F. Köçərli adına



Yüklə 278,97 Kb.
Pdf görüntüsü
səhifə8/10
tarix21.06.2018
ölçüsü278,97 Kb.
#50236
1   2   3   4   5   6   7   8   9   10

25 

 

9. İslam Səfərlinin Qara Qarayevə həsr etdiyi şeirin adı nədir? 



“Səslər zirvəsi”. 

10.Qara 


Qarayevin 

musiqisini 

bəstələdiyi 

filmlərdən, 

tamaşalardan  hansının adını çəkə bilərsiniz? 

“Leyli  və  Məcnun”,  “Tarixin  ibrət  dərsi”,  “Uzaq  sahillərdə”, 

“Bir məhəlləli iki oğlan”, “Dənizi fəth edənlər”, “Qızıl eşelon”, 

“Xəzər  neftçiləri  haqqında  povest”  və  digər  kinofilmlərə, 

“Nikbin faciə”, “Antonio və Kleopatra” tamaşalarına və s.  

 

Oxucularla söhbət 

     Qara  Qarayevin  100  illik  yubileyi  ilə  bağlı  kitabxanada 



“Sənətin zirvəsini fəth edən sənətkar” adlı məktəblilərlə sərgi 

ətrafında söhbətin də keçirməsi məqsədəuyğundur. Kitabxanaçı 

söhbəti  əsasında  həm  Qara  Qarayevdən  bəhs  edən,  həm  də 

əsərlərindən istifadə edilən filmlər haqqında da məlumat verir. 

Əsərlərindən  istifadə  edilən  filmlər:  Doğma  xalqıma  (film, 

1954)  (tammetrajlı  bədii-sənədli  film);  150  il.  Mirzə  Fətəli 

Axundov  (film,  1962)  (qısametrajlı  sənədli  film);  Üçüncü 

simfoniya  (film,  1968)  (qısametrajlı  sənədli  film);  Abşeron 

ritmləri  (film,  1970)  (tammetrajlı  musiqili-bədii  televiziya 

filmi);  Dostluq  himni  (film,  1974)  (qısametrajlı  sənədli  film); 

Əfsanələr  aləmində  (film,  1975)  (qısametrajlı  bədii  film) 

(Rusiya);  Nəğməkar  torpaq  (film,  1981)  (tammetrajlı  musiqili 

film); Əlvida, cənub şəhəri (film, 2006) (tammetrajlı bədii film); 

40-cı qapı (film, 2008) (tammetrajlı bədii film); Həqiqətin özü 

(film,  2008)  (tammetrajlı  sənədli  film);  Ölüm  növbəsi  (film, 

2009)  (tammetrajlı  bədii  film);  Üfüqü  ötənlər  (film,  2011) 

(tammetrajlı bədii-sənədli film). 

Haqqında çəkilən filmlər: Bu, həqiqətin səsidir. Bəstəkar Qara 

Qarayev (film, 1968) (qısametrajlı sənədli film), Qara Qarayev 

–  60  (film,  1978)  (qısametrajlı  sənədli  film),  Bəstəkar  Qara 

Qarayev. Opus – 78 (film, 1979) (qısametrajlı sənədli film). 



26 

 

Kitabxanaçı:  Qara  Qarayevdən  bəhs  edən  filmlərdən  biri       

Bu,  həqiqətin    səsidir”  adlanır. Bu  qısametrajlı  sənədli                    

film  rejissor Oqtay  Mirqasımov  tərəfindən  1968-ci  ildə 

çəkilmişdir. Filmin  ssenari  müəllifləri  Rüstəm  İbrahimbəyov          

və  Oqtay  Mirqasımovdur.  "Azərbaycanfilm"  kinostudiyasında 

istehsal  edilmişdir.  Filmin  rəssamı  Fikrət  Bağırovdur.                   

Bu,  həqiqətin  səsidir”  filmi  1969-cu  ildə   Kiyevdə                       

III  Zaqafqaziya  və  Ukrayna  respublikaları  filmlərinin 

"Prometey-69"  zona  kinofestivalında  sənədli  filmə  mükafat 

verilmişdir. Azərbaycan sənədli kinosunda irəliyə doğru addım 

hesab  edilən  bu  kinolenti  novator  film-esse  adlandırırlar.  

Sənədli  film  dövrümüzün  ən  böyük  sənətkarı, SSRİ Xalq          

artisti,  Lenin  Mükafatı  laureatı,  Sosialist  Əməyi  Qəhrəmanı, 

görkəmli   Azərbaycan   bəstəkarı   Qara  Qarayevin həyat  və 

yaradıcılıq  yollarına  həsr  olunmuşdur.  Filmdə  onun  əsərləri 

səslənir,  bəstəkar  haqqında  müasirləri  danışırlar.  Burada 

bəstəkarın  daxili  aləmi,  onun  yaradıcılıq  laboratoriyası, 

özünəməxsus iş üsulu, pedaqoji 

fəaliyyəti 

əks  olunmuşdur. 

Onun  özünün  söhbətləri,  anası 

Sona  xanımın  çıxışı  da  filmə 

daxil  edilmişdir.  Film-essedə 

Qara  Qarayevin  ən  həyəcanlı 

anları – onun iş zamanı musiqi 

aləminə  uyuduğu vaxtlar "gizli 

kamera" ilə çəkilmişdir. Filmin 

ən  təsirli  epizodlarından  biri 

Qara  Qarayevin  skripkaçalan  

L. Koqanla məşq etməsi səhnəsidir. Bu, iki böyük sənətkarın çox 

mühüm yaradıcılıq apofeozudur. Söhbətin sonunda kitabxanaçı 



məktəbliləri oxu zalında bəstəkar Qara Qarayevdən bəhs edən 

“Bu, həqiqətin səsidir” filminə baxmağa dəvət edir. 

 


27 

 

Kitab müzakirəsi 



    Həmçinin Qara Qarayevdən bəhs edən kitab müzakirəsi də 

oxucular  üçün  çox  böyük  marağa  səbəb  olar.  Kitabxanaçı 

əvvəlcədən müzakirəsini keçirdəcəyi kitabla ətraflı tanış olur və 

topladığı məlumatları müzakirə zamanı oxucularına çatdırır.  



Kitabxanaçı:  Son  illər  muzeylərimizin  nəşriyyat  sahəsində 

fəaliyyəti  xeyli  genişlənib.  Müstəqil  bir  elm  sahəsi  olaraq 

muzeyşünaslığın  yaranması  və  müəyyən  inkişaf  yolu  keçməsi 

bu  işə  xüsusi  təkan  verir. İndi  muzey  materiallarından                  

istifadə  etməklə  dissertasiyalar  yazılır,  kitablar,  çoxsaylı 

məqalələr  işıq  üzü  görür.  Bu  siyahıya  yeni  bir  nəşr  də  əlavə 

olunub.  Heydər  Əliyev  Fondunun,  Mədəniyyət  və  Turizm 

Nazirliyinin  dəstəyi  ilə  nəşr  olunmuş  kitab  “Qara  Qarayev. 

Həyat  və  yaradıcılığı  Azərbaycan  Musiqi  Mədəniyyəti  Dövlət 

Muzeyinin  materiallarında”  adlanır.  Layihənin  rəhbəri  və 

kitabın  elmi  redaktoru  Alla  Bayramova,  məsləhətçi  Züleyxa              

Qarayeva-Bağırova,  tərtib  edəni  Alla  Fyodorovadır. Kitab 

böyük  Azərbaycan  bəstəkarı  Qara  Qarayevin  həyat  və 

fəaliyyətinin müəyyən məqamlarını əks etdirir. Heydər Əliyev 

Fondunun  prezidenti  Mehriban  Əliyevanın  kitaba  yazdığı          

ön  sözdə  oxuyuruq:  “Qara  Qarayev  yaradıcılığı  Azərbaycan 

musiqi sənəti tarixinin özünəməxsus və parlaq səhifələrini təşkil 

edir.  Mədəni  irsimizin  qorunmasında,  inkişaf  etdirilməsində, 

təbliğində,  dünya  miqyasında  tanınmasında  bəstəkarın 

xidmətləri danılmazdır”. 

    Kitabda  toplanmış  materiallar  vasitəsilə  Qara  Qarayevin 

xalqımız  və  mədəniyyətimiz  qarşısında  göstərdiyi  böyük 

xidmətlərin  müəyyən  hissəsi  ilə  tanış  ola  bilirik.  Muzeyin 

fondunda  50  mindən  artıq  əşya  var.  Onların  arasında  Qara 

Qarayevə  aid  materiallar  da  mühüm  yer  tutur.  Bunlar                 

Qara  Qarayevin  və  yaxınlarının,  müəllim  və  tələbələrinin 

fotoşəkilləri, məktublar, not və mətnlərin əlyazmaları, afişalar, 

proqramlar, təsviri sənət nümunələri, kitablar və s. ibarətdir. 




Yüklə 278,97 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə