F. Köçərli adına



Yüklə 278,97 Kb.
Pdf görüntüsü
səhifə6/10
tarix21.06.2018
ölçüsü278,97 Kb.
#50236
1   2   3   4   5   6   7   8   9   10

18 

 

         Qara Qarayev məktəbi onun həyatının davamıdır 



 

Qara  Qarayev  dahi  bəstəkar  və  dahi  müəllim  idi.  Çünki 

müəllimlik də bir vergidir. Dərs demək üçün istək azdır, bunu 

bacarmaq  lazımdır.  Q.Qarayevin  müəllim  kimi  ən  başlıca 

xüsusiyyəti ondan ibarət idi ki, onun sinfində oxuyan tələbələrin 

mənliyini,  şəxsiyyətini  aça  bilirdi.  Buna  görə  də  onun 

tələbələrindən  hər  biri  yolunu  tapıb.  Q.Qarayev  müəllimliyi 

sevirdi.  Onun  həmişə  böyük  sinfi  olub.  Maraqlı  idi  ki, 

Q.Qarayevin  dərslərində  tələbələr  ancaq  ixtisasla  məşğul 

olmurdu.  Burada  ədəbiyyat  haqqında,  musiqidən  kənar 

mövzularda söhbətlər gedirdi. Bunlar hamısı tələbənin şəxsiyyət 

kimi  yetişməsində  böyük  rol  oynayırdı.  Q.Qarayevin  dərsləri 

haqqında böyük bir kitab yazmaq olar. Onun nə qədər tələbələri 

olub.  Bəstəkarlıq  belədir  ki,  müəllimlə  tələbənin  ünsiyyəti 

yaranmalıdır.  Q.Qarayevin  sinfində  tələbələr  istedadına  görə 

fərqlənirdilər. Onların yaş fərqi də müxtəlif idi. Q.Qarayev hər 

tələbə  ilə  müxtəlif  üslubda,  tələbənin  qabiliyyətinə  uyğun 

məşğul olur, yol göstərirdi. Tələbələr Qara müəllimin sinfində 

zövq  barəsində  böyük  inkişaf  keçirdilər.  Q.Qarayev  həmişə 

özünə  tələbkar  və  tənqidi  yanaşırdı.  Onun  bir  tələbəsini             

digəri  ilə  müqayisə  etmək  olmur.  O  çalışırdı  ki,  hər  tələbənin 

daxili  imkanlarını  üzə  çıxarsın  və  buna  nail  olurdu.  Bu                     

da  onun  müdrikliyindən,  uzaqgörənliyindən  irəli  gəlirdi. 

Q.  Qarayev  həm  də  gözəl  pedaqoq  idi.  O,  35  illik  müəllimlik 

fəaliyyəti  dövründə  (Azərbaycan  Dövlət  Konservatoriyasında) 

70 nəfərə yaxın professional, indi adları dünyanın hər tərəfindən 

eşidilən bəstəkarlar  nəsli yetişdirmişdir. R.Hacıyev, F.Əlizadə, 

A.Məlikov,  H.Xanməmmədov,  V.Adıgözəlov,  X.Mirzəzadə, 

O.Zülfüqarov,  T.Bakıxanov  və  başqaları  məhz  Q.Qarayevin 

yetirmələridir.  

 

 

              



19 

 

Qara Qarayev şagirdlərinin dilindən 



 

Rauf  Hacıyev: Azərbaycan  bəstəkarlıq  məktəbinin  inkişaf 

prosesi bu insanın adı ilə sıx bağlıdır. Şagirdinə yüksək mənəvi 

dəyərlər aşılamaq Q.Qarayev üçün əsərlərimizin üstünlüklərini 

və  çatışmazlıqlarını  nəzərimizə  çatdırmaq  qədər  əhəmiyyətli 

idi.  

Vasif 

Adıgözəlov: Gözəlliyi 

duyub-anlamaq, 

həyatın 

təzadlarını biri-birindən ayırmaq və bunları öz yaradıcılığımda 

əks  etdirmək  bacarığını  mən  müəllimim  Qara  Qarayevdən 

öyrənmişəm. Sənətə olan məhəbbət mənə ondan yadigar qalıb.  



Xəyyam Mirzəzadə: Q. Qarayevlə hətta ən gözlənilməz görüş 

Ustadın  eyni  sualı  ilə  başa  çatardı:  “Nə  zaman  əsər 

göstərəcəksən?”  Və  hər  bir  əsərə  baxış  və  araşdırma  hər 

birimizin taleyində son dərəcə maraqlı Böyük İnsan və Böyük 

Ustadın  olduqca  dəyərli  tövsiyələri  ilə  başa  çatan  yeni,  daha 

məsul bir imtahan kimi yozulurdu. 



 

Məmməd  Quliyev:  Qara  Qarayev  olmasaydı,  mənim 

bəstəkarlığım,  yəqin  ki,  şübhə  altındaydı.  Mən  sənətimlə, 

deməli,  varlığımla  ona  borcluyam.  Qara  Qarayevlə    bir    neçə  

saatlıq    söhbət  etmək    aylarla  cürbəcür  elmlərə  aid  kitablar 

oxumaqdan daha üstündür. 

 

Afaq Cəfərova: Lap başlanğıcdan Qara Qarayev yeni şagirdləri 

ilə ayrı-ayrı bəstəkarlıq məktəblərinin özəl cəhətləri kimi dil – 

üslub və quruluş, yazı texnikası, ifadə yolları, eləcə də musiqiçi 

zövqünün  və  bədii  duyumun  yetkinləşməsi  məsələlərini 

nəzərdən keçirməyi lazım bilirdi.  



 


20 

 

Sevda  İbrahimova:  Qara  Qarayevin  misilsiz  dərsləri...  Onun 

bütün  tələbələrə  doğmalığı,  ata  qədər  əzizliyi  unudulmazdır. 

Yazdığın əsəri bəyənirdisə, sən göylərə uçmaq istəyirdin.  

 

Nərgiz  Çəfiyeva:  Böyük  müəllimimiz  Q.Qarayev  qəlbinin 

müdrik ziyası, qüdrətli sənətkar sözünün güclü  məntiqi ilə biz 

şagirdlərin düşüncələrini daim kamillik Yüksək Sənət anlamına 

çatdırmağa qadir olmuşdur. 



 

İsmayıl  Hacıbəyov: Q.  Qarayev  bizi  texniki  ixtiraçılığa 

həvəsləndirərək,  hər  bir  səs  xəttinin,  hər  bir  notun  tutarlı 

lazımlılığı ilə şərtlənən musiqidə məntiqlə düşünməyi öyrədirdi. 

Çünki  yalnız  sənətin  bütün  incəliklərinə  yiyələnmiş  sənətkar, 

Böyük  Sadəlik  məqamına  yetişə  bilər  ki,  həmin  məqamda 

musiqi təbiətin gerçək olayı kimi yozulur.  

 

Firəngiz    Əlizadə: Qara  Qarayevin  dərsləri  arasında  oxşarını 

tapmazdın.  Yalnız  bircəciyi  təkrarlanırdı:  düz  vaxtında,  qəti 

addımlarla,  alnıaçıq  sinifə  girən  Ustad  hamı  ilə  əl  tutub 

görüşərdi. Görüşdükləri bu “hamı” isə sayca az deyildi: hazırkı 

və keçmiş tələbələri, qonaqlar və sadəcə maraqlananlar. Öz qısa 

salamlaması ilə o, hər bir kəsə bir növ sual verərək sinifdə baş 

verənlər  barədə  öncədən  bilgi  alardı  ki,  həmin  alınan  bilgilər 

dərsin gedişində öz əksini tapırdı.  



 

Azad  Zahid: Qara  Qarayev  həyatımda  ən  işıqlı  xatirədir.  O, 

özünəməxsus  bir  yol  seçmiş,  mənsub  olduğu  xalqın  musiqi 

mədəniyyəti əsasında yeni söz  deyə bilmiş, novator bir bəstəkar 

kimi sənətkarlığın yeni pilləsinə qalxa bilmişdir. 

 

 

 

 



Yüklə 278,97 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə