F. Köçərli adına



Yüklə 278,97 Kb.
Pdf görüntüsü
səhifə2/10
tarix21.06.2018
ölçüsü278,97 Kb.
#50236
1   2   3   4   5   6   7   8   9   10

 

vəhdət təşkil edir. Qara Qarayev Azərbaycanın qədim musiqisi 



ilə  Qərbi  Avropa  və  rus  klassik  musiqisinin  ən  yaxşı 

nümunələrini  birləşdirərək  yaradıcılıq  üfüqünü  çox  cəsarətlə 

genişləndirdi.  Onun  novatorluğunu  bütün  dünya  qəbul  edirdi.  

Q.  Qarayevin  musiqisi  onun  həyatının  –  sənətkar  həyatının, 

parlaq,  dolğun  və  istedadlı  insan  həyatının  dəqiq  inikası  idi. 

Müasir bəstəkarlıq məktəbinin layiqli başçısı olan Q.Qarayev öz 

ideyalarını,  fikirlərini,  elmə,  incəsənətə  baxışlarını  səxavətlə 

başqaları  ilə  hər  zaman  bölüşmüşdür. 

Dövrdən,  zamandan, 

quruluşdan  asılı  olmayaraq  bəstəkarın  dərin  məna  çalarları  ilə 

zəngin  əsərləri  hər  zaman  bəşərə,  estetik  və  mənəvi  tərbiyəyə, 

əxlaqa,  inama,  etibara,  ülvi  hiss  və  sevgiyə,  nəzakətə, 

mehribanlığa,  vətənə,  doğma  torpağına,  təbiətə  və  cəmiyyətə 

dəyərli ismarıc bir vasitə olmuşdur desəm, yəqin ki, yanılmaram. 

Qara  Qarayevin  musiqisi  bəşəri  ideyalarla  elə  zəngindir  ki, 

tükənmək bilməyən bədii fantaziyası ecazkar bir aləm yaradıb. 

Q.Qarayevin  bədii  təfəkküründən  süzülən  hər  bir  musiqi        

əsəri  təsirli,  düşündürücü  fikir  və  ideyalarla  zəngindir.

 

Bu                    



il  görkəmli   Azərbaycan   bəstəkarı   Qara  Qarayevin  100  yaşı  

tamam olur. Bu münasibətlə F.Köçərli adına Respublika Uşaq 

Kitabxanasının Elmi Metodika şöbəsi olaraq  bu vəsaiti yazmağı 

özümüzə  borc  bildik.  Vəsait  iki  hissədən  ibarətdir.  I  hissədə 

Q.Qarayevin həyat və yaradıcılığından söhbət açılır. II hissədə 

isə  kitabxanaçılara  metodik  köməklik  məqsədilə  Q.Qarayevin 

yubileyi ilə bağlı keçiriləcək tədbirlərin planı verilmişdir.  

 

 



                             

 

 



 


 

Qara Qarayevin ölməz irsi 

     Azərbaycan xalqının mədəniyyət salnaməsini yaradan böyük 

şəxsiyyətlər  arasında  musiqiçilər  həmişə  şərəfli  yer  tutmuşlar. 

XX  əsr  bu  baxımdan  Azərbaycan  incəsənəti  üçün  sözün  əsl 

mənasında qızıl əsrdir. Dahi Ü. Hacıbəyov ilə yanaşı, bu əsrin 

tarixi  səhifələri böyük bəstəkar, pedaqoq, musiqi-ictimai xadimi 

Q.  Qarayevin  adı  ilə  bağlıdır.  Q.  Qarayev  musiqisi  əsrin 

yaddaşına  təkcə  Azərbaycan  hüdudlarında  deyil,  ümumbəşəri 

əhəmiyyətə malik xəzinə kimi daxil olmuşdur. Bəli, Q. Qarayev 

dünya musiqi mədəniyyətinin nadir simalarındandır. Onun dərin 

məzmunlu, zəngin, milli gerçəklik hüdüdlarından kənara çıxan, 

böyük  ümumiləşdirmə  qüvvəsinə  malik  musiqisi  XX  əsr 

ümumbəşər  mədəniyyətinin  ən  nadir  səhifələrindən  biri  kimi 

əhəmiyyətlidir.  Bəstəkar  özündən  əvvəl  gələn  sənətkarların 

yaradıcılıq irsinə yeni baxışla yanaşmış, incəsənətdə öz yolunu 

tapmağa nail olmuşdur. Bəstəkarın "Leyli və Məcnun" simfonik 

poeması,  "Yeddi  gözəl"  və  "İldırımlı  yollarla"  baletləri,  "Don 

Kixot" simfonik qravürləri,  III simfoniyası,  skripka və orkestr 

üçün  əsərləri  musiqi  salnaməsinin  ən  qiymətli  səhifələridir. 

Q.Qarayevin  həyata  müasir  baxışı,  həyat  həqiqətlərini  əsl 

vətəndaş  mövqeyindən  tərənnüm  etmək,  ona  müdaxilə  etmək 

bacarığı, milli motivlərə müasir münasibət, onun sənət qayəsinə 

xas olan əsas cəhətlərdir. Elə buna görə də maestro Niyazi Qara 

Qarayev  musiqisini  "ürəkdən  od  qoparan  sirli  bir  dünya" 

adlandırmışdır.  Q.  Qarayev  milli  musiqimizə  yeni  məzmunla 

yanaşı müasir ifadə vasitələri, yeni janrlar gətirmişdir. Bəstəkar 

həm  klassikaya  arxalanır,  həm  də  klassik  ənənələri  daxilən 

dinamik şəkildə dəyişdirir, müasir məzmuna tabe edir. Məsələn, 

E.  Rostanın  "Sirano  de  Berjerak"  komediyasının  motivləri 

əsasında  "Çılğın  qaskoniyalı"  müziklində  müasir  estrada 

musiqisinin səciyyəvi xüsusiyyətləri intibah dövrünün üslubu ilə 

uzlaşdırılır, II simfoniyada İ. S. Bax yaradıcılığının dəsti-xətti, 

simli  kvartetdə  V.  A.  Motsartın,  baletlərin  dramaturji 




 

kompozisiyasında  P.İ.Çaykovsiki  və  S.Prokofyevin,  orkestr 



çalarlarında  isə  impressionizmin  təsiri  duyulur.  Bəstəkarın 

yaradıcılığında  diqqəti  cəlb  edən  daha  bir  cəhət  onun  başqa 

xalqların musiqi və mədəniyyətinə böyük marağıdır. Bu maraq 

onun vətəndaşlıq pozisiyası, onun bir sənətkar kimi dünyada baş 

verən hər bir hadisəyə öz münasibətini bildirmək məsuliyyəti ilə 

bağlı meydana gələn bir maraq idi. Bu cəhətdən onun "Vyetnam 

suitası",  "Alban  rapsodiyası",  "İldırımlı  yollarla"  baleti,  "Don 

Kixot" qravürləri diqqəti cəlb edir.  

    Qara  Əbülfəz  oğlu  Qarayev  1918-ci  ildə  Bakıda  həkim 

ailəsində  anadan  olmuşdur.  O,  ilk  musiqi  təhsilini  musiqi 

məktəbində Kozlovun başçılığı altında alır, 30-cu ildə isə Bakı 

musiqi  texnikumunda  yüksək professional  keyfiyyətlərə malik 

müəllim Şaroyevin sinfində təhsilini davam etdirir. Bəstəkarlığa 

olan  meyil  onu  Konservatoriyaya  gətirib  çıxarır.  Hələ  tələbə 

ikən  o,  öz  qələmini  simfonik  və  kamera  əsərlərində  sınayır. 

1937-ci  ildə  onun  "Tsarskoye  selo  heykəli"  fortepiano  əsəri, 

orkestr üçün yazılmış "Nəğmələr" əsəri meydana gəlir. Bəstəkar 

1939-cu  ildə  Moskva  Dövlət  Konservatoriyasına  daxil  olur. 

Burada təhsil illərində Cövdət Hacıyevlə birgə "Vətən" operası 

üzərində  işləyir.  Bu  dövrdə  yazdığı  əsərlər  artıq  onun  fitri 

istedada  malik  olduğunu  nümayiş  etdirir.  Bu,  “Fortepiano 

üçün üçsəsli fuqa” " (1939), simfonik orkestr üçün "Passakaliya 

və üçmövzulu fuqa" (1941), nəfəsli alətlər üçün "İdman" süitası 

(1938), "Ömər Xəyyamın sözlərinə 6 rübai" (1946) romanslar 

məcmuəsi  idi.  1943-cü  ildə  bəstəkar  2  hissədən  ibarət  olan           

si-minor  simfoniyasını  başa  çatdırır.  Bu  əsər  S.  Hacıbəyov  və           

C.  Hacıyevin  simfoniyaları  ilə  yanaşı  milli  simfonizmin 

yaranmasına  zəmin  yaradır.  1946-cı  ildə  bəstkar  Do-major 

tonallıqlı II simfoniyasını başa çatdırır. 5 hissədən ibarət  olan 

bu  əsərdə  Böyük  vətən  müharibəsinin  qurtarması  ilə  əlaqədar 

olaraq,  insanların  keçirdiyi  həyacan  hissi  təsvir  olunmuşdur. 

1947-ci ildə Nizami Gəncəvinin anadan olmasının 800 illiyi ilə 

əlaqədar  Q.Qarayev  "Leyli  və  Məcnun"  simfonik  poemasını 



Yüklə 278,97 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə