F. Köçərli adına



Yüklə 278,97 Kb.
Pdf görüntüsü
səhifə10/10
tarix21.06.2018
ölçüsü278,97 Kb.
#50236
1   2   3   4   5   6   7   8   9   10

31 

 

Ədəbi-bədii gecə 

     Kitabxanada bəstəkarın həyat və yaradıcılığından bəhs edən 

ədəbi-bədii  gecə  də  təşkil  etmək  olar.  Unudulmaz  bəstəkarın 

xatirəsinə  həsr  olunmuş  “Qüdrəti  hüdudsuz  sənətkar”  adlı 

ədəbi-bədii  gecəyə  müxtəlif  sənət  adamları,  jurnalistlər, 

müəllimlər, musiqi məktəbinin şagirdləri dəvət olunur. Qonaqlar 

bəstəkarın  şəkilləri  ilə  bəzədilmiş  zalda  öz  yerlərini  alırlar. 

Gecənin  qonaqları  ilk  olaraq  “Qara  Qarayev  dühası”  adlı 

slayda  baxmağa  dəvət  edilir.  Gecəni  açıq  elan  etmək  üçün 

aparıcılar  səhnəyə  yaxınlaşırlar.  Hər  iki  aparıcı  qonaqları 

salamlayaraq, onlara gecədə iştirak etdikləri üçün təşəkkürlərini 

bildirirlər. 

 

I aparıcı: Qara Qarayevin adı Azərbaycan xalqı üçün daimi və 

əzizdir. Azərbaycanın elə bir guşəsi yoxdur ki, orada hər bir kəs 

bu  dahi  sənətkarın  musiqi  dühasının  sehrinə  düşməsin,  onun 

“Yeddi  gözəl”,  “İldırımlı  yollarla”  baletlərindən,  “Leyli  və 

Məcnun” simfonik poemasından xəbərsiz olsun. Q. Qarayev öz 

əsərləri ilə daim sevilən və insanı düşündürən sənətkardır, çünki 

o, həmişə doğma torpaqdan qüdrət almış, muğam, aşıq musiqisi, 

xalq  nəğmələri  kimi  milli  musiqimizin  saf  çeşməsindən  su 

içmişdir.  Qara  Qarayev  dedikdə  nəzərimizdə  dahi  bəstəkar, 

böyük vətəndaş, sənətin zirvələrini fəth edib xalqını dünyaya bu 

zirvədən  tanıdan  bir  şəxsiyyət  canlanır.  Üzeyir  Hacıbəyli 

məktəbinin  layiqli  davamçısı  olan  bəstəkar  novator  meyilləri 

ilə  öz  üslubunu  yaratmış,  əsərləri  milli  hüdudları  yararaq 

dünyanın müxtəlif qitələrinə yol açmışdır. 

II  aparıcı:  Eyni  zamanda  Q.Qarayev  bəşəri  hörmət  qazanmış 

sənətkardır.  Çünki  sənət  yolunda  yeni  cığırlar  açaraq,  yalnız 

özünəməxsus  üslub  yaratmış  bəstəkar  təkcə  öz  xalqının  deyil, 

həm də dünya musiqi tarixinin bütün dövrlərinin nailiyyətlərini 

mənimsəmiş,  dünya  musiqi  mədəniyyəti  xəzinəsini  misilsiz 

əsərləri ilə zənginləşdirmişdir.    



I aparıcı: Qüdrətli bəstəkarın irsi son dərəcə geniş və zəngindir. 

Bunu  onun  müraciət  etdiyi  müxtəlif  janr  və  rəngarəng 




32 

 

mövzularda  görmək  olar.  Demək  olar  ki, Q.Qarayev bütün 



janrlarda  eyni  coşqunluqla  çalışmış,  novatorluğu  və  bədii 

cəhətdən yüksək səviyyəsi ilə fərqlənən yeni əsərlər yaratmışdır. 

Bəstəkarın  geniş  şöhrət  qazanmış  və  musiqi  mədəniyyətinin 

qızıl  fonduna  daxil  olmuş  baletləri,  simfonik  poeması, 

simfoniyaları,  kamera-instrumental  əsərləri,  kinofilm  və  teatr 

tamaşalarına yazılmış musiqisi bunu bir daha təsdiq edir. 



Gənclik mahnısı (Mus: Qara Qarayev, söz:Evgeni Dolmatovski) 

Dalğalı Xəzərdə biz saldıq 

İlk qəhrəman bir şəhər 

Bu şəhərdən bu yerdən 

Görməyib heç bəşər 

Bir vüqarla, iftixarla 

Durur şöhrət adası 

Buruqların dalğalarla 

Qovğası var qovğası 

II  aparıcı:  Bəstəkarın  yaradıcılığı  mövzu  cəhətdən  də  çox 

zəngin və rəngarəng olmuşdur. Onu ən müxtəlif dövrün şair və 

yazıçılarının  yaradıcılığı,  xalq  əfsanələri  cəlb  edirdi.  Bura 

N.Gəncəvi,  V.Şekspir,  A.Puşkin,  İ.Servantes,  Ö.Xəyyam  kimi 

dahi korifeylərin adları daxildir. İstər klassik Şərq, istər müasir 

məişət  və  istərsə  də  bir  sıra  dünya  xalqlarının  mövzularından 

bəstəkar eyni ilhamla və məharətlə istifadə edərək onları özünün 

təkrarolunmaz musiqisi ilə ölməzlik zirvəsinə qaldırmışdır. 



I  aparıcı:  Q.Qarayevin  ən  vacib  mövzulara,  kəskin                           

həyati  konfliktlərə  həsr  olunan  yüksək  idealları,  insan 

mənəviyyatının  zənginliyini  və  gözəlliyini  tərənnüm  edən 

baletləri  həqiqi  insanpərvərlik  ruhu  ilə  doludur.  İncə,  lirik 

hisslərlə  yazıb-yaradan  sənətkar  heyranedici  ustalıqla  öz 

qəhrəmanlarının daxili aləminə nüfuz edir. Bəstəkarın baletləri 

Azərbaycan balet sənətinin inkişafında əhəmiyyətli və keyfiyyət 

etibarilə  yeni  bir  mərhələ  sayılır.  Sənətkar  öz  əsərlərində 

rəqslərin  əyləndirici  ünsürlərə  malik  olması  təsəvvürlərinə 



33 

 

tamamilə  üstün  gəlmiş,  realist  musiqili  xoreoqrafik  dram 



yaratmışdır. 

II  aparıcı:  Bəstəkarın  musiqili  səhnə  əsərləri  içərisində  onun 

C.Hacıyevlə  birlikdə  yazdığı  və  milli  opera  sənətini 

zənginləşdirən  “Vətən”  operasını  da  xüsusi  qeyd  etmək 

lazımdır.  Böyük  vətənpərvərlik  ruhu  ilə  yazılmış  “Vətən” 

operası  öz  ideyası  ilə  bu  günlərlə  səsləşərək,  vətənpərvərliyi 

tərənnüm  edir,  Azərbaycan  gənclərinə  vətənə  böyük  sədaqət 

hisslərini  aşılayır.  Heç  təsadüfi  deyil  ki,  28  yaşlı  sənətkar  bu 

operaya  görə  SSRİ  Dövlət  mükafatına  layiq  görülmüşdür. 

Azərbaycan  simfonik  və  kamera-instrumental  musiqisinin 

inkişafında  ən  mühüm  səhifələrdən  biri  Q.Qarayevin  adı  ilə 

bağlıdır. Onun bu janrda yazdığı əsərləri bütün dünyanı gəzərək 

ən müxtəlif ölkələrin simfonik orkestrləri tərəfindən ifa olunur. 



“Səslər zirvəsi” (İslam Səfərli) Bəstəkar Qara Qarayevə həsr 

olunub. 

      Səs – zirvədir, 

İncə bəstə cilalıdır. 

Sözü varsa, 

                                     Kim yaratsa 

Əsil sənət halalıdır. 

Tər tökübdür, 

 Puçur – puçur, 

Qram-qram, 

Şirmayı dillər üstündə 

Əziz Qaram! 

Bəstələnmiş 

Odlu qəlbi daim vurar, 

“Yeddi gözəl” 

Yeddi gəzər, 

Yüz il yaşar, min il durar. 

 Muğam üstə 

Yeni bəstə 

Yaradana minnətdaram, 



34 

 

Əziz Qaram! 



Bəstə nədir? 

Musiqinin bir lələyi. 

Qaramızın 

Hər ulduzun 

Sinəsində var ürəyi 

Qara 


Səslər zirvəsidir, 

Əziz Qaram! 

Qara vüsal, 

Qara həsrət qovşağıdır, 

Yağış onun 

Bəstə şehi, qövsi-qüzeh qurşağıdır. 

Gur Araza deyəndə ki: 

Sən kamança, 

Mən də taram. 

Azərbaycan nəğmə deyir: 

Əziz Qaram 

əziz Qaram! 



I  aparıcı:  İllər  boyu  simfonik  musiqinin  müxtəlif  janrları 

üzərində  işləyən  Q.Qarayev  mühüm  yaradıcılıq  prinsiplərinə 

daim  sadiq  qalmışdır.  Bəstəkar,  simfoniya,  poema  və 

süitalarında  muğamlardan,  xalq  mahnı  və  rəqslərindən,  aşıq 

yaradıcılığından  ustalıqla  yararlanmışdır.  Bununla  yanaşı,  rus, 

türk,  ispan  və  başqa  xalqların  musiqisinin  bir  sıra 

xüsusiyyətlərindən istifadə etmişdir. 

II  aparıcı:  Q.Qarayevin  yaradıcılığında  onun  istedadını  eyni 

dərəcədə  parlaq  və  maraqlı  sürətdə  xarakterizə  edən  daha  bir 

musiqi  sahəsi  vardır.  Bu,  kamera-instrumental  musiqidir. 

Azərbaycan musiqisi üçün bu sahə olduqca yeni idi. Məhz buna 

görədir  ki,  Q.Qarayevin  instrumental-kamera  əsərləri  xüsusilə 

diqqətəlayiqdir.  Gənc  bəstəkarın  Puşkin  şeirinin  gözəlliyinə 

valeh  olduğu  və  “Tsarskoye  selo”  heykəlinin  –  sındırdığı  su 

qabına  kədərlə  əyilmiş  qızın  poetik  obrazını  musiqi  vasitəsilə 




35 

 

əks  etdirdiyi  vaxtdan  uzun  illər  keçsə  də,  fortepiano  üçün 



yazılmış əsər bu vaxta qədər radio verilişlərində və konsertlərdə 

səslənir. Bəstəkarın bütün yaradıcılığı boyu müraciət etdiyi və 

yalnız doğma xalqının poetik folklorunu deyil, həmçinin digər 

xalqların  da  lirik  şeirlərini  əhatə  etdiyi  vokal  əsərləri  onun 

yaradıcılıq  qüdrəti  və  əzəmətini  çox  gözəl  təcəssüm  etdirir. 

Bəstəkarın  romansları,  mahnıları  bu  janrda  yazılmış  ən  gözəl 

sənət nümunələridir. 

I  aparıcı:  Görkəmli  bəstəkar  Cənubi  Afrika  yazıçısı  Piter 

Abrahamsın romanı əsasında yazdığı “İldırımlı yollarla” baletini 

müasir dövrün olduqca aktual bir mövzusuna – irqi ayrı-seçkilik 

və  müstəmləkə  xalqlarının  azadlıq  uğrunda  mübarizəsinə  həsr 

edib.  Fransız  yazıçısı  Anri  Barbüsün  əsəri  əsasında  “Zəriflik” 

monooperasının,  A.Puşkinin  şeirlərinə  bəstələdiyi  “Mən  sizi 

sevirdim”  və  “Gürcüstan  təpələrində”  romanslarının,  “Könül 

mahnısı”, “Səadət mahnısı” kantatalarının müəllifidir. 



II aparıcı: Qara Qarayev Azərbaycan musiqisi üçün yeni olan 

müzikl janrına da müraciət edib. Fransız dramaturqu E.Rostanın 

“Sirano de Brejerak” komediyası əsasında “Çılğın qaskoniyalı” 

müziklini  yazıb.  Kinonu  xarakter  etibarilə  “böyük  müasir 

bəstəkarlıq  məktəbi”  adlandıran  Qarayev,  bu  janrda  da 

məhsuldar işləyib, klassikaya çevrilən sənət nümunələri yaradıb. 

“Leyli  və  Məcnun”,  “Tarixin  ibrət  dərsi”,  “Uzaq  sahillərdə”, 

“Bir məhəlləli iki oğlan”, “Dənizi fəth edənlər”, “Qızıl eşelon”, 

“Xəzər  neftçiləri  haqqında  povest”  və  digər  kinofilmlərə, 

“Nikbin  faciə”,  “Antonio  və  Kleopatra”  tamaşalarına  yazdığı 

musiqilər onun yaradıcılığının parlaq səhifələrindəndir. 

I  aparıcı:  Kinonu  öz  xarakteri  etibarilə  “böyük  müasir 

bəstəkarlıq  məktəbi”  adlandıran  Q.Qarayev,  kino  musiqisi 

üzərində  də  çox  məhsuldar  işləmiş,  klassikaya  çevrilən  əsl 

sənətkarlıq  nümunələri  yaratmışdır.  “Leyli  və  Məcnun”, 

“Tarixin  ibrət  dərsi”,  “Uzaq  sahillərdə”,  “Bir  məhəlləli                  

iki  oğlan”  və  s.  kinofilmlərə,  “Nikbin  faciə”,  V.  Şekspirin 

“Antonio  və  Kleopatra”  dram  tamaşalarına  yazdığı                       



36 

 

musiqi  onun  yaradıcılığının  parlaq  səhifələrini  təşkil  edir. 



Q.  Qarayev  istedadlı  publisist  kimi  özünün  musiqi-estetik 

görüşlərini də son dərəcə inandırıcı və sadə şəkildə ifadə edib. 

Müasir bəstəkarlıq yaradıcılığı üslubundakı tipik və xarakterik 

cəhətləri  elmi  dəlillərə  əsaslanır.  Bəstəkarın  tutarlı  fikirləri             

və  uzaqgörənliyi,  həmçinin  Azərbaycan  musiqisinə  həsr           

olunmuş  məruzə  və  məqalələrində  də  öz  əksini  tapmışdır. 

Q.Qarayev  yaradıcı  kadrların  tərbiyəsinə  böyük  əmək  sərf 

etmişdir.  



II  aparıcı:  1946-cı  ildən  etibarən  Ü.  Hacıbəyov  adına 

Azərbaycan  Dövlət  Konservatoriyasında  bəstəkarlıq  sinfini 

aparan  Q.Qarayev  onlarca  bəstəkar  yetişdirmiş,  bütöv  bir 

musiqi-yaradıcılıq  məktəbi  yaratmışdır.  Arif  Məlikov,  Vasif 

Adıgözəlov, Adil Bəbirov və başqaları onun ənənələrini davam 

etdirmişlər. İllər keçəcək, qərinələr dolanacaq, dahi Azərbaycan 

bəstəkarı  Q.Qarayev  musiqisinin  zəngin  xəzinəsi  insanların 

ilham  mənbəyi  olaraq  qalacaqdır.  Onun  özünə  qarşı  sonsuz 

tələbkarlığından  doğan  və  bizə  qoyub  getdiyi  irs  dərinliyi  və 

zənginliyinə görə tükənməzdir. Bizdən sonra gələcək nəsillər bu 

tükənməz xəzinədə özləri üçün hər dəfə yeni-yeni tapıntılar kəşf 

edəcəklər. 



I aparıcı: Milli üslubları müasir musiqi texnikası ilə birləşdirən 

bəstəkar musiqi tariximizə yeni bir səhifə yazdı. Qara Qarayevin 

yüksək  humanist  ideyalar  tərənnüm  edən  ilhamlı  musiqisi  bu 

gün də yaşayır və səslənir, dünyanı şəhər-şəhər, ölkə-ölkə gəzir, 

milyonlarla ürəkləri emosionallığı, hərarəti ilə fəth edir, qəlbləri 

qürur və iftixar hissi ilə doldurur. Qara Qarayevin irsi ölməzdir, 

həmişəyaşardır! 

  

 



 

 

 


37 

 

Ədəbiyyat siyahısı 



Kitablar 

Qara  Qarayevi  anarkən  :  məqalələr  toplusu.  -  Bakı  :  Elm, 

2002. - 158 s.  



Qara Qarayev : biblioqrafiya. - Bakı : AMK, 2008. - 330 s. : il. 

- (Azərbaycanın Görkəmli Şəxsiyyətləri).  



Qara Qarayev : oçerklər. - Bakı : Çinar - Çap, 2003. - 280 s.  

Qara Qarayev – tələbələrinin xatirəsində : esse, oçerk, portret 

cizgiləri və foto sənədlər toplusu. - Bakı : Şərq-Qərb, 2009. - 224 

s.  

 

Kitablarda 

 

Hüseynova  D.  Qara  Qarayevin  harmoniyası  :  “Don  Kixot” 

simfonik qravürlər əsasında // Müasir Azərbaycan Mədəniyyəti: 

problemlər  və  perspektivlər  :  elmi  məqalələr  toplusu.  -  Bakı  : 

E.L. Nəşriyyat və Poliqrafiya Şirkəti MMC, 2007. – S. 180-256. 



 

Qara Qarayev // Tağızadə A. XX əsr Azərbaycan musiqisi : 

məqalə, oçerk, esse toplusu. - Bakı : Elm və Təhsil, 2011. – S. 

32-37. 

 

Rza R. Böyük bəstəkar haqqında kiçik qeydlər ; Qələbə yolları 

ilə  ;  Musiqimizin  prinsipial  qələbəsi  ;  Belə  oğlu  olan  xalq 

xoşbəxtdir  :  Qara  Qarayev  haqqında  məqalələr  //  Seçilmiş 

əsərləri. 5 cilddə. - 2005. – C.V. - S. 209-223.  

 

Səfərli  İ.  Səslər  zirvəsi  :  bəstəkar  Qara  Qarayevə  :  şeir    // 

Seçilmiş əsərləri. - Bakı : Lider, 2005. - S. 176-177.  

   

 



38 

 

Dövri mətbuatda 

 

Abbaslı  T.  Azərbaycanın  dünyəvi  təranəsi  :  son  on  ildə 

haqqında  yazdığım  bu  üçüncü  məqalə  onun  "Üçüncü 

simfoniya"sı fonunda  // Mədəniyyət. - 2017. - 3 fevral. - № 9. - 

S. 10.  


Abbaslı  T.  Milli  və  bəşəri  melo-aləm...  :  dünyaya  musiqi 

ildırımlı,  sevgi  sədalı,  məhəbbət  pıçıltılı  Qara  Qarayev!  // 

Mədəniyyət. - 2013. - 1 fevral. - № 8. - S. 6.  

Abbaslı  T.  Səs  ildırımları,  sevgiləri,  pıçıltıları...  :  hələ 

sadalanası  neçə-neçə  Qara  Qarayev  sədaları  //  Mədəniyyət.  - 

2012. - 7 fevral. - № 8. - S. 5.  

Anar.  Sadəliyi  dərketmə  :  [musiqi  tarixində  əvəzsiz  rolu  olan 

bəstəkarlar] // Qobustan. - 2017. - № 3. - S. 6-13.  



Azəri  L.  Böyük  musiqinin  işığında  :  Qara  Qarayev  -  95    // 

Mədəniyyət. - 2013. - 8 fevral. - № 10. - S. 4.  



Azəri  L.  "Yeddi  gözəl"  musiqi  sənətinin  mirvarisi  :  Qara 

Qarayevin dünyaca məşhur əsəri Belarus tamaşaçılarının qəlbini 

fəth etdi  // Mədəniyyət. - 2013. - 29 noyabr. - № 86. - S. 9.  

Bakıda görkəmli bəstəkar Qara Qarayevin abidəsi açılmışdır : 

Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir 

// Azərbaycan. - 2014. - 4 fevral. - № 23. - S. 1-2.  

Bakıxanov  T.  Bütün  əsərlərimi  birinci  Qara  müəllimə 

dinlədirdim  :  [Xalq  artisti,  bəstəkar  Tofiq  Bakıxanov  ilə 

müsahibə  /  söhbətləşdi  R.  Günəş]    //  Mədəniyyət.  -  2015.  -  4 

mart. - № 17. - S. 6-7.  



Behbudqızı  S.  Qara  Qarayevi  xatırlarkən  //  Mədəniyyət.az.  - 

2016. - № 2. - S. 40-43.  



Biz  bu  gün  də  ondan  bəhrələnirik  :  bəstəkar  Qara  Qarayev 

haqqında // Azərbaycan. - 2015. - 5 fevral. - № 27. - S. 9.  




39 

 

Dadaşov  A.  Müəllimim  və  mən  :  film  dahi  Azərbaycan 

bəstəkarı Qara Qarayeva həsr edilir...  // Mədəni Həyat . - 2014. 

- № 8. - S. 21-25.   



Dadaşzadə Z. Qara Qarayev adına VI Müasir Musiqi Festivalı  

// Mədəniyyət.az. - 2015. - № 4. - S. 28-36.  



Əfəndiyeva  İ.  41-45-in  mahnıları  :  (ixtisarla)  //  Qobustan.  - 

2017. - № 1. - S. 27-28.  



Əliyeva A.  Böyük ehtiramın parlaq təzahürü : Moskvada böyük 

Azərbaycan  bəstəkarı,  Sosialist  Əməyi  Qəhrəmanı,  SSRİ  xalq 

artisti  Qara  Qarayevin  xatirə  lövhəsinin  açılış  mərasimi  // 

Mədəni Həyat . - 2014. - № 7. - S. 2-3.  



Əliyeva  İ.  Böyük  sənətin  qüdrəti  :  [görkəmli  bəstəkar  Qara 

Qarayevin  həyat  və  yaradıcılığı  haqqında]    //  Azərbaycan.  - 

2016. - 6 fevral. - № 27. - S. 6.  

Əlizadə F. Ustad, davamçını yetişdir : Qara Qarayev haqqında 

// Ədəbiyyat qəzeti. - 2010. - 26 fevral. - № 8. - S. 1-2.  



Ənvəroğlu V. "Qaralı" etüd (minor) : Qara Qarayev korridaya 

baxanda ağlayırmış // Qobustan. - 2015. - № 4. - S. 57-58.  



Gələcəyin harayı : Qara Qarayev // El. - 2012. - № 2. - S. 4-14.  

Günəş R. Tofiq Bakıxanovun Qara Qarayevlə bağlı xatirələri  // 

Azərbaycan Müəllimi. - 2015. - 21 fevral. - № 7. - S. 8.  



Xəlilov  V.  Azərbaycanın  ədəbiyyat  və  incəsənət  xadimlərinin 

Böyük  Vətən  müharibəsi  ilə  əlaqədar  yaradıcılığı  // 

Məktəbəqədər  və  ibtidai  təhsil.  -  2015.  -  №  2.  -  S.  58-64.    – 

Məqalədə Qara Qarayev yaradıcılığına da yer verilib. 



Xəlilzadə  F.  Milli  musiqimizin  beynəlmiləl  məzmunu  :  Qara 

Qarayev // Azərbaycan. - 2013. - 5 fevral. - № 26. - S. 7.  



Qarayev F.   Qoyya  üzərində  birgə  işimiz...  :  esse  // 

Mədəniyyət. - 2010. - 29 yanvar. - № 6-7. - S. 14-15.  




40 

 

Qulamova  J.  Dahi  bəstəkarın  sənət  ənənələri  yaşayır  :  Qara 

Qarayev haqqında  // Mədəniyyət. - 2013. - 6 mart. - № 17. - S. 

13.  


Mustafa  F.  Əbədiyyət  düsturu  :  Qara  Qarayevin  yaradıcılığı 

haqqında dinləyici düşüncələri  // Mədəniyyət. - 2013. - 19 aprel. 

- № 28. - S. 10.  

Nizamiqızı H. İldırımlı yollardan keçən ömür  // Mədəniyyət. - 

2010. - 5 fevral. - № 9. - S. 3.  



Reyhan.  Dahi  bəstəkar  Qara  Qarayevin  xatirəsi  yad  edildi  // 

Mədəniyyət. - 2013. - 6 fevral. - № 9. - S. 3.  



Rza R. Böyük bəstəkar haqqında kiçik qeydlər : Qara Qarayev 

haqqında // Qobustan. - 2010. - № 2. - S. 8-10.  



Sənət  dühasına  böyük  ehtiram  :  Qara  Qarayevin    yubileyi 

vaxtilə təhsil aldığı Moskva Dövlət Konservatoriyasında təntənə 

ilə qeyd olunub // Mədəniyyət. - 2013. - 19 aprel. - № 28. - S. 5.  

Təhmirazqızı S. Əbədi yaşayan ecazkar musiqi : bəstəkar Qara 

Qarayev haqqında  // Mədəniyyət. - 2014. - 5 fevral. - № 9. - S. 

7.  

Təhmirazqızı  S.  O,  dünya  şöhrəti  qazansa  da,  Azərbaycan 

bəstəkarı olaraq qalır :  Qara Qarayevin  yaradıcılıq irsi təbliğat 

və  tədqiqat  üçün  zəngin  mənbədir    //  Mədəniyyət.  -  2016.  -  5 

fevral. - № 10. - S. 7.  



Vəliyeva Ü. Qara Qarayev yaradıcılığında müasirlik  // Mədəni 

Maarif. - 2011. - № 12. - S. 11-13.  

                    

 

 



 


41 

 

Bütün nəsillərin müasiri

  

Qara Qarayev

 

(metodik vəsait) 

 

 

 



 

 

 



Ünvan:AZ-1022 Bakı şəh.,S.Vurğun küç.88; 

E-mail:info@clb.az 

URL:www.clb.az 

 

 



 

F.Köçərli adına Respublika 

Uşaq Kitabxanasında 

çap olunmuşdur. 

Sifariş: 12 

Çapa imzalanmışdır: 19.01.2018 

Tirajı:100 

Pulsuz 


 

 

 



 

 

 



Yüklə 278,97 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə