Film Fiction


Film Fiction | Dekabr, №4



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə2/18
tarix17.06.2018
ölçüsü0,51 Mb.
#49229
1   2   3   4   5   6   7   8   9   ...   18

 



Film Fiction | Dekabr, №4 

 

 

 



Azərbaycan kinosu dedikdə ağlıma Sovet 

dövründən qalma bir-iki film gəlir. Sovet 

dövrünü bəyənməyən kinomanlara kapitalizm 

yaxşı münasibət göstərir. Pulunu ver, filmini 

çək. Amma kino tək bu demək deyil, axı insan 

tək pul qazanmalı deyil. Puldan dəyərli nəsə  var 

bu həyatda, o nəsələrdən biri də  zövq almaqdır. 

Bəzən film seyr edərkən dayazlığa qaçırıq. 

Şəxsən mən ilk əvvəl romantik sevgi filmlərini, 

“Spiderman”, “İnspektor Qadcet” kimi filmləri 

xoşlayırdım. Bu dayazlıqdır? Bilmirəm… Bəlkə 

də yeniyetməliyin gətirdiyi həvəsdir. Zaman 

keçdikdən sonra inkişaf etmək istəyən insan 

həm də düşünmək istəyir. Söz yox ki, “İnspektor 

Qadcet” düşünmək istəyən insanı düşündürə 

bilməz. Odur ki, inkişaf etmək lazımdır. İnsanın 

inkişaf etməsi üçün oxumaq, baxmaq, 

öyrənmək, gəzmək, görmək və s. və i. lazımdır. 

Baxmaq dedikdə ağlıma ilk olaraq film gəlir. 

Nəyə baxmaq? FİLMə. Filmə  baxarkən zövq 

almalısan, düşünməlisən? Bəli…bəli, biz bunun 

üçün çalışırıq. “Film Fiction” jurnalı 

yaranmamışdan öncə mən facebookda 

bacardığım qədər öz bildiklərimi dost-tanış, 

bacı-qardaş, əmi-dayı hamıya çatdırmışam. 

Amma “Film Fiction” ayrı hava oldu. Bəlkə də 

sıxıcı, amma mükəmməl filmləri təbliğ etməklə 

arktik havanı çəkib gətirdik. Jurnal yarandıqdan 

sonra mən, Şahin, Ferat və digərləri  (hamısı sağ 

olsun) bu jurnal üçün yazdılar, pozdular və nəsə 

ortaya çıxartdılar. Bu nəsə Azərbaycan üçün elə 

nəsə demək idi. Ayrı-ayrı “dahilər” əllərini 

alınlarına aparıb fikirləşərkən və bizi mühakimə  

edərkən biz yazırdıq (Düzdür, mən çox yazıram 

deməyə haqqım yoxdur, çünki vaxtım yoxdur). 

Bizdən səhv tutanlar (hərf səhvi, cümlə səhvi, 

xəbər-mübtəda və s.) özləri belə bir jurnal 

çıxartsalar əla olar. 

 

Dostlar və Yoldaşlar, zövqlər 



dəyişilməlidir. Məhz zövqlər dəyişdikdən sonra 

bizlər Qızıl Palmaya, Oskara, Qızıl Ayıya 

namizəd ola bilərik. Biz hələ ki, əsl kinonu təbliğ 

edirik, amma ümid edirik ki, nə vaxtsa bizim 

çəkdiklərimiz təbliğ olunsun. 

 

“Ümid ən yaxşı hissdir, yaxşılar isə heç 



vaxt ölmürlər...” (Şouşenkdən Qaçış)   

 

Biz ümid edirik. İndi yazırıq, amma nə 



vaxtsa çəkəcəyik. Kim bu istəkdədirsə, qoşulsun 

bizə, axı hamımız eyni oksigeni iyləyirik. 

 

“Başını qaldır, oğlum, sən mənim 



oksigenimlə nəfəs alırsan...” (Qu-qu quşu yuvası 

üzərindən uçuş)  

 

Heç kəsin oksigenini udmuruq, gəlin 



birləşək və nəsə edək… 

 

Yadımdan çıxmışdı, Sizin yeni ilinizi 



təbrik edirəm. Arzum budur ki, mənim arzum 

reallaşsın! 

 

Mətləb Muxtarov 

 

 



 

 

 



Məndən qabaq təbriklərini yazan 

dostlarımın adətini pozmayaraq bu təbrikə bir 

az da ürəkdə yanğı yaradan dərdlərdən yazaraq 

başlamaq istəyirəm. Film aləmilə, yəni əsl film 

aləmilə tanışlığım artıq bir ilə yaxındır ki, var. 

Bundan əvvəl keçən 16 il ömrüm isə bir az 

Mətləb kimi “Spider man”, “İnspektor Qadcet”, 

“Transformerlər” və s. tipli filmlərlə keçib. Bir 

də unutmadan deyim AzTV-nin hər il təkrar-

təkrar verdiyi eyni kinolarla… Van Damın, Brus 

Linin filmlərinə baxıb yastıq təpikləməklə, 

aynada əzələlərə baxmaqla… Əlbəttə belə 

filmlər “film” anlayışını başqa rakursdan insana 

çatdırır. Dar bir anlayış kimi gəlir. Lakin 

sonradan Şahinlə hər görüşdə danışdığı fərqli 

filmlərdən həvəslənərək




 



Film Fiction | Dekabr, №4 

baxmağa başladım mən də filmlərə. Mənə ilk 

dəfə verdiyi disklərdə “Forrest Qamp”, “Qadın 

Ətri”, “Alkatrasdan qaçış”, “Filodelfiya” və s. 

kimi filmlər vardı. Otağın bir küncünə atdığım o 

disklərdə indi Forrest Qampa hər dəfə təkrar-

təkrar baxıb gözlərim dolanda, “Qadın ətri”ndə 

Al Paçinonun möhtəşəm roluna heyrətlə 

baxanda necə dəyərli şeylərin olduğunu 

anladım. Onda anladım ki, “Film” hörümçək 

adamın torları ilə binalardan binalara 

tullanması deyil. Kanallarımızın bərbad 

dublyajla ekranlara buraxdığı kommersiya 

xarakterli zibilləri də deyil. Film, fəlsəfə 

müəllimimin bir dəfə mənə dediyi kimi, 

incəsənətin fortepianosudur. Bütün alətlərdən 

bir parça özündə cəmləşdirir. Həm musiqi, həm 

düşüncə, həm rəsm, həm göz yaşı, həm həqiqət, 

həm…  


 

İlk vaxtlar hərdən özümü dünyanın ən 

geridə qalmış insanı kimi hiss edirdim. Hətta ilk 

günlər bir günə 3-4 filmə baxırdım ki, məndən 

qabaqda olanlarla ara məsafəmi azaldım. Artıq 

bir ildir ki, filmlər həyatımın önəmli bir 

hissəsinə çevrilib. Hal-hazırda daha çox kütlə 

tərəfindən izlənməyə filmlərə baxıram. 

Azərbaycan filmi və dünya filmi arasındakı 

fərqləri bir daha yada salmaq istəmirəm. Artıq 

dostlarım mənim yazmaq istədiklərimi yazıb. 

 

Bir gün metroda “Nərimanov” stansiyası 



ilə “Ulduz” stansiyası arasında ağlıma gələn 

jurnal ideyasını bölüşdüm Şahinlə. Sonra 

Mətləbə də dedik və yaratmaq qərarına gəldik. 

Bilirdim ki, belə bir komanda ilə əsl film jurnalı 

yarada bilərik. Və kimlərinsə səhifələməyə 

ayıracağı vaxtının boşa getməyəcəyinə əmin 

idim. Film aləmində dostlardan bir az, düzünü 

desək çox cılızam. Beləcə yayda meydana çıxan 

jurnal ideyası bir az uzanaraq bizi qane etməsə 

də, oxucuları qane edən ilk sayımızı sentyabrda 

yüklənməyə verdik. İkinci saydan yaxın dostum 

kinoman Məcid Məcidov da bizə qoşuldu. 

Təəssüratlardan ilhamlanıb digər say üzərində 

işləməyə başladıq və anladıq ki, “xeyirli” bir iş 

edirik. Hər bir işdə olduğu kimi bu işdə də 

qarşımızda mərdimazarlar oldu. Axı biz deyirik 

hər dəfə ki, biz HƏVƏSKARIQ! Həvəskar olsaq 

da potensialımızı hələ tam göstərə bilməmişik, 

təcrübə azlığı və bəzi başqa səbəblər imkan 

yaratmır. Amma siz də şahidsiniz ki, hər say 

ötən dəfəkindən daha da uğurlu olur. Deyə 

bilərəm ki, artıq jurnalımız yavaş-yavaş 

oxucular arasında öz yerini tutur. Bu il sonuncu 

sayımızı yüklənməyə veririk. İmtahanların, 

işlərin çoxluğu jurnalın bu sayının bir az 

uzanmasına səbəb oldu. Qarşıdan 2012-ci il 

gəlir. 2012-ci il və qarşıdan gələcək (inşallah!) 

12 yeni say. Çalışacağıq 12-ci sayı bir az tez 

təhvil verək ki, mayalıların dünyanın dağılması 

barədə verdiyi vaxta qədər oxuyasınız. Yeni 

iliniz mübarək olsun!  

Ferat 

 

 

 



 

 

Uşaqların fikirləri ilə razıyam. Lakin  



onlardan fərqli olaraq “İnspektor Qadcet”, 

“Spider man”, “Transformerlər” kimi filmlərə 

baxana qədər artıq əsl kinonun nə olduğunu 

bilirdim. Oxuculara tövsiyyə edərdim ki, 

“macəra” (action) və “fentezi” (fantasy) janrında 

olan filmləri çox diqqətlə izləsinlər. Məhz bu 

zaman anlamaq olar ki, dünya kinosunun 

inciləri olan filmlərin yaranmasında məhz adı 

çəkilən janrlarda olan filmlərin böyük rolu 

olmuşdur. Əfsanəvi rejissorlar Con Ford, Uilyam 

Uayler, Alfred Hitçkok, Stiven Spilberq və b. 

həm dram, həm də macəra janrında böyük 

nümunələr yaratmışlar. Hər bir filmə baxarkən 

isə onun orijinal fikrinin nə olduğunu bilmək 

lazımdır. S.Spilberqin dediyi kimi: “Hər dəfə 

kinoteatra getmək mənim üçün inanılmaz, 

möcüzəli hadisəyə çevrilir, hansı filmin 

göstərilməsindən asılı olmayaraq”. 2011-ci ili 

kino dünyasında uğurlu illərdən biri kimi 

qiymətləndirərdim. 2010-cu ilə nisbətən bu il 

daha böyük dəyərə malik filmlər ekrana çıxdı. 

Bunlar arasında “Artist” (The Artist), “Döyüş 

atı” (War Horse) kimi filmlər var. Qarşıdan 

gələn il də böyük kino hadisələri ilə yadda 

qalacaq: 26 Fevral-Oskar mərasimindən 

başlayaraq. Bütün oxucuların bayramını təbrik 

edirəm. Filmlərə baxın, real həyatı unutmamaq 

şərtilə. Yeni ildə yeni uğurlar!!! 



Məcid  Məcidov 


Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə