Əzizə Cəfərzadə



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə90/101
tarix25.08.2018
ölçüsü2,69 Mb.
#64115
1   ...   86   87   88   89   90   91   92   93   ...   101

www.vivo-book.com 

 

485 



 

Kҽnizlҽrdҽn heç birisi burda yox idi. Görünür, һҽkimbaĢı 

Tҽbarҽkin һansı bir tapĢırığınısa yerinҽ yetirmҽyҽ getmiĢdi. 

Sҽbinҽ һava kimi Ģҽffaf pҽrdҽni qaldırıb, Aytҽkinin yanına 

gҽldi. Taxtın ucunda ҽylҽĢdi. Rҽfiqҽsinin ҽlini ҽlinҽ alıb 

sığallamağa baĢladı. Lakin Aytҽkindҽ һeç bir һҽrҽkҽt 

ҽlamҽti görünmҽdi. Kirpiklҽri dҽ qırpınmadı. Sҽbinҽ tez-tez, 

lakin yavaĢ sҽslҽ danıĢmağa baĢladı. 

 

 – Mҽnҽ inanmaya bilҽrsҽn, öz iĢindi. Amma sҽn bu gecҽ nҽ 



olur-olsun sarayı tҽrk etmҽlisҽn. 

Bu sözlҽrlҽ qız yerindҽn qalxdı, üst paltarını soyunmağa 

baĢladı. Yalnız bu zaman baĢına һҽrҽkҽt vermҽdҽn gözucu 

onu izlҽyҽn Aytҽkin, qızın ҽynindҽ gҽnc ovçulara mҽxsus 

kiĢi paltarı olduğunu gördü. Dodaqları sҽyridi. Bu Ģҽfqҽt onu 

ağladacaqdı. Amma Aytҽkin ağlaya bilmҽdi. Göz yaĢları 

çoxdan, qҽbilҽsinin son nҽfҽri qılıncdan keçҽndҽ 

qurumuĢdu. Sҽbinҽ isҽ cariyҽlҽrin gҽlҽ bilҽciyindҽn qorxub, 

gҽtirdiyi paltarı sürҽtlҽ Aytҽkinin yatdığı taxtın altında 

gizlҽtdi. DaĢ kimi düĢmüĢ rҽfiqҽsinin sol ҽlini ҽlinҽ aldı. 




www.vivo-book.com 

 

486 



Pıçıltı ilҽ dedi: 

 – Arxayın ol! ġaһ bu gecҽ sarayda olmayacaq. BaĢının bir 

neçҽ adamı ilҽ deyҽsҽn Acıçaya balıq ovuna getdi. Sabaһ 

axĢama yaxın qayıdarlar. Bu gecҽ xacҽlҽrҽ vҽ dҽrbana elҽ 

bir guzҽ Ģҽrab göndҽrҽcҽyҽm ki, bir dҽ sabaһ günorta 

ҽzanına güclҽ oyansınlar. Sҽn sarayı tҽrk edib, bizim imarҽtҽ 

tҽrҽf gҽlҽndҽ mҽnim nökҽrim bir atla yolunun üstündҽ һazır 

olacaq. O, mҽnim qoca dayҽmin oğludu. Aparıb sҽni 

kҽndlҽrindҽ gizlҽdҽcҽk. Bir müddҽt dayҽmgildҽ qalarsan. 

Sonra Allaһ kҽrimdi. 

 

Sҽbinҽ ҽlinin sıxıldığını duyunca, rҽfiqҽsinin üzҽrinҽ ҽyildi. 



Aytҽkinin solğun yanağından öpüb göz yaĢları içindҽ 

pıçıldadı: 

 – Salamat get, ustad! Allaһ kömҽyin olsun. 

Sҽbinҽ xalqın dҽrbҽdҽr qızına belҽcҽ xeyir-dua verdi. 

 

 

 



Hökmdarın Ģair qҽlbi 


www.vivo-book.com 

 

487 



 

 

 



        Sҽlim 

 

Sultan yuxudan oyananda bikef idi. Bir neçҽ gün idi ki, ona 



Tҽbrizdҽn Ģaһın yeni mҽktubunu gҽtirҽn elçinin gҽldiyini 

xҽbҽr vermiĢdilҽr. O, nҽdҽnsҽ bu görüĢü istҽmirdi. Ҽslindҽ, 

sҽbҽbini bilirdi. Bilirdi ki, Ģaһın bu mҽktubu da dövtҽlҽb 

olacaq, «Mҽnҽm-mҽnҽm» deyҽcҽk. Sultan ҽvvҽlki 

mҽktublara cavab verҽndҽ dҽ indi dҽ müһaribҽni 

uzaqlaĢdırmaq istҽyirdi. Tez idi. Cҽmi bir neçҽ il idi ki, 

һakimiyyҽti ҽlҽ almıĢdı. Dava baĢlamağa nҽ һҽvҽsi, nҽ 

imkanı var idi. Sultan Ģaһla һaqq-һesabı daһa münasib vaxta 

qҽdҽr uzatmaq, Avropada xaçpҽrҽstlҽrlҽ sҽrһҽdlҽrini, Bizans 

ilҽ ҽlaqҽsini möһkҽmlҽtmҽk, Firҽngistandan alacağı odlu 

atҽĢfҽĢan topları gҽtirdib qurmaq istҽyirdi. Yalnız bundan 

sonra o, qoĢununu saһmana salıb Ģaһın cҽnginҽ çıxa bilҽrdi. 

QoĢununu tҽzҽcҽ silaһlarla, toplarla indi-indi tҽcһiz elmҽyҽ 

baĢlayırdı. Bu bir neçҽ xırda mҽmlҽkҽti caynağına keçirmiĢ 




www.vivo-book.com 

 

488 



cavan padĢaһ isҽ zҽfҽrlҽrindҽn sҽrmҽst olmuĢdu. Qҽlҽbҽlҽr 

gözlҽrini qanlı pҽrdҽylҽ örtmüĢdü. «Qoy Ģҽlҽni, gҽl 

savaĢaq», deyirdi. Sultan Sҽlim bütün vҽziyyҽtini mülaһizҽ 

edib padĢaһın ҽvvҽlki mҽktublarına eһtiyatla cavab vermiĢ, 

yazmıĢdı ki, biz bir dinin, müxtҽlif tҽriqҽtlҽrinҽ mҽnsub 

olsaq da, Allaһımız, peyğҽmbҽrimiz, Kҽbҽmiz, Quranımız 

birdir. Biz sҽninlҽ az qala qoһumuq, bir qandanıq. Yad 

düĢmҽnlҽri qoyub, dinin yağılarını buraxıb bir-birimizlҽ 

vuruĢmaq bizҽ salaһ deyil. O, çox belҽ dҽlil gҽtirmiĢdi. 

PadĢaһ isҽ Fҽrrux Yasara – ġirvan kҽndi Cabanıda, ġeybani 

xana Mҽrv һüdudunda, Ҽlvҽnd Mirzҽyҽ – ġҽrurda, Sultan 

Murad vҽ ҼslҽmiĢ bҽyҽ Hҽmҽdanın Almaqulağı torpağında 

qalib gҽlҽndҽn sonra, daһa lap gözü dünyanı görmür, һҽlҽ o 

Mҽһҽmmҽd Ustaclu!.. Diyarbҽkri alıb, Zülqҽdҽrin 

qoĢunlarını mҽğlub edib, Sultan Qansunun cҽngavҽrlҽri Dҽli 

Dolağın cümlҽtanı 300 mҽmlükünü yenib. Bununla da 

özünü dünyanın yenilmҽz sҽrkҽrdҽsi sayır. Elҽ lovğalanıb 

ki, «mҽnҽm-mҽnҽm», Ġstanbula gҽlib çatıb. Özünü elҽ 

yetirib ki, «asaram-kҽsҽrҽm»i, tҽkҽbbürü dünyanı tutub. 

Daһa Ģaһını da gözlҽmir. Mҽnҽ onun adı ilҽ һҽdҽ mҽktubları 




www.vivo-book.com 

 

489 



göndҽrir peydҽrpey... Daһa onu dҽrk elҽmir ki, һҽr yerlҽ iki-

üç yüz gҽdҽ-güdҽ qırmaqla sҽrkҽrdҽ, cҽngavҽr olmaq olmaz. 

Mҽn onun qabağına elҽ indinin özündҽ iki yüz min yeniçҽri 

çıxarda bilҽrҽm. 

 

Xҽbҽri yoxdu, deyҽsҽn. Odlu silaһlarımdan, firҽng 



toplarından... Neynҽk, türk demiĢkҽn, ağa durub – ağacan 

durub. Mҽni Ustaclu köpҽyi һamıdan çox ağrıdıb. Neynҽk! 

Bu elçini dҽ qҽbul edҽrik. Bu dҽfa dҽ ağıl, öyüd-nҽsiһҽt 

verrik. Görҽk... Amma mҽnҽ elҽ gҽlir ki, bu döyüĢ labüddür. 

Çünki cavan padĢaһı ҽһatҽ edҽnlҽr içindҽ Ustaclu 

Mҽһҽmmҽd kimi ikisi olsa, dünyada od qoymağa bҽs edҽr». 

 

Sultan Sҽlim düĢündükcҽ gözҽl, boylu-buxunlu, Ģҽstli һҽbҽĢ-



xidmҽtkar onun rҽsmi görüĢlҽr libasını ҽllҽri üstündҽ gҽtirdi. 

 

Bu, ҽrҽb xҽlifҽlҽrini tҽqlidlҽ Sultan Sҽlimin qҽbul 



mҽrasimlҽri zamanı geydiyi qara ҽmmamҽ vҽ qara ҽbadan 

ibarҽt idi. 

 



Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə