12
Görkəmli şəxsiyyətlərin Qara Qarayev haqqında
söylədikləri fikirlər:
Qara Qarayev bizə özünün bədii dəyərinə görə valehedici irs
qoyub getmişdir. Qara Qarayevin adı mütəfəkkir alim, görkəmli
publisist kimi Azərbaycan elminin tarixinə yazılmışdır.
Bəstəkar, pedaqoq, alim, rəhbər, ictimai xadim olan Qara
Qarayev həmişə və hər işdə alovlu-musiqiçi tribundur. Qara
Qarayevin adı, onun musiqisi ölməzdir. İllər, on illər keçəcək,
bizim kimi yeni-yeni nəsillər də gözəlliyi Qara Qarayevin
əsərləri vasitəsilə dərk edəcəklər. Q.Qarayev bizə dəyərinə görə
valehedici irs qoyub getmişdir.
Heydər Əliyev,
Ümummilli lider
Zəmanəmizin görkəmli sənətkarının fəlsəfi məna və
ümumbəşəri duyğuların zənginliyi ilə səciyyələnən böyük irsi
müəllifinə dünya şöhrəti gətirməklə yanaşı, Azərbaycan
professional musiqisinin beynəlxalq aləmdə tanınmasında
xüsusi əhəmiyyət kəsb etmişdir.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Qara Qarayev yaradıcılığı Azərbaycan musiqi sənəti tarixinin
özünəməxsus və parlaq səhifələrini təşkil edir. Mədəni irsimizin
qorunmasında, inkişaf etdirilməsində, təbliğində, dünya
miqyasında tanınmasında bəstəkarın xidmətləri danılmazdır.
Mehriban Əliyeva,
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti
Qara Qarayev özünəməxsus bir yol seçmiş, mənsub olduğu
xalqın musiqi mədəniyyəti əsasında yeni söz deyə bilmiş,
novator bir bəstəkar kimi sənətkarlığın yeni pilləsinə qalxa
bilmişdir. Onun yaratdığı əsərlərdə xalqın doğma ruhu duyulur.
13
Bəstəkar iki balet əsəri ilə dünya musiqi mədəniyyəti aləminə iki
geniş pəncərə açdı. Qara Qarayev xalqının musiqi irsini həssas
bir duyumla dinləyə bilmiş, bu irsin üfüqlərini müasir texniki
imkanlara aça bilmiş, yeni çalarlarını kəşf etmiş, yaratmışdır.
Rəsul Rza,
Xalq şairi
Qara Qarayevin musiqisi əsl müasir musiqidir. Bizim
günlərin musiqisidir, adamların kosmosu fəth etməsi dövrünün
musiqisidir. Bu musiqidə günəş və cənub ehtirası var, ay və
şimal romantikası var.
Nazim Hikmət,
türk şairi
Qara Qarayevin yaratdığı musiqi təkcə bərəkətli Azərbaycan
torpağının, onun orijinal mədəniyyətinin inciləri deyil, bütün
dünya musiqisinin bəzəyidir. Q. Qarayev bir də ona görə
ölməzdir ki, tərbiyə etdiyi bəstəkarların böyük bir dəstəsini
qoyub getmişdir. Həmin bəstəkarlar onun işini davam
etdirəcəklər. Q. Qarayev sənəti-əzəmətli Azərbaycan musiqi
məbədinin ən etibarlı dayaqlarından biridir və bu musiqinin
dünya şöhrəti qazanmasında onun rolu böyükdür... İstedad
üstəgəl əmək – bizim ictimai həyatımızda, mədəniyyətimizdə
Q. Qarayev sənətinin mahiyyəti və pafosu bax bundadır.
Fikrət Əmirov,
Xalq artisti
Qara Qarayevin musiqisi, onun xeyirxah, gülər gözləri
həmişə sevinc, mehribanlıq, səmimiyyət və müdriklik saçırdı.
Qara Qaryevin musiqisi əyləncəyə və sakitliyə çağırmır, əksinə
sözün həqiqi mənasında ürəkdən od qoparır, canlı fəaliyyətə
sövq edirdi. Taleyimə minnətdaram ki, musiqi ilə mən də
14
təmasda olmuşam. Xoşbəxtəm ki, yaratdıqlarının əksəriyyəti ilə
tanış olmağı Qara Qarayev ilk dəfə mənə etibar edib.
Niyazi,
Xalq artisti, dirijor, bəstəkar
Azərbaycan musiqisini dünya mədəniyyətinin ənənələri,
çağdaş üslub təmayülləri, yeni nəzəri-estetik prinsiplərlə
zənginləşdirən Q. Qarayev milli musiqi təfəkkürünü yeni
səviyyəyə qaldırmış, Azərbaycan bəstəkarlıq məktəbinin
inkişafına güclü təkan vermişdir.
Fərhad Bədəlbəyli,
Xalq artisti
Qara Qarayevin yaradıcılığı sadəcə olaraq orijinal istedad
sahibinin görkəmli əsərləri deyildir. Bu, XX əsr musiqi sənətinin
zirvələrindən biridir, özündə dövrün yüksək ideallarını,
vətəndaşlığı və vətənpərvərliyi təcəssüm etdirən hadisədir.
Həsən Abdullayev,
akademik
Qara Qarayevin hər bir əsəri Azərbaycan musiqisinin
inkişafında mühüm mərhələ olmuş, gənc musiqiçilər üçün geniş
üfüqlər açmışdır. Q. Qarayevin novatorluğu onun milli və dünya
musiqi sənətində təşəkkül tapmış klassik ənənələrə ən dərin
hörmətindən irəli gəlir. Bəstəkarın yeni-yeni axtarışlar üçün
möhkəm təməl olan cəsarətli, qeyri-adi üsullarının yaradıcılıq
ölməzliyi də bundan ibarətdir.
Elmira Abasova,
Əməkdar incəsənət xadimi
Qarayev musiqisi ömrümüzün hər çağında könlümüzü
ümidlə, qürurla, qüvvətlə doldururdu, ovundururdu, bizə
dünyanı izah edirdi, gələcəyə inandırmağa çağırırdı. Q. Qarayev
mədəniyyətimizdə gələcəyin səfiri idi, sabahın elçisi idi və
Dostları ilə paylaş: |