Əzizə Cəfərzadə



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə30/101
tarix25.08.2018
ölçüsü2,69 Mb.
#64115
1   ...   26   27   28   29   30   31   32   33   ...   101

www.vivo-book.com 

 

163 



Onlardan azacıq kҽnarda, sağ ҽldҽ Ģҽһҽrin ҽyan vҽ ҽĢrҽfi, 

sҽrkҽrdҽlҽrdҽn isҽ, ikincidҽrҽcҽli bir neçҽ cavan durmuĢdu. 

Cavan sҽrkҽrdҽlҽrin çoxu Qazi bҽyin dostları idi vҽ 

Sultanım xanımı tanıyırdı. Onlar dönҽm-dönҽm Ģaһzadҽ 

Qazi bҽyi vҽ arvadı Sultanım xanımı һҽmin bu geyimdҽ 

һҽrbi mҽĢğҽlҽlҽrdҽ, at çapıĢmalarında görmüĢdülҽr. Qazi 

bҽyin ҽvҽzinҽ Sultanım xanımın, özü dҽ tҽk daxil olması 

һamısının һeyrҽtinҽ sҽbҽb oldu. Amma һeç kim qasid 

yanında bunu büruzҽ vermҽdi. 

 

 Sultanım xanım keçib ҽrinin müzҽyyҽn taxtında ҽylҽĢdi. Ҽli 



ilҽ qasidҽ danıĢmaq iĢarҽsi verdi. Saray ҽһli ĢirvanĢaһ 

Fҽrrux Yasarın üzüyünü onun barmağında görüb, yenidҽn 

baĢ endirdilҽr. 

 

 Qasid yaranan vҽziyyҽti çox tez dҽrk etdi, burada nҽ isҽ bir 



qҽribҽlik olduğunu duydu. Amma o, cavan Ģaһzadҽni 

tanımırdı. Ġndi taxt üstündҽ ҽylҽĢҽn gҽnci doğruçu Qazi bҽy 

һesab edirdi. Müzҽffҽr bir yürüĢlҽ irҽlilҽyҽn cavanbҽxt 

padĢaһın vҽ Ģiҽlik tҽriqҽtini müvҽffҽqiyyҽtlҽ yaymaqda olan 




www.vivo-book.com 

 

164 



sҽrkҽrdҽ Ģeyxin ҽn sadiq nökҽrlҽrindҽn, pҽrҽstiĢkarlarından 

idi. Qürurla irҽli gҽldi, döĢünü bir az da irҽli verib sözҽ 

baĢladı: 

 

 – Hҽzrҽti-vala! Dini-mübinimizin naĢisi, padĢaһi-



cavanbҽxt, qibleyi-alҽm ġaһ Ġsmayıl һҽzrҽtlҽri tҽrҽfindҽn 

һuzurunuza tҽslim tҽlҽbilҽ göndҽrilmiĢҽm. 

 

  Onun belҽ tҽlҽbkar danıĢmasına sҽbҽb bir dҽ yanında duran 



darğa Ҽbülfҽttaһ idi. KiĢi, görüĢҽn kimi ona һҽr Ģeyin һazır 

olduğunu, Ģaһın çoxdan sarayı tҽrk etdiyini, sarayda tҽkcҽ 

bir «mҽcnunsifҽt Ģaһzadҽnin» – vaçalının birinin qaldığını 

xҽbҽr vermiĢdi. DemiĢdi ki, ҽyanın ҽksҽri Ģaһi-cavanbҽxtin 

tҽrҽfinҽ keçҽcҽk. 

Sultanım xanım qasidin sözlҽrindҽki tҽlҽbkarlıq vҽ cürҽtҽ 

bҽrk acıqlanmıĢdı. O da ҽri vҽ qayınatası kimi tҽzҽ culus 

edҽn bu Ģeyx-Ģaһın zҽfҽrlҽrindҽn xҽbҽrsiz idi. Odur ki, 

«qibleyi-alҽm» kҽlmҽlҽri Sultanım xanımın dodaqlarında 

xҽfif bir kinayҽnin doğmasına sҽbҽb oldu vҽ o isteһza ilҽ 

soruĢdu: 



www.vivo-book.com 

 

165 



 – Elçi, namaz üstündҽ üzünüzü һara tutursunuz? 

Elçi bu sualdan çaĢdı, һeyrҽtҽ gҽldi vҽ ҽsgҽr sadҽliyi ilҽ 

kҽkҽlҽyҽrҽk: 

 – Ҽlbҽttҽ, Mҽkkeyi-mükҽrrҽmҽyҽ, һҽzrҽti-vala. 

 

Sultanım xanımın ҽtrafındakı ҽyan da sualın sҽbҽbini baĢa 



düĢmҽdiyindҽn һeyrҽt içindҽ dayanmıĢdı. Birdҽn onlar 

Sultanım xanımın sҽsini eĢitdilҽr. O, elçini öz Ģaһının 

«qibleyi-alҽm» adlandırılmasına iĢarҽ ilҽ deyirdi: 

 – Onda qiblҽniz var ikҽn «alҽmin qiblҽsinҽ» sҽcdҽ edin, 

daһa namaz üstündҽ Mҽkkeyi-mükҽrrҽmҽyҽ neyçün üz 

tutursunuz? 

 

Saray adamları ixtiyarsız gülümsündülҽr. Qasid isҽ... 



 

 Sual, gözҽl qılınc zҽrbҽsi vursa da, o qҽdҽr dҽrin dini biliyҽ 

malik olmayan ҽsgҽr-qasidi çaĢdırdı, ona bir küfr kimi 

göründü. Özünü itirib bir anlığa darğa Ҽbülfҽttaһa baxdı. 

Bir dҽ danıĢan «Ģaһzadҽnin» sҽsindҽ o nҽ isҽ baĢqa bir 

aһҽng duymağa baĢladı. Bu nҽdi, yoxsa onu araya qoyub, 




www.vivo-book.com 

 

166 



ҽlҽ salırlar? Onsuz da teztov adam idi, özünü ҽlҽ ala 

bilmҽyib kükrҽdi: 

 – Mҽni ҽlҽ salmaq neyçün, һҽzrҽti-vala? Mҽn һökmü 

Ҽrdҽbildҽn Ҽrzincana, ġirvanĢaһlıqdan ġama iĢlҽyҽn bir 

һökmdarın adından sizҽ tҽslim olmaq tҽlҽbi ilҽ gҽlmiĢҽm. 

Yoxsa iki gün keçmҽyҽcҽk, qala alt-üst olacaq. Hamınız da 

ҽsir edilҽcҽksiz! 

 

 Qasidin dövtҽlҽb danıĢığı, elçiyҽ yaraĢmayan һirsi Sultanım 



xanımın qҽlbinҽ iĢlҽdi. Qasidin Ҽbülfҽttaһa baxması da 

Bibixanımın gözündҽn yayınmamıĢdı. Ҽtrafındakıların 

üzünҽ baxdı. Darğa Ҽbülfҽttaһdan baĢqa bütün sҽrkҽrdҽlҽr, 

ҽyan cavanlar qҽzҽblҽnmiĢdilҽr. Kimisi bığını çeynҽyir, 

kimisi dırnağını gҽmirirdi. Bir neçҽsinin ҽli qurĢağına 

taxılmıĢ dҽĢnҽi vҽ qҽmҽnin dҽstҽsinҽ qoyulmuĢdu. Bircҽ 

iĢarҽ bҽs idi ki... 

 

 Sultanım xanım özünü yenmҽyҽ, tҽmkinlҽ danıĢmağa 



çalıĢdı. 

 – Sҽn nҽ cürҽtlҽ yeddi yüz illik ġirvanĢaһlar xanҽdanına 




www.vivo-book.com 

 

167 



meydan oxuyursan, bu sarayda tҽslimdҽn danıĢırsan?! 

 – O xanҽdanın çırağı sönüb, Ģaһzadҽ. BaĢınız sağ olsun! 

Keçҽn ay Gülüstanda gizlҽnmҽyҽ çalıĢan möһtҽrҽm atanızı 

Ģaһi-cavanbҽxtimiz Cabanı kҽndinin yovuqluğunda 

qarĢıladı. PadĢaһımız cümlҽtanı yeddi min qazisi ilҽ atanızın 

20 min piyada, 6 min atlı qoĢununa qalib gҽldi. Özü dҽ 

Buğurd qalasına qaçmaq istҽyҽndҽ adi bir qızılbaĢ qazisinin 

ҽlindҽ һҽlak oldu, Ģirvanlılar Fҽrrux Yasarın atını vҽ silaһını 

tanıyıb niĢan verdilҽr... 

 

  Bu yerҽ çatanda elçi kҽkҽlҽyib susdu. O, bu zҽrif 



Ģahzadҽnin atasının nҽ Ģҽkildҽ öldürüldüyünü öz gözlҽrilҽ 

görmüĢdü. Deyҽ bilmirdi ki, qızılbaĢlar Fҽrrux Yasarın 

meyitini tapandan sonra mürĢidi-kamilin razılığı ilҽ onun 

kҽsik baĢını bҽdҽninҽ birlҽĢdirmiĢ, һҽsirҽ büküb od vurmuĢ, 

«Yezid... Y-e-z-i-d», «Sultan Heydҽrin qatili yezid» deyҽ 

bağırıĢaraq yandırmıĢdılar. Bütün bunları düĢmҽn arasında 

söylҽyib «MürĢidin intiqamını aldıq» deyҽ fҽxr edҽ bilmirdi. 

Amma bununla belҽ elçi çox ürҽklҽ danıĢırdı. Qalanın o biri 

üzündҽ döyüĢҽ һazırlıq gedirdi. 



Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə