  açıb  onu  qucaqladı.  “Can  bala  bizi  atıb  hara 
getmişdin?  Sənə  anan  qurban  nə  yaxşı  ki,  gəldin”.  Yoldaşım  tamamilə  özünü 
itirmişdi.  Sanki  canlı  adam  ilə  danışırdı.  O,  özünə  gələndə,  qarşısındakının 
oğlumuz Qabil yox onun portreti olduğunu anlayanda qəşş edib yerə yıxıldı, onun 
ürəyi getdi. Biz onun ürəyinə yaş dəsmal qoyub onu ayıltdıq. Sonra ona dərman 
içirtdik, 
bir  qədər  özünə  gəldi.  Sonra  mən  onu  yataq  otağına  aparıb  çarpayıya 
uzadıb, rəssam oğlan Aqilin yanına qayıtdım. Mən minnətdarlıqla rəssama baxdım. 
Mənə  elə  gəldi  ki,  oğlum  ölməyib,  o,  mənim  yanımda  əyləşib,  mənimlə 
həmsöhbətdir. Oğlum öləndən bəri mən bu qədər sevinməmişdim. Rəssam mərd, 
cəsur və qorxmaz bir oğul surəti yaratmışdır. Həmin sənət əsərini mən evimdə iş 
otağımın  divarına  vurdum.  O  portret  indi  də  ordadır.  Oturub  işləyəndə  onunla 
üzbəüz  oluram, bu  mənə  xüsusi  ilham  verir.  Oğlumun  dərdinə  dözə  bilməyən, 
gecə-gündüz qan-yaş  tökən  həyat  yoldaşım  Sərmayə  xanım  dərdə dözə bilməyib 


Əşir Bəşiroğlu 
 
13 
 
dünyasını dəyişdi. Biz onu oğlu ilə qoşa dəfn etdik. Onun öz vəsiyyətinə görə baş 
daşına həkk olunan şəkildə Qabil anasının arxasında dayanıb əllərini onun çiyninə 
qoymuşdur.  
Yəqin  oxucular  məni  daş  ürəkli  və  biganə  adam  sayırlar.  Bu  belə  deyil 
mənim  istəkli  oxucularım.  Mən  çox  həssas  adamam.  Oğlumun  ölümündən sonra 
ürək  xəstəliyi  tapmışam.  Ancaq  məni  yaşadan  yazılarımdı.  Gecə-gündüz  yazıb 
pozuram.  Cəmiyyətimizdə  olan  neqativ  halları  qələmə  alıram.  Tüfeyliləri, 
yaramazları, satqınları, xainləri satira atəşinə tuturam. Bax budur məni yaşadan! 
Mənə elə gəlir ki, oxucularıma oğlum haqqında qısa məlumat versəm yerinə 
düşər.  Azərbaycan  xalqının  böyük  oğlu,  xalq  yazıçısı  Süleyman  Rəhimov  qeyd 
edir ki, “xoşbəxt o insandır ki, övlad dağı görməyib” Allah heç kəsə övlad dağı 
göstərməsin. Ən ağır dağ oğul cənazəsinin ata çiynində getməsidir ki, o da mənə 
qismət olub. Əlbəttə Allah bilən yaxşıdır.  
Mənim  dörd  oğlum  var.  Onların  ən  kiçiyi  Qabildir.  Oğlanlarım  Rusiyanın 
İrkutski  vilayətinin  İrkutski  şəhərində  ali  təhsil  almışlar.  Orada  da  işləyirdilər. 
Qabil 
Tibb universitetinin Stomatologiya fakultəsini bitirmişdi. Elə həmin şəhərdə 
də  diş  həkimi  işləyirdi.  Çox  incə  əl  qabiliyyəti  var  idi.  O,  orta  məktəbi  medalla 
bitirmişdi.  Çox  savadlı  oğlan  idi.  Onun  qardaşları  isə  kommersiya  ilə  məşğul 
olurdu.  Qabib  boş  vaxtlarında  qardaşlarına  kömək  edirdi.  Onlar  pulu  evə 
gətirirdilər, təkrar malı nəğd pul ilə alırdılar. Müəyyən səbəbə görə bir aya qədər 
pul  yığılıb  şirkətdə  qalmışdı.  Qabil  dostu  ilə  o  pulu  evə  gətirəndə  onların 
xəzinədarı  rus  qızı  gəzdiyi  erməni  oğlana  onun  maşın  nömrəsini  və  ev  ünvanını 
verir.  Qabilin  qardaşlarının  da  qaz  ilə  işləyən  tapancası  var  idi.  O  onlara  dövlət 
tərəfindən  sənədlə  verilmişdir.  Üzbəüz  savaşda  atırsan  dörd  saat  huşu  başından 
çıxır, ancaq ölmür. Dörd saatdan sonra huşu başına gəlir. Qardaşları bu silahı da 
Qabilə  verirlər  ki,  hər  ehtimala  qarşı  lazım  olar.  Qabil  dostu  Aydın  ilə  həyətə 
çatanda  onları  qaraba-qara  izləyən  erməni  Aşot  və  Sergey  də  həyətə  çatır. 
(məhkəmədə  onların  adı  məlum  oldu)  Qabilgil  özlərinə  arxayın  olaraq  silahı 
götü
rmürlər.  Silah  elə  oturacağın  üstündə  qalır.  Pulu  götürüb  çıxarkən  bir  nəfər 
əlində silah onlardan pulu tələb edir. Təbiiki onlar pulu vermək istəmirlər. Həmin 
erməni  Aşot  Qabili  ürəyindən  vurur,  ona  3  güllə  vurmuşdu.  Onun  dostunu  isə 


C
əsur qardaşlar 
14 
 
hardan gəldi vurur və pulu götürüb aradan çıxırlar. Oğlum Qabil yerindəcə keçinir, 
dostu Aydın isə uzun müalicədən sonra ölmədi, yaşadı. 
Hörmətli oxucularım yəqin ki, sizi yordum. Tarix boyu bizə düşmən kəsilən, 
milli  düşmənimiz  olan  ermənilər  harda  olmalarından  asılı  olmayaraq  bizə  pislik 
edirlər,  öz  məkirli  niyyətlərindən,  düşmənçiliklərindən  əl  çəkmirlər.  İndi  mənim 
Qabilimin bir cüt ay parçası kimi qız balası qalıb. Onlar əmilərinin sayəsində yaxşı 
yaşasalar da atalarının yeri görünür. Oğlumun qətlə yetirilmə tarixi 11 mart 2002-
ci ilə təsadüf edir. Oğlumu məzara sallayanda onun anası, bacısı, qardaşları, bəxti 
qara  zövcəsi  göz  yaşlarından  məhv  olurdular.  Bircə  mənim  gözümdən  yaş 
çıxmırdı.  Bütün  varlığım  isə  daşa  dönmüşdü.  Qoy  o  böyük  yaradana xoş  gəlsin, 
bəlkə onlar göz yaşları ilə dərddən-qəmdən azad olurdular, mən isə əksinə.  
Əlbəttə  müqəssirlər  qanun  qarşısında  layiqli  cəzalarını  aldılar.  Ancaq 
gəlinim həyat yoldaşını, nəvələrim isə atalarını itirdilər. Allah sənə rəhmət eləsin 
oğul yerin görünür.  
 
BÖYÜK SƏRKƏRDƏLƏR TARİX YAZMASA DA, ÖZLƏRİ TARİX 
YARADIR. 
Əfsanəvi  sözünü  adların  qabağında  işlətməkdə  bəşər  çox  “xəsisdir”.  Məhz 
belə  bir  əfsanəvi  şəxsiyyətin  adının  siqləti,  əzəməti,  əməllərinin  işığı  bu  yazını 
yazmağımıza səbəb oldu. Elə bir şəxsiyyətin ki, hələ neçə-neçə nəsillər onun adına 
bağlı qoşmalardan su içib bahadır olacaq.  
XIX  əsrin  sonu  XX  əsrin  əvvəllərində  Zəngəzur  bölgəsində  öz  şücaəti, 
mərdliyi  və  igidliyi  ilə  xalq  arasında  böyük  hörmətə  və  nüfuza  malik  çoxlu 
şəxsiyyətlər  var  idi.  Sultan  bəy  Sultanov  da  belə  şəxsiyyətlərdəndir.  Sultan  bəy 
1871-
ci ildə Zəngəzur qəzasının Qasımuşağı obasında anadan olub. Bu ərazi indiki 
Laçın  rayonunun  Kürdhacı  kəndi  idi.  Uşaqlıqdan  vətənpərvər  və  ciddi  bir  insan 
olan 
Sultan  bəy  Gəncə  şəhərində  gimnaziyada  orta  təhsilini  başa  vuraraq  Sank-
Peterburq  Hərbi  Akademiyasına  daxil  olur.  Lakin  Akademiyada  azərbaycanlılara 
olan  münasibət  onu  qane  etmir.  Sultan  bəy  vaxtından  əvvəl  bu  nüfüzlu 
Akademiyanı tərk edir.  
Sultan bəyin milli qəhrəman kimi xalq arasında ad qazanması 1905-1906-cı 
illər erməni-müsəlman hadisələri ilə başlayır. Cəsur dağlar oğlu ətrafına özü kimi 


Yüklə 6,52 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə