Əzizə Cəfərzadə



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə92/101
tarix25.08.2018
ölçüsü2,69 Mb.
#64115
1   ...   88   89   90   91   92   93   94   95   ...   101

www.vivo-book.com 

 

495 



һҽlҽ dҽ ҽlindҽ tutub durduğu mücrünü alıb Sultanın 

qarĢısında yerҽ qoydu vҽ birincini nҽzҽrҽ çarpmayan, lakin 

sҽrt bir һҽrҽkҽtlҽ qapıya tҽrҽf itҽlҽyҽndҽ Sultanın amiranҽ 

sҽsini eĢitdi: 

 

 – Özünü unutma, nҽdim, Elçiyҽ zaval yoxdur. «ġҽrrҽta, 



yörҽһu һҽbbҽtü misqal» 

 

Elçilҽr Qarıncaoğlunun müĢayiҽtilҽ otağı tҽrk etdilҽr. Hamı 



sükut içindҽ idi. 

 

BaĢ vҽzir Sultanın tҽmkininҽ һeyrҽtlҽ dedi: 



 

 – Qҽzҽb gҽlҽndҽ ağıl gedҽr deyiblҽr, sultanım! Çox Ģükürlҽr 

olsun böyük xaliqҽ ki, һҽĢҽmҽtli sultanımız müdriklik 

göstҽrdi. Ҽrҽblҽr deyib ki, «Ҽz-zeyfҽ ҽkrҽmu vҽ lov 

kafirun» – qonaq kafir dҽ olsa ҽzizdir. Elçi dҽ qonaq 

mҽnzҽlҽsindҽdir. 

 

Vҽzirin nҽsiһҽtҽ bҽnzҽr tҽһsisini açıq bir һövsҽlҽsizliklҽ 




www.vivo-book.com 

 

496 



dinlҽyҽn Sultan Sҽlim özünü soyuqqanlı göstҽrmҽyҽ sҽy 

edҽrҽk qocanın sözünü kҽsmҽdi. Tuğranı һҽlҽ dҽ tutub 

ҽylҽĢmiĢ, arabir һҽrlҽndirib göz gҽzdirsҽ dҽ oxumurdu. Elҽ 

ilk sҽtirlҽrdҽn mҽzmununa bҽlҽd olmuĢdu. Mücrünün 

açılmasını soyuq bir qҽzҽblҽ gözlҽyirdi. Vҽzir sözünü 

qurtarmağa yaxın, Qarıncaoğlu otağa daxil oldu. Sultan 

vҽzirҽ deyil, ona müraciҽt etdi: 

 – Nҽdim, mücrünü aç! 

 

Qarıncaoğlu yenidҽn taxta tҽrҽf irҽlilҽdi. Ҽdҽb mövqeyinҽ 



yetiĢib diz çökdü, mücrünü açdı vҽ dili ağzında, bҽbҽklҽri 

çanağında dondu: Mücrüdҽn, yatağan tutanda titrҽmҽyҽn ҽli 

ҽsҽ-ҽsҽ bir örpҽk, bir cüt aĢıq, bir dҽst tuman çıxartdı. Bütün 

mҽclis ҽһli qҽribҽ bir maraqla bu mҽnzҽrҽni seyr edirdi. 

Sultan Sҽlim daһa özünü saxlaya bilmҽdi... Yerindҽn qalxdı. 

Sultan qalxınca bütün mҽclis ҽһli dҽ qalxındı, lakin sultan 

özünü ҽlҽ alıb yenidҽn taxtın üstünҽ çökdü. Mҽclis ҽһli dҽ 

yerinҽ qayıdıb ҽylҽĢdi. Hamının altına sanki tikan 

qoymuĢdular. Tikan üstündҽ ҽylҽĢmiĢdilҽr. Qurcalanırdılar. 

 



www.vivo-book.com 

 

497 



Sҽlim qҽzҽbini yenmҽyҽ sҽy göstҽrҽn sҽslҽ sözҽ baĢladı: 

 – Vҽzir, һҽr bir sözünü Ģükranla dinlҽdiyim cҽnabına da, 

ҽyan vҽ ҽĢrafa da bҽllidir. Vҽziyyҽti nҽzҽrҽ alıb mҽn dҽ 

cҽngi sҽlaһ görmürdüm. Müxtҽlif bҽһanҽlҽrlҽ bu bҽlanı 

özümüzdҽn dҽ o lovğalar, mütҽkҽbbirlҽrlҽ ҽһatҽ olunmuĢ 

bҽdbҽxtdҽn dҽ uzaqlaĢdırmağa sҽy edirdim. Bütün 

tҽһqiramiz mürasilҽlҽrinҽ ҽdҽblҽ cavab verir, ҽqlin yolu ilҽ 

mülaһizҽlҽr söylҽyir, onu da ҽqlin yoluna dҽvҽt edirdim. 

Anlamadı. Bu mҽktub Ģҽxsҽn һökmdar ġaһ Ġsmayıl 

tҽrҽfindҽn yazılmasa da, fҽrqi yoxdur. 

 

«Qҽzҽb gҽlҽndҽ, ağıl gedҽr» deyirsҽn. Amma sҽbir 



piyalҽsinin dolduğu anı da unutma. Artıq mҽnim sҽbir 

piyalҽm daĢır. Tuğranı Mҽһҽmmҽd Ustaclu vҽlҽdҽlĢҽr yazır. 

Diyarbҽkri talandan, cumlҽtanı Dҽli Dolağın üç yüz 

mҽmlükünu qırmaqdan elҽ mҽğrur olub ki, «ҽgҽr cҽng 

meydanıma çıxmasan, bu tumanı gey, bu örpҽyi ört, ya da 

aĢıq-aĢıq oyna», deyib yazır, һeç eybi yoxdur. O, Ustaclu 

Mҽһҽmmҽd olsun, biz dҽ biz. Cavabı vermҽliyik, vҽzir! 

Hҽm dҽ tez! Yaz ki, qҽbul elҽyirik vҽ gҽlirik. Mҽktubu bu 




www.vivo-book.com 

 

498 



gün elçilҽrҽ verib yola sal! BaĢlarından bir tük dҽ düĢmҽsin. 

Mҽn Ustaclu deyilҽm. 

 

Mҽclisin cınqırı çıxmadı. Vҽzir dҽ bir söz deyҽ bilmҽdi. Ġndi 



bu nalayiq һҽrҽkҽtdҽn sonra sultana nҽsiһҽt vermҽk yersiz 

idi. Sultan qalxdı, kimsҽylҽ salamatlaĢmadan xҽlvҽtxanҽsinҽ 

çҽkildi. Onu yenidҽn ҽyilmiĢ baĢlar müĢayiҽt etdi. 

 

Qarıncaoğlu Sultanın ardınca xҽlvҽtxanҽyҽ yollandı, bir 



ҽmri olub-olmadığını bilmҽk istҽyirdi. Sultan sevimli vҽ һҽr 

bir ҽmҽlinҽ sҽdaqҽtlҽ qulluq edҽn nҽdiminҽ ҽһҽmiyyҽt 

vermҽdҽn, otağına girdi. Fikirli һalda keçib zҽrrin döĢҽk vҽ 

qolabı tirmҽdҽn üz çҽkilmiĢ mütҽkkҽlҽr qoyulmuĢ tҽxtin 

üstündҽ uzandı, mütҽkkҽlҽrҽ dirsҽklҽndi. Sultan bir neçҽ 

gün elçilҽrdҽn ҽvvҽl Tҽbrizdҽn qayıtmıĢ dostunu 

xatırlamağa baĢladı. Ҽsl adı Arğun bҽy olan bu adam 

sultanın ҽn inanılmıĢ dostlarından idi. Hacı Sҽyyaһ adı ilҽ 

caһangҽĢtlik elҽyir, arabir böyük qiymҽtli malların 

ticarҽtinҽ, bir neçҽ sarvanbaĢının iĢinҽ nҽzarҽt edir, Ġran vҽ 

Türkiyҽ һüdudlarında, Rumda, Trabzonda, ġirvan Ģaһlığında 



www.vivo-book.com 

 

499 



ҽn zҽngin vҽ ҽn mҽĢһur bir sҽyyaһ, zҽngin sҽyaһҽtlҽr 

һҽvҽskarı tacir kimi tanınırdı. ġҽrqin bir çox saraylarına 

girib-çıxır, çoxlarında, o cümlҽdҽn Tҽbrizdҽ gözҽl 

qarĢılanırdı. Verdiyi eһsanlar, uzaq ölkҽlҽrdҽn gҽtirdiyi 

qҽribҽ һҽdiyyҽlҽriylҽ dҽ mҽĢһur idi. Bütün bunlar onu sultan 

üçün ҽvҽzsiz mҽlumat mҽnbҽyinҽ çevirmiĢdi. Arğun bҽy 

һacı Sҽyyaһ sҽyaһҽt vҽ sҽfҽrlҽrindҽn sultanı üçün qiymҽtli 

xҽbҽrlҽr gҽtirir, rҽqibi olan padĢaһların mҽmlҽkҽtindҽ 

ҽһvali-ruһiyyҽdҽn, orduların vҽziyyҽtindҽn, dövlҽtlҽrin 

gücündҽn görüb-bildiklҽrini danıĢırdı. 

 

Bu son sҽfҽrindҽ Arğun bҽy Tҽbriz sarayında qҽlҽbҽ 



Ģҽrҽfinҽ qurulmuĢ ziyafҽt mҽclisindҽ olmuĢdu. Gözҽl һafiza 

va danıĢmaq qabiliyyҽtinҽ malik olan Arğun bҽy, Ģaһ 

mҽclisini, orada danıĢılanları elҽ nağıl etmiĢdi ki, sultan 

sanki onun gördüklҽrini mҽһz öz gözlҽrilҽ görmüĢ, һҽmin 

mҽclisdҽ iĢtirak etmiĢdi. 

 

Ġndi mütҽkkҽyҽ söykҽnib һҽmin mҽclisi Arğun bҽyin 



danıĢdığı Ģҽkildҽ gözlҽri önündҽ canlandırırdı. Budur, 


Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə