Film Fiction


Film Fiction | Dekabr, №4



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə11/18
tarix17.06.2018
ölçüsü0,51 Mb.
#49229
1   ...   7   8   9   10   11   12   13   14   ...   18

 

24 


Film Fiction | Dekabr, №4 

            Əzizlərim mənim! İnsanların evlərindəki 

kitabxanalar kimi, mənim də evimin böyük bir 

otağında saxladığım çoz zəngin bir kolleksiyam 

var. Eyni ilə ikinci əl val mağazası kimi. Bu 

arada vallardan çıxan səslər çox keyfiyyətlidir. 

(gülür) 

 

 



 

 

 



Bu aralar sizə təsir edən hər hansı bir 

filmə baxmısınız? 

 

Hal-hazırda adı yadımda deyil, amma çox 



dramatik və təsirli idi. O qədər təsirli idi ki, 

qaranlıqda hər kəsi ağlayan gördüm. Hər kəs 

baş roldakı aktyoru o qədər sevdi ki, onun üçün 

ağladı. Hal-hazırda bunu düşünəndə çox 

təsirləndirici olduğunun fərqinə varıram. 

 

Bəlkə də insanları ağladan bir film 



çəkməyiniz lazımdır. 

 

"Billi öldürməli"(Kill Bill) filminin 



sonunda Devid Karradinin canlandırdığı obraz 

öləndə bir çox tamaşaçı ağlamışdı. Yəni onsuz 

da tamaşaçını ağladan bir film çəkmişəm artıq. 

 

Sizlə danışdıqda görürəm ki, Kventin 



Tarantinonun vəhşi görünən üzünün 

arxasında özünü biruzə verməyə çalışan 

ümidsiz  romantik biri var. 

 

Vəhşi romantikmi? Sizə deyim ki, 



filmlərdən əlavə məni təsirləndirən şeylər də 

var. Parisdə olarkən muzeylərə getməkdən zövq 

alıram, xüsusilə də Rodin muzeyinə. 

Real həyatda nə qədər şiddətli olursunuz? 

 

Yəni birisinin ayağını qırmaq üçün 

icarəyə qatil tutmaram. Bu işi özüm həll etməyi 

tərcih edirəm. (gülür) 

 

Bir film çəkmək yaxşıdırmı, yoxsa 

narahatlıq doğuran bir hissdir? 

 

Sevgilinlə ayrılmaqla müqayisə edilə 



bilər. Sonrasında təkrar yeni bir əlaqəyə 

başlama və özünə gəlməsi üçün müəyyən 

müddət keçməsi lazımdı. 

 

İllər öncə video mağazasında 



işləyərkən heç bir gün buralara qədər 

qalxacağınız ağlınıza gələ bilərdi? 

 

Bəlkə lovğalıq kimi görünə bilər, amma 



bunun olacağını, sənət aləmində bugünki 

yerlərə çatacağımı həmişə bilirdim. Təxmin edə 

bilmədiyim şey, bu qədər geniş bir izləyici 

kütləsinə sahib olub olmayacağım idi. Təbii ki, 

bunu da ümid edirim. Bilirsiniz, ən çox ilham 

aldığım insanlardan biri Bob Dilandı. Video 

mağazasında olarkən həmişə bir gün Bob 

Dilanın musiqi və bəstəkarlıqda olduğu kimi 

mən də kino dünyasında önəmli biri olmağı 

ümid edirdim. 

 

Bəs hal-hazırda önəmli birimisiniz? 

 

Elə olduğumu demədim. Bilirəm 



meqalomanlığa meylliyəm, amma önəmli 

olduğumu demək bir az həddimi aşmaq olar. 

Yəni, demək istədiyim budur ki, məqsədim 

sadəcə kino həvəskarları və tənqidçiləri 

tərəfindən tanınan və yaxşı işləyən rejissor 

olmaq deyil. Məqsədim 70-ci illərdəki Brian de 

Palma qədər məşhur olmaqdı. Amma əslinə 

baxılarsa, gözləntilərim daha çox idi. Nəticədə 

bir meqalomanam… 

 

Filmlərinizdə əsas rollar əsasən 



kişilərdən intiqam almağa çalışan qadınlar 

olur. Ən son nə vaxt bir qadın sizə şillə vurub? 

 

(Qəhqəhəylə gülür) Heç bir qadın 



tərəfindən şillə yeməmişəm. Hətta, böyüdüyüm 

məhəllədə, yəni Los Ancelesda şiddətlə məşhur 

Harbor Sitidə belə liseydəki idmançı qızlardan 

şillə yeməmişəm. 



 

Filmlərinizdə qadınlara nə qədər 

heyran olduğunuz açıqca görülə bilir. 

 

Qadınları çox sevirəm. Hər hansı yaxın 



bir dostumdan soruşun, əsl bir cənublu 

centlmen olduğumu deyəcəklər. Həm mən baş 

roldakı qadın aktrisaları həmişə kişilərdən çox 

daha cəlbedici zənn etmişəm. Çox daha həyəcan 

verici və lovğadırlar. 

 

Sizcə filmlər dünyanı xilas edə bilərmi? 

 

Əlbəttə ki! Gedin və "Şərəfsiz Mələzlər"i 



izləyin! 

  



24 sentyabr, 2009-cu il. 

 



 

25 


Film Fiction | Dekabr, №4 

Klassik Hollivud Film Cərəyanı 

 

 



 

 

 



Bu cərəyan 1910-60-cı illər Amerika film 

sənayesini ifadə edir. Bu dövr kino sənəti 

əsasən öz vizual quruluşu, səs texnikası, aktyor 

oyununa görə fərqlənir. 



 

Qızıl Dövr: Amerika kinosunun qızıl 

dövründə, səssiz filmlərin çəkilişinin demək 

olar ki sona çatdığı 1920-ci illərin sonundan 

1960-cı illərin əvvəllərinə qədərki dövrdə 

filmlərin əksəriyyəti nəhəng Hollivud 

studiyalarında çəkilirdi. Qızıl dövr 1927-ci ildə 

ilk səsli film “Cazz müğənnisi”nin ekranlara 

çıxması və böyük maliyyə uğuru qazanması ilə 

başladı. Filmlərin böyük hissəsi – vestern, 

musiqili film, komediya, cizgi filmi və biopik 

istiqamətlərdə çəkilirdi. 

 

“Cazz müğənnisi”nin böyük uğurundan 



sonra “Warner Brothers” kinoşirkəti şəxsi 

kinoteatrlar inşa etdirdi. “MGM”, “Paramount”, 

“RKO”, “FOX” kimi şirkətlər də analoji addımlar 

atdılar. Belə şirkətlər yüzlərlə aktyor, prodüser, 

rejissor, ssenarist, texniki işçiləri müəyyən 

məvaciblə yanlarında saxlayırdılar. 

 

1930-cu illərdə “MGM” şirkəti kino 



sənayesinin əsas hissəsini əlində 

cəmləşdirmişdi və Hollivudun ən qabaqcıl 

ulduzları bu şirkətlə əməkdaşlıq edirdi. Bunlar 

arasında “Hollivudun Kralı” adlanan Klark 

Qeybl, Norma Şirer, Qreta Qarbo, Xoan 

Kravford, Jan Harlov, Qari Kuper, Mari Pikford, 

Henri Fonda, Merilin Monro, Elizabet Teylor, 

Cudi Qarland, Ava Qardner, Ceyms Stüart, 

Katarine Hepburn, Vivien Li, Qreys Kelli, Cin 

Kelli, Qloria Stüart, Fred Astaire, Qinqer Rocers, 

Con Veyn, Barbara Stanvik, Con Bartimor, 

Audrey Hepburn və Buster Kiton var idi. Bu 

dövrdə amerikan film sənayesinin ən böyük 

uğurlarından biri də Uolt Disneyin animasiya 




Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə