Film Fiction


Film Fiction | Dekabr, №4



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə10/18
tarix17.06.2018
ölçüsü0,51 Mb.
#49229
1   ...   6   7   8   9   10   11   12   13   ...   18

 

22 


Film Fiction | Dekabr, №4 

Müsahibə 

 

 

 



Dövrümüzün bəlkə də ən ikonalaşmış film rejissorlarından Kventin Tarantino sevdiyi film 

qəhramanı qadınlardan, kinonun Bob Dilanı olma xəyalından və yeni filmi "Şərəfsiz Mələzlər" 

(İnglourious Basterds)-dan danışdı.  

 

 



Son zamanlar belə danışılır ki, əgər avstraliyalı aktyor Kristof Valts "Şərəfsiz Mələzlər" 

filmində rol almasaydı film bu qədər uğurlu ola bilməyəcəkdi. Bu düzgündür? 

 

Bəli düzgündür. Film çəkməyə başlamazdan əvvəl, o rol üçün hələ də bir aktyor tapmamışdım və 



rol bütün filmin əsas personajı idi. Film çəkməkdən imtina edib, ssenarini sadəcə kitab kimi çap 

etdirmək haqqında düşündüm. Çəkilişlər sadəcə xüsusi fondlar tərəfindən maliyyələşdirildiyi üçün, 

studiya çox pul itirməyəcəkdi. Sonra Kristof sınaq çəkilişləri üçün gəldi. Onu görən kimi bu rol üçün ən 

uyğun seçilmiş olduğunu anladıq və filmi çəkməyə başladıq. 

 

Eşitdiyimizə görə film çəkiminin son günü, kameralar hələ çəkiliş etdiyi vaxt heç kimə heç 

nə demədən, geridə komandanızı və aktyorları təəccüblü və qəmgin qoyaraq çəkiliş ərazisini tərk 

etmisiniz. Nədən qaçırdınız? 

 

Düzünü desəm, vidalaşmaq kimi duyğu yüklü və sıxıcı anları yaşamağı sevmirəm. Xüsusilə də 

belə macəralı keçən bir çəkiliş və qrupla işlədikdən sonra... Kaş ki, film çəkilişi heç bitməsin və 

sonluqda bayram edərkən, bunun bir vidalaşma olduğunu və artıq hər birimizin təkrar normal 

həyatlarına dönəcəyini bilməsək... 

 

Amma çəkiliş davam edərkən parti etməyi də sevirsiniz. 

 

Əlbətdə ki, hər həftə sonu parti edirdik. Bu artıq adət halını alıb. Amma vida partiləri? Bu mənlik 



deyil. Açığı bəlkə duyğusal olaraq problemim var və ya yetkinləşməmişəm. Sıx duyğusallığın yaşandığı 

mühitdə biri məni ağlayarkən görməmiş həmişə qaçmağa çalışıram. 

 

Yəni Los Ancelesa qayıdarkən təyyarədə gizlincə ağladınızmı? 

 

Bəlkə ağladım, bəlkə də ağlamadım. Əgər ağladığımı qəbul etsəm bu mənim haqqımda nəyi açığa 



çıxardacaq? Bəzi şeyləri qabartmağı sevmirəm. Bu filmi çəkmək (bəzən səhər 5-ə qədər çəkirdik) mənə 

çox şey öyrədən sıx bir təcrübə oldu. Hətta məni daha da gücləndirdi. Ola bilərdi ki, çəkilişdən daha 




 

23 


Film Fiction | Dekabr, №4 

əvvəl qaçıb vida partisinə çox gec gələ bilərdim. Amma olmadı. Etdiyimlə qürur duymuram və kaş ki, bu 

tip vəziyyətlərin  öhdəsindən daha yaxşı gələ bilsəm. Düşünürəm bəzi şeylərin sona çatmasını heç 

sevmirəm. 

 

Bu qədər duyğusal olduğunuzu düşünməzdim

 

Siz məni "Şərəfsiz mələzlər"i ilk izləyərkən 



görməliydiniz. Doğurdan çox  təsirlənmişdim, amma 

problem deyil, yenə də hər şeyin sonu deyil nə də olsa. 

 

Bəs aşiq olduğunuz anda duyğularınızı necə 

idarə edirsiniz? 

 

Necə yəni? 



 

Əgər film çəkməyi duyğusal nöqteyi-nəzərdən 

bu qədər çətin hesab edirsinizsə, aşiq olduğunuz anda 

bunun öhdəsindən necə gəlirsiniz? 

 

Aşiq olduğum zaman çox xoşbəxt oluram. 



 

Bəs indi kimisə sevirsiniz? 

 

Cavab yoxdur. 



 

Daha əvvəlki filmlərinizdə gözəçarpan şiddət 

məqamlarını qarşılaşdırsaq sonuncu filminiz 

digərlərindən geridə qalar. Yoxsa yaşlandıqca daha da 

ürəyiniz yumşalır? 

 

Xeyr, heç də belə deyil. İndiyə kimi xüsusilə şiddət 



təbliğ edim deyə heç bir film çəkmədim. Sadəcə 

hekayənin gedişatında elə lazım gəldiyi üçün bəzi 

səhnələrdə şiddət olur. Personajlarım nə etmələri gərəkirsə, onları da edirlər. Bu qədər. Filmlərimdəki 

şiddət dərəcəsi, hər zaman göstərmək istədiyim hekayəni doğrulayıb. 

 

Sizcə də, bütün "Hər kəsi öldür" formatındakı filmlərinizin ən az şiddət doğuran olması 

ironik deyil mi? 

 

Deyil əslində, mən bütün bu "hər kəsi öldür" kimi stereotiplərdən qaçmaq istəmişəm. Sanki 



nəhayət romantik bir komediya çəkmiş kimi gəlir qulağıma (gülür). Gördüyünüz kimi, ssenari yazarkən, 

alleqorik bir yolla gedirəm. Bu yolda gedərkən çıxış nöqtələriniz, yoldan yayınma anlarınız və qısayollar 

olur. Amma yenə də bu cür filmlərdə ən çox qarşılaşdığımız şey "Düzgün yol yoxdur!" yazan yol 

tabelalarıdır. Məncə bütün filmlərim "düzgün yol"dadır, çünki mənim filmlərimdə yol maneələri 

yoxdur, olsa belə onları görməməzlikdən gəlirəm. Mənə yol göstərən filmlərdəki personajları hara 

gedərlərsə izləyirəm.

 

 

 



Berlində küçələrdən birinə sizin adınızı veriblər. Özünüzü necə hiss etdiniz bunu eşidərkən? 

 

Çox yaxşı hiss etdim. Öz şəhərim Tennessidə belə bunun kimi şərəfə nail olmamışdım. Məni əsas 



qürurlandıran Billi-Vilder-Plaza’ya bu qədər yaxın olmağımdır. Babelsbergi ilk ziyarət etdiyim vaxt, 

Billinin adı verilən bir bara rast gəlmişdim. Almanların çox yaradıcı olduqlarını düşünmüşdüm. (gülür) 

 

Yaşayıb, yemək yeyib, nəfəs alıb, 7 gün 24 saat filmlə məşğul olursunuz deyə hesab edirəm. 

Həyatınızda başqa bir şey varmı? 

 

Əslində həyatımda kinoyla əlaqəsi olmayan o qədər şey var ki. Soruşduğunuz sual sanki məni 



beyni yalnız tək bir şəy üçün işləyən birisi kimi göstərdi. Sizi inandıra bilərəm ki, elə birisi deyiləm. 

Yenə də mən bir sənətçiyəm və özümü ifadə etmə üsulum da kinodur. Ayrıca, mən özümü bir kino 

mütəxəssisi olaraq görürəm, özüm-özümü yetişdirdim, amma yenə də bir mütəxəssisəm. Digər 

tərəfdən, haqlısınız həyatım kino ətrafında dönür, bu mənim həyatımdır. Və sizi inandırım ki, bu 

mükəmməl həyatdı. 

 

Qəribə hobbiləriniz varmı? 

 

Bütün hobbilərim filmlərlə bağlıdı. Film afişaları, film köçürmələri və val kolleksiyası yığmaq 



kimi hobbilərim var. Amma düşünürəm ki, bu sizin üçün yetərincə qəribə deyil, yəqin elədir? 

 

 



             Filmləriniz musiqiləri ilə çox məşhurdu.  Film musiqilərini öz kolleksiyanızdan seçdiyinizi  

deyirlər. Kolleksiyanız nə qədər böyükdür? 


Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə