Əzizə Cəfərzadə



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə91/101
tarix25.08.2018
ölçüsü2,69 Mb.
#64115
1   ...   87   88   89   90   91   92   93   94   ...   101

www.vivo-book.com 

 

490 



Nҽdimi Qarıncaoğlu sultanın geyinmҽk mҽrasimini icra 

etdikcҽ, һҽbҽĢ balası gaһ bu, gaһ digҽr ҽĢyanı onun 

baxıĢlarından, iĢarҽlҽrindҽn anlayaraq tҽqdim edirdi. Otaqda 

Sultanın sҽһҽr xҽyallarını qıran bircҽ sҽs belҽ yox idi.  

 

Geyim mҽrasimi bitdi. Sultan yan otağa keçdi. Burada onu 



döĢҽnib bҽzҽdilmiĢ süfrҽ gözlҽyirdi. Sultan zҽrrin nimdҽrlҽr 

üstündҽ ҽylҽĢdi. Süfrҽni bҽzҽyҽn müxtҽlif yemҽklҽrin ҽtrini 

ҽla Suriya almasının iyi itirmiĢdi. Sҽnadan gҽtirilmiĢ iri 

yaqut parçalarından düzҽlmiĢ qҽdҽһ, Yҽmҽnin damarlı-

naxıĢlı ҽqiqindҽn qayrılmıĢ piyalҽlҽr göz oxĢayırdı. 

Gözҽlliyi, süfrҽdҽ belҽ bҽzҽyi sevҽn sultan, bu gün ҽtrafına 

almazlar düzülmüĢ Kirman vҽ NiĢapur firuzҽlҽrindҽn olan 

üzüyünҽ belҽ һeç nҽzҽr salmadan barmağına keçirtmiĢdi. 

Halbuki һҽr dҽfҽ bu firuzҽlҽrҽ baxanda vҽtҽninin firuzҽyi 

göylҽrini xatırlayır, dҽrһal sarayın ҽn uca külafirҽngisinҽ 

çıxıb firuzҽyi sҽmanı seyr etmҽkdҽn doymurdu. Bҽlkҽ dҽ, bu 

bir dҽ ona görҽ idi ki, sultanın firuzҽyiyҽ çalan göy-ala 

gözlҽri ilҽ bu qiymҽtli daĢlar arasında bir bҽnzҽyiĢ vardı. 

Onun baĢ һҽrҽmi Sevincҽk, sultanın tҽzҽ kҽnizi Rayiһҽ tez-




www.vivo-book.com 

 

491 



tez bu iki firuzҽdҽn, sultanın ҽlindҽn vҽ gözlҽrindҽn öpürdü. 

Sultanın yadına Rayiһҽ kҽniz düĢҽn kimi bir anlıq elҽ bil ki, 

qızın ҽtrini burnunun ucundan dimağına keçҽr kimi duydu

vücuduna xoĢ bir ilıqlıq yayıldı. Ona elҽ gҽldi ki, Afrikanın 

Ģimal-Ģҽrqindҽ dҽnizlҽrdҽn ҽldҽ edib saraya göndҽrilmiĢ 

Rayiһҽnin dodağı kimi al mҽrcan taxılmıĢ boynuna ҽl 

toxundu. 

 

Qız tҽmasdan ilan kimi qıvrılıb açıldı vҽ sultanın dizlҽrinҽ 



sarmaĢdı. Titrҽk ҽllҽri ilҽ sultanın boynunu qıdıqlayan ҽlini 

tutdu, niĢapur firuzҽsini öpdü. 

 – Sultanım, böyuk Allaһın bҽxĢ etdiyi o firuzҽlҽrdҽn dҽ 

öpmҽyi һökm elҽ! – dedi. 

 

Sultanın dodaqlarını xafif bir tҽbҽssüm qımıldatdı. Bu gün 



ikinci dҽfҽ tҽҽssüf etdi ki, görmҽk istҽmҽdiyi elçini qҽbul 

etmҽlidir. Dünҽn baĢ vҽzirҽ söz verib. Yoxsa bu gözҽl 

süfrҽnin qırağında Rayiһҽnin ĢümĢad ҽllҽrindҽn ҽtri insanı 

biһuĢ edҽn Suriya alması alardı. DiĢlҽrini almaya batırdıqca, 

ҽtrini qoxladıqca bunu Rayiһҽnin yanaqları sanardı... 



www.vivo-book.com 

 

492 



 

 Sultan naһarını nҽdimsiz elҽdi. Könülsüzcҽ bir-iki loğma 

aldı. Çҽһrayı damarları kҽzmҽ-kҽzmҽ naxıĢ salmıĢ Yҽmҽn 

ҽqiqindan düzҽlmiĢ piyalҽyҽ süzülҽn lumu ҽtirli Ģҽrbҽtdҽn 

içdi. Qҽlbindҽki zidd istҽklҽrҽ sükunҽt vermҽyҽ çalıĢaraq 

qalxdı. Sarayın elçilҽr qҽbulu üçün süslҽnmiĢ taxt salonuna 

keçdi. BaĢ vҽzir, vҽzir-vҽkillҽr vҽ nҽdimlҽr һҽrҽ öz 

mövqeyindҽ sҽf çҽkib durmuĢdular. ҼylҽĢmҽmiĢdilҽr. 

Sultanın gҽlib taxtda oturmasını gözlҽyirdilҽr. Sultan baĢının 

xҽfif һҽrҽkҽti ilҽ mҽclisi salamladı. ġiĢ papaqlı, fҽsli, 

kalansuvalı baĢlar ҽyildi, ҽllҽr divlҽrdҽn dҽ aĢağı endi. Uzun 

saqqal, tҽkҽ saqqal, topa saqqal, qarıĢqaayağı xҽtt 

saqqalların dibi gücdҽn qızardı. Sultan yuxarı baĢa keçib, 

taxtına çıxdı. Yerini raһatlayıb ҽylҽĢdi. Dҽrһal arxasında iki 

nҽһҽng, pҽһlҽvan cüssҽli һҽbҽĢ gҽlib sıyırma qılınc 

dayandılar, iki qara qranit һeykҽl kimi sultanın arxasında 

dondular. BaĢları yuxarı, gözlҽri һarasa qapıya tҽrҽf 

zillҽnmiĢdi. Qara parlaq üzlҽrdҽ yalnız ağ, titrҽk bҽbҽklҽr bu 

һeykҽllҽrin canlı olduğunu bildirirdi. 

 – Vҽzir, elçilҽr һazırdırmı? 




www.vivo-book.com 

 

493 



 

BaĢ vҽzir baĢını qaldıran kimi, digҽr gövdҽlҽr dҽ düzҽldi. 

Vҽzir sağ ҽlini solda ürҽyinin üstünҽ, sonra dodaqlarına vҽ 

alnına qoydu. Dillҽndi: 

 – Hazırdır, sultanım! 

 – Ҽmr elҽ gҽlsinlҽr. 

 

BaĢ vҽzirin iĢarҽsi ilҽ bu iĢҽ mҽmur olan nҽdim Qarıncaoğlu 



dalı-dalı yeriyҽrҽk qapını açdı vҽ bir az keçmiĢ padĢaһın 

elçilҽri otağa daxil oldular. Ġki nҽfҽr idilҽr. Hҽr ikisinin 

baĢında tҽpҽsi qırmızı, çevrҽsinҽ yaĢıl ipҽk sarınmıĢ papaq, 

ҽyinlҽrindҽ qҽba var idi. Abı Ģalvar üstündҽn geyilmiĢ bu 

qҽbaların biri yaĢıl, digҽri tünd-mavi idi. Biri ҽlindҽ tuğra, 

digҽri iri mücrü tutmuĢdu. Qürurla irҽlilҽyib, baĢ ҽymҽdҽn, 

salam vermҽdҽn sultanın taxtına yaxınlaĢdılar, ҽdҽb 

mövqeyinҽ çatanda dayandılar. Sultan da, һeyrҽtdҽn donub 

durmuĢ mҽclis ҽһli dҽ düĢündü: «BaĢ ҽymҽdilҽr. Tuğra 

mҽktubdur, bҽs mücrü nҽdir?» 

 

Sultanın göz iĢarҽsilҽ Qarıncaoğlu yaxınlaĢdı. Sultanına 




www.vivo-book.com 

 

494 



ҽdҽb salamı vermҽyҽn elçilҽrҽ nifrҽtlҽ baxıb, tuğranı aldı vҽ 

taxta yaxınlaĢdı. Diz çökdü, һҽr iki ҽlini irҽli uzadıb tuğranı 

sultana tҽqdim etdi. Sultan Sҽlim tuğranı aldı, möһrü 

sındırdı, lҽffarҽni cırdı. Sҽbirsizliklҽ ilk sҽtirlҽrҽ göz 

gҽzdirҽn kimi dayandı, oxumadı, gözlҽrindҽ qҽzҽb 

oynayırdı, dedi: 

 – Elçilҽri intizar otağına aparın! 

 

Nҽdim Qarıncaoğlu yerindҽn qalxıb elçilҽri müĢayiҽt etmҽk 



istҽyҽrkҽn, tuğra gҽtirҽn elçi ona müraciҽt olunmasa da, 

gözlҽrini dik sultanın gözlҽrinҽ dikib sҽslҽndi: 

 

Sҽrkҽrdҽmiz Ustaclu Mҽһҽmmҽd bҽy ҽlavҽ bildirir ki, yer 



üzünün vaһid һökmdarı, ĢaһҽnĢaһi-ҽzҽm, sultan ibi sultan 

Ģaһ Ġsmayıl ibn sultan Heydҽr tҽcili cavab gözlҽyir. 

 

Sultan Sҽlim dinmҽdi. Mҽclis quruyub qalmıĢdı. Nҽdim 



Qarıncaoğlu qҽnimin qabağından qaçan oğul deyildi, һirsini 

boğa bilmirdi. Sultandan eһtiyat etmҽsҽydi, indicҽ elçinin 

boğazını cücҽ boğazı kimi üzҽrdi. Qҽzҽblҽ ikinci elçinin 



Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə