F. Köçərli adına



Yüklə 278,97 Kb.
Pdf görüntüsü
səhifə3/10
tarix21.06.2018
ölçüsü278,97 Kb.
#50236
1   2   3   4   5   6   7   8   9   10

 

yazır.  Bu  əsər  bir  hissəli  simfonik  poema  üçün  ənənəvi  olan 



sonata  formasında,  lakin  yeni  traktovkada  yazılmışdır.            

Nizami  obrazlarından  ruhlanan  bəstəkar  1949-cu  ildə  "Yeddi 

gözəl"  simfonik  süitasını  yazır.  Musiqimizin  ən  məşhur 

əsərlərindən  olan  bu  süita  dünyanın  bir  çox  guşələrində 

dinləyicilərin  rəğbətini  qazanmışdır.  Onlardan  "Yeddi  gözəl" 

baletinə daxil olan məşhur "Vals", "Brilyant" xalq rəqsi əsasında 

yazılmış  "Təlxəklərin  rəqsi",  "Yeddi  gözəl"in  ayrı-ayrılıqda 

portreti  məhz  ilk  dəfə  süitada  səslənmişdir.  Görkəmli  rejissor 

G.Hidayətzadənin  təklifi  ilə  bəstəkar  Nizami  Gəncəvinin 

"Xəmsə"sinin  motivləri  əsasında  "Yeddi  gözəl"  baletini  yazır 

(baletmeyster  P.  Qusev).  Balet  1952-ci  ildə  Azərbaycan                  

opera  teatrının  səhnəsində  tamaşaya  qoyulur  və  o  gündən             

ayaq  açıb  bütün  dünyanı  gəzir.  Əgər  "Leyli  və  Məcnun" 

simfonik  poemasında  bəstəkar  etiraz  səsini  ucaldıb,  xeyirlə      

şərin  toqquşmasını  verirsə,  "Yeddi  gözəl"  baletində  xalqın   

taleyi  ilə  ayrılmaz  tellərlə  bağlı  olan  insanın  orta  əsrlərin                      

zülm  və  əsarətinə  qarşı  mübarizəsini  açıqlayır.  1958-ci  ildə 

bəstəkarın  2-ci  baleti  səhnəyə  qoyulur.  Bu,  Leninqrad  (indiki                  

Sankt-  Peterburq)  opera  və  balet  teatrının  sifarişi  ilə  yazılmış 

"İldırımlı yollarla" baleti idi. (Quruluşçu rejissor G.Sergeyevdir, 

librettosu  Slonimskinindir).  Burada  bəstəkar  XX  əsrin  irqi         

ayrı-seçkilik,  müstəmləkəçiliyə  qarşı  mübarizə  kimi  mühüm 

problemlərini  təcəssüm  etdirmişdir.  Onun  simfonik  əsərləri 

arasında  "Alban  rapsodiyası",  "Vyetnam  süitası",  "İldırımlı 

yollarla"  baletindən  2  süita,  "Klassik  süita",  "Don  Kixot" 

qravürlərinin  adını  çəkə  bilərik.  Q.Qarayevin  kamera  orkestri 

üçün  yazılmış  III  simfoniyası  müasir  dövrün  emosional  və 

fəlsəfi  fikrini  ifadə  edir.  Əsərin  II  hissəsində  aşıq  ritmləri 

eşidilir.  Simfoniya  "Segah"  muğamının  başlıca  intonasiyası           

ilə  bitir.  Simfoniyanın  mərkəzində  intellektual  cəhətdən            

zəngin,  mürəkkəb dünyagörüşlü insan durur.  Bəstəkar konsert                       

janrı  sahəsinə  də  müəyyən  yeniliklər  gətirmişdir.  Onun  

görkəmli  sovet  skripkaçısı  L.Koqana  həsr  etdiyi  skripka  və 



 

simfonik  orkestr  üçün  konsertində  (1968,  ilk  dəfə  Koqan  ifa 



edib)  və  fortepiano  ilə  orkestr  üçün  konsertində  (1978) 

novatorluq axtarışları öz əksini tapmışdır. Q.Qarayev F.Şopen, 

D.Şostakoviç,  K.Debüssi  ənənələrini  də  milli  zəmində  təkrar 

etmişdir.  Bu  mənada  onun  4  dəftərdən  ibarət  24  prelüdünü 

göstərmək olar. Hər dəftər öz məzmunu, ideyası ilə bəstəkarın 

müxtəlif dövrlərdə yazdığı əsərlərlə səsləşir. Q.Qarayevin vokal 

əsərlərini bir neçə qrupa bölmək olar: 

– Lirik romanslar; 

– Xor üçün yazılmış əsərlər; 

– Kütləvi və estrda janrlarında olan əsərlər.  

   Bu  mənada  onun  xor  və  simfonik  orkestr  üçün  yazılmış 

"Fokstrot",  "Sülh  haqqında  mahnı",  A.S.Puşkinin  150  illiyinə 

həsr  edilmiş  "Gürcüstan  təpələrində",  "Mən  sizi  sevirdim" 

romansları,  Lenqston  Hyuzun  şeirlərinə  səs  və  caz  orkestri           

üçün  3  noktürn  əsərlərini  qeyd  etmək  lazımdır.  Q.  Qarayev 

yaradıcılığının  ən  mühüm  və  parlaq  səhifələrindən  birini  də 

onun kino və dram tamaşalarına yazdığı musiqi təşkil edir. Bu 

mənada onun "Uzaq sahillərdə" (rej. T.Tağızadə), "Don Kixot" 

( rej. Kozintsev), "Qoyya" (rej. Volf), "Bir məhəlləli iki oğlan" 

(rej. Qurun və Ə.İbrahimov) bədii filmlərinə, "Xəzər neftçiləri 

haqqında  dastan",  "Vyetnam",  "Dənizi  fəth  edənlər"  sənədli 

filmlərinə,  "Nikbin  faciə",  "İnsan  məskən  salır",  "Kral  IV 

Henrix", "Otello", "Qış nağılı", "Ölülər", "Antoni və Kleopatra" 

tamaşalarına yazdığı musiqi qeyd olunmalıdır. Ölməz sənətkar 

ictimai işlərdə də fəal çalışmışdır. Uzun illər SSRİ Bəstəkarlar 

İttifaqının sədri, Azərbaycan Respublikası EA-nın həqiqi üzvü, 

Azərbaycan  Dövlət  Konservatoriyasının  rektoru  vəzifəsində 

çalışmışdır.  Bəstəkar  iki  dəfə  Dövlət  mükafatına  layiq 

görülmüşdür.  Q.  Qarayev  1982-ci  ildə  Moskvada  vəfat  edib. 

Onun  yaradıcılığı  sənətə,  həyata  münasibəti  gələcək  nəsillərə 

örnək olmuş və olacaqdır. 

                                

 



10 

 

Keçiriləcək tədbirlər 

     Qara 

Qarayevin  100  illik  yubileyi  münasibətilə  

respublikamızın  müxtəlif  təhsil  ocaqlarında,  liseylərdə, 

kitabxanalarda,  gimnaziyalarda  bir  sıra  tədbirlər;  kitab 

müzakirəsi,  oxucularla söhbət,  konfrans, icmal,  dəyirmi masa, 

bu  mövzu  ilə  bağlı  rəsm  müsabiqəsi,  ədəbi-bədii  gecə,             

sual-cavab  gecəsi  və  s. təşkil edilə  bilər.  Bu tədbirlər arasında 

sərgilər mühüm yer tutur. Sərgidə bəstəkarın kitabları, müxtəlif 

mətbuat  səhifələrində onun haqqında nəşr olunmuş məqalələr, 

onun  fotoları  nümayiş  olunur.  Sərgidə  həmçinin  görkəmli 

şəxsiyyətlərin Qara Qarayev haqqında söylədiyi dəyərli fikirlər 

də yer alır.   

 

 

 



 

 

 



 

 

 



 

 

Sərgi  müxtəlif  başlıqlarda ola bilər: “Səmaya yüksələn  bəşəri 



musiqi”,  “Zamanları  yarıb  keçən  musiqi”,  “Unudulmaz 

sənətkar”,  “Qüdrəti  hüdudsuz  sənətkar”,  “Qara  Qarayev 

dühası”,  “Qara  Qarayevi  xatırlarkən”,  “Azərbaycan  musiqi 

məbədinin ən etibarlı dayağı”, “Azərbaycan musiqisinin dahi 

sənətkarı”,  “Bütün  nəsillərin müasiri”,  “Könül  nəğməkarı”,

 

“Qara Qarayevin ölməz irsi” və s. 


Yüklə 278,97 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə