Film Fiction


Film Fiction | Dekabr, №4



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə14/18
tarix17.06.2018
ölçüsü0,51 Mb.
#49229
1   ...   10   11   12   13   14   15   16   17   18

 

31 


Film Fiction | Dekabr, №4 

 

Hərbi hissədə olarkən niyə cəzalarınızı 



yerinə yetirmirdiniz? Asfalt döşəməyə 

aparanda etiraz edirdiniz. Razılaşmırdınız 

cəzalarınızla. 

 

- Yox. Hərbi hissədə… Belə də ki, indiki 



hərbçilər xoşbəxtdirlər. Nə mənada? Onlar 

bilirlər ki, kimi qoruyurlar, nə üçün qoruyurlar. 

Amma biz bilmirdik. Macarıstanda 

demokratiyaya qədər heç qoymurdular  

deyəsən ki, harada xidmət eləmisən. Çünki 

orada şəhər yazılmır. Bir dənə hərbi hissənin 

nömrəsi olur. Mən Macarıstanda xidmət 

eləmişəm. İndiki əsgərlər bilirlər ki, anasını, 

bacısını, vətənini, torpağını qoruyur və xilas 

etməlidir. Bu xoşbəxtlikdir. Biz bilmirdik kimi 

xilas eləyirik, kim üçün gedirik. Belə şeyləri 

bilmirdik. Hərbi xidmət idi, getdim, elədim, 

gəldim. Çox əzab da çəkməmişəm. Deyim ki, ay 

məni belə... Əsgərlikdə də bir şey olmayıb. 

Qayıtmışam zabit, sonra da leytenant. 

 

 



 

 

Sizinlə birgə tələbəlik illərinə səyahət 

edirik. Yadda qalan xatirələrinizdən danışın. 

 

- Bilirsən, Cəmilə, qızım, tələbəlik özü elə 



bir xatirədir. Nə bilim, hansını deyim? Tələbəlik 

+xatirələr. Orda o qədər hadisələr olub ki. 

Tələbə vaxtı sevmişik də, sevilmişik də... 

Kiminsə dalınca düşmüşük də, ayağımız kiminsə 

dalınca gedəndə sürüşüb, yıxılmışıq da. İndi o 

xatirələri danışmaq üçün gərək çarxı fırladaq. 

Düzdür, mən heç vaxt danışanda fikirləşmirəm, 

belə də ağlımda olur. Amma gərək bunu da 

fikirləşim. Çox xatirələr var. Dərsə gecikməyim 

də, institutdan qovulmağım da... Bunlar da indi 

mənə, necə deyərlər, xoş gəlir. Mən institutdan 

neçə dəfə xaric olunmuşam. Kiminsə-sənin kimi 

bir qızın tərəfini saxlamışam, kimə görəsə 

qapıda gözləmişəm. Elə şeylər kaş indi olaydı.  



 

Sizə yazılan altı yeşik məhəbbət 

məktubları var. Niyə saxlamısınız? O vaxtlar 

nece sevildiyinizi tez-tez xatırlamaq üçün? 

 

- Altı yeşik hamısı məhəbbət məktubları 



deyil. Orada tamaşalardan da çox məktublar 

var. Saxlayıram... Qalıb da... Axı o da əziyyət 

çəkib.  

 

Bəzən açıb oxuyursunuz? 

 

- Yox vaxt olmur. O da əziyyət çəkib, 



ürəyinin ağrısı ilə bir məktub yazıb. Ya 

Firəngizlə “Səni axtarıram”, ya başqalarından. 

Çoxdu da... Qalıb da onları dərc eləsən üç kitab 

çıxar.  


 

İki qızınız var. Amma adətən atalar 

oğlan övladı istəyir. Bəs siz necə?... 

 

- Bu Allah payıdı. Belə məsləhət görüb, 



belə də verib. Oğlan olsaydı nə edəcəkdi? Oğlan 

olub başqa yollara düşüb mənim adımı, az-çox 

ad-sanımı yerə vurmaqdansa, qız oturub evdə 

də. Qız elə qızdı. Mən 15-20 gündür nasazam- 

ömrümdə nasaz olmamışam- görürəm 

yanımdadırlar. Amma oğlan olsaydı mənə elə 

gəlir deyəcəkdi ki, mən getdim, bir də axşam 

gələrəm. Mənə elə gəlir ki, elə olardı. Çünki, 

əfsuslar olsun ki, mən özüm də elə olmuşam. Nə 

tökərsən aşına, o da çıxar qaşığına. 

 

Bəyin oğurlanması” filminin çəkilişi 



zamanı tibb bacısını meymuna oxşatmısınız. 

Buna görə iki gün gipsdə qalmışdınız. 

 

- Hə, hə. O başqa millətdən idi, mən 



bilmirdim. Saat 8 olardı. 30 ilə yaxındır bu 

hadisənin üstündən keçir. Mən uzanmışam, 

zarafatla dedim ki, fərli tibb bacısı gətirərdiniz 

də, meymuna oxşayır. Bu da başa düşür sən 

demə. Buna görə 2 gün gipsdə qaldım. Düzdü, 

qaşındırdı bir az. Sənət belədi də gərək dözəsən. 

 

Hansısa obrazı yaradanda olubmu ki, 

öz obrazınıza söz əlavələri edəsiniz? 

 

- Çox... Elə bir obrazım yoxdur ki, orda 



mənim sözüm olmasın. İstər Surxayzadə, istərsə 

də başqalarında. Düzdür, mən yalan danışan 

deyiləm, amma bu obrazdır da. Ola bilsin daha 

cox klassikada, “Topal Teymur”da. Orda 

artırmaq mümkün deyil. Mən 8 ildir ki, yeganə 

dram aktyoruyam ki, opera oynayıram - “Arşın 

mal alan”da və s. Bu yaxınlarda getdim 

Türkiyəyə, Ankarada Opera Balet Teatrında 

oynadım (çətindir opera oynamaq mənim 

üçün). İnanmadılar ki, mən dram artistiyəm və 

orada da 2 kəlmə əlavə elədim, onların da 

xoşuna gəldi. 

 



 

32 


Film Fiction | Dekabr, №4 

 

 



Siz özünüzü teatrda tamaşaçı 

qarşısında yoxsa kamera qarşısında daha 

sərbəst hiss edirsiniz? 

 

- İkisində də. Kino belədir də, bir dəfə 



çəkilir yaxşı olmur, iki dəfə çəkilir, bir söz 

yaddan çıxır üç dəfə... Amma teatr elə deyil. Elə 

ki 7 oldu, pərdə açıldı, sən oldun tamaşıçının 

yaxşı mənada bir növ qulu. Bir növ qulusan ki, 

istəyir ayağın ağrıdı, istər səhər də verilişə 

gedim, gərək hamı mənimlə olsun. Onun ona 

dəxlisi yoxdur ki, mənə soyuqdu. Əgər Yaşar 

yaxşı adamdırsa, öz qədrini biləndirsə özünü 

qorusun da. Düzdür? Həmişə deyirlər ki, səni 

qoy Allah qorusun. Amma gərək özün də 

qoruyasan. Allah deyir ki, mən səni yaratmışam, 

sən də özünü qoru da bir az. Mən amma özümə 

baxmamışam. 

 

Həm televiziya tamaşalarında, həm 



teatrda tamaşaçılar qarşısında, həm də 

kinoda çəkilmək sizi yormur ki? 

 

- Yormur. İşləyən adam gərək 



yorulmasın. Mən 10 yaşımdan indiyə kimi 

səhnədəyəm. Bu il yorğun yox, bir balaca özümü 

nasaz hiss elədim, o da məni darıxdırır. Taqsır 

özümdə olub. Çünki mən həm özümü 

darıxdırıram, iraq səndən, adam xəstə olanda 

necə olur, elə bil nəyimsə çatmır. Həm də 

qıraqdakı adam lap gic eləyir “Sizə belə 

yaraşmır”... Mən bəyəm asta-asta yeriyə 

bilmərəm? Mən fikirləşə-fikirləşə gəzə 

bilmərəm? Sonra ekranda baxanda deyir ki, siz 

xəstə-zad deyilsiniz… Yormur, yorulmağa hələ 

çox var. 



 

Yaşar müəllim, həyatınızda elə bir 

insan varmı ki, öz sənətinizi ona qurban 

verəsiniz? 

 

- Mən sənətimi heç kimə qurban 



verməmişəm. Çünki onu qoymayıblar. Belə də 

“bir insan” ola bilər mənim ailəm, onlar da 

qoymayıblar. Artıq gecdi. Mənə çox böyük 

təkliflər var idi. Məni çağırdılar Türkiyəyə dərs 

deməyə, amma, mən başqa işlə məşğul ola 

bilmərəm. Elə vaxt olmayıb ki, deyim ki, 

bezmişəm. Mən təyyarə ilə Mərdəkanın 

üstündən keçəndə həmişə gözlərim yaşarıb. 

Mən Bakısız... çətin məsələdi. İnanmıram 

bundan sonra da.  

 

 

 



 

Arzuları...Yaponiya, Almaniya mənim 

haqqımda 3 səhifəlik böyük məqalə çap eləyib. 

Bunları öyrənmək lazımdır. Mən indiki filmlərə 

baxa bilmirəm. Vururlar, yıxırlar, öldürürlər 

adam gecə yata bilmir. Qorxuluqdan yox e, 

burda sənət yoxdu. Tək gəlsin, dayansın, məni 

düşündürsün. Sənətşünaslıq ən böyük 

peşələrdən biridir. Sənin müəllimlərinə, kim ki 

sənə dərs deyir, onlara can sağlığı arzu edirəm 

və gördün ki, öyrənə bilmirsən, kimisə 

aldadırsan, getməyin məsləhətdi. Qızsan otur, 

öyrən, 2-3-cü kursda əlin cibində gəzəcəksən. O 

gün olsun universiteti qurtaranda gəlib məndən 

soruşasan, mən də sənə diplom işində kömək 

eliyim. 

20 fevral, 2008-ci il. 

 

 

 

 

 



Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə