Fənn: reologiyanin əsaslari müəllim: dosent. F. R. Zeynalova



Yüklə 0,87 Mb.
Pdf görüntüsü
səhifə29/31
tarix08.10.2017
ölçüsü0,87 Mb.
#3884
1   ...   23   24   25   26   27   28   29   30   31

77 

 

 



Məhsul 

Rütubət, kq/kq 

Ümumi 

məsaməlilik, m



3

/m

3



 

Məsaməlilik əmsalı 

Yağlı kəsmik 

0,70 


0,73 

2,76 


Yağlı kəsmik 

0,60 


0,64 

1,78 


Pendirlər: 

Uqliç 


Holland 

Rusiya 


 

0,48 


0,40 

0,41 


 

0,54 


0,44 

0,49 


 

1,19 


0,79 

0,97 


 

Pendir  kütləsinin  qaza  görə  məsaməliliyi  məhsulun  formalanma  üsulundan  asılıdır. 

Pendir  kütləsində  müxtəlif  formalanma  üsulları  zamanı  boşluqların  həcmini  xarakterizə  edən 

kəmiyyətlər cədvəl 6.2-də göstərilmişdir. 

 

Сэвмэд  6.2.  Pendir  kütləsinin  müxtəlif  üsullarla  formalanması  zamanı  boşluqların  faza 



həcmləri 

 

Pendir kütləsinin xarakteristikaları 



Qaza görə 

məsaməlilik, 

m

3

/m



3

 

Qəlibə səpilərək yığılan dənəvər pendir kütləsi 



0,170 – 0,210 

Preslənmədən sonra 

0,025 – 0,079 

Zərdab qatı altında preslənmiş formalanmış pendir kütləsi  

0,003 – 0,007 

Vakuum üsulu tətbiq etməklə formalanmış və ya preslənmiş pendirlər  

təzyiq, Pa: 

34,5·10


8·10


 

 



0,008 – 0,038 

0,002 – 0,004 

 

Sıxılma  xarakteristikalarından olan  nisbi deformasiyanı ε, və  həcmi  sıxılma əmsalını  β 



aşağıdakı düsturlar vasitəsilə müəyyən etmək olar: 

                                    















lg

a

a

p

p

2

1



1

ε

,



,                                                    (6.17) 





p



p

p

V

V









,

,  



 

 

 



(6.18) 


78 

 

 



burada:  α

ε

,  а



1

,  а

2

  –  həndəsi  və  mexaniki  amillərdən,  məhsulun  fiziki-kimyəvi  halından,  onun 



tərkibindən və ilkin xammalın xüsusiyyətlərindən asılı olan əmsallardır.  

Δ р – təzyiq dəyişməsidir, Pа. 

Pendirlərin  sıxılma  xassələrini  sabit  sürətlə  onun  silindrik  və  ya  düzbucaqlı  biroxlu 

sıxılması  metodu  ilə  müəyyən  edirlər.  Bu  zaman  sıxılma  göstəricisi  kimi  nümunənin 

hündürlüyünün onun sıxılmaya qədərki hündürlüyünə olan faiz nisbəti qəbul edilmişdir.  

 

 Səthi xarakteristikalar 

 

Xam  və  üzsüz  südün  səthi  gərilməsi  α  [N/m]  temperatur  artıqca  azalır.  Üzsüz  südün  səthi 



gərilməsi xam süddən çoxdur, belə ki, temperaturun artması ilə bu fərq azalır. 

Səthi  gərilmənin  qiymətinə  onun  homogenləşdirilməsi  təsir  edir.  Pasterizə  edilməmiş  xam 

südün  homogenləşmə  təzyiqinin  artması  südün  səthi  gərilmə  qiymətinin  bir  qədər  azalmasına  səbəb 

olur  ki,  bu  da  yalnız  süddə  yağ  kürəciklərinin  parçalanması  ilə  deyil,  həm  də  zülal  hissəciklərinin 

mexaniki zədələnməsi, yəni zülal-yağ aqreqatlarının hissəvi parçalanması ilə izah edilir. 

Qatılaşdırılmış südün səthi gərilməsi vakuum cihazının çıxışında bir qədər azdır, ancaq zaman 

keçdikcə bu qiymət artır və 2-3 saatdan sonra xam südə nisbətən çox olur. 

 

Süd  sənayesində  emal  prosesi  zamanı  və  hazır  məhsulun  reoloji  xassələrinin 



ölçülməsi 

 

İstənilən texnoloji prosesdə hər hansı bir parametrə fasiləsiz nəzarət girişdə, çıxışda və 



aralıq  fazalarda  bu  prosesin  gedişini,  onun  sürətini,  istiqamətlənməsini  və  sairəni  elə  həmin 

parametrlərin diskret laboratoriya nəzarətinə nisbətən daha dəqiq və obyektiv əks etdirir. Yeyinti 

sənayesində materialların reoloji xassələri üçün bu, xüsusilə zəruridir, çünki, burada emal edilən 

materiallar  emal  prosesində  çox  vaxt  öz  quruluşunu,  kimyəvi  tərkibini  və  s.  əsaslı  surətdə 

dəyişir. Bir qayda olaraq, reoloji  xassələrin dəyişməsi  emal olunan  materialın kimyəvi, quruluş 

və digər çevrilmələri ilə sıx bağlı olur ki, bu, çevrilmələrin və prosesin özünün başlanğıcı, sonu, 

sürəti və istiqamətlənməsi haqqında mühakimə yürütməyə imkan verir. 

Bütün  bu  deyilənlərdən  aydın  olur  ki,  reoloji  parametrlərə  faziləsiz  nəzarət  yeyinti 

sahəsi  üçün  xüsusilə  vacibdir.  Buna  görə  də  cihazların  fasiləsiz  reoloji  nəzarət  üçün  işlənməsi 

aktual  problemlərdən  hesab  olunur.  Bu  cihazların  iki  tipi  ayırd  edilir:  I  tip  cihazlar  boru 

xətlərində quraşdırılır və axında xassələrin ölçülməsinə xidmət edir; II tip cihazlar bilavasitə işçi 



79 

 

 



vannada,  maşında  və  ya  aparatda  quraşdırılır  və  qida  materiallarının  emalı  prosesində  reoloji 

xassələrin dəyişməsinə nəzarət edir.  

I  tip  cihazlar  boru  xətti  ilə  emala  verilən  materialların  və  ya  işçi  maşından  çıxan 

materiallara  nəzarət  etmək  üçün  nəzərdə  tutulmuşdur.  Onların  köməyi  ilə  verilən  materialların 

yalnız  xassələrini  tənzimləmək  olar,  onlar  bilavasitə  təkrar  emal  prosesinin  gedişini  izləməyə 

imkan  vermir.  Bunun  üçün  II  tip  cihazlardan  istifadə  olunur.  Emal  proseslərinə  nəzarət  etmək 

üçün nəzərdə tutulmuş bəzi cihazlarınquruluşunu nəzərdən keçirək. 

«Elqep»  cihazı  (şək.6.3)  süd  laxtasının  konsistensiyasını  bilavasitə  vannada  müəyyən 

etmək  üçün  nəzərdə  tutulmuşdur.  Onun  iş  prinsipi  süd  laxtasının  içindən  indentoru  çəkib 

uzatmaqdan  ibarətdir.  Süd  qarışığına,  demək  olar  ki,  vannanın  dibinə  üç  halqalı  xaç  şəklində 

indentoru endirirlər. Sap 7 güc ölçən cihazın bloku vasitəsilə atılır. Sonra sıfır bölgülü şkalası 5 

olan  hərəkətli  göstəricini  3  yerləşdirir  və  dəstəyin  4  köməyilə  dairəvi  lövhənin  üzərində  yarığı 

həmin  şkalanın  laxtanın  lazımi  konsistensiyasına  uygun  bölgüsünə  əks  olaraq  quraşdırırlar. 

Tumbler  1  vasitəsilə  cihaz  işə  salındıqdan  sonra,  üzərinə  sapın  sarındığı  barabana  6  birləşmiş 

mühərrik işə düşür. Bu zaman indentor qalxmağa başlayır və laxtanı kəsir. 

Laxtalanma  prosesində  laxtanın  qatılığı  və  indentorun  hərəkətinə  qarşı  müqavimət  də 

artır.  Süd  laxtası  lazımi  qatılığa  çatdığı  zaman  (lövhənin  üzərindəki  yarıq  göstəricinin 

səviyyəsində olduqda) avtomatik olaraq qırmızı  lampa yanır və səs siqnalı eşidilir. Qurğunun 

çatışmayan cəhəti ondan ibarətdir ki, laxtalanan qarışıq lövhənin üzərinə yapışır, bu da laxtanın 

hazır olmasını göstərən nəticələrin təhrif olunmasına gətirib çıxarır. 

Bu  iş  prinsipi  ilə  işləyən  daha  bir  qurğu 

ЛТИХПа 


plastometridir,  onun  quruluş  sxemi 

şəkil  6.4-də  göstərilmişdir.  Cihazın  iş  prinsipi  tənzimlənən  mühitdə  çarxın  yaratdığı  2 

elektromaqnit  sahəsinin  təsiri  altında  lövhələrin  3  yerdəyişməsi  zamanı  tangensial  yerdəyişmə 

gərginliyinin müəyyən edilməsinə əsaslanır.  

Nəzarət  nümunə  götürülmədən,  hermetik  dəyişdiricinin  bilavasitə  mühitlə  birgə  çənə 

batırılması  zamanı  həyata  keçirilir.  Batırılmanın  dərinliyini  qeyd  etmək  üçün  verici  1  nəzərdə 

tutulmuşdur. Belə ki, sürüşmənin qarşısını almaq üçün lövhələrin üzərində hazırlanmış qırçınlara 

3  ölçmələr  zamanı  material  yapışır  ki,  bu  da  çox  keçmədən  ölçmələrin  nəticələrinə  öz  təsirini 

göstərir. 

Daşınan elastometr (şək. 6.5) laxtanın kəsilməyə hazır olmasını müəyyən etmək üçün 

nəzərdə  tutulmuşdur.  O,  ölçmə  bloku  2,  tilləri  olan  indentor  6  və  dinamometrik  qurğudan  

ibarətdir.  Elastometr  vannanın  yuxarı  hissəsinə  kronşteyn  7  və  vintli  sıxacın  1  köməyi  ilə 

bərkidilir. 




Yüklə 0,87 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə