Film Fiction


Film Fiction | Dekabr, №4



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə12/18
tarix17.06.2018
ölçüsü0,51 Mb.
#49229
1   ...   8   9   10   11   12   13   14   15   ...   18

 

26 


Film Fiction | Dekabr, №4 

filmləri idi. 1937-ci ildə Disney dövrün ən 

uğurlu filmini, “Ağbəniz və yeddi cırtdan” 

animasiyasını yaratdı. 

 

Böyük miqdarda filmlər çəkilirdi, lakin az 



bir qismi uğur qazanırdı. Studiyalar əsasən orta 

büdcəli, yaxşı ssenari və tanınmamış aktyorun 

iştirak etdiyi filmlərə üstünlük verirdilər. Belə 

şəxslərdən biri Orson Uelles idi. Onun debüt 

filmi “Citizen Kane” (1941) çox böyük uğur idi.  

 

 



 

Hovard Houks, Alfred Hitçkok, Frenk Kapra 

kimi rejissorlar isə studiyalarla mübahisə 

edərək, əsasən öz quruluş stillərini yaradırdılar. 

Dövrün ən görkəmli rejissoru Con Ford idi. Ford 

“Ən Yaxşı Rejissor” kimi 5 Oskar 

nominasiyasından 4-nü qazanmışdı. Bu rekord 

hələ də təkrarlanmayıb. Uilmay Uayler isə 12 

dəfə bu nominasiyada irəli sürülmüşdü. Studiya 

filmlərinin çəkilişinin geniş vüsət alması 1939-

cu ildən etibarən başladı. Bunların ilk 

nümunələri “Oz ölkəsinin sehrbazı” (The 

Wizard of Oz), “Küləklə sovrulanlar” (Gone with 

the Wind), “Fayton” (Stagecoach), “Cənab Smit 

Vaşinqtona gedir” (Mr. Smith Goes to 

Washington), “Cavan cənab Linkoln” (Young Mr. 

Lincoln), “Wuthering Heights”, “Ancaq 

mələklərin qanadları olur” (Only Angels Have 

Wings), “Nina” (Ninotchka), “Qanqa Din” (Gunga 

Din) və “İyirmincilər” (The Roaring Twenties) 

filmləri idi. Qızıl dövrdə istehsal edilən digər 

görkəmli filmlər arasında “Kasablanka” 

(Casablanca), “Robin Qudun macəraları” (The 

Adventures of Robin Hood), “Bu gözəl həyat” 

(It's a Wonderful Life), “Bir gecəlik xoşbəxtlik” 

(It Happened One Night), “Kinq Konq” (King 

Kong), “Cazzda ancaq qızlardı” (Some Like It 

Hot), “Eva haqqda hər şey” (All About Eve), 

“Axtaranlar” (The Searchers), “Tiffanidə səhər 

yeməyi” (Breakfast At Tiffany's), “Şimala şimal 

qərbdən” (North by Northwest), “Səkkizdə 

nahar” (Dinner at Eight), “Səbəbsiz etiraz” 

(Rebel Without a Cause), “İkiqat sığorta” 

(Double Indemnity), “Bountidə hadisə” (Mutiny 

on the Bounty), “İşıqlar şəhəri” (City Lights), 

“Qırmızı çay” (Red River), “Mançuria namizədi” 

(The Manchurian Candidate), “Bişopun xanımı” 

(The Bishop's Wife), “Yağış altında nəğmə” 

(Singin' in the Rain), “Böyük qaçış” (The Great 

Escape), “Sağ olun cənab Çips” (Goodbye Mr. 

Chips), “Roman tətili” (Roman Holiday), 

“Jezebel”, “Sabrina” və s. var idi. 

 

Kino Stili: Məşhur kino tarixçisi və 

tənqidçi Devid Borduelin qeyd etdiyi kimi, 

Klassik Hollivud cərəyanı əsasən 14-17-ci əsr 

İntibah dövründən bəhrələnmişdi. Qəhrəmanlar 

məqsədə çatmaq üçün maneələri dəf edir

onların əsasən fiziki davranışları ön plana 

çəkilirdi. Zaman və məkan quruluşu filmləri 

təşkil edən iki əsas istiqamətə uyğunlaşdırılırdı: 

biznes əlaqələrinə sevginin təsiri və Alfred 

Hitçkokun filmlərində olduğu kimi hər hansı bir 

cinayətin üstünün açılması. Filmlərin 

əksəriyyətində “flashback” (keçmiş hadisələrin 

yada salınması) adlanan üslubdan istifadə 

edilirdi. 

 

 



 

27 


Film Fiction | Dekabr, №4 

Venetsiya Film Festivalı 

 

 

 



 

 

Venetsiya Film Festivalı ən qədim 



beynəlxalq film festivalıdır. Əsası 1932-ci ildə 

Cüzeppe Volpi tərəfindən qoyulmuşdur. İlk 

vaxtlar festivalın adı “Esposizione Film 

Festivalı” idi. Elə ilk dəfədən festival çoxlu 

sayda, təxminən 26 min insanı özünə cəlb edə 

bildi. İlk təqdim edilən film rejissor Ruben 

Mamoulianın “Doktor Cekil və Mister Hayd” 

filmi olmuşdur. Amma ilk festivalda hələ 

mükafatların verilməsi nəzərdə tutulmamışdı. 

Venetsiya Film Festivalı hər il avqustun sonları 

və yaxud sentyabrın əvvəlləri İtaliyanın Lido 

adasında keçirilir. Filmlər “Palazzo del Cinema” 

və “Pala Biennale” kinoteatrlarında nümayiş 

etdirilir. “Palazzo del Cinema” 1937-ci ildə 

yaradılmışdır. Bu qədim festival “Venesiya 

Bianelle”nin bir hissəsidi. Venesiya Bianelle 

İtaliyanın Venetsiya şəhərində keçirilən çağdaş 

incəsənt sərgisidir. Festivalın əsas mükafatı  

“Qızıl Şir”di.  Bu ən yaxşı ekranlaşdırılmış filmə 

verilir. “Qızıl Şir” mükafatı 1952-ci ildə tərtib 

edilib. Ən yaxşı rejissor nominasiyası üzrə 

qalibə “Gümüş Şir” mükafatı verilir.  

 

 

Ən yaxşı aktyor və aktrisa nominasiyası üzrə 



mükafat isə “Volpi Kuboku”dur. “Volfi Kubok”u 

1934-cü ildən bəri verilir. Bundan əlavə 

münsiflərin seçimi ilə verilən həvəsləndirici 

“Xüsusi Şir” mükafatı da vardır ki, bu da əsas 

mərhələdə nümayiş olunan filmlər üzrə rejissor 

və aktyora verilir. “Qızıl Osella” ən yaxşı texniki 

kontribusiya və ən yaxşı ssenari nominasiyaları 

üzrə nəzərdə tutulub. Yeni aktyor və aktrisa 

nominasiyaları üzrə “Marsello Mastroianni”, 

debüt film nominasiyası üzrə “Gələcək Şir” 

mükafatları verilir. Festivalın yaranmasında 

vaxtilə İtaliya hökumətinin başçısı olan 

Mussolininin də rolu olmuşdur. 1934-1942 illər 

ərzində onun adını daşıyan “Ən yaxşı xarici film 

üzrə Mussolini” mükafatı və “Ən yaxşı italyan 

film üzrə Mussolini” mükafatı tərtib edilmişdi. 

 

 

 



 

 

Əsas mərhələdən əlavə “Orizzonti” 



mərhələsinə çıxmış filmlərə aşağıdakı 

mükafatlar tərtib edilmişdir: 

  Orizzonti mükafatı; 

  Xüsusi Orizzonti Münsif mükafatı; 

  Orizzonti qısa film mükafatı; 

  Orizzonti ortametrajlı film mükafatı. 

 

“Controcampo Italiano” mərhələsində 



İtalyan filmləri təqdim edilir. 7 tam metrajlı, 7 

qısa metrajlı və 7 sənədli İtalyan filmi nümayiş 

etdirilir. 

 

 



 


Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə