Əzizə Cəfərzadə



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə89/101
tarix25.08.2018
ölçüsü2,69 Mb.
#64115
1   ...   85   86   87   88   89   90   91   92   ...   101

www.vivo-book.com 

 

480 



Ġsmayıla tҽzҽcҽ itһaf etdiyi «Bҽngü badҽ» ҽsҽrindҽn bu 

misraları oxumağa baĢladı: 

 

 

 



Saqiya, sübһdҽmdir, eylҽ Ģitab, 

Dövrҽ gҽlsin çu meһr cami-Ģҽrab!.. 

Cami-mey sun ki, ta diliranҽ, 

Ol sҽfabҽxĢi çami-cҽm ki, müdam, 

Tҽxt ğeyrinҽdir çu badҽ һҽram. 

Ol ki, baĢlar zamanda bҽzmi-fҽraq 

PadĢaһlar baĢından eylҽr ҽyağ... 

 

 



Vҽ qız bu sözlҽrlҽ dҽ tҽzҽ «piyalҽni» Ģaһa tҽqdim etdi. 

Hökmdar qızıl nҽsb olunmuĢ mum rҽngli kҽllҽ-piyalҽni aldı; 

qıyılmıĢ, xumar gözlҽrinin önünҽ gҽtirdi, süzdü, zҽrif 

dodaqlarında xҽfif tҽbҽssüm gҽzdi, yerindҽ deyilmiĢ 

misraların kimin olduğunu soruĢa bilmҽdi. 

 



www.vivo-book.com 

 

481 



Aytҽkin bu yeni «piyalҽ» һaqqında eĢitmiĢdi, amma һҽlҽ 

onu görmҽmiĢdi. Qҽlbindҽ bir dönüĢ duydu. Ҽslindҽ 

Aytҽkin son vaxtlarda ҽcaib һallar keçirirdi. Bu һҽtta һara 

getdiyini, tacir Rҽfinin ölümündҽn sonra bir dҽfҽ dҽ üzünü 

görmҽdiyi cavan dҽrviĢ Ġbraһim Ģaһa qarĢı duyduğu һiss 

deyildi. Bu qҽribҽ alҽm idi. O, Ġsmayılın mayası mҽһҽbbҽtlҽ 

yoğrulmuĢ һҽr misrasını, һҽr beytini, һҽr nҽfҽsini, һҽr 

qҽzҽlini, xüsusilҽ «Dҽһnamҽsini» oxuduqca qҽlbindҽ 

indiyҽdҽk duymadığı һisslҽr baĢ qaldırırdı. Qız bilmirdi ki

bu һisslҽr sҽnҽti anlayan, dҽrk edҽn gözҽl vҽ cҽsur bir 

cavana bҽslҽnҽn mҽһҽbbҽtdirmi, yoxsa onu ҽĢarına mҽftun 

olduğu bir Ģairҽ doğru cҽzb edҽn ülvi, ilaһi eĢqdir? 

 

Qız bu duyğuların ҽsiri idi. Ona elҽ gҽlirdi ki, yavaĢ-yavaĢ 



saraya gҽlmҽsinin sҽbҽbi – intiqam arzusu soyumağa 

baĢlayır. Axı o, iki il qoca vҽzirin evindҽ tamamilҽ azad 

yaĢamıĢdı. Ġstҽdiyi yerҽ çıxıb gedҽ bilҽrdi. Amma bu illҽr 

ҽrzindҽ onu intiqam һissi yaĢatmıĢdı, һalbuki indi Ġsmayılın 

qҽzҽllҽri mҽһҽbbҽt muğamına çevrilib, onun qҽlbindҽ yeni-

yeni tҽzҽ һisslҽr, mҽqamlar bҽstҽlҽyirdi. 




www.vivo-book.com 

 

482 



Bu tҽzadlı duyğular az qala Aytҽkinҽ qalib gҽlҽcҽk, bҽlkҽ dҽ 

Ģeir – Ģair qҽlҽbҽ çalacaq, onu gözҽl bir Ģeiriyyҽtin bҽdi 

pҽrҽstiĢkarına çevirҽcҽkdi. Lakin indi... o bu tҽzҽ «piyalҽni» 

görüncҽ özünü unutdu. 

Mҽclisҽ xҽfif pıçıltı düĢdü. Aytҽkin Fҽnanın ҽlindҽ 

qızıla tutulmuĢ kҽllҽni görҽndҽ, һҽr Ģeyi anladı. EĢitmiĢdi, 

amma inanmırdı. Bu Ģaһın yeni «piyalҽsi» idi. Qızın 

qҽlbindҽn soyuq bir gizilti keçdi. Bu piyalҽ onun qardaĢının 

da baĢı ola bilҽrdi. Bҽdҽninin bütün hüceyrҽlҽri üsyan etdi. 

Damarlarındakı һҽr damla qan qҽbilҽsinin bir üzvünün qanı 

kimi coĢdu vҽ tҽlatümҽ gҽldi. Piyalҽ mҽclisdҽ ҽldҽn-ҽlҽ 

gҽzib, dolub-boĢaldıqca Aytҽkinin üsyanı göylҽrҽ dirҽndi, 

gözlҽrini qan örtdü: «Yox buradakı Ģair qҽlbi deyil. ġair 

qҽlbi һaqsız qanların tökülmҽsinҽ, kҽllҽdҽn piyalҽ 

yapılmasına һökm verҽ bilmҽzdi. Mҽn görmҽliyҽm... Mҽn 

onu görmҽliyҽm!» – Sözlҽri ilҽ yerindҽn sıçradı. Mҽclisin 

ortasına cumdu. Rҽqs edircҽsinҽ ҽlini kҽmҽrinҽ atıb, 

qardaĢının kiçik qҽmҽsini çıxartdı vҽ taxtın üstündҽ sҽrmҽst 

һalda mütҽkkҽlҽrҽ dirsҽklҽnmnĢ Ģaһın üzҽrinҽ atıldı. Amma 

zҽrbҽni endirҽ bilmҽdi. Qüvvҽtli bir ҽl, bilҽyindҽn yapıĢdı, 




www.vivo-book.com 

 

483 



sıxdı. Bu pҽlҽng, aslan ovuna adҽt etmiĢ Ģaһın ҽli idi. O, 

bütün ovçular kimi tҽһlükҽnin baĢ vermҽsindҽn bir ay ҽvvҽl 

duymaq qabiliyyҽtinҽ malik idi. Pҽlҽngin yumĢaq, xҽfif, 

gözlҽnmҽz sıçrayıĢını çox görmüĢdü. Qҽmҽnin qızın ҽlindҽn 

düĢmҽsilҽ yerҽ yıxılması bir oldu. Mҽclisdҽki qadınlardan 

ani bir һayqırtı qopdu vҽ sonra һamı donub yerindҽ qaldı. 

Tҽkcҽ Sҽbinҽ özünü itirmҽyib, cürҽtlҽ müҽllimҽsinҽ tҽrҽf 

yüyürdü. Onun yarım һissiz bҽdҽnini qucaqlayıb, indicҽ 

Ģaһın oturduğu taxta sürüklҽdi. 

 

  Sҽbinҽ güzgülü otağa daxil olanda, bura suyu sovulmuĢ 



dҽyirmana bҽnzҽyirdi. Bir neçҽ gün ҽvvҽlki iĢrҽt 

mҽclisindҽn ҽsҽr-ҽlamҽt yox idi. Yarım qaranlıq otaqda 

xoflu xҽyala bҽnzҽyҽn kölgҽlҽr, Sҽbinҽnin güzgülҽrdҽki öz 

ҽkslҽri idi. Ġçҽriyҽ nabҽlҽd adam girsҽydi yerindҽcҽ donub 

qalardı. Sҽbinҽ isҽ bu otağa bҽlҽd idi. O, rҽfiqҽsinin yataq 

otağının içҽri qapısına yaxınlaĢdı. Yarımaçıq qapıdan atası 

ilҽ sarayın baĢ һҽkimi һacı Tҽbarҽkin söһbҽtini eĢidib 

dayandı. Qulaq verdi. Atası deyirdi: 

 – Düz buyurursuz! Mҽn dҽ fikir vermiĢҽm. Qızın 



www.vivo-book.com 

 

484 



gözlҽrindҽki dҽlilik deyil, nifrҽt vҽ qҽzҽb ҽlamҽtidir. 

HҽkimbaĢı dedi: 

 

 – Orası elҽdi. Amma bir mҽsҽlҽ dҽ var ki, bir-iki günҽcҽn 



qız büsbütün özünҽ gҽlҽndҽ Ģaһ da bunu anlayacaq. Ġndi 

böyük bir mҽһҽbbҽt bҽslҽdiyi kҽnizҽ qarĢı qҽlbindҽ qҽzҽb 

baĢ verҽcҽk. Sҽbҽbini bilmҽk istҽyҽcҽk. Kim? Nҽ üçün? 

Suallarına qız cavab vermҽli olacaq. Qorxuram iĢgҽncҽlҽrҽ 

dözmҽyҽ. 

Sҽbinҽ mükalimҽnin sonunu dinlҽmҽdi. Qeyri-ixtiyari mҽxfi 

söһbҽtdҽ iĢtirak etdiyinin atasına belҽ bҽlli olmasını 

istҽmҽdi. Saray һҽyatının һҽr üzünҽ bҽlҽd olan qız, sürҽtlҽ 

döndü, güzgülü otağı tҽrk edib, öz imarҽtina qayıtdı, otağına 

çҽkildi. Heç yarım saat keçmҽmiĢ libasını dҽyiĢib, atasının 

saraya tҽrҽf yollandığını görüncҽ fiqҽsinҽ dҽymҽyҽ getdi. 

 

Sҽbinҽ Aytҽkinin yanına girҽndҽ yatacaq taxtının önünҽ 



çҽkilmiĢ zҽrif tül pҽrdҽnin arxasında qızın sağ ҽlini zҽrif 

alnına, sol ҽlini yanına uzadıb, gözlҽrini bҽzҽkli otağın 

tavanına zillҽdiyini gördü. 



Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə