F. Köçərli adına



Yüklə 278,97 Kb.
Pdf görüntüsü
səhifə7/10
tarix21.06.2018
ölçüsü278,97 Kb.
#50236
1   2   3   4   5   6   7   8   9   10

21 

 

Oxucu konfransı 



     Kitabxanalarda  Qara  Qarayevin  100  illik  yubileyi 

münasibətilə “Səmaya yüksələn bəşəri musiqi” adlı  konfransın 

təşkili  məqsədəuyğundur.  Konfransdan  öncə  onun  proqramı 

tərtib  edilməli,  konfransın  keçiriləcəyi  dəqiq  vaxt  müəyyən 

olunmalıdır.  Proqramda  konfransda  çıxış  edəcək  qonaqların, 

bəstəkarların, 

konservatoriyanın, 

musiqi 


texnikumunun 

tələbələrinin  və  məktəblilərin  adları,  onların  çıxış  edəcəkləri 

mövzular,  tədbirin  keçiriləcəyi  məkan  və  zaman  qeyd  olunur. 

Oxucu konfransının planını sizə təqdim edirik: 

1.  Giriş hissə: “Səmaya yüksələn bəşəri musiqi” 

2.  Bu  mövzuda  kitabxana  rəhbərliyinin,  bəstəkarların, 

tələbələrin,  musiqi  məktəblərinin  şagirdlərinin,  gənclər 

təşkilatlarının aparıcı şəxslərinin çıxışları; 

3.  Yuxarı  sinif    şagirdlərindən  ibarət  olan  oxucuların  bu 

mövzuda hazırladığı slaydların təqdimatı; 

4.   Konfransın yekunu.  

 

                                 Biblioqrafik icmal 



     Dünya  şöhrətli  bəstəkarımız  Qara  Qarayevin  xatirəsini 

əbədiləşdirmək  üçün  kitabxanalarda  biblioqrafik  icmalların 

təşkili  məqsədəuyğundur.  Biblioqrafik  icmalın  birinci 

hissəsində    kitabxanaçı  oxuculara  Qara  Qarayevin  həyat  və 

yaradıcılığı  haqqında  ətraflı  məlumat  verir.  Sonra  isə 

kitabxananın  fondunda  olan  Qara  Qarayev  haqqında  olan 

ədəbiyyatlar əsasında bibloqrafik icmal edir. 



22 

 

 Qara  Qarayev  –  tələbələrinin 



xatirəsində  –  adlı  kitabda  esse,  

oçerk,  portret  cizgiləri  və  foto 

sənədlər  toplusu  2009-cu  ildə  Bakı 

“Şərq-Qərb”  nəşriyyatı  tərəfindən 

nəşr olunmuşdur. Kitab – fotoalboma 

daxil 


olan 

xatirələr  bəstəkarın 

çoxnəsilli  tələbələrinə  məxsusdur. 

Bu  xatirələrin  fonunda  bəstəkarın 

müxtəlif 

yaradıcılıq 

dövrlərinə           

aid  yadda  qalan  anları  çoxsaylı                  

fotoşəkillərlə təmsil olunur. Kitabda 

Qara  Qarayevin  yaradıcılıq  fəaliyyətinin  bütün  sahələri 

xronoloji ardıcıllıqla işıqlandırılmışdır. Kitab peşəkar musiqiçi 

mütəxəssislərinə,  musiqi  elmi  tədqiqatlarına  və  ümumən 

musiqisevər insanlara ünvanlanır. 

“XX  əsr  Azərbaycan  musiqisi”  kitabında 

musiqişünas,  alim  və  pedaqoq,  Əməkdar 

incəsənət xadimi, professor Aida Tağızadənin 

müxtəlif illərdə Azərbaycanda və xaricdə nəşr 

olunmuş elmi, tənqidi, publisistik məqalələri 

toplanmışdır.  Əsas  bölmələrdə  Azərbaycan 

bəstəkarlarının,  portretləri,  musiqi  həyatının 

hadisələri  ilə  bağlı  düşüncələr  qələmə 

alınmışdır.  Toplu  Azərbaycan  musiqisi  ilə 

maraqlanan oxucular, mütəxəssislər üçün nəzərdə tutulmuşdur. 

Kitab  2011-ci  ildə  “Elm  və  təhsil”  nəşriyyatında  çap 

olunmuşdur.  




23 

 

“Qara  Qarayevi  anarkən”  adlı  kitabda 

böyük  bəstəkar  və  alim  Qara  Qarayevə 

həsr  edilmiş  elmi  konfransın  materialları 

məqalələr  toplusu  şəklində  təqdim 

edilmişdir.  Kitabın  ön  sözündə  Qara 

Qarayevin yaradıcılığının  xasiyyətnaməsi 

verilmiş,  məqalələrdə  bəstəkar  xalq 

musiqisinin  bilicisi,  alim  mütəfəkkir, 

simfoniyaçı  kimi  təqdim  edilmişdir. 

Kitabda  həmçinin  onun  teatr,  opera 

musiqisi, vokal yaradıcılığında musiqi ilə 

mətnin qarşılıqlı əlaqəsi, “Çılğın qaskoniyalı” muzikli haqqında 

araşdırmalar  öz  əksini  tapmışdır.  Toplu  Azərbaycan  və  rus 

dillərindədir.  

 

Qara  Qarayev:  Biblioqrafiya.  Kitab  

2008-ci  ildə  nəşr  olunmuşdur.  Tərtib 

edənlər:  R.  Orucəliyeva,  H.  Haşımova           

və  başqaları.  Elmi  red.  və  ön  sözün 

müəllifi.:Z.Səfərova; Kitab Q.Qarayevin 90 

illik  yubileyi  münasibətilə  M.  F.  Axundov 

adına Milli Kitabxanada Azərbaycan və rus 

dillərində hazırlanmışdır.  

Qara  Qarayev:  Oçerklər.  Kitab  2003-cü 

ildə  “Çinar-Çap” nəşriyyatı tərəfindən çap 

olunmuşdur.  Qara  Qarayev  haqqında 

məqalələr toplusu dahi bəstəkarın çoxşaxəli 

yaradıcılığına  həsr  olunmuşdur.  Kitabda 

məqalə  müəllifləri  Q.Qarayevin  musiqi 

əsərlərini  XX  əsr  Azərbaycan  musiqisinin 

tarixi, 


nəzəri, 

estetik 


problemləri 

kontekstində araşdırırlar.  




24 

 

Sual – cavab gecəsi 

     Qara  Qarayevin  100  illik  yubileyi  münasibətilə  keçirilən  

tədbirlərdən  biri  də  sual-cavab  gecəsidir.  Sual-cavab  gecəsi 

kitabxanaçı  tərəfindən  hazırlanır.  Kitabxanaçı  əvvəl  görkəmli 

bəstəkar  haqqında  məlumat  verir.  Sonra  isə  sualları  oxuculara 

paylayır.  Suallara  ən  dolğun  cavab  verən  oxucu  kitabxananın 

müdiriyyəti tərəfindən mükafatlandırılır.  



Suallar:

 

1. Qara Qarayev kimdir? 



Görkəmli Azərbaycan bəstəkarı və pedaqoqu. SSRİ Xalq

 

artisti  



Qara Qarayev böyük bəstəkar olmaqla bərabər, həm də zəngin 

dünya  görüşə,  ensiklopedik  biliyə,  iti  zəkaya  malik  alim, 

mütəfəkkir  idi.  O,  dünya  musiqi  elminin  son  nailiyyətlərini 

böyük  dəqiqliklə  öyrənmiş,  mənimsəmiş,  dünya  musiqisinin, 

eləcə  də  ədəbiyyatının,  rəssamlığının,  teatrının  gözəl  bilicisi 

olmuşdur. 

2. Qara Qarayevin hansı operaları ilə tanışsınız? 

Cavab: “Vətən”, “Zəriflik” . 

3. Bəstəkarın baletlərindən hansının adını çəkə bilərsiniz? 

“Yeddi gözəl”, “İldırımlı yollarla” baletləri. 

4. Qara Qarayevin hansı vokal-simfonik əsərləri var? 

 “Könül nəğməsi”, “Səadət nəğməsi”. 

5.Qara qarayevin orkestr üçün əsərləri hansılardır? 

“Leyli və Məcnun” simfonik poeması,“Yeddi  gözəl” simfonik 

suitası, “Don Kixot” simfonik qravürləri. 

6.Qara Qarayevdən bəhs edən filmin adı nədir? 

Filmin adı “Bu, həqiqətin səsidir”. 

7. Film neçənci ildə çəkilmişdir? 

1968-ci ildə. 

8.Qara Qarayevin uşaqlar üçün bəstələdiyi mahnıların adı nədir? 

“Gənclik mahnısı”, “Dəniz neftçiləri haqqında mahnı”, “Dənizi 

fəth edənlər”, “Sülh haqqında mahnı”, “Yeddi gözəl” baletindən 

“Vals”. 



Yüklə 278,97 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə