15
musiqimiz, musiqiçilərimiz, musiqi dinləyicilərimiz inkişaf
edib irəlilədikcə qarşıdakı zirvələrdə həmişə Q.Qarayevlə
rastlaşacaqlar.
Anar,
Xalq yazıçısı
Biz Q. Qarayevin adını müasir incəsənətin ən yaxşı, ən
görkəmli xadimləri sırasında çəkirik. O, öz yaradıcılığı ilə
Azərbaycan musiqisi üçün yaxın və uzaq ölkələrin ən böyük
teatrlarına, ən yaxşı konsert səhnələrinə yol açmışdır. Bəstəkar
öz xalqının musiqisini dünya musiqi mədəniyyəti orbitinə
çıxarmışdır. Onun yaradıcılıq fəaliyyətinin tarixi əhəmiyyəti də
bundadır. Q. Qarayev dünya incəsənətini öz xalqının musiqisi,
özünün təkrarsız, orijinal istedadı və böyük sənətkarlığı ilə
zənginləşdirmişdir.
D.Kabalevski,
bəstəkar, SSRİ Xalq artisti
Azərbaycanın görkəmli bəstəkarı Q.Qarayevin musiqisi
sovetlər ölkəsinin çoxmillətli mədəniyyətində ən parlaq
hadisələrdən biridir. Onun təkrarolunmaz fərdi dəsti-xəttinin
fərqləndirici xüsusiyyəti əsərlərində milli və beynəlmiləl
keyfiyyətləri üzvi şəkildə birləşdirməsindədir.
Tixon Xrennikov,
bəstəkar, SSRİ Xalq artisti
Qara Qarayevin böyük və parlaq bəstəkarlıq istedadı var.
Ümumi inkişafı son dərəcə yüksək səviyyədədir. Bu musiqi
qabiliyyəti və mədəniyyəti olan bəstəkardır. O alətşünaslıq,
polifoniya və musiqi sənətinin digər bölümlərinə əla
yiyələnmişdir. Qarayev gələcəyi şübhə doğurmayan, daim
axtarışda olan bəstəkardır. Onun yaradıcılıq uğurlarının sirri
milli ənənələri, klassik irsi və ən çağdaş formaları birləşdirən
parlaq istedadlı, yalnız özünə xas olan dəst-xəttidir. Onun
16
musiqisinin müvəffəqiyyətinin sirri xalq ənənələrini klassik irsin
ən müasir musiqi formalarında parlaq istedadla, ancaq onu
özünə xas olan tərzdə birləşdirilməsindədir.
Dmitriy Şostakoviç,
professor, bəstəkar, SSRİ Xalq artisti
Müasirlik bəstəkarlarımızın diqqət mərkəzində durmalıdır.
Bunu bizdən xalqımız və həyatımız tələb edir. Müasir
həyatımızı tərənnüm edək Q.Qarayevin bu sözləri sadəcə bir
şüar deyil, əsl yaradıcılıq proqramıdır, bir bəstəkarı dövrümüzə
layiq parlaq sənət nümunələri yaratmağa çağıran yaradıcılıq
proqramıdır. Biz Q.Qarayev musiqisində bəşəriyyəti tərəqqiyə
çağıran müasir bəstəkarın alovlu səsini həmişə eşidir və
eşidəcəyik.
Azər Rzayev,
professor, bəstəkar
Dərin milli sənətkar olan Qarayev milli məhdudluqdan
tamamilə uzaqdır. Ü.Hacıbəyovla birlikdə onu cəsarətlə müasir
Azərbaycan musiqi mədəniyyətinin banisi adlandırmaq
mümkündür. Müəlliminin ənənələrini davam etdirən Qarayev
sözün əsl mənasında bütün janrlarda yaradır... Azərbaycan
musiqisində bu janrların çoxunu əməli surətdə məhz Q.Qarayev
kəşf etmişdir. Ümumiyyətlə, onun yaradıcılığı milli musiqi
mədəniyyəti üçün elə bil yeni pilləyə, yeni keyfiyyətə keçiddir.
Azərbaycanın yeni musiqisinin dünya meydanına çıxması
Qarayevin adı ilə qırılmaz surətdə bağlıdır. O, yeni milli
bəstəkarlıq məktəbi yaratmışdır.
Rodion Şedrin,
bəstəkar, SSRİ Xalq artisti
Q.Qarayevin musiqisi, onun istedadı, pedaqoqluq məharəti,
musiqi haqqındakı dərin fikirləri, ümumiyyətlə, gərgin əməyi
keçmiş sovet mədəniyyəti xəzinəsinə möhkəm daxil olmuşdur.
17
Biz hamımız uzun müddət bu xəzinədən bəhrələnəcək, bilik əxz
edərək ilham alacağıq.
Q.Q.Paman,
Latviyanın Əməkdar incəsənət xadimi
Qara Qarayev milli mədəniyyətin inkişafında yeni yollar
açan cəsarətli, novator sənətkardır. O, geniş yardıcılıq vüsətinə
malik ustaddır.
Nikolay Tixonov,
rus şairi
Qara Qarayevin musiqisi ilə görüş həmişə böyük sevinc
gətirirdi, eyni zamanda mürəkkəb həyat problemləri haqqında
dərin düşüncələr doğururdu. Zaman xatirələri soldurmağa qadir
deyildir... İllər, on illər keçəcək, lakin yeni-yeni nəsillər
Q.Qarayev musiqisinin zəngin xəzinəsinə qovuşmaq və ondan
heç vaxt ayrılmamaq üçün həmişə canlı yaradıcılıq çeşməsinə
gələcəklər.
Nodar Dumbadze,
gürcü yazıçısı
Q.Qarayev dünya miqyasında adlı-sanlı bəstəkardır. Onun
musiqisi öz vüsəti, forma kamilliyi ilə dinləyicini həmişə valeh
edir. Bəstəkarın nəcib ideallarla – humanizm, beynəlmiləlçilik
idealları ilə aşılanmış yaradıcılığının dinləyicilər tərəfindən
rəğbətlə qarşılanması geniş kütləyə məlumdur. Mən bunu
İstanbulda konsert zamanı bir daha yəqin etdim. Orada yerli
simfonik orkestrin ifasında “İldırımlı yollarla” baletindən
məşhur süita əzəmətlə səsləndi. Qarayevin vəfatı təkcə ölkə
musiqi mədəniyyəti üçün deyil, eləcə də bütün dünya musiqi
mədəniyyəti üçün də ağır itkidir. Ancaq onun musiqisi ölməzdir.
Gülay Uğrata,
türk pianoçusu
Dostları ilə paylaş: |