F.Ə. Sadıxova



Yüklə 240,85 Kb.
Pdf görüntüsü
səhifə4/49
tarix25.03.2018
ölçüsü240,85 Kb.
#33229
1   2   3   4   5   6   7   8   9   ...   49

 
14
Paralel  olaraq  insanlar  arasında  H5N1  qrip  virusunun  sirkulyasiyası  fiksə 
olundu: 18 hal qeydə alınmışdı, onlardan 6-sı ölümlə nəticələndi. 
1997-ci  ildə  belə  patogen  formada  peyda  olan  virus  2003-cü  ilə  qədər  üzə 
çıxmadı. 
2003-cü  ildən  indiyə  qədər  H5N1  virusu  ilə  törənən  quş  qripinin  bir  sıra 
ölkələrdə:  Çin,  Koreya,  Vyetnam,  Yaponiya,  İndoneziya,  Kamboca  və  s.-də 
növbəti  sıçrayışaları  qeydə  alındı.  Qeyd  olunan  sıçrayışların  coğrafiyası  yeni 
epidemik qrip virusunun Cənub-Şərqi Asiya ölkələrində və Okeaniyada yaranması 
haqda  nəzəriyyəni  bir  daha  təsdiq  etdi.  Çünki  burada  əhalinin  sıxlığı  və  heyvan 
populyasiyasının bolluğu köçəri vəhşi quşların uçuş yolları ilə uzlaşır. 
Sıçrayışlar  zamanı  Asiyada  3  ay  ərzində  120  mln.  ev  quşu  tələf  oldu. 
Bununla  yanaşı,  vəhşi  quşlar  arasında  A/H5N1/  qrip  virusunun  patogen 
xüsusiyyətlərinin  üzə  çıxması  faktı  müəyyən  edildi.  Qeyd  olunan  virusun 
miqrasiya edən vəhşi quşlar arasında sirkulyasiyası virusun ətraf mühitdə, xüsusən 
ev  quşları  arasında,  su  quşlarını  yoluxdurmaqla  suda  və  suətrafı  komplekslərdə 
yayılması faktoru xüsusi maraq doğurmuşdu və H5N1 ştammlarının sirkulyasiyası 
ilə  əlaqədar  virusoloji  tədqiqatlar  kifayət  qədər  geniş  miqyasda  miqrasiya  edən 
vəhşi  quşların  ölümünü  üzə  çıxartdı.  Bu  virusu  böyük  məsafələrə  yayan  köçəri  
vəhşi  quşların,  o  cümlədən  su  quşlarının  epidemik  əhəmiyyətini  qeyd  etmək 
lazımdır. 
Onları  A  qripi  virusunun  bütün  subtipləri  üçün  təbii  rezervuar  kimi 
qiymətləndirmək olar. 


 
15
Beləliklə, bu tapıntılar, yəni H5N1 virusunun nəinki ev quşlarından, həm də 
vəhşi  su  və  suətrafı  komplekslərin  quşlarından  izolyasiya  edilməsi  virusların 
təbiətdə dövranı kimi məlum faktı təsdiq edir. 
Hadisələrin  sonrakı  inkişafında  bir  sıra  Avropa  ölkələrində:  Almaniya, 
Belçika,  Fransa,  Böyük  Britaniya,  eləcə  də  ABŞ-da  H5N1  quş  qripi  virusunun 
vəhşi və ev quşları arasında törətdiyi xəstəliklər qeydə alındı və izolyasiya edildi. 
Ancaq bu ölkələrdə insanların yoluxması halları qeydə alınmamışdır. 
ÜST-ün məlumatlarına görə, A/H5N1/ virusunun insanlar arasında törətdiyi 
təsdiq  edilmiş  xəstəlik  halları  2002-ci  il  üçün  318-dir,  onlardan  192-si  (60%) 
ölümlə nəticələnmişdir. 
Ekologiyanın  və  insaların  xəstəliklərinin  dəyişilməsi  haqda  bir  yerdə 
yığılmış  məlumatlar,  eləcə  də  törədicinin  özünün  dəyişilməsi  H5N1  ştammının 
pandemik virus kimi formalaşmasının mümkünlüyünü güman etməyə əsas verir. 
2006-cı  ildə  Azərbaycan  ərazisində  də  A/H5N1/  quş  qripi  virusları  ilə 
insanların  yoluxmasının    8  klinik  halı  qeydə  alınmışdı. Bunlardan  5-i  letal  nəticə 
verdi. 
Ancaq,  infeksiyanın  insandan  insana  keçməsi  halı  qeydə  alınmamışdır. 
Epidemioloji  tədqiqatlar  yoluxmuş  və  ölmüş  insanların  bu  regionda  ölü  vəhşi  qu 
quşları ilə kontaktını üzə çıxartdı. 
Bu  fakt  quş  qripinin  insan  populyasiyasına  gətirilməsi  və  növ  spesifikliyi 
baryerinin tək bir halda aradan götürülməsinin nümunəsidir. 


 
16
Bununla  əlaqədar  qeyd  etmək  lazımdır  ki,  Azərbaycan  ərazisində,  xüsusən 
H5N1  virusu  ilə xəstələnmə halları qeydə  alınan  Salyan  ərazisində  vəhşi  quşların 
uçuş yolları vardır. 
Azərbaycan özünün iqlim-coğrafi parametrlərinə görə unikal regiondur. Belə 
ki,  bu  parametrlər  Cənub  –Şərqi  Asiyanın  təbii  iqlim  parametrləri  ilə  eynidir. 
Qızılağac  qoruğu  əhalisinin  sıx  yaşadığı  məntəqələrdə  çoxlu  sayda  heyvandarlıq 
təsərrüfatları  olan  Abşeron  yarımadası,  vəhşi  köçəri  quşların,  o  cümlədən  su 
quşlarının  qışlaq  yerləri  olan  bir  sıra  adalar,  müxtəlif  populyasiyaların  qarşılıqlı 
əlaqəsi,  insan  və  heyvan  qripi  viruslarının  ekoloji  əlaqələri  üçün  optimal  şərait 
yaradır. 
İnsanların  yüksək  pandemik  potensiyaya  malik  H5N1  ştammı  ilə 
yoluxmasının  təsdiqi  xüsusi  əhəmiyyət  kəsb  edir  və  pandemiyanın  mümkün 
inkişafı nöqteyi-nəzərindən həyəcan siqnalıdır. 
 
          
1.2.  A  qripi  virusunun  təbii  dəyişkənliyi  və  onu  aydınlaşdıran 
nəzəriyyələr.
 
Müasir  virusoloji  metodların  köməyilə  qrip  virusunda  daim  antigen 
dəyişkənliklərinin  baş  verməsi  faktı  müəyyən  edilmişdir.  Bunun  da  son  nəticəsi 
epidemiya  və  ya  pandemiyanın  etioloji  səbəbi  olan  virusun  yeni  növünün  əmələ 
gəlməsidir. 


 
17
Dərin  antigen  dəyişkənliyinin  mexanizmi  aydınlaşdırılmamışdır,  bu  da 
hazırda 
epidemiya 
və 
pandemiyaların 
yaranmasını, 
onların 
rasional 
diaqnostikasını, xüsusən qripə qarşı effektiv vaksinoprofilaktikanı çətinləşdirir. 
Antigen  strukturundakı  dəyişkənlik  nəticəsində  yaranan  virus  qrip 
epidemiyasının  böyük  dalğalarını  doğurur.  Bu  baxımdan  onun  əmələ  gəlməsi 
mexanizminin aydınlaşdırılması vacibdir. 
Dreyfin  mexanizminin  ümumi  qəbul  edilmiş  açıqlaması  seleksiya  üçün 
münbit  şərait  yaradan  respirator  traktın  səthi  infeksiyası  və  immunoloji  “pressin” 
təsiridir.(Burnet F.M, 1955; Fasekas de st., 1973; Hannoun C., 1973). 
Yeni  pandemik  ştammların  əmələ  gəlməsinə  səbəb  olan  virusun  səthindəki 
antigenlərin qəfil dəyişməsi- “shift”-in təbiəti haqda vahid nöqteyi-nəzər yoxdur. 
“Shift”-in mexanizmini aydınlaşdıran 2 əsas nəzəriyyə vardır: 
1.
 
Pandemik ştammlar-özündən əvvəlki virusun mutasiyasının və ya onların   
insan orqanizmində persistent formada qalmasının nəticəsidir. 
         2.   Bu virusların mənbəyi heyvan qripi viruslarının rezervuarıdır. 
 
Birinci  hipotezə  görə, belə  güman  edirlər  ki,  insan viruslarının  dəyişilməsi-
immunoloji “pressin” təsiri altında özünəməxsus təkamüldür(Smorodinsev А.А. və 
b.; 1978; Belyakov V.L. və b., 1983; Karpuxin Q.İ. və b. 1983). 
 
Digər  qrup  müəlliflər  virusların  dəyişkənliyinə  ardıcıl  mutasiya  kimi 
baxırlar.  Bu  mutasiyalar  RNT-nin  kodunu  əvvəl  dreyf-variasiyalara  qədər,  sonra 
isə şift-variasiyalara dəyişir(Davenport F., 1977). 
 
İkinci hipotez iki fərziyyədən ibarətdir: 
1.
 
Heyvan və quş virusunun insana birbaşa keçməsinin mümkünlüyü. 


Yüklə 240,85 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə