Əziz oxucular! Bu mənim ilk kitabımdır. Yazmağa 2007-ci ildən başlamışam



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə3/60
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#48551
1   2   3   4   5   6   7   8   9   ...   60

-"  Mənimlə  gəl,  kişi  qızı  kimi  dur  Səmranın  qarşısında.  Niyə  bu  insafsızlığı 
etdiyinizi anlat. Onun bilməyə haqqı var."   
Zərifə heç nə demədən Xədicənin yanınca Səmranın evinə gəldi.  
"Səmra,  gəl  bura  səni  görmək  istəyən  var"-dedi.  Pilləkənin  başında  dayanan 
Səmra  Zərifəni  gördü.  Aşağı  enib  üstünə  şığıdı.  Səni  görüm  qəlbin  kül  olsun  
mənim  kimi,  burnundan  gəlsin  dostluğumuz.  Bədbəxt  olacaqsız,  necə  ki  mən 
bədbəxtəm.  "  qırşqıra  -qışqıra  oturdu  yerə  gözündən  axan  göz  yaşları  nə 
dərəcədə  əzab  çəkdiyini  göstərirdi.  "Axı  nə  istədiz  məndən?  Niyə  belə  elədiz? 
Zərifə  iki  qat  qalıb  üzünü  yerdən  qaldırmağa  utanırdı  sankı.  İki  əlini  qoynuna 
sıxıb  için-için  ağlayırdı.  Amma  yenə  də  Səmranın  bilməyə  haqqı  olduğunu 
düşünüb sualına cavab verdi.  
-  "Səmra  nə  desən  haqlısan  bilirəm.  Amma  məni  bir  dinlə,  gör  niyə  belə  oldu. 
Anamla  Mahirin  anası  bizdə  şəkərbura  bişirirdilər.  Mən  də  çimmək  istəyirdim. 
Çəndə  su  olmadı  deyə,  Mahirin  anası  dedi  ki,  al  açarı  get  bizdə  çim.  Onsuz  da 
kimsə  yoxdu.  Mahir  Rusyadadı.  Getdim  çimdim.  Hamamdan  çıxanda  Mahiri 
gördüm.  Özün  bilirsən  ki,  ona  həmişə  qardaş  gözü  ilə  baxmışam.  O  isə  sanki 
qəfəsdən  azadlığa  çıxmış  şir  kimi  cumdu  üstümə.  Kimsəni  köməyə  çağıra 
bilmədim.  Özümü  itirdim.  Ayılanda  hər  şey  artıq  olmuşdu.  Başımın  üstündə 
anamı gördüm. Sonra yanımda yatan Mahiri. Mahirin anası da bizə baxırdı. Mən 
nə  olduğunu  anlayana  kimi,  artıq  Mahir  də  ayıldı.  Namusuma  ləkə  gətirdi 
mənim. Sevdiyim insana qismət olmadan Mahir sahibləndi mənə. Anla məni tək 
günahım  orda  həmin  gecə  olmağım  idi.  Allah  mənə  elə  cəza  verib  ki,  bütün 
qəlbimlə  başqasını  sevə-sevə  məcburam  Mahirə  ərə  getməyə.  Əvvəl  qardaş 
görürdüm onu, ancaq o gecədən sonra nifrət edirəm ona."   
 
Səmra dözə bilmirdi eşitdiklərinə. Sanki ardı ardına zərbə alırdı. Amma bilmək 
də istəyirdi olan-bitəni. Zərifə ağlaya-ağlaya davam edirdi; 
 
-"  O  gecə  anam  Mahirin  anası  ilə  bərk  mübahisə  etdi.  Mahir  heç  nəyi 
xatırlamırdı.  Bir  anın  içində  qərar  verdilər  ki,  səhər  tez-bazar  nişan  etsinlər. 
Ardınca  da  toy.  Mahir  nə  baş  verdiyini  anlayanda  o  da  razı  oldu.  Bilirəm  səni 
sevir. Amma məni də o, bədbəxt etdi. Evlərində xırda remont işləri gedirdi deyə 
3  aydı  təxirə  salırdılar  toyu.  Amma  gələn  həftə  toydu.  Bu  3  ayda  o  qədər  cəhd 
etdim  ki,  ölməyə.  (Zərifə  qollarını  uzadıb  kəsikləri  Səmraya  göstərdi).  Amma 


hər  dəfə  məni  xilas  etdilər.  İndi  məcburam  ərə  getməyə  bir  yandan  namusumu 
təmizləmək  üçün,  digər  tərəfdən  atasız  övlad  böyütməməkçün."  Səmra  başını 
qaldırıb Zərifənin əli ilə qarnını göstərdiyini gördü;  
 
"Bəli,  mən  o  gündən  hamilə  qalmışam.  Sevmədiyim,  hətta  nifrət  etdiyim  mənə 
zorla  sahib  olan  birindən.  İndi  sən  de  mənə  kimdir  bədbəxt  olan?  Sən-sevdiyin 
insanın  xəyanətini  yaşayan,  yoxsa  mən-başqasını  dəli  kimi  sevərkən,  onunla 
quracağımız  ailəni  düşünərkən,  qardaş  yerinə  qoyduğum  tərəfindən  zorlanmaq 
və istəmədən hamilə qalmaq, indi də onunla bir yastığa ömrü boyu baş qoymaq. 
Bundan  artıq  cəza  ola  bilərmi?  Sən  nə  qədər  arzulasan  da  bədbəxt  olaq  deyə 
inan  ki,  iki  qat  artıq  bədbəxtik."  Zərifə  sözünü  deyib  ağlaya-ağlaya  ordan 
uzaqlaşdı.... 
 
Üçüncü fəsil 
Səmra  hələ  kiçik  yaşlarından  atasını  itirmişdi.  Bu  ağır  itki  günündə  Zərifə    ilə 
dostluğuna  ilk  addım  atmışdı.  Bu  dostluq  çox  möhkəm  idi.  Çünki  dostluğun 
təməlində  ailəvi  dostluq  da  dururdu.  Səmranın  anası  Mirvari  xanım  hasar 
qonşusu Sudabə (Zərifənin anası) ilə həm qonşuluq həm də rəfiqəlik edirdi. Hər 
gün  hasar  başında  saatlarla  oturub  söhbət  edər  dərdləşərdilər.  Biri  xəstələnəndə 
digəri  onun  qayğısına  qalardı.  Axı  Sudabə  də  demək  olardı  ki,  tənha  qadın  idi. 
Çünki yoldaşı Rusyada işləyirdi. İki aydan bir ya gələrdi, ya da gəlməzdi. Lakin 
vaxtı  vaxtında  ailəsinə  çörək  pulu  göndərərdi.  Buna  görə  də  Sudabənin 
işləməyinə  ehtiyac  yox  idi.  Həm  də  Zəfər  kişi  buna  icazə  verməzdi.  Onun 
nəslində qadınlar heç vaxt işləməyiblər. Olsa olsa tarlada ya da baxçasında nəsə 
əkər  ya  becərərmişlər.  Hər  hansı  bir  yerdə  aylıq  maaşa  qəti  işləməyiblər.  Heç 
Sudabə də işləmək arzunda olmayıb.  Zəfərə öz istəyi ilə ərə gəlməmişdi. Lakin 
buna baxmayaraq ona olan  hörməti sevgiyə çevrilmişdi. Övladları doğulduqdan 
sonra  bir-birlərinə  daha  da  alışdılar.  Buna  baxmayaraq  Sudabə  qızı  Zərifənin 
sevərək  ailə  qurmasını  arzu  edirdi.  Qızının  könlündən  xəbərdar  da  deyildi.  Bir 
dəfə  belə  olsun  Saleh  haqqında  soruşmamışdı.  Zəfər  kişi  Qarabağ  əldən 
getdikdən  sonra  ailənin  yarı  ac  yarı  tox  vəziyyətinə  dözməyib  üzünü  Rusiyaya 
tutdu.  Bir  neçə  il  çətin  olsa  da  nəhayət  özünə  uyğun  iş  tapdı.  Bir  neçə  yerdə 
icarəyə  yer  götürdü.  Mal  aldı,  mal  satdı.  Bəzi  fırıldaq  işlər  də  gördü.  Lakin 
qazanmağın  yolunu  tapdı.  Hər ay evinə pul  yolladı. Zərifə də beləliklə böyüdü. 
Səmra ilə birlikdə məktəbə getdi. 


    Mahirin  də  ailəsi  kasıb  idi.  Atasını  bir  yaşında  ikən  itirmişdi.  Anası  Gülnaz 
isə evində  dərzi  işləyirdi. Gözəl əl qabiliyyəti  ilə çox sevilərdi. Sudabə də onu 
məhz dərzi kimi tanısa da, sonradan rəfiqəlik də etdi. Sirrləri də, dərdləri də bir 
oldu.    Mirvari  ilə  də  az  söhbət  etməmişdilər.  Lakin  Mirvari  işlədiyi  üçün  çox 
zaman  evdə  olmazdı.    Sudabəyə  də  nə  zaman  bir  şey  lazım  olsaydı  Gülnaza 
gedərdi.    Beləcə  gediş-gəlişləri  vardı.  Zərifə  ilə  Mahir  demək  olar  ki,  birlikdə 
böyümüşdülər.  Eyni  məktəbdə  təhsil  alırdılar.  Arada  Sudabə  nəsə  lazım  olanda 
Zərifəni    göndərədi.  Bir  neçə  dəfə  də  elə  olmuşdu  ki,  Sudabə  Zərifə  üçün  nəsə 
tikdirirdi  deyə  hər  ikisi  Gülnazın  qonağı  olurdu.  Mahir  də  Zərifəni  bacı  kimi 
sayar  hörmətini  saxlayardı.  Hər  şeydən  önəmlisi  sevib  könül  verdiyi  Səmranın 
rəfiqəsi  olduğu  üçün  xətirini  çox  istəyirdi.  Səmra  ilə  evlənməyə  yaşları 
çatmadığından məcburən işləməli idi. Həm toy üçün pul yığmalı, həm də özünə 
daimi  iş  yeri  tapmalı  idi.  Universitetə  qəbul  ola  bilməməsi  də  bir  yandan  ağır 
gəlmişdi. Çünki Gülnaz da Mirvari də uşaqların sevgisindən xəbərdar idilər. Və 
bu  sevgini  ali  təhsil  qazana  bilməməklərində  təqsirkar  bilirdilər.  Lakin  olacağa 
çarə yox idi. Artıq olan olmuşdu və tez bir zamanda Mahirə iş tapmaq lazım idi. 
Buna  görə  Gülnaz  Sudabədən  xahiş  etdi  ki,  Zəfər  kişi  ilə  danışsın.  Əyər 
Rusiyada  Mahirə  uyğun  görüləsi  iş  varsa  onu  da  aparsın.  Mahir  üçün  Rusiyaya 
getmək  olduqca  çətin  gəldi.  Lakin  Səmra  ilə  evlənə  bilməsi  üçün  yetərincə  pul 
və  imkan  oradan  əldə  etmək  olardı.  Rayonda  illərlə  işləsə  də  evin  təmirini  və 
alınacaq  qızıllara  pul  çatmazdı.  Odur  ki,  anasının  qərarını  dəstəklədi.  Beləliklə 
Zəfər kişi də Mahiri özü ilə apardı.  
    Mahirin  işgüzarlığı  Zəfərin  çox  xoşuna  gəlirdi.  Hər  dəfə  bir  iş  tapşırar  onun 
məsuliyyətini  və  düzgünlüyünü  yoxlayardı.  Heç  bir  saniyyə  də  onu  bura 
gətirdiyinə  peşman  olmamışdı.  Bir  müddət  keçəndən  sonra  isə  Mahir  vətənə 
gedib  anasını  görmək  istədiyini  dedi.  Zəfər  kişi  ona  bir  qədər  pul  verib  yola 
saldı.  Həmin  gün  işdə  çox  yorulduğundan  elə  qatardaca  yatmaq  istəyirdi. 
“Təyyarəyə  o  qədər  pulu  verməkdənsə  qatarla  3  gün  yol  gedərəm  daha  yaxşı”  
demişdi.  Bu  fikirlə  də  qatarla  yola  çıxdı.  Yol  boyunca  eyni  otaqda  3  cavan 
oğlanla  qalmalı  oldu.  Onlarla  deyib  güldü,  əyləndi.  Birlikdə  yemək  yedilər, 
dərdləşdilər, içdilər. Mahir mehriban insanların aurasında idi sanki. Lakin butun 
bunlar yalan imiş.  
    Vağzala çatmazdan 3 saat əvvəl dördü də yeyib içirdilər. Həm  tanışlıqlarının, 
həm  də  bir  daha  görüşmək  ümidi  ilə  badə  qaldırırdılar.  Mahir  artıq  yetərincə 
içmişdi.  Digərləri  də  həmçinin.  Lakin  qatardan  enməsinə  çox  az  qalmışdı. 
Oğlanlardan biri cibindən bir neçə həb çıxartdı. Hərəsinə birini uzatdı. Mahir nə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə