F. Köçərli adına



Yüklə 278,97 Kb.
Pdf görüntüsü
səhifə1/10
tarix21.06.2018
ölçüsü278,97 Kb.
#50236
  1   2   3   4   5   6   7   8   9   10


 

 

                                F. 



Köçərli adına 

 

                   

Respublika Uşaq Kitabxanası

 

                                                           

 

 

 

 



 

 

 



 

 

 



Bütün nəsillərin müasiri

  

Qara Qarayev 



 

Qara Qarayevin 100 illik yubileyi münasibətilə mərkəzi kitabxanaların 

uşaq  şöbələri,  MKS-nin  şəhər,  qəsəbə,  kənd  kitabxana  filialları  üçün 

hazırlanmış  metodik vəsait 

 

 

 

 



                                            

Bakı – 2018 


 

Tərtibçilər:                                   Ruhiyyə Məmmədli                                          



 

                                           Sevil Əhmədova  

 

Redaktor:                                      Könül Ağazadə 

 

İxtisas  redaktoru və                    Şəhla Qəmbərova 

buraxılışa məsul:                          Əməkdar Mədəniyyət işçisi                                    

                                                          

 

     Bütün nəsillərin müasiri  Qara Qarayev: Qara Qarayevin 

100  illik  yubileyi  münasibətilə  mərkəzi  kitabxanaların  uşaq  

şöbələri,  MKS-nin şəhər, qəsəbə, kənd kitabxana filialları üçün 

hazırlanmış  metodik  vəsait  /  Azərbaycan  Respublikası 

Mədəniyyət  və  Turizm  Nazirliyi,  F.  Köçərli  ad.Respublika  

Uşaq  Kitabxanası  ;  tərt.ed.  R.  Məmmədli  ;  ixt.red.  və  

burax.məsul  Ş. Qəmbərova ; red. K. Ağazadə. - Bakı : F. Köçərli 

ad.Respublika Uşaq Kitabxanası, 2018. - 41 s.  



 

 

 

 

 

       

 

 ©F. Köçərli adına Respublika Uşaq Kitabxanası, 2018                                  


 

Görkəmli  Azərbaycan  bəstəkarı  Qara  Qarayevin  100  illik 



yubileyi  haqqında  Azərbaycan  Respublikası  Prezidentinin                       

Sərəncamı 

2018-ci ilin fevral ayında Azərbaycan mədəniyyətinin görkəmli 

nümayəndəsi, böyük bəstəkar, tanınmış alim-pedaqoq və ictimai 

xadim, SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və 

Azərbaycan  Dövlət  mükafatları  laureatı,  akademik  Qara 

Əbülfəz oğlu Qarayevin anadan olmasının 100 illiyi tamam olur. 

Qara  Qarayev  Azərbaycan  xalqının  bəşər  mədəniyyətinə  bəxş 

etdiyi özünəməxsus nadir fitri istedada malik şəxsiyyətlərdəndir. 

Novator sənətkar kimi o, uzun əsrlik qədim milli musiqi irsinin 

ənənəvi  klassik  və  ən  müasir  musiqi  formalarıyla  son  dərəcə 

ahəngdar  vəhdətində  çox  sayda  monumental  əsərlər  meydana 

gətirmişdir.  Həyat,  insan  və  zaman  haqqında  dərin  fəlsəfi 

düşüncələri bütün vüsəti ilə yüksək professional səviyyədə əks 

etdirən  həmin  ecazkar  sənət  nümunələri  daim  əxlaqi-mənəvi 

kamilliyə çağırır. 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 

32-ci bəndini rəhbər tutaraq, Azərbaycan musiqi mədəniyyətinin 

tarixi  nailiyyətlərlə  zənginləşdirilməsi  və  dünya  miqyasında 

tanıdılmasında müstəsna xidmətlər göstərmiş görkəmli sənətkar 

Qara  Qarayevin  100  illik  yubileyinin  layiqincə  keçirilməsini 

təmin etmək məqsədi ilə qərara alıram: 

1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi 

Azərbaycan  Respublikasının  Təhsil  Nazirliyi  və  Azərbaycan 

Milli Elmlər Akademiyası ilə birlikdə, Azərbaycan Bəstəkarlar 

İttifaqının  təklifləri  nəzərə  alınmaqla,  görkəmli  Azərbaycan 

bəstəkarı  Qara  Qarayevin  100  illik  yubileyi  ilə  bağlı  tədbirlər 

planı hazırlayıb həyata keçirsin. 

2. 


Azərbaycan 

Respublikasının  Nazirlər  Kabineti  bu 

Sərəncamdan irəli gələn məsələləri həll etsin. 

İlham Əliyev 

Azərbaycan Respublikasının Prezidenti 

Bakı şəhəri, 17 oktyabr 2017-ci il. 




 

                                       Tərtibçidən 



 

     XX əsr musiqi mədəniyyətimizin ən görkəmli nümayəndəsi 

Qara Qarayev zəngin yaradıcılığı və möhtəşəm sənət dünyası ilə 

bəşəriyyətin  diqqət  mərkəzində  dayanmış  şəxsiyyətlərdən  biri 

olub.  Böyük  Üzeyir  Hacıbəylidən  dərs  almış  dünya  şöhrətli 

bəstəkarın  bütün  əsərləri  bəşəri  xarakter  daşıdığından  onun 

ədəbi  irsi  yalnız  bir  xalqın  deyil,  dünya  mədəniyyətinin 

incilərindən  sayılır.  Qara  Qarayev  böyük  bəstəkar  olmaqla 

bərabər,  həm  də  zəngin  dünya  görüşünə,  ensiklopedik  biliyə, 

fəlsəfi  ümumiləşdirmələrə,  geniş  erudisiyaya,  iti  zəkaya  malik 

alim, mütəfəkkir idi. O, dünya musiqi elminin son nailiyyətlərini 

böyük  dəqiqliklə  öyrənmiş,  mənimsəmiş,  dünya  musiqisinin, 

eləcə  də  ədəbiyyatının,  rəssamlığının,  teatrının  gözəl  bilicisi 

olmuşdur.  Qara  Qarayevin  onun  elmi-publisistik  irsi,  qırx  il 

ərzində  yazdığı  çoxlu  məqalələri,  resenziyaları,  məruzə  və 

çıxışları, müsahibələri, incəsənətin bir sıra vacib problemləri – 

xəlqilik, millilik, beynəlmiləlçilik, ənənə, novatorluq, musiqidə 

faciə  və  s.  haqqında  fikirləri,  düşüncələri,  görüşləri,  elmi 

müddəaları,  ona  böyük  mütəfəkkir  alim  kimi  Azərbaycan    

musiqisi  elmində  möhkəm  və  şərəfli  yer  tutmasına  haqq 

qazandırır.  Təsadüfi  deyil  ki,  müəllimi  Üzeyir  Hacıbəyovdan 

sonra  Azərbaycan  Elmlər  Akademiyasının  həqiqi  üzvü  məhz  

Qara Qarayev seçilmişdir. Qara Qarayev cəmi 64 il yaşamışdır 

(1918-1982),  lakin  çox  işlər  görmüşdür.  Qara  Qarayevin 

fikrincə,  “Əgər  insanların  həyatı  onların  gördüyü  işlərə  uyğun 

uzansaydı:- insanların xoşbəxtliyi naminə, həyatın yaxşılaşması 

naminə,  tərəqqinin  xeyrinə,  yaxşılığın  xeyrinə,  -  bu  ədalətli  iş 

olardı”. Bu  gün  hər  birimiz  fəxarət  hissi  keçiririk ki, Qara 

Qarayev  Azərbaycan  mədəniyyətinə  dünya  şöhrəti  gətirən 

musiqi  xadimlərimizdəndir.  Qara  Qarayev  haqqında  dünyanın 

tanınmış musiqiçilərinin, sənətçi və bəstəkarlarının söylədikləri 

dəyərli  fikirləri  bir  yerə  toplasaq,  böyük  bir  dastan  bağlanar.  

Ənənəyə  sadiqlik  və  müasirlik  Qarayev  yaradıcılığında  ülvi 




Yüklə 278,97 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə