F. Köçərli adına Respublika



Yüklə 446,38 Kb.
Pdf görüntüsü
səhifə15/16
tarix20.09.2017
ölçüsü446,38 Kb.
#934
1   ...   8   9   10   11   12   13   14   15   16

58 

 

   



 

  Ümumdünya Gözəllik Günü 

 

XX  əsrdə  kosmetologiya  sahəsində  əsl  inqilab  baş 



vermişdir.  Beynəlxalq  Estetika  və  Kosmetologiya  Komitəsi 

(SİDESKO)  Beynəlxalq  Gözəllik  Gününün  (İnternational 

Beauty Day) yaradılması təşəbbüsü ilə çıxış etmişdir və bu gün 

hər  il  sentyabrın  9-da  qeyd  olunur.  Beynəlxalq  Estetika  və 

Kosmetologiya  Komitəsi  dünyada  əsas  beynəlxalq  gözəllik 

terapiyası assosiasiyası hesab olunur və 1946-cı ildə Brüsseldə 

yaradılmışdır.  Bir  çox  ölkələrdə  33  şöbəsi  olan  komitə  bütün 

dünyada  minlərlə  həkimi  birləşdirir.  1995-ci  ildən  başlayaraq 

hər ilin 9 sentyabr günü bütün gözəl olan, estetik və mənəvi həzz 

bəxş edən hər şey alqışlanır, təqdir olunur.  

Dünyada ilk gözəllik yarışması 1888-ci ilin sentyabrında 

Belçikada,  ilk  “Dünya  gözəli”  müsabiqəsi  isə  1951-ci  ildə 

Londonda  keçirilmişdir.  Kosmetoloqlar,  kosmetik  vasitələrin 

istehsalçıları  və  satıcıları,  plastik  cərrahlar,  model  biznesinin 

nümayəndələri bu  günü  peşəkar bayramları kimi qeyd  edirlər. 

Öncə  gözəlliyə  həsr  olunmuş  kitab  sərgisi  qurmaq  lazımdır. 

Kitab  sərgisini  aşağıdakı  başlıqlar  altıdan  qurmaq  olar: 

“Dünyanı gözəllik xilas edəcək”; “Hər yerdə gözəllik yaratamaq 

və gözəllik görmək - əsl xoşbəxtlikdir”, “Gözəllik – həqiqət kimi 

bölünməzdir!”. 

Gözəllik 

haqqında 

görkəmli 

şəxsiyyətlərin 

deyimlərindən də istifadə etmək olar: 

 

 



 


59 

 

Uşaqlar  gözəllik  -  oyunlar,  nağıllar,  musiqi,  rəsmlər, 



fantaziylar, yaradıcılıq dünyasında yaşamalıdırlar.  

 

 



 

 

 



 

 

 



 V.A.Suxomlinski, 

 

 



 

 

 



       pedaqoq 

 

Əgər  göy  qurşağı  göydə  çox  qalarsa,  ona  heç  kim 

baxmaz. 

 

 



 

 

 



 

      İ.V.Höte, 

 

 

 



 

 

       alman şairi 



 

İnsanda hər şey gözəl olmalıdır: üzü də, paltarı da, qəlbi 

də, fikirləri də. 

A.

 

P. Çexov, 

 

 



 

 

                  rus yazıçısı 



 

Hər  bir  həqiqət  gözəllik  deyil,  amma  hər  bir  gözəllik 

həqiqətdir. 

 

 



 

 

 



 

        K. S. Stanislavski, 

 

 

 



 

 

    teatr rejissoru 



 

Təbiət  qadına  demişdir:  bacarırsansa  gözəl  ol, 

istəyirsənsə müdrik ol, amma sən mütləq ağıllı olmalısan.  

 

 



 

 

 



 

 P. O. Bomarşe, 

 

 

 



                        fransız dramaturqu 

 

 




60 

 

Yeganə gözəllik – sağlamlıqdır. 



 

 

 



 

 

          H. Heyne, 



 

 

 



 

 

         alman şairi 



 

Azadlığa gedən yol yalnız gözəllikdən keçir. 

 

 

 



 

 

 



F. Şiller,  

 

 



 

 

 



 

alman şairi 

 

Kitabxanada  Ümumdünya  Gözəllik  Gününə  həsr 

olunmuş ədəbi-bədii gecə keçirmək olar.  

Gözəllik – çox geniş anlayışdır. O, mükəmməlliyi ifadə 

edən,  obyektin  aspektlərinin  harmonik  uyğunluğunu  bildirən 

estetik  kateqoriyadır.    Gözəllik  –  mədəniyyətin  ən  mühüm 

kateqoriyalarından biridir. Onun miqyası kainatın özü boydadır. 

Onun  insan  həyatının  bütün  sferalarına  təsiri  çox  böyükdür. 

Bütün insanların ona ehtiyacı var. Gözəllik harmoniya yaradır, 

ruhu qidalandırır və ona ümid verir. O, dahi insanın ağlına təsir 

edən kimi, mütləq nə isə çox gözəl bir şey ortaya çıxır. Dünya 

incəsənətinin  şedevrləri  də  məhz  belə  yaranmışdır.  Uşaq  və 

yeniyetmə  uşaqlarda  gözəlliyin,  estetikanın  tərbiyə  olunması 

üçün  kitabxanada  maraqlı  sərgilər  qurmaq,  tədbirlər  keçirmək 

olar.  “Sən  gözəlliyi  nədə  görürsən”  adlı  inşa  müsabiqəsinin 

keçirilməsi məqsədəuyğun olar.  

 

 

 



 

 

 



 


61 

 

 



Beynəlxalq Savadlılıq Günü 

 

Beynəlxalq Savadlılıq Günü (İnternational Literasy Day) 



Beynəlxalq  Millətlər  Təşkilatı  sistemində  qeyd  olunan 

bayramlardandır.  O,  1965-ci  ilin  sentyabrında  Tehranda 

keçirilmiş  Təhsil  nazirlərinin  savadsızlığın  ləğv  edilməsi  üzrə 

ümumdünya konfransının tövsiyələri ilə YUNESKO tərəfindən 

1966-cı  ildə  təsis  olunmuşdur.  Sentyabrın  8-i  bu  konfransın 

təntənəli açılışı günüdür. Bu günün  əsas məqsədi YUNESKO-

nun fəaliyyətinin əsas sahələrindən biri olan, ayrı-ayrı şəxslərin, 

icmaların,  birliklərin  hüquq  və  imkanlarının  genişləndirilməsi 

aləti  kimi  savadlılığın  yayılması  sahəsində  beynəlxalq  birliyin 

səylərini fəallaşdırmaqdır. Savadlılıq bəşəriyyət üçün həqiqətən 

bayramıdır.  Çünki  bu  sahədə  nəhəng  uğurlar  qazanılmış,  Yer 

kürəsində savadlı insanların sayı 4 milyarda çatmışdır. Lakin bir 

çox  ölkələrin  bu  sahədəki  böyük  uğurlarına  baxmayaraq, 

dünyada 860 milyon yaşlı insan hələ də savadsızdır, 100 milyon 

uşaq isə məktəbə getmir. Saysız-hesabsız uşaq, gənc və böyük 

isə  müasir  dövrün  tələblərinə  cavab  verən  səviyyədə  savada 

malik deyillər, bu da onları savadlı hesab etməyə imkan vermir. 

Bu əlamətdar günün qeyd olunmasında hökumətlər, çoxtərəfli, 

ikitərəfli  və  qeyri-hökumət  təşkilatları,  özəl  sektor,  birliklər, 

cəmiyyətlər,  həmçinin  müəllimlər,  bu  sahənin  mütəxəssisləri, 

tələbələr iştirak edirlər. Qeyd etmək lazımdır ki, hər il Savadlılıq 

Günü müəyyən mövzuya həsr olunur. Belə ki, o, müxtəlif illərdə 

aşağıdakı devizlər altında keçirilmişdir: “Qadınlar üçün savadın 

əhəmiyyəti”,  “Savadlılıq  şəxsi  imkanları  genişləndirir”, 

“Savadlılıq və sağlamlıq”, “Savadlılıq sabit inkişafı təmin edir”, 

“Keçmişi oxuyaraq, gələcəyi yazırıq” və s. 




Yüklə 446,38 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə