Əziz oxucular! Bu mənim ilk kitabımdır. Yazmağa 2007-ci ildən başlamışam



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə6/60
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#48551
1   2   3   4   5   6   7   8   9   ...   60

 Bu  vəziyyəti  dəyişmək  Xədicənin  əlində  deyildi.  Axı  niyə  də  mane  olardı  ki. 
Hər  iki  tərəf  deyiləcəkləri  eşitməli,  dərk  etməli  idilər.  Sevgilərinin  başladığı 
kimi, bitməsi də elə burda olmalı idi. Ona görə Xədicə nə xalasını çağırdı, nə də 
onlara  mübahisə  etməyə  mane  oldu.  Sakitcə  iki  ağac  uzaq  durdu  ki,  həm  lazım 
olsa  Səmraya  dəstək  olsun,  həm  də  Mahirə  etibar  etmirdi.  Səmranı  ondan 
qorumaq  daha  asan  olsun  deyə,  ağaca  söykənərək  onların  mübahisələrini 
dinləməyə başladı. 
  "Səmram mənim, gözümün nuru sənə qurban olum dinlə məni. Axı bir fikirləş, 
mən  sənin  sevdiyin  Mahir  durduğu  yerə  bu  vəhşiliyi  necə  edə  bildim?  Bunu 
düşün.  Demirəm  ki,  Zərifə  yalan  deyir.  Yox,  o  gün  həqiqətən  son  xatırladığım 
qatarda  dostlarımla  yeyib  içməyim  və  bir  də  ayılanda  yanımda  Zərifənin 
ağlamağı,  anamla  onun  anasının  da  bizə  baxmağı  idi.  Başa  düş.  Bu  mən 
olmamışam.  Qatarda  dostlarla  deyib  gülürdük.  Sənə  xəbər  etmişdim  ki  gələn 
kimi  anamı  elçi  göndərəcəm.  Amma  anama  gələcəyimdən  xəbər  verməmişdim. 
Ən böyük arzularımı reallaşdıraraq gəlirdim xaricdən. Səni gəlinlik içində evimə 
gətirmək  isə  böyük  arzum  idi.  Qatarda  oğlanlardan  biri  təklif  etdi  ki,  birdə  bir-
birimizi  görməyəcik  ona  görə  tanışlığımızı  qeyd  edək.  Mən  axmaq  da  narazı 
olmadım,  axı  mən  hardan  bilərdim  ki,  onlar  içkimə  uyuşdurucu  həb  atıblar. 
İçkini  içəndən  sonra  nəyin  necə  olduğunu,  heç  necə  qatardan  düşdüyümü 
xatırlamıram.  Yadımdadır  ki,  beynim  duman  idi.  Heç  nəyi  dərk  edə  bilmirdim. 
Ayılanda  isə  o  səhnə.  Elə  bilirsən,  mən  özümə  əhsən  deyirəm  tutduğum  işə 
görə?  Yox,  əlbəttə.  O  andan  özümə  elə  nifrət  edirəm  ki,  ən  çox  da  ona  görə  ki 
sənin  kimi  insana  etdim  bunu.  Bacı  yerinə  hörmətini  saxladığım  insanı 
ləkələdim.  Səni  canımdan  varlığımdan  da  çox  sevirəm,  Səmra...  Amma  gəldim 
ki,  daha  əzablarına  son  verəsən.  Mən  həyatım  boyu  bu  səhvimi  daşımağa 
məcburam,  amma  sən  daşımalı  deyilsən.  Unut  məni,  yalvarıram  sənə.  Bir  qara 
səhifə    kimi  cır  həyat  kitabından.  Yox  say  məni,  elə  tanışlığımızı  da.  Yenidən 
qayıt həyatına, davam et onu. Sənin gələcəyin hələ qabaqdadır.  Sevgimizə ləkə 
gətirdiyim  üçün  ömrü  boyu  əzab  çəkəcəm.  Həyatım  boyu  səndən  başqasını 
sevməyəcəm,  bilirəm.  Amma  sən  sevə  bilərsən.  Sənin  üçün  gec  deyil....  Səni 
canımdan cox sevirəm bunu heç zaman unutma... Əgər bir gün bacarsan, bağışla 
məni... "  
 
 
Altıncı fəsil 


 Səmra  qarşısında  uşaq  tək  göz  yaşı  tökən  Mahirə  bir  kəlmə  də  demirdi.  Sanki 
heç  vecnə  deyildi  onun  dedikləri.  Halbuki  gözündən  yanağına  süzülən  yaşlar 
onu  ələ  verirdi.  Yenə  də  başını  dik  tuturdu,  Mahirdən  fərqli  olaraq.  Bu  vaxt 
bağın qapısı açıldı Səmranın anası Mahiri Səmranın yanında görüb şığıdı üstünə 
şahin balasını qoruyan tək qorumağa çalışdı bircə balasını. 
 
"Sənin burda nə işin var? Hansı üzlə gəlmisən? Rədd ol, elə eləmə ki qaynatanı 
çağırım.  Bir  də  bizim  hasara  azı  10  metr  yaxınlaşma  eşitdin?!  Özünə  iynə  ucu 
qədər qiymət verirsənsə birdə qarşımıza çıxma. Əl çək, qızımı yox bil. Sən onun 
üçün ölmüsən artıq." ....  
Xədicə  xalasının  qollarından  yapışıb  onu  sakitləşdirməyə  başladı.  Bu  vaxt 
Səmra:  
"Dayan,  ana,  onun  üçün  əsəbləşməyinə  dəyməz.  Allah  ona  sən  düşündüyündən 
də artıq cəza verib. O, ömrü boyu mənim həsrətimlə yaşayacaq. Ömrü boyu....." 
Səmranın  son  sözlərindən  sonra  Mahir  hasarın  başına  hoppanıb:    "Əgər  birgün 
bağışlasanız,  məni  bilin  ki,  mən  son  nəfəsimə  kimi  özümü  bağışlamayacam. 
Səmram  mənim..... Xoşbəxt ol....Əlvida..." 
 
  Həmin  gecə Səmra nə Xədicəyə, nə də anasına bir kəlmə demədi. Bütün günü 
susdu. Gecə də qapını bağlayıb Xədicənin onun fikirlərini dağıtmamasına mane 
olmağa  çalışdı.  Səhər  də  gec  qalxdı  yerindən.  Qısa-qısa  suallara  cavab  verir, 
mövzünü  tez-tez  dəyişirdi.  Xədicə  də  daha  onun  nə  düşündüyünü,  nə  hiss 
etdiyini  anlaya  bilmirdi.  Ona  bütün  qəlbi  ilə  kömək  etmək  istəyirdi,  amma  heç 
cürə  bilmirdi  ki,    Səmra  nə  düşünür,  nə  hisslər  keçirir.  Amma  çox  istəyirdi  ki, 
Səmra    Zərifənin  gəlinlik  içində  Mahirin  qolunda  ata  evindən  çıxmasını 
görməsin.  Bunun  üçün  Səmranı  rayonun  harasınasa,  nəyəsə  görə  aparmasını 
istəyirdi. O isə ya susurdu, ya da "başqa vaxt" deyib otağına gedirdi.  
 
  Bu vəziyyət vağzalı səsinin eşidilməsinə kimi davam etdi.... Bəli, artıq bəy evi 
gəlmişdi və  Zərifə ağappaq gəlinlik içində atasının evindən çıxırdı. Qolunda isə 
Salehin qolu yox, Mahirin qolu idi. Hansı ki, hər ikisinin də üzündən bədbəxtlik 
yağır.  Mahir  qolu  qandallı  həbsə  aparılan  caninin  üzü  tək  bədbin,  Zərifə  isə 
həyasından  az  qalır  yerin  dibinə  girsin.  Gözündən  Saleh  üçün  axan  göz  yaşları 


isə  hər kəsdə ata evindən ayrılmaq  həsrəti  fikrini  yaradırdı.  Xədicə disk qoyub 
gur  səslə  qulaq  asmağa  başladı.  Düşünürdü  ki,  bəlkə  Səmra  vağzalının  səsini 
eşitməz. Amma qəfildən arxasından qapının çırpıldığını eşitdi.   
 
"Səmra,  hara  gedirsən?"  Bir  an  içində  ağlına  hər  şey  gəldi.  Ona  necə  mane 
olacağını da bilmirdi. Amma bunu etməli idi. Səmranın təmiz adı xatirinə etməli 
idi. Arxasınca darvazaya kimi qaçdı və qabağını kəsib qollarından yapışdı:   
 
"Səmra,  belə  eləmə,  onlar  onsuz  da  bədbəxtdirlər.  Qoy  getsinlər.  Onların 
səviyyəsinə  enmə.  Yalvarıram  bacım,  özünə  gəl..."  Bir  anlıq  düşündü  ki,  bəlkə 
Səmra  Mahiri  bağışlayacaq,  ona  bunu  deməyə  gedir,  sonra  Səmranın  sözləri 
Xədicənin  əllərini  boşaltdı.  "Xədicə,  burax  məni.  Nə  qədər  ki,  gec  deyil  mən 
onlara deməliyəm. Onlar bilməlidirlər. Xahiş edirəm, yolumu kəsmə..." 
 
  Beləcə,  Xədicə  Səmranın  qollarını  buraxdı.  Arxasınca  sadəcə  dayanıb  tamaşa 
etməyə  başladı.  Səmra  gözündən  incə-incə  süzülən  yaşları  bir  əli  ilə  silərək 
bəylə  gəlinin  önündə  dayandı.  Ətrafdakı  insanlar  Səmranın  bir  rəfiqə  kimi 
Zərifəni  təbrik  edəcəyini  düşünsə  də,  Mahirin  anası  oğlu  üçün  qorxurdu.  Axı, 
Səmranın bir sözü yetərdi ki, Zərifənin atası Mahirin üstünə cumsun...  
 
Mahir  başını  qaldırıb  Səmraya  baxa  bilmir,  Zərifə  isə  gözündəki  yaşları 
silməkdən  başqa  heç  nə  edə  bilmirdi.  Səmra  isə  hər  ikisinə  baxıb  çətinliklə  də 
olsa  ağzını  açdı:  "Mən  nə  qədər  ki,  gec  deyil  sizə  demək  istəyirəm.  Bütün 
yaşanmışları unudaraq sizi bağışlayıram. Qoy, Allah sizi bağışlasın... Gedin, siz 
də  yenidən  başlayın  həyatınızı....  Mən  sizə  sadəcə  "Xoşbəxt  olun"  demək 
istədim....   
Xoşbəxt olun, əgər bacara bilsəniz... "   
Səmra sözlərini bitirib daha  nə Mahirə, nə Zərifəyə baxmadan bir başa evlərinə 
qayıtdı. Amma Xədicə Səmranın  bu addımından qürur  hissi duyurdu. "Səmama 
elə bu hərəkət yaraşırdı..."deyib darvazanı bağladı... 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə