Əzizə Cəfərzadə



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə32/101
tarix25.08.2018
ölçüsü2,69 Mb.
#64115
1   ...   28   29   30   31   32   33   34   35   ...   101

www.vivo-book.com 

 

173 



Bunu sҽn dҽ bilirsҽn. Amma qoy sҽnҽ bir misal çҽkim. 

Deyirlҽr, qҽdimlҽrdҽ mҽğlub olmuĢ bir padĢaһ qalibin 

yanında çox ürҽkli danıĢırmıĢ. ġah vҽzirlҽri ilҽ 

mҽslҽhҽtlҽĢir. Ağılbҽnd bir qoca deyir: baxın görün o 

mҽğlub Ģah ürҽkli danıĢanda harda dayanır vҽ hҽmin yeri 

qazın. Növbҽti müsahibҽ zamanı Ģahın durduğu yeri qazıb 

bir neçҽ küp qızıl, lҽl-cҽvaһirat tapırlar. Mҽlum olur ki, 

mҽğlub Ģaһı ürҽkli danıĢdıran üstündҽ dayandığı xҽzinҽ 

imiĢ. Ġndi mҽn dҽ ҽmin oldum ki, sҽni danıĢdıran 

düĢmҽndҽn aldığın ҽnamlardır. Sҽn xҽyanҽt yolu tutmuĢsan, 

Ҽbülfҽttaһ bҽy! 

 

Gözlҽmҽdiyi һalda Sultanım xanımın onun sirrinҽ vaqif 



olması bҽyi sarsıtdı. «Haradan bilir? Bҽlkҽ, Ģaһ 

iqamҽtgaһında adamları var?» – deyҽ düĢündü. Elçinin 

aqibҽtini indicҽ görmüĢdü. DҽһĢҽtdҽn damarlarında qanı 

dondu. Ġnkarın lüzumsuzluğunu anladı, taxtın önündҽ 

Sultanım xanımın ayaqlarına döĢҽndi: 

 – Aman, aldadıblar mҽni, Ģaһzadҽ xanım. Möһtҽrҽm 

qayınatanın ruһuna bağıĢla mҽni... Ҽn çҽtin iĢ tapĢır, canımı 



www.vivo-book.com 

 

174 



qurban verim. 

 

Sultanım xanım: 



 – Mҽn qarasına demiĢdim, bҽy, – qıĢqırdı. – Xҽyanҽtini özü 

iqrar edҽndҽn sonra casusun, doğma yurduna mҽğlubiyyҽt 

arzu edҽn xainin cҽzası ölümdür. Aparın! 

 

Gözlҽnilmҽz iqrar һökmdҽn özünü itirmiĢ saray ҽyanı 



Ҽbülfҽttaһı sürüyüb cҽllada tҽslim etdi. Sultanım xanım 

dedi: 


 – Carçılar darğanın xҽyanҽtini xalqa elan etsin. Ġndi isҽ, 

ağalar, buyurun mҽĢvҽrҽtҽ. Görҽk Ģҽһҽrimizi necҽ müdafiҽ 

etmҽliyik. 

 

Sҽrkҽrdҽ vҽ ҽyanlar mҽĢvҽrҽt otağına keçib ҽylҽĢdilҽr, onları 



özlҽrinin dҽ dҽrk etmҽdiyi mҽnҽvi bir qüvvҽt Bibixanıma – 

Sultanıma tabe vҽ tҽslim etmiĢdi. Ġndi Sultanım xanım 

qҽrargaһın baĢçısı olan bir sҽrkҽrdҽ idi va yığılanlar onun 

һҽr bir һökmünü ġirvanĢahın ҽmri kimi qҽbul vҽ icra 

edirdilҽr. 



www.vivo-book.com 

 

175 



 

*** 


 

Dҽdҽlҽr belҽ qızlarımız һaqqında: «Vҽtҽn çağıranda igid 

bҽllҽnҽr; aslanın erkҽyi, diĢisi olmaz» – deyiblҽr. Elҽ mҽn 

dҽ, Xҽzҽrim! Sҽnin saһillҽrindҽki qıvıl qumların, dünyanın 

qҽndili GünҽĢin, xırdaca mavi lҽpҽlҽrin yetirmҽsiydi 

Bibixanım – Sultanım, doğma dҽnizim mҽnim. 

 

Düz iki gün Xülҽfa bҽy va Bayram bҽyin sarkҽrdҽliyi ilҽ 



Bakı qalası müһasirҽdҽ saxlandı. Arasıkҽsilmҽz һücumlar 

һeç bir nҽticҽ vermҽdi. Bakılılar tҽslim olmağı düĢünmür, 

mҽtanҽtlҽ, inadla Ģҽһҽri müdafiҽ edirdilҽr. Ġkinci günün 

axĢamı Ģam namazına bir az qalmıĢ ġaһ Ġsmayıl, Lҽlҽ 

Hüseyn bҽy vҽ baĢının adamları ilҽ birlikdҽ ġamaxıdan gҽlib 

müһaribҽ meydanına yetiĢdi. Qalanın һҽlҽ dҽ alınmadığını 

görüncҽ, müһasirҽyҽ rҽһbҽrlik iĢini öz ҽlinҽ aldı. Ҽvvҽlcҽ 

mҽiyyҽtindҽn iki gҽnclҽ birlikdҽ Xülҽfa bҽyi dҽ özü ilҽ 

götürüb qalanın ҽtrafını dörd dolandı. Mazqallardan birindҽn 

atılan oxa һҽdҽf olmamaq üçün ox çatmayan mҽsafҽdҽn 




www.vivo-book.com 

 

176 



atları cövlana gҽtirdilҽr. 

 

Sonra Ģaһ tҽzҽcҽ qurulmuĢ qızıl qübbҽli, gülҽbҽtin qotazlı 



yaĢıl çadırın yanına gҽldi. Atdan yerҽ atıldı, içҽri girdi, 

niqabını qaldırıb ҽn yaxın mürid vҽ sҽrkҽrdҽlҽrini yanına 

çağırtdırdı. Çadırın girҽcҽyi ilҽ üzbҽüzdҽ qoyulmuĢ taxtında 

ҽylҽĢdi. Xülҽfa bҽy, Lҽlҽ Hüseyn bҽy Bҽydili, Bayram bҽy, 

Mҽһҽmmҽd bҽy mҽiyyҽtҽ yaxın olan bir neçҽ mürid, 

sҽrkҽrdҽ çadıra daxil olduqda Ģaһ onları sҽbirsizliklҽ 

gözlҽyirdi. Ustaclı, Ģamluv ҽfĢar, zülqҽdҽr, qacar, rumlu 

sҽrkҽrdҽlҽri artıq burada idi. 

 – Buyurun, ҽylҽĢin, – deyҽ onlara yer göstҽrdi. 

 

Sҽrkҽrdҽlҽr Ģaһın sağ vҽ sol tҽrҽfindҽ çadırın dairҽsi boyu 



düzülmüĢ sҽfҽr döĢҽkcҽlҽrinin üstündҽ diz çökҽrҽk, 

qalxanlara tҽkyҽ edib ҽylҽĢdilҽr. 

ġaһ sözҽ baĢladı: 

 – Müһasirҽ uzana bilҽr. Bu yolla getsҽk, Bakı qalasını fҽtһ 

etmҽyimiz xeyli çҽkҽcҽk. Ҽbҽs qurbanlar verҽcҽyik. 

Mҽslҽһҽt bilirҽm ki, qala qapılarından birinin altına lağım 




www.vivo-book.com 

 

177 



ataq vҽ qüllҽni partladaq. 

 

 Lҽlҽ Hüseyn bҽy cavan Ģaһın vҽziyyҽti tez qavramasına vҽ 



tҽcili nҽticҽyҽ gҽlmҽsinҽ һeyran olmuĢdu: «Bҽxtin sҽnҽ yar 

olsa, bu ağılla uzaq gedҽcҽksҽn», – deyҽ düĢündü vҽ 

dillҽndi: 

 

 – Qibleyi-alҽm, mҽslҽһҽt bilsҽniz, elҽ durduğumuz QoĢa 



qala qapısının yanındakı qüllҽlҽrin birinҽ lağım atdıraq. 

ġaһ azacıq düĢünüb cavab verdi: 

 – Yox, mҽn bilҽni yuxarıda QoĢa qala qapısının üst 

tҽrҽfindҽ, bir yüz-yüz ҽlli qҽdҽm aralıda Ģimal qapının 

yanındakı qüllҽni partladaq. Çünki müһasirҽ olunanların 

ҽsas diqqҽti QoĢa qala qapısındadı. Yuxarı qapı dardı, nҽzҽri 

o qҽdҽr dҽ cҽlb elҽmҽz. 

Bayram bҽy Qaramanlı da Lҽlҽ Hüseyn bҽyin düĢündüyünü 

bҽyҽnir vҽ cavan Ģaһın һҽrbi istedadını tҽqdis edirdi. Dedi: 

 – Qibleyi-alҽm һaqlıdı. Elҽ orada lağım atılsa, mҽslҽһҽtdi. 

 

ġaһ yığıncağa xitam vermҽk üçün sözü tamamladı:  – Çox 




www.vivo-book.com 

 

178 



gözҽl! Ġndi ki belҽdi, onda Bayram bҽyin dҽstҽsi elҽ bu 

gecҽdҽn lağım atmaqla mҽĢğul  olsun. Sabaһ sҽһҽr 

müһasirҽdҽkilҽrҽ Lҽlҽ bҽy qara verҽr... Tҽkbir һücumlarla 

baĢ aldadarıq, ҽsas mҽqsҽdimizҽ nail olanacan. Ġndi һҽrҽ öz 

xeymҽsinҽ gedib istiraһҽtҽ mҽĢğul ola bilҽr. Amma diqqҽtli 

olmaq lazımdı. YüzbaĢılara tapĢırın ki, qaravulu birҽ-iki 

artırsınlar. ġҽbxundan özlҽrini qorusunlar. Çünki Bakı 

müdafiҽçilҽrinin Ģҽbxundan ayrı ҽlacları oxdu, ҽgҽr qaçmaq 

istҽsҽlҽr. Amma eһtiyatlı olun, elҽ elҽyin ki, baĢınıza 

Ġstanbul qҽziyyҽsi gҽlmҽsin. 

 – O nҽ olan iĢdir, һökmdar? 

 – Sultan Meһmet Fateһ Ġstanbulu alanda bir neçҽ yerdҽn 

qala altına lağım atdırır. Bizans һökmdarı da bunu bilib 

üzbҽüz lağım atdırır. Bir neçҽ lağım uçur, һҽr iki qoĢun 

nҽfҽrlҽri altda qalır; bir neçҽ lağımda isҽ iki düĢmҽn 

qarĢılaĢır, müһaribҽlҽr tarixindҽ birinci, bҽlkҽ dҽ axırıncı 

dҽfҽ yeraltı döyüĢ olur. Tarixçilҽr yazır ki, lağım qanlı 

bҽdҽnlҽrlҽ dolub, torpaq ҽvҽzinҽ yeri tıxayır, bҽrkidir.

5

 

                                                 



5

Həmin һadisә 28 may 1463-cü ildə, türklәrin Meһmet Fateһ 




Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə