Film Fiction


Film Fiction | Dekabr, №4



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə6/18
tarix17.06.2018
ölçüsü0,51 Mb.
#49229
1   2   3   4   5   6   7   8   9   ...   18

 

14 


Film Fiction | Dekabr, №4 

KATE 


WİNSLET 

 

 



 

 

Keyt Uinslet 5 oktyabr 1975-ci ildə 



Redinqdə, İngiltərənin Berkşir qraflığında 

anadan oldu. Aktrisanın valideynlərinin hər ikisi 

teatr aktyoru idi. Keyt ailədə üç qız övladından 

biri idi. Digər iki bacısı - Bet və Anna Uinsletlər 

də aktrisa oldular, amma Keyt qədər məşhur 

deyil. Hələ 11 yaşında ikən Keyt qraflığın 

“Redroofs Theatre School” məktəbində 

aktrisalıq dərslərini öyrənir. O, bu məktəbi 

1992-ci ildə tərk edir. Ona qədər isə artıq 

kamera qarşısına keçməyi bacarmışdı. Aktrisa 

üç il seriallara çəkilir. Teatrda da “Piter Pen” 

tamaşasında Vendi obrazı ilə rol alır. BBC 

tərəfindən çəkilən elmi-fantastika janrında “İlin 

qara zamanı”  serialında aktrisa tərəf müqabili 

Stiven Tredromla münasibət qurur. Bu sevgi 

romanı dörd il davam edir və 1997-ci ildə 

Stivenin xərçəng xəstəliyindən ölməsi ilə başa 

çatır.  


Aktrisanın ilk ciddi rolu 1994-cü ildə rejissor 

Piter Ceksonun “Səmavi varlıqlar” (Heavenly 

Creatures) filminə təsadüf edir. Rejissor Keyti 

175 namizəd arasından seçir. Film kifayət qədər 

rəğbətlə qarşılanır və müxtəlif festivallarda 

uğurları sıralayır. Uinslet də gözəl ifası ilə 

kölgədə qalmır və London kino tənqidçilərinin 

rəyinə əsasən ən yaxşı aktrisa adı qazanır. Bu 

filmdən sonra komediya filmində rol alan 

aktrisa karyerasının ən yadda qalan rollarından 

birinin ifasına hazırlaşır. Bu yazıçı Ceyn Ostinin 

romanı əsasında rejissor Enq Li-nin 1995-ci ildə 

ekranlaşdırdığı “Düşüncə və hiss” (Sense and 

Sensibility) filmi olur. Film ilin kino hadisəsinə 

çevrilir. Oskarda 7 nominasiyanın ikisində, Qızıl 

qlobusda 6 nominasiyanın ikisində, BAFTA-da 

10 nominasiyanın üçündə laureat olur. 21 yaşlı 

aktrisa BAFTA qazanaraq Oskarda “İkinci 

planda ən yaxşı aktrisa” nominantı olur.  

Tənqidçilərə görə  filmin ən yaxşısı məhz Keyt 

sayılır. Bu aktrisa üçün həqiqətən çox böyük 

uğur idi. İki il sonra isə aktrisa adını “ulduz” 

kimi möhürləməyi bacarır. Rejissor Ceyms 

Kameronun faciəvi “Titanik” filmi aktrisaya  

 

 

 



fantastik uğur gətirir. 11 Oskar qazanan filmdə 

“Ən yaxşı aktrisa” nominasiyasında laureatlığı 

Keyt əsas rəqibi  “Bundan yaxşı ola bilməz” (As 

Good as It Gets) filmində rol almış Helen Hanta 

uduzur. Maraqlı faktlardan biri də o idi ki, filmin 

təqdimatında aktrisa iştirak etmirdi. O sevgilisi 

Stiven Tredromun dəfnində iştirak edirdi.  

 

Titanikdən sonra aktrisa iki film 



təklifindən imtina edir. Bu “Sevən Şekspir” və 

“Anna və kral” filmlərində əsas rollar idi. 1998-

ci ildə aktrisa “Mərakeşə ekspress” filmində rol 

alır və bu film aktrisanın ilk uğursuz filmi olur. 

Amma aktrisanın şəxsi həyatı üçün bu film 

uğurlu olur. Keyt filmin rejissor köməkçisi Cim 

Tripilltonla tanış olur və bu tanışlıq nigah 

masasına kimi davam edir. 22 noyabr 1998-ci 




 

15 


Film Fiction | Dekabr, №4 

ildə aktrisa Cimlə ailə həyatı qurur. 2000-ci ildə 

onların Mia adlı qızları anadan olur. Buna 

baxmayaraq bir il sonra ayrılırlar.  

 

Növbəti illər ərzində aktrisa pul üçün 



deyil, zövqünə uyğun gələn filmlərdə 

çəkiləcəyini açıqlayır. Aktrisanın kapriz 

ideyaları bir çox rejissorlar tərəfindən bir 

mənalı qarşılanmadığından aktrisanın eniş 

dövrü başlayır. Uşaqlar üçün albom buraxan 

Keyt, cizgi filmlərinin də dublyajında iştirak 

edir. Bir-birinin ardınca uğursuz və yadda 

qalmayan filmlərdə rol alan aktrisa 2001-ci ildə 

yenə də diqqətləri üzərinə cəlb etməyi bacarır. 

Bu dəfə rejissor Riçard Ayrın “Ayris” filmi 

aktrisanı Oskara “Ən yaxşı ikinci plan aktrisası” 

kateqoriyasında nominant edir. Amma bu dəfə 

də Oskar aktrisaya qismət olmur.  

 

2003-cü ildə aktrisa özünün ən yadda 



qalan rollarından birini “Devid Qeylin həyatı” 

(The Life of David Gale ) dramında ifa edir. Film 

kifayət qədər uğurlu alınsada aktrisa kölgədə 

qalır.  


 

2004-cü ildə Keyt yenə parlayır. Bu dəfə 

Mişel Qondrinin “Təmiz düşüncənin əbədi 

parlaqlığı” (Eternal Sunshine of the Spotless 

Mind) melodramındakı Klementina obrazı 

aktrisaya yenidən əvvəlki sevgini qaytarır.  

 

 

 



Aktrisa dördüncü dəfə Oskara nominant olsa da 

yenə də həsrətlə tərk edir mərasimi. Aktrisanın 

kaprizlik qurbanına bu dəfə Vudi Allen çevrilir. 

Rejissor “Oyun hesabı” (Match point) filmində 

Keyti görmək istəsə də, aktrisanın imtinası 

Skarlet Yohansonun yolunu açır və rol Skarletə 

qismət olur.  

 

2006-ci ildə Keyt birdən-birə 4 filmdə 



çəkilir. “Uşaqlar kimi” (Little Children) 

filmindəki roluna görə tənqidçilər tərəfindən 

yüksək qiymətləndirilir. İkinci film “Bütün 

krallar yalançıdır” (All the kings men) filmində 

aktyor heyəti əla olsa da, film uğursuz alınır. 

“Aradan çıx” (Flushed away) animasiya 

filmindən dərhal sonra aktrisa “Tətil” (The 

Holiday) filmində rol alır.  

 

 

 



 

 

2008-ci ildə aktrisanın karyerasında qızıl 



il olur. Keytin iki filmi təqdim olunur və hər iki 

film aktrisanı şöhrətin zirvəsinə daşıyır.  

“Dəyişiklik yolu” (Revolutionary Road) filmi 11 

il sonra Leonardo Di Kaprio ilə Keyti yenidən 

tərəf müqabili edir. Film aktrisaya Qızıl qlobus 

qazandırır.  

 

Oxucu (The Reader) filmi isə nəhayət ki, 



aktrisanın uzun müddətlik Oskar həsrətinə son 

qoyur. Keyt eyni ildə ikinci dəfə Qızıl qlobusu və 

BAFTA-nın da laureatı olur.  

 

Cim Tripltonla boşanandan sonra aktrisa 



rejissor Sem Mendeslə ailə həyatı qurur və bu 

nigahdan onların Co Alfi adlı oğlanları anadan 

olur. 2010-cu ildə isə aktrisa rejissordan 

boşanma ərizəsini məhkəməyə təqdim edib.  



 

Maraqlı faktlar: 1996-cı il “People” 

jurnalının rəyinə əsasən Keyt planetin 50 ən 

gözəl insanı siyahısına düşüb.  

 

2006-cı ildə “Yaquar” markalı avtomobil 



şirkətinin əsas dizayneri etiraf edib ki, “Yaquar 

XK” modelini hazırlayarkən Keyt Uinsletdən 

ilhamlanıb. Və bu maşını aktrisaya bənzədib.  

 

Ginnesin rekordlar kitabına 30 yaşı 



olmamış 3 dəfə Oskara nominant olması ilə 

düşüb.  


 

Keyt Uinslet planetin ən cazibədar 

bədəninə malik qadını adına layiq görülüb. 

Vegeteriandı. 

 

Keyt müsahibələrindən birində 



Titanikdəki tərəfmüqabili Di Kaprio barədə belə 

demişdir: “Onu öpərkən elə hiss edirdim ki, 

sanki qardaşımı öpürəm”. 

 

 




Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə