Film Fiction


Film Fiction | Dekabr, №4



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə8/18
tarix17.06.2018
ölçüsü0,51 Mb.
#49229
1   ...   4   5   6   7   8   9   10   11   ...   18

 

18 


Film Fiction | Dekabr, №4 

filmə baxan hər kəsi göz yaşına boğmağı 

bacardı. Filmdən sonra əsərin satışı birə-beş 

artdı. 


 

14. Faust 

 

Hötenin məşhur əsərinin ən yaxşı film 



variantını Aleksandr Sokurov ekranlaşdırdı. 

Sokurov Höteni kopyalamadı. Əksinə tamam 

fərqli bir baxış tərzi ilə çəkdi məşhur əsəri və bu 

il Venetsiyada “ən yaxşı film” nominasiyasında 

qalib oldu.  

 

 



 

 

 

15. Qürur və təəsüb - Pride and 

Prejudice 

 

Ceyn Ostinin eyni adlı sevgi novellasına 



Co Vrayt tərəfindən 2005-ci ildə çəkilmiş film. 

Film tənqidçilər tərəfindən də müsbət 

qarşılandı. Aktyor ansamblı, geyimlər, 

dekorasiyalar və dialoqlarda rejissor Ceyn 

Ostinin yazdığını göstərə bildi.  

 

16. Vəba zamanında sevgi - Love in 



time of Cholera 

 

Qabriel Qarsiya Markesin eyni adlı əsəri 



əsasında rejissor Maykl Nyuellin 2007-ci ildə 

çəkdiyi filmi. Markesin bu romanı digər 

romanları qədər əsrarəngiz olmasa da sevilir. 

Bu film də sevildi. Ən azı romanı qədər uğurlu 

alındı deyə bilərik. Xavier Bardem yenə ifasıyla 

yadda qaldı. 

 

 

 



17. Da Vinçi şifrəsi - The Da Vinci Code

 

 



Den Braunun son illərin ən səs küylü 

romanı əsasında Ron Hovardın eyni adlı film 

versiyası. Film romanı kimi qalmaqallı oldu və 

Vatikanın kəskin etirazlarına səbəb oldu. Buna 

baxmayaraq, film ekranlara çıxdı və maraqla 

izləndi. Eyni filmin davamı kimi çəkilmiş 

“Mələklər və şeytanlar” filmi isə fiasko kimi 

dəyərləndirildi. 

 

 

 



 

 

18. Küləklə sovrulanlar - Gone with 

the Wind 

 

Marqaret Mitçellin əsəri əsasında 



rejissor Viktor Fleminqin ekranlaşdırdığı kino 

tarixinin ən yaxşı filmlərindən biri. 8 oskar 

qazanan film bu günə qədər şedevrlər 

sırasındadır.  

 

19. Fotoəyləncə - Blow Up 

 

Mikelancelo Antonioninin bu filmi 



məşhur yazıçı Xulio Kortasarın “Şeytanın 

tüpürcəyi” əsərinin motivləri əsasındadır. Film 

elə gözəl və incəliklə işlənib ki, əsəri yalnız 

məlumatlar yada salır. “Fotoəyləncə” həm də 

kino tarixinin səhvsiz filmləri sırasına daxildir. 

Filmin çəkiliş heyəti sonradan etiraf etmişdi ki, 

Antonioni çəkilişlər zamanı bütün yaradıcı 

heyətdən olduqca həssaslıq və zərgər dəqiqliyi 

tələb edirdi.  

 

 




 

19 


Film Fiction | Dekabr, №4 

 

20. Bridcet Consun gündəliyi - Bridget 

Jones’s diary 

 

Helen Fildinqin eyni adlı romanı 



əsasında Şeron Makqaurein rejissoru olduğu 

film. Bu günə qədər bir çox rejissorlar bu filmi 

dərslik kimi istifadə edirlər. Siz isə bu filmə sırf 

komediya kimi baxırsız.  



 

21. Çərpələng uçuran - The Kite 

Runner 

 

Xalid Hoseyninin eyni adlı əsəri əsasında 



çəkilmiş film. Rejissor Mark Forsterin öhdəsinə 

son illərin ən azı adına layiq ən yaxşı filmini 

çəkmək düşmüşdü. İnsaf naminə deyək ki, 

rejissor əlindən gələni edib və baxımlı film 

alınıb.  

 

 



 

 

 



22. İdiot - Идиот 

 

Dostoyevskinin eyi adlı romanı əsasında 



İvan Pırevin çəkdiyi film. Film əsəri üstələyə 

bilməzdi, bu heç... Amma kitabı oxumayanlar bu 

filmə baxa bilər. Çünki, rejissor bacardıqca əsəri 

tam əhatə etməyə çalışıb və Dostoyevski 

əsərlərinə çəkilən ən yaxşı film sayılır.  

 

23. İt ürəyi - Собачье сердце 

 

Bulqakovun eyni adlı romanı əsasında 



rejissor Vladimir Bortkonun çəkdiyi film. Film 

SSRİ filmləri arasında İMDB-də ən yüksək bala 

sahibdir - 9.1. Bu isə o deməkdir ki, film əsər 

qədər gözəldir və baxılması mütləqdir. 



 

24. Böyük ümidlər - Great 

expectations 

 

Çarlz Dikkensin eyni adlı romanı 



əsasında rejissor Alfonso Kuaronun çəkdiyi film. 

Bəlkə də filmi izləyənlərdən çoxu bu günə qədər 

bilmir ki, bu film Çarlz Dikkensin eyni adlı əsəri 

əsasında çəkilib. Düzdür, bir o qədər əla olmasa 

da, yadda qalan filmdir. Xüsusən Qnivet 

Peltrounun obrazına görə filmi bir neçə dəfə 

izləməyə dəyər. 

 

25. 451 dərəcə Farenqeyt tərəfə - 

Fahrenheit 451 

 

Fransua Trüffonun Rey Bredberinin 



romanı əsasında ekranlaşdırdığı film. Trüffo 

işinin ustasıdı və onun üçün çətin və 

alternativsiz heç nə yoxdur. Odur ki, bu film sırf 

roman motivləri ilə deyil, rejissor ssenarisi ilə 

çəkilib.  

 

26. Saatlar - The Hours 

 

Maykl Kanninqemin əsəri əsasında 



Stiven Doldrinin çəkdiyi film. Saatlar filmi 

əsərini doğrultdu və Nikol Kidmana da Oskar 

qazandırdı. Culiana Mur, Meril Strip, Ed Harris 

kimi aktyor heyətini bir filmdə görməyi də bura 

əlavə etsək əmin olmaq olar ki, film həqiqətən 

alınıb. 


 

27. Var olmağın dözülməz yüngüllüyü 

- The Unbearable Lightness Of Being 

Milan Kunderanın eyni adlı romanı əsasında 

Filip Kaufmanın çəkdiyi film. Juliet Binoş kimi 

gözəl aktrisanın çəkildiyi filmə baxmaq özü bir 

zövqdür. Kunderanın məhşur romanına çəkilən 

bu film də roman qədər sevilir.  

 

 

 



 

 

28. Boyalı örtük - The Painted Veil 

 

Moemin məhşur əsəri əsasında Con 



Karranın çəkdiyi film. Filmdə Norton və Uots 

cütlüyü çəkilib. Və hər ikisi çox gözəl ifasıyla 

yadda qalıb. Görüntü cəhətdən də film gözəl 

alınıb.  

 

29. Nitşe ağlarkən - When Nietzche 

Wept 

 

İrvin Yalomun eyni adlı əsəri əsasında 



rejissor Pinças Perrinin ekranlaşdırdığı film. 

Film əsərin tam motivləri ilə çəkilib və kitabı 

oxumayan filmə baxsa bəs edər. 

 

30. Hərb və sülh - Война и мир 

 

Tolstoyun dünyaca məşhur əsəri 



əsasında Sergey Bondarçukun çəkdiyi film. Film 

nə az - nə çox 6 saatdı. Tam romanı əhatə edir 

və SSRİ tərəfindən çəkilmiş ən yaxşı filmlərdən 

biri hesab olunur.  




Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə